Məhkəmə qərarları › İş №2-1(102)-573/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-573/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-573/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqmüəyyənedici sənədlərin tam olmaması əsası ilə mülkiyyət hüququnun qeydə alınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarə sinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2422/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyətinin 578 saylı xx.xx.2001-ci il tarixli “Torpaq sahəsinin mövcud istifadə vəziyyətində təhkim edilməsi haqqında” sərəncamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Bünyadov küçəsi, 2578-ci məhəllədə yerləşən Təcrübə-təmir sınaq zavodunun inzibati binası, binanın altındakı və sərəncama əlavə edilmiş sxemdə göstərilən, ona bitişik 1.095 ha olan torpaq sahəsi mövcud istifadə vəziyyətində Daxili İşlər Nazirliyi Daxili qoşunların balansına verilmişdir.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 578 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istifadəsinə verilmiş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 2578-ci məhəllə ünvanında yerləşən 1.095 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 177 saylı xx.xx.2020-ci il tarixli sərəncamına əsasən 0.9355 ha hissəsi avtomobil servisi və anbar tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilərək onun adına rəsmiləşdirilməsi qərara alınmışdır.

3. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icarəyə verə n qismində ünvan 2 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsini avtomobil servisi və anbar tikintisi məqsədilə “SR Construction Co" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə vermiş və bununla əlaqədar olaraq 1182 saylı xx.xx.2021-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilə əsasında ünvan 2 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsinə “SR Construction Co" MMC-nin icarə hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. 4. “SR Construction Co" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 2 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsi üzərində olan icarə hüququnu İddiaçı satmış, bu barədə xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır.

5. İddiaçı istifadəsinə verilmiş ünvan 2 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən plan və ölçü tərtib edilmiş, eyni zamanda İddiaçı icarə hüququ qeydə alınmışdır.

6. İcarəyəverən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 2 ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi 8775.0 kv.m torpaq sahəsini 1515 saylı, xx.xx.2022-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən İddiaçı istifadəsinə vermişdir.

7. İddiaçı ona ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

8. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, qeyriyaşayış binasına dair qanunveric ilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə tam təqdim edilməmişdir. Qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərin əsilləri 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Bünyadov küçəsi, 2578-ci məhəllədə, 0.8775 ha torpaq sahəsində yerləşən bir mərtəbədən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət reyestrin də qeydiyyata alınaraq çıxarışın, plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 578 nömrəli sərancamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 2578-ci məhəllə ünvanında yerləşən 1.095 ha torpaq sahəsi AR DİNnin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 177 nömrəli addan-ada keçirilməsi haqqında sərəncamına əsasən əvvəlki xx.xx.2001-ci il tarixli, 578 nömrəli sərancamla AR DİN-nin istifadəsinə verilmiş Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 2578-ci məhəllə ünvanında yerləşən 1.095 ha torpaq sahəsinin 0.9355 ha hissəsi avtomobil se rvisi və anbar tikintisi məqsədilə "xxxx" MMC-nin icarə əsasında isifadəsinə verilərək sonuncunun adına rəsmiləşdirilməsi qərara alınmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, 226 nömrəli sərəncamı əsasında Dövlət Xidməti ilə “SR Construction Co" MMC arasında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 2578-ci məhəllə ünvanında yerləşən 0.8775 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 1182 nömrəli müqavilə bağlanaraq avtomobil servisi və anbar tikintisi üçün MMC-nin istifadəsinə verilmişdir. AR ƏMDK yanında DƏDRX həmin torpaq sahəsini qeydiyyata alıb, “SR Construction Co" MMC-nin adına çıxarış vermiş, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi isə Torpaq sahəsinin planı və ölçüsünü tərtib etmişdir. Bundan sonra "xxxx" MMC istifadəsində olan 0.8775 ha torpaq sahəsinin icarə hüquqlarını xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. DƏDRX torpaq sahəsini qeydiyyata alaraq iddiaçıya çıxarış vermiş, Xidmətin 1 saylı Bakı Ərazi idarəsi isə Torpaq sahəsinin planı və ölçüsünü tərtib etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 1515 nömrəli sərəncamı əsasında Dövlət Xidməti ilə iddiaçı arasında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 2578-ci məhəllə ünvanında yerləşən 0.8775 ha torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İddiaçı icarəyə götürdüyü həmin torpaq sahəsində sərəncama uyğun olaraq avtomobil servisi və anbar inşa etdirmişdir və oradan istifadə edir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə ər izə ilə müraciət edərək icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün müvafiq tapşırıq verməsini xahiş etmiş, lakin Xidmət 19 aprel 2022-ci il tarixli, **********27 saylı məktubla bildirmişdir ki, fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında əsasnaməyə uyğun olaraq sənədlər toplusu tam təqdim edildikdən sonra həmin məsələyə baxıla bilər. Bundan sonra ünvan 3 ünvanında 0.8775 ha torpaq sahəsində yerləşən bir mərtəbədən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata alaraq texniki pasportunun tərtib edilməsi və onun adına çıxarışın verilməsinə dair müvafiq Ərazi Xidmətinə lazımi göstəriş verilməsini xahiş etmiş, lakin cavabdeh **********19 saylı, 29 iyun 2022-ci il tarixli məktubla bildirilmişdir ki, qe yri-yaşayış binasına dair qanunvericilikdə nəzərdə tutulmuş hiiquqmüəyyənedici sənədlər tam təqdim edilməmişdir. Cavabdeh bu imtinasında haqlı olmamışdır. Belə ki, təqdim edilən və qanuni qüvvədə olan sənədlərdən görünür ki, inzibati orqanların aktları ilə ünvan 3 ünvanda avtomobil servisi və anbar tikintisi üçün 0.8775 ha torpaq sahəsi ayrılmış və cavabdeh Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi həmin torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək, qeydiyyata alıb onun adına çıxarış vermişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2048/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilməmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli əmlaka dair hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəz ərdə tutulmuş zəruri sənədləri təqdim etmədiyindən cavabdehin imtinası əsaslı olmuşdur.

13. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2422/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X2 /məruzəçi/, X3 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2048/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməs ini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qeyd edilir ki, məhkəmə işə baxarkən Torpaq Məcəlləsinin 84.1-ci maddəsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 15.1-ci maddələrinin, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 79.1-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüq uqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipot eka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, ya şayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclası nın protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üç ün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülk iyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzə rində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdi q edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəs inin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması bar ədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

20. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə

74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 74.2. Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Maddə

75. Tikintiyə icazə ver ilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Maddə

79. Tikin tisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan en erji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 7 9.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Maddə

80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağl ı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə

101. Tikinti obyektinin istismarına icazənin məqsədi 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.3. Bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş müddəa tikintisinə icazə tələb edilməyən obyektlərə şamil olunmur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

217. Q ətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. X9 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil etməklə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İddia tələbindən görünür ki, iddiaçı qanuni istifadəsində olan 0.8775 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın, plan və ölçünün verilməsini xahiş etmişdir. İddiaçı öz mövqeyini əsaslandırmaq üçün Şəhərsalma və Tikin ti Məcəlləsinin müvafiq norma və müddəalarına istinad etmişdir.

29. Məhkəmə kollegiyası iddiaçının dəliləri ilə razılaşmayaraq bildirir ki, əvvəla iddiaçı inşa edilmiş qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Baxmayaraq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə tikilinin dövlət qeydiyyatı üçün ə sasdır.

30. Bundan əlavə iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edən zaman qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. (Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır).

31. Lakin iş materialları ilə qeyd edilən qeyri yaşayış sahəsinin yardımçı tikili yə aid olmadığı müəyyən edilir. Belə ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, qeyri-yaşayış sahəsi hüquqmüəyyəndici sənəd və faktiki vəziyyəti eyni olmaqla əsas sahəsi 30 kv.metr, ümumi sahəsi isə 45 kv.metrdir, akta əsasən qeyri-yaşayış binası layihəyə uyğun, əlavə tikili yoxdur (səh 83).

32. Bundan başqa iş materiallarına əlavə edilmiş memarlıq planlaşdırma həllindən görünür ki, iddiaçının yardımçı tikili hesab etdiyi sahə hər biri 15 kv metr olan 2 otaqdan, sahəsi 9 kv.metr olan mətbəxdən, eləcə də sahəsi 6 kv.m olan sanitar qovşaqdan ibarət olan ofis binasıdır (iş vər 9-13).

33. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixdə Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişiklik nəticəsində “ya rdımçı tikililər” sözü 79.1.1-ci maddəsindən çıxarılmışdır.

34. Normanın hazırki tələbinə əsasən tikinti obyekti kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı olduğu təqdirdə onun tikintisinə icazə tələb edilmir. Lakin mübahisəli obyektin qeyd edilən kateqoriyaya aid olması barədə iş materiallarında hər hansı bir məlumat yoxdur. Əksinə iş materiallarında olan torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, qeyd edilən tikili sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqda tikilimişdir.

35. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli tikili həm əvvəllər qüvvədə olan normanın, həm də hazırda qüvvədə olan normanın tələbi baxımından tikintisinə icazə tələb olunmayan obyektlərə aid deyildir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, idd iaçı ona ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin tikintisinə və istismarına icazə sənədlərini nə cavabdeh inzibati orqana, nə də məhkəmələrə təqdim etmədiyindən apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. 37 Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2422/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar