Məhkəmə qərarları › İş №2-1(102)-574/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-574/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-574/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-574/2020) Bakı şəhəri 11 mart 2020-ci il (açar sözlər: plan və ölçünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması). GİRİŞ HİSSƏ Hakimlər: Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi hakim), Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, İddiaçı x1 və onun vəkili Bağırov Amid Vahab oğlunun iştirakları, A.Cəfərovun katibliyi ilə, İddiaçı x1 cavabdeh Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı plan ölçünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2-1(103)-298/2019 saylı qərarından iddiaçı x1 və vəkili Bağırov Amid Vahab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Bakı şəhər Xalq Deputat ları Soveti İcraiyyə Komitəsinin (hazırda Bakı şəhər İcra Hakimiyyəti) 21.07.1989-cu il tarixli 6/255 saylı qərarı və Bakı şəhəri Lenin rayon XDS İK-nın (hazırda Sabunçu rayon İcra Hakimiyyəti) 05.10.1990-cı il tarixli 30/3 saylı qərarına əsasən ünvan 1 iddiaçıya ayrılmış 8 saylı 0,06 torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2014-cü il tarixli, 2-1(82)-37/2014 nömrəli qərarı ilə cavabdehin imtinası qanunsuz hesab edilərək, Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin (hazırda Bakı şəhər İcra Hakimiyyəti) )7.1989-cu il tarixli 6/255 saylı qərarı və Bakı şəhəri Lenin rayon XDS İK-nin (hazırda ünvan 1ünvan 1 iddiaçıya ayrılmış 8 saylı 0,06 ha torpaq ləsinin plan və ölçüsünün hazırlanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dölət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmişdir (hakim İ.Bayramova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər Abıyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Mustafayev Nurəddin Yusif oğlu) 29 dekabr 2014-cü il tarixli, 2-1(103)-1735/2014 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-37/2014 saylı 18 iyul 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynova Sevda Əziz qızı) 27 yanvar 2016-cı il tarixli, 2-1(102)27/2016 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1735/2014 saylı 29 dekabr 2014-cü il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Üzeyir Həmid oğlu və Məmmədov Vidadi Məmməd oğlu) 19 may 2016-cı il tarixli, 2-1(103)-695/2016 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-37/2014 saylı 18 iyul 2014-cü il tarixli qərarı ləğv edilərək, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlu) 13 dekabr 2016-cı il tarixli, 2-1(102)1909/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-695/2016 saylı 19 may 2016 -cı il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər Seyidova Səriyyə Seyid qızı (sədrlik edən və məruzəçi), Hüseynov Sərvət Qeybəli oğlu və Vəliyeva Elşanə Rafiq qızı ) 02 iyun 2017-ci il tarixli, 2-1(103)-542/2017 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-37/2014 saylı 18 iyul 2014-cü il tarixli qərarı ləğv edilərək, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər Dadaşov İlqar Ağababaş oğlu ( sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Seyfəliyev Əli Səlim oğlu) 25 oktyabr 2017-ci il tarixli, 2-1(102)1749/2017 saylı qərarı ilə iddiaçı x1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-542/2017 saylı 02 iyun 2017-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlu) 31 yanvar 2018-ci il tarixli, 2-1(103)-88/2018 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidnətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən v erilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-37/2014 saylı 18 iyul 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Əliyev Ələsgər Əliabbas oğlu) 14 avqust 2018-ci il tarixli, 2-1(102)1065/2018 saylı qərarı ilə iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-88/2018 saylı 31 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər Cəmilova Xəyalə Adil qızı (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Hüseynov Abidin Qabil oğlu) 02 oktyabr 2019-cu il tarixli, 2-1(103)-298/2019 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)37/2014 saylı 18 iyul 2014-cü il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək, iddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı plan və ölçünün hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qərarından iddiaçı x1 və vəkili Bağırov Amid Vahab oğlu tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin normalarına və kassasiya məhkəməsinin göstərişlərinə tam şəkildə əməl etməyərək mübahisənin düzgün həll üçün əhəmiyyət kəsb edən bütüm faktiki halları xidməti vəzifəsinə görə ara şdırmamış, işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməmiş, sübutlar tam və hərtərəfli qiymətləndirilməmişdir. İddiaçı x1 və onun vəkili Bağırov Amid Vahab oğlu məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və üçüncü şəxslər Bakı şəhəri İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti, x2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan onların nümayəndələri məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və üçüncü şəxslər Bakı şəhəri İc ra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti, x2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarını n nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçı x1 və onun vəkili Bağırov Amid Vahab oğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 21(103)-298/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 21.07.1989-cu il tarixli 6/255 saylı qərarı ilə "Bakıtuneltikinti" 3 saylı Ti kinti- Quraşdırma İdarəsinin işçilərinə, o cümlədən iddiaçıya kollektiv-yoldaşlıq bağ təsərrüfatının yadılması üçün Nardaran qəsəbəsinin şimal-qərbindən torpaq sahəsinin ayrılması qərara alınmişdir. 13 sentyabr 1989-cu il tarixli 89/420 saylı ayrıc aktına əsasən həmin ayrılmış 4.89 ha torpaq sahəsinin cizgisi tərtib edilmişdir. "Bakıtuneltikinti" 3 saylı Tikinti-Quraşdırma İdarəsi və Həmkarlar İttifaqı Komitəsinin 09 oktyabr 1989-cu il tarixli birgə iclasının qərarına əsasən Nardaran qəsəbəsində "Bakıtuneltikinti" 3 saylı TikintiQuraşdırma İdarəsinin ərazisindən 0,06 ha sahədən ibarət 8 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə dair torpaq sahəsinin plan və ölçüsünün hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitə sinin Bakı şəhər Şöbəsinə müraciət etmişdir. Həmin inzibati orqanın ərizəçiyə ünvanladığı 22.01.2013-cü il tarixli 01/01-68 saylı cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuş və bu zaman göstərilmişdir ki, şöbə tərəfindən müvafiq əraziyə baxış keçirilərək və bağ sahəsinin yeri dəqiqləşdirilərkən məlum olmuşdur ki, iddiaçının göstərdiyi yer Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin (hazırda Bakı şəhər İcra Hakimiyyəti) 21.07.1989-cu il tarixli 6/255 saylı qərarı ilə "Bakıtuneltikinti"nin 3 saylı Tikinti-Quraşdırma İdarəsinə ayrılmış bağ sahələrinin ayrınc aktının hüdudlarından kənardadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14599 saylı 25.07.2019-cu il tarixli ekspert rəyinə əsas ən “Bakı şəhər XDS İcraiyyə Komitəsinin 255 saylı 21.07.1989-cu il tarixli qərarı və Bakı şəhəri Lenin XDS İcraiyyə Komitəsinin 30/3 saylı 05.10.1990-cı il tarixli qərarına əsasən Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində iddiaçı x1 adına ayrılmış 8 saylı 0.06 hektar bağ sahəsinin koordinatları, miqyası və yaxud hər hansı istinad nöqtəsindən məsafə və ölçülər göstərilməklə yerləşmə sxemi əlavə edilməməsi səbəbindən sözügedən bağ sahəsinin naturada (koordinatları müəyyən edilmiş) iddia olunan torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsinin müəyyən edilməsinin mümkün olmadığı, lakin DƏDRX-nin verdiyi məlumata əsasən naturada iddia olunan torpaq sahəsinin tam olaraq x2-yə ayrılmış 101.0 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Həmçinin Azərbaycan Respubl ikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində də həmin məlumatlar öz əksini tapmışdır. Cavabdehin 01/01-68 saylı 22.01.2013-cü il imtina məktubunda oağ sahəsinin "Bakıtuneltikinti"nin 3 saylı Tikinti-Quraşdırma İdarəsinə ayrılmış bağ sahələrinin ayrıc aktının hüdudlarından kənarda olması qeyd olunmuşdur. İş materiallarını araşdıraraq apellyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, mübahisəli bağ sahəsinin digər hüquqi şəxsə məxsus ərazi ilə üst-üstə düşməsi səbəbindən, həmin torpaq sahəsi ilə bağlı hüquq subyektinə münasibətdə mübahisənin mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hes ab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2-1(103)298/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 21(103)-298/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar