Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-573/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.04.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1(103)2159/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 may 2020-ci il tarixli, **********700600 nömrəli qərarı ilə 128057,25 manat əlavə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 16 iyun 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 15 may 2020-ci il tarixli, **********700600 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
3. Sumqayıt İnzibati Məhkəməsinin 2 -1(118)-1076/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, fəaliyyəti dövrü ərzində MMC daima öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş, gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtlı-vaxtında vergi orqanında bəyan etmişdir. Cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi də tamamilə əsassızdır.
5. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda göstərilmişdir ki, uçot-baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı cəmiyyətin 26 aprel 2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyətinin “Kömmersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti”dən ibarət olduğu müəyyən edilmişdir. Araşdırma zamanı 10 avqust 2018-ci il tarixli, **********6980 nömrəli “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” Qərar əsasında, Abşeron rayonu, Xırdalan şəhəri, X1 ünvanında yerləşən mağazada keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə 14 avqust 2018-ci il tarixdə tərtib olunmuş VN-14016303 nömrəli yekun aktına əsasən, Cəmiyyətdə orta günlük dövriyyənin ümumilikdə 44 183,50 manat olduğu müəyyən edilmişdir. Lakin, 2020-ci ilin fevral ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301.1-ci “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və x idmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (711429.19 manat) məbləğdən 711429.19 manat az olduğu müəyyən olunmuşdur. Qeyd edilənlər verginin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 15 aprel 2020-ci il tarixli **********350300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2020-ci ilin fevral ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 128057.25 manat əlavə vergi məbləği hesablanmış və 15 may 2020-ci il ta rixli **********700600 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafiq tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2-1(112)-2803/2021 nömrəli (sədrlik edən hakim Aytən Oruczadə) qərarı ilə iddia təmin edilmiş, cavabdehin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair 15 may 2020-ci il tarixli, **********700600 nömrəli qərarı ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində əlavə vergi yalnız bir günlük xronometraj metodu ilə müşahidənin nətic ələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar, yəni satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş "Vergilərin hesablanması barədə” qəbul edilmiş 15 may 2020-ci il tarixli **********700600 nömrəli qərar qanunsuz və əsassız olmuşdur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2-1(103)-2159/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Həmid Həmidov) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən qeyd edir ki, Vergi Məcəlləsinin 50-1-ci maddəsində xronometraj metodu ilə müşahidə aparılmasına dair qaydalar tənzimlənmişdir. Həmin maddənin mənasından göründüyü kimi, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə xidmət edir. Həmin maddədə xronometraj metodu ilə müşahidənin 15 iş günündən çox olmayan müddətdə aparılmalı olduğu təsbit edilmişdir. Hər nə qədər müşahidənin aparılmasının minimum müddətləri nəzərdə tutulmasa da, kollegi ya hesab edir ki, belə müşahidə bir gün ərzində aparıla bilməz. Müvafiq olaraq bir günlük müşahidənin nəticəsinə əsaslanmaqla da əlavə vergi hesablana bilməz.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə etirazda göstərilənlər təşkil edir.
13. Şikayətdə əlavə olaraq qeyd edilir ki, Vergi Məcəlləsinin 50-1.3-cü maddəsinə görə xronometraj metodu ilə müşahidə 15 iş günündən çox olmayan, müddətdə aparılır. Göründüyü kimi, qanunvericilikdə xronometraj metodu ilə müşahidənin keçirilə biləcəyi maksimum müddət müəyyən edilmiş, lakin həmin müşahidə nin keçiriləcəyi minimum müddət müəyyən edilməmişdir. Bu baxımdan iddiaçıda qeyd olunan müşahidə 3 gün müddətində keçirilmiş, hər gün üzrə müəyyən olunmuş dövriyyə cəmlənərək günlərin sayına bölünmüş və orta günlük dövriyyə müəyyən edilmişdir. Göründüyü kimi, vergi orqanın sözügedən məsələ ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olduğu üçün qanunsuz hesab edilə bilməz. Eyni zamanda bildirir ki, Vergi Məcəlləsində belə bir hal nəzərdə tutulmamışdır ki, xronometraj metodu ilə keçirilən müşahidə nəticəsində vergi ödəyicisinin bir gün dövriyyəsi olduğu halda verginin hesablanması qanunsuzdur. Göründüyü kimi məhkəmənin mövqeyi Vergi Məcəlləsinə zidd olmuşdur. Həmçinin xronometraj zamanı müəyyən edilmiş ümumi dövriyyə keçirilmiş xronometraj müşahidənin günlərinin sayına bölünü r və orta günlük dövriyyə müəyyənləşdirilir. Vergi Məcəlləsinin 67.1.8-ci maddəsinə əsasən vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri əsas götürülməklə vergilər hesablana bilər. Göründüyü kimi, vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən xronometraj müşahidənin nəticələri əsas götürülməklə vergilər hesablanmışdır. Bundan əlavə məhkəmənin nəzərinə çatdırılır ki, xronometraj metodu ilə hər hansı pərakəndə satış obyektində deyil, anbarda həyata keçirilmişdir və bu halda müşahidənin aparıldığı 3 günün yalnız birində satışın olması təbii haldır. Xronometraj metodu ilə müşahidə istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi məqsədi ilə aparılır və müşahidənin başa çatdığı iş gününün sonunda NKA-nın gündəlik “Z" hesabatın a və ya digər uçot sənədlərinə əsasən gündəlik dövriyyə müəyyən edilərək günlük “Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə" akt tərtib olunur, təsdiqedici sənədlərin surətləri bu akta əlavə olunur. "xxxx" MMC-yə məxsus obyektdə aparılmış xronometraj müşahidə üzrə gündəlik dövriyyə məhz vergi ödəyicisinə məxsus nəzarət kassa aparatından çıxarılmış gündəlik “Z” hesabatına əsasən müəyyən edilmiş və həmin hesabatlar (çeklər) xronometraj müşahidə nəticəsində tərtib edilmiş aktlara əlavə edilmişdir. Beləliklə, göründüyü kimi, xronometraj müşahidə nəticəsində hər gün üzrə dövriyyə məhz vergi ödəyicisinin özü tərəfindən nəzarət kassa aparatına daxil edilmiş məbləğlər əsasında müəyyənləşdirilmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı tərəfindən kassasiya şik ayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsi: Maddə 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətləri nə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. Maddə 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar ve rgi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:... 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;... Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş h allarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtı nda verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 20. 2 nömrəli Ərazi Vergilər Departamentinin Xronometraj metodu ilə müşahidə aparılması haqqında 10 avqust 2018-ci il tarixli, **********6980 nömrəli qərarına əsasən, Vergi Məcəlləsinin 23-cü və 50.1-ci maddələrini əsas tutaraq, iddiaçıya məxsus olan obyektdə Abşeron rayonu, Xırdalan şəhəri, X1 ünvanında yerləşən anbarda 11 avqust 2018-ci il ta rixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə Xronometraj aparılması qərara alınmışdır. 2 nömrəli Ərazi Vergilər Departamenti tərəfindən tərtib olunmuş 11 avqust 2018-ci il tarixli VN-14 № 016300, 13 avqust 2018-ci il tarixli VN-14 № 016301, 14 avqust 2018-ci il tarixli VN-14 № 016302, 14 avqust 2018-ci il tarixli VN-14 № 016303 nömrəli Xronometraj metodu ilə aparılan müşahidənin nəticələri barədə aktlara görə, Vergi Məcəlləsinin 50-ci maddəsinə və digər qanunvericilik aktlarına və 10 avqust 2018-ci il tarixli, **********6980 nömrəli qərara əsasən iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış sahəsində yerləşən anbarda satış dövriyyəsinin müəyyən edilməsi məqsədilə 11 avqust 2018-ci il tarixdən 11 avqust 2018-ci il tarixədək, 13 avqust 2018-ci il tarixdən 13 av qust 2018-ci il tarixədək, 14 avqust 2018-ci il tarixdən 14 avqust 2018-ci il tarixədək və 11 avqust 2018-ci il tarixdən 14 avqust 2018-ci il tarixədək olan dövrlərdə xronometraj metodu ilə müşahidə aparılmışdır. Obyektin iş rejimi həftə ərzində iş günlərinin sayı 6 (altı) gün,11 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 132550,49 manat, 13 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 0,0 manat, 14 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 0.00 manat, 11 avqust 2018-ci il tarixdə satış dövriyyəsi 132550,49 (bir yüz otuz iki min beş yüz əlli manat, qırx doqquz qəpik) manat, 13 avqust 2018-ci il tarixdə 0,0 manat və 14 avqust 2018-ci il tarixdə 0,0 manat olmuşdur. Cəmi 132.550,49 manat: 3 gün x 44183,50 manat. Orta günlük satış dövriyyəsi 44.183,50 manat müəyyən edilmişdir.
21. Vergi Məcəllə sinin 67.1-ci maddəsinin müddəalarının tələbindən göründüyü kimi, həmin Məcəllənin 37.4-cu və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, o cümlədən, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələrindən istifadə etməklə hesablamaq hüququ vardır.
22. Hazırkı halda da, vergi orqanı iddiaçıya münasibətdə Vergi Məcəlləsinin 67.1, 67.1.8-ci maddələrini rəhbər tutaraq, vergi orqanının “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 10 avqust 2018-ci il tarixli, **********6980 nömrəli qərarına əsasən 11, 13 və 14 avqust 2018-ci il tarixlərdə keçirilmiş xronometraj müşahidələrin nəticələrini tətbiq etməklə vergi hesablamışdır.
23. Halbuki, həmin tarixli müşahidələrin nəticələri Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-286/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qərarı ilə qanunsuz hesab edilmiş, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin həmin nəticələrə əsaslanmaqla İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair 25 oktyabr 2018-ci il tarixli, **********786880 nömrəli qərarı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 2-1(105)-439/2019 nömrəli, 25 iyun 2019-cu il tarixli qərarı birinci instansiya məhkəməsinin qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 noyabr 2019-cu il tarixli, 2-1(102)-3019/2019 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişiklik edilmədən saxlanılmışdır.
24. Ali Məhkəmənin həmin qərarında “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 10 avqust 2018-ci il tarixli, **********6980 nömrəli qərara əsasən 11, 13 və 14 avqust 2018-ci il tarixlərdə keçirilmiş xronometraj müşahidələrin nəticələrinə münasibətdə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar...satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Od ur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəbul olunmuş “Vergilərin hesablanması barədə” qəbul edilmiş 25 oktyabr 2018-ci il tarixli, **********786800 nömrəli qərar qanunsuz və əsassız olmuşdur.”. 25. “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 10 avqust 2018-ci il tarixli, **********6980 nömrəli qərara əsasən 11, 13 və 14 avqust 2018-ci il tarixlərdə keçirilmiş xronometraj müşahidələrin nəticələrinə münasibətdə eyni hüquqi mövqe Ali Məhkəmənin 3 dekabr 2019-cu il tarixli, 2-1(102)-3018/2019 nömrəli qərarında da əks olunmuşdur. Buna baxmayaraq, cavabdeh vergi orqanı mübahisələndirilən hazırkı qərarı ilə iddiaçıya vergi hesablayarkən “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 10 avqust 2018-ci il tarixli, **** ******6980 nömrəli qərara əsasən 11, 13 və 14 avqust 2018-ci il tarixlərdə keçirilmiş xronometraj müşahidələrin nəticələrinə əsaslanmışdır. Beləliklə, mübahisələndirilən qərar eyni faktiki hallara və əsaslara görə qanunsuz olmuşdur.
26. Ali Məhkəmənin 12 noyabr 2019-cu il tarixli, 2-1(102)-3019/2019 nömrəli və 3 dekabr 2019-cu il tarixli, 2-1(102)-3018/2019 nömrəli qərarlarında əks olunmuş hüquqi mövqedən fərqli yanaşmanı zəruri edən (şərtləndirən) və ya buna əsas verən hallar hazırkı işdə müəyyən edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 d ekabr 2021-ci il tarixli, 2-1(103)-2159/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.