Məhkəmə qərarları › İş №2-1(102)-574/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-574/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-574/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1958-ci il, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosi al Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1204/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı may 1977-ci ildən 31 may 1979-cu ilədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildə Azərbaycan SSR İncəsənət Fondunun İYK-də “Agitplakat” sexinə çapçı vəzifəsinə, 27.07.l979-cu ildən Azərbaycan SSR İncəsənət Fondunun İYK-də monumental heykəltəraşlıq sexinə İ dərəcəli qəlibçi vəzifəsinə təyin olunmuş, xx.xx.1980-ci ildən ona əlvan metal sexinin İİ dərəcəli tökməçi v əzifəsi verilmiş, xx.xx.1980-ci ildə vəzifəsindən azad olunmuş, xx.xx.1980-ci ildə Bakı Şampan Şərabları Zavodunda bələdçi vəzifəsinə qəbul olunmuş və xx.xx.1980-ci ildə azad olunmuş, xx.xx.1980-ci ildən əlvan metal sahəsində İİ dərəcəli qəlibçi vəzifəsində, xx.xx.1981 -ci ildən İİİ dərəcəli qəlibçi, xx.xx.1982-ci ildən İV dərəcəli tökməçi vəzifəsində, xx.xx.1983- cü ildən V dərəcəli qəlibçi, xx.xx.1987-ci ildən Vİ dərəcəli qəlibçi, xx.xx.1998-ci ildən icraçı heykəltəraş vəzifəsində çalışmışdır və hazırda da çalışmaqda davam edir.

2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) metalın əridilməsi və elektrotermik üsulla alınması bəndində (7.5) əlvan metal və ərintilərin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. Təqdim edilən 1 iyul 1976-cı il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1979-cu il tarixindən bu günədək Azərbaycan Rəssamlar X1 bürüncəritmə sexində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların İdarə tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində həmin müəssisədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən tökücü peşəsində iş stajının 9 ay 17 gün olduğu aşkar olunmuşdur. Bu fakt, Azərbaycan Rəssamlar X4 tərəfind ən müvafiq aktla təsdiqlənmişdir. Bu səbəbdən onun güzəştli iş stajı 10 ildən az təşkil edir. Bu səbəbdən əmək kitabçası və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, ona 07 iyun 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1958-ci il təvəllüdlüdür, əmək fəaliyyətinə 1976-cı ildən başlamış müxtəlif sahələrdə çalışmış, hazırda da çal ışmaqdadır. O, ümumilikdə 40 ildən çox sığorta stajına malikdir, həmçinin işlədiyi illərin 12 il 6 ayından çox hissəsini xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. Belə ki, onun əmək kitabçasındakı qeydlərdən də görünür ki, o, həqiqətən xx.xx.1976-cı ildə Azərbaycan SSR İncəsənət Fondunun İYK-də “Agitplakat” sexinə çapçı vəzifəsinə təyin olunmuş, 1977- 1979-cu illərdə ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən Azərbaycan SSR İncəsənət Fondunun İYK-də monumental heykəltəraşlıq sexinə İ dərəcəli qəlibçi vəzifəsinə təyin olunmuş, xx.xx.1980-ci ildən əlvan metal sexinin İİ dərəcəli tökməçi vəzifəsində, xx.xx.1980-ci ildən əlvan metal sahəsində İİ dərəcəli qəlibçi vəzifəsində, xx.xx.1981 -ci ildən İİİ dərəcəli qəlibçi, xx.xx.1982-ci ildən İV dərəcəli tökməçi vəzifəsində, xx.xx.1983-cü ildən V dərəcəli qəlibçi, xx.xx.1987-ci ildən Vİ dərəcəli qəlibçi, xx.xx.1998-ci ildən icraçı heykəltəraş vəzifəsində çalışmışdır və hazırda da çalışmaqda davam edir. Göründüyü kimi, onun ümumilikdə 25 ildən çox iş stajının olması və bunun 12 il yarımdan artıq müddətində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən əlvan metal sahəsində qəlibçi-tökməçi kimi işləməsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmış və pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən 19 iyun 2020-ci il tarixdə imtina məktubu verilərək bildirilmişdir ki, onun güzəştli iş stajı 10 ildən az təşkil edir, buna görə də pensiya təyin edilməsi mümkün olmamışdır. Halbuki, müraciəti zamanı ərizəsinə əmək kitabçasının surətini əlav ə etmiş, orada işlədiyi yerlər və çalışdığı vəzifələr ətraflı qeyd olunmuşdur. Hətta Azərbaycan Rəssamlar X3 Kombinatı tərəfindən verilmiş arayışı cavabdeh inzibati orqana təqdim etmiş, lakin cavabdeh pensiya təyin etməli olduğu halda, yuxarıda qeyd olunan imtina məktubunu vermişdir. Cavabdehin imtinası ilə razı deyil və hesab edir ki, əmək kitabçasında olan qeydlərə əsasən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ olduğu üçün cavabdehin imtinasını qanunsuz və əsassızdır. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zə rərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsi nin (7) metalın əridilməsi və elektrotermik üsulla alınması bəndində (7.5) əlvan metal və ərintilərin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi 1 iyul 1976-cı il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1979-cu il tarixindən hazırki vaxtadək Azərbaycan Rəssamlar İttifaqı X1 bürüncəritmə sexində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialı tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində həmin müəssisədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən tökücü peşəsində iş stajının 9 ay 17 gün olduğu aşkar edilmişdir. Bu fakt, Azərbaycan Rəssamlar X4 tərəfindən müvafiq aktla təsdiqlənmişdir. Bu səbəbdən, onun güzəştli iş stajı isə 10 il dən az təşkil edir. Əmək kitabçası və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğunda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin (N.İ.Abıyev) 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)5578/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapsa da, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N°li Qərarı ilə "Güzəştli şərtlərl ə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/ V.M.Məmmədov və N.Ş.Cəfərov) 6 aprel 2021-ci il tarixli, 21(103)-541/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya ş ikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.N.Bədəlov /sədrlik edən və məruzəçi/ R.S.Nəbizadə və İ.K.Hüseynov) 28 dekabr 2021ci il tarixli, 2-1(102)-2054/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2021-ci il tarixli, 2-1(103)-541/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının güzəştli staj dövrü ilə əlaqədar cavabdehin dəlilləri, o cümlədən iddiaçının iş yerindən verilən məlumatlarda uyğunsuzluq və ziddiyyət var. Belə ki, cavabdehin imtina məktubunda (iş v. 8) və iddia tələbinə etirazda (iş v.24) iddiaçının 09 ay 17 gün iş stajının olması qeyd edilmiş, kassasiya şikayətinə etirazda isə 09 il 17 gün yazılmışdır. Bundan başqa, iddiaçının iş yerindən verilmiş arayışlarda (iş v. 9 və 32) onun işlədiyi peşələrin (qəlibçi və tökməçi) Azərbaycan Rəssamlar İttifaqı X2 işlədiyi tökməçi vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmasına görə güzəştli şərtlərlə pensiya hüququnun olması qeyd edilsə də, xx.xx.2020-ci il tarixli Aktda (Azərbaycan Rəssamlar İttifaqı X1 səlahiyyətli şəxsi və cavabdehin səlahiyyətli şəxsi arasında bağlanmışdı r; iş v.27) iddiaçının güzəştli stajının 09 ay 17 gün olması qeyd edilmişdir. Bundan əlavə, iddiaçının iş stajını təsdiq edən sənədlərə əsasən o, eyni müəssisədə və istehsalatda (Azərbaycan Rəssamlar İttifaqı X2) həm tökməçi, həm də qəlibçi vəzifələrini icra etmişdir. Cavabdeh və işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının Azərbaycan Rəssamlar İttifaqı X2 işlədiyi tökməçi vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) metalın əridilməsi və elektrotermik üsulla alınması bəndində (7.5) əlvan metal və ərintilərin tökücüləri vəzifəsinə uyğunlaşdırmış, lakin iddiaçının işlədiyi peşənin sözügedən siyahıda nəzərdə tutulmadığı nəticəsinə gəlmişlər. İş materiallarında iddiaçının iş yerindən verilmiş iki arayış mövcuddur, işdəki arayışların məzmunu oxşardır və həmin arayışlarda iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi qeyd olunmuşdur. Doğrudur, iş yerindən arayış məzmun etibari ilə tələblərə cavab verməsə də (güzəştli iş dövrü (il ay gün olaraq) dəqiq göstərilməmiş, iddiaçının işlədiyi peşə/vəzifənin konkret olaraq Siyahıda nəzərdə tutulan hansı peşə/vəzifəyə uyğunluğu müəyyə n edilməmiş, iddiaçının işlədiyi peşələrin zərərli olması halı əsaslandırılmamışdır), məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının güzəştli stajı ilə bağlı müəssisəyə sorğu ünvanlamaqla məzmunca mötəbər güzəştli arayışın əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Təkrar apelyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən müvafiq sorğu göndərilmiş və sorğuya verilmiş cavabdan müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək bürüncəritmə sexində 2-ci dərəcəli metal tökmə işində işləmişdir. 21 iyul 1980-ci ildən xx.xx.1998-ci ilədək tökməçi və qəlibçi peşələrində çalışmışdır. Onun çalışdığı "qəlibçi” və "tökməçi” peşələri Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısında Xİ bölmə olan - metal emalı bölməsində, a bəndində 1110100a-12176 kodu ilə metal tökücüləri, 1110100a-18865 kodu ilə qızdırılan avadanlıqlarda qəlib hazırlamaqla məşğul olan maşınla qəlibləmə qəlibçiləri və yenə həmin bölmədə 1110100a-19430 kodu ilə tökmədə iştirak edən əllə qəlibləmədə qəlibçilərin peşəsinə uyğundur. Qəlibçi və tökməçi peşəsində çalışanların əmək funksiyası: Heykəlin tuncdan hazırlanması üçün gipsdən olan heykəl ayrı-ayrı hissələrə bölünür və bölünmüş hissələr qa baqcadan hazırlanmış qəlblərdə qəliblənir. Bu prosesdən sonra əridici sobada əlvan metal 1200 temperaturla əridilir. Hazır olan ərinti həmin hazırlanmış qəliblərə tökülür. Metal hissələr hazır olandan sonra hissələr boltlar vasitəsilə yığılır və hazırlanan yerlər qaynaq vasitəsilə heykəl tam bütöv halına gəlir. Heykəl hazır olandan sonra üstündə təmizləmə işləri gedir və heykəl tam hazır vəziyyətə gətirilir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1998-ci ilədək çalışdığı tökməçi və qəlibçi peşələrində topladığı staj əsasında yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədəuyğundur. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11-ci bölmə "Metal emalı” bölməsinin "Tökmə istehsalı” bəndində (11.1) "metal tökücüləri”, "qızdırılan avadanlıqlarda qəlib hazırlamaqla məşğul olan maşınla qəlibləmə qəlibçiləri” və "tökmədə iştirak edən əllə qəlibləmədə qəlibçilər” peşəsi ilə eynilik təşkil edir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/ A.S.Hüseynov və S.İ.Bəktaşi) 20 oktyabr 2022-ci il tarixli, 21(103)-1204/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5578/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia qismən təmin edilərək iddiaçıya 57 yaşının tamam oldu ğu xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2017-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. İddiaçı 07 iyun 2015-ci il tarixindən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbini irəli sürməkdə haqlı olmuş, cavabdehin imtinası isə əsassız olmuşdur. İddiaçı ilkin olaraq xx.xx.2020-ci il tarixli ərizə ilə (xx.xx.2020-ci il tarixli imtina məktubunda göstərilən tarix) cavabdehə müraciət edərək, ona güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bu hal da iddiaçıya pensiya xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə görə, yəni xx.xx.2017-ci ildən ödənilə bilər.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayəti iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmişdir. (Bax bu qərarın 5-ci bəndinə) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itird iyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeyd ə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır..... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən d övrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edil ir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüs usilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

25. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci bəndinin a) yarımbəndi: Əmək kitabçası iş stajını təsdiq edən sənəddir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 27. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfin dən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

28. İnzibati Prosessual Məcəllə (İPM): A) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərin ə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. B) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

29. Avropa İnsan Hüquqları Mə hkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya i nstansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı ape llyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və güzəştli iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

36. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. Kassatorun əsas dəlili ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi 1 iyul 1976-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1979-cu il tarixdən bugünədək Azərbaycan Rəssamlar X1 bürüncəritmə sexində işlədiyi qeyd olunmuşdur. Adıçəki lən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların İdarə tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində həmin müəssisədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən tökücü peşəsində iş stajı 9 ay 17 gün olduğu aşkar olunmuşdur. Bu fakt Azərbaycan Rəssamlar X4 tərəfindən müvafiq aktla təsdiqlənmişdir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı isə 10 ildən az təşkil edir.

38. Göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təkrar apelyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən müvafiq sorğu göndərilmiş və sorğuya cavab olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Rəssamlar İttifaqı X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, i ddiaçı xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək bürüncəritmə sexində 2-ci dərəcəli metal tökmə işində işləmişdir. 21 iyul 1980-ci ildən xx.xx.1998-ci ilədək tökməçi və qəlibçi peşələrində çalışmışdır. Onun çalışdığı "qəlibçi” və "tökməçi” peşələri Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısında Xİ bölmə olan - metal emalı bölməsində, a bəndində 1110100a-12176 kodu ilə metal tökücüləri, 1110100a-18865 kodu ilə qızdırılan avadanlıqlarda qəlib hazırlamaqla məşğul olan maşınla qəlibləmə qəlibçiləri və yenə həmin bölmədə 1110100a-19430 kodu ilə tökmədə iştirak edən əllə qəlibləmədə qəlibçilərin peşəsinə uyğundur. Qəlibçi və tökməçi peşəsində çalışanların əmək funksiyası: Heykəlin tuncdan hazırlanması üçün gipsdən olan heykəl ayrı-ayrı hissələrə bölünür və bölünmüş hissələr qabaqcadan hazırlanmış qəlblərdə qəliblənir. Bu prosesdən sonra əridici sobada əlvan metal 1200 temperaturla əridilir. Hazır olan ərinti həmin hazırlanmış qəliblərə tökülür. Metal hissələr hazır olandan sonra hissələr boltlar vasitəsilə yığılır və hazırlanan yerlər qaynaq vasitəsilə heykəl tam bütöv halına gəlir. Heykəl hazır olandan sonra üstündə təmizləmə işləri gedir və heykəl tam hazır vəziyyətə gətirilir. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1998-ci ilədək çalışdığı tökməçi və qəlibçi peşələrində topladığı staj əsasında yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədəuyğundur. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11-ci bölmə "Metal emalı” bölməsinin "Tökmə istehsalı” bəndində (11.1) "metal tökücüləri”, "qızdırılan avadanlıqlarda qəlib hazırlamaqla məşğul olan maşınla qəlibləmə qəlibçiləri” və "tökmədə iştirak edən əllə qəlibləmədə qəlibçilər” peşəsi ilə eynilik təşkil edir.

39. Beləliklə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla, onun xx.x x.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı, işə götürən tərəfindən verilmiş arayışa əsasən iddiaçı 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2006-cı il tarixə tələb olunan ümumi iş stajını topladığından, yuxarıda qeyd edilən siyahı üzrə 12 il 6 aydan artıq güzəştli sığorta stajına malik olduğundan, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbinin təmin edilməli olması qənaətinə gəlmişdir.

41. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair cavabdeh orqana ilkin olaraq xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri baxımından müraciət etdiyi xx.xx.2020ci il tarixdən əvvəlki üç il üçün qanunla müəyy ən edilmiş qaydada ödənilməli olması barədə mövqeyində də, apelyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.

43. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 20-29(a)-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

45. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 21(103)-1204/2022 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar