Məhkəmə qərarları › İş №2-1(102)-575/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-575/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-575/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (artıq ödənilmiş pul vəsaitinin qaytarılmasına dair vergi orqanı tərəfindən rəyin tərtib edilib müvafiq maliyyə orqanına göndərilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı-nin direktoru X3, vəkili Vəkil, cavabdehin nümay əndəsi Nümayəndə Əlibaba qızının və vəkili Cavabdeh2 iştirakı ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, artıq ödənilmiş pul vəsaitinin qaytarılması barədə müvafiq rəy tərtib və təsdiq edilməklə, müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2132/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı məhdud məsuliyyətli cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödədiyi (bank hesablarından silinmiş) 35177,63 manat məbləğində pul vəsaitinin xx.xx.2017-ci tarixdə silinərək 9450,11 manata salınması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və 35177,63 manat pul vəsaitinin İddiaçı-yə qaytarılması barəsində rəy vermək öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən artıq ödənilmiş 35177,63 manat məbləğində pul vəsaitinin MMC-yə məxsus şəxsi hesab vərəqəsindən silinərək 9450,11 manata salınması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci- tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” Qaydalarına müvafiq qaydada, müddətdə və formada 35177,63 manat artıq ödənilmiş pul vəsaitinin İddiaçı-yə qaytarılması barədə müvafiq rəyi tərtib və təsdiq etməklə, onu artıq ödəməni qaytarmalı olduğu müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)302/2019 saylı qərarı ilə (hakim: X.X.İmanov) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetini n xx.xx.2001-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması Qaydaları”na müvafiq qaydada, müddətdə və formada 9450,11 manat artıq ödənilmiş pul vəsaitinin İddiaçı-yə qaytarılması barədə müvafiq rəyi tərtib və təsdiq etməklə, onu artıq ödəmənin qaytarılmalı olduğu müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddianın təmin edilən hissə ilə əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında uzun müddət gedən məhkəmə araşdırması nəticəsində iddiaçının şəxsi vərəqəsində xx.xx.2016-cı ildən sonrakı müddətdə 9450,11 mana t artıq ödəməsi yaranmışdır ki, iddiaçının həmin dövrdən əvvəlki müddətdə artıq ödəmə ilə bağlı müraciət etmək hüququ faktiki mövcud olmamışdır. Qeyd olunan pul vəsaiti iddiaçının şəxsi vərəqəsində artıq ödəmə kimi yarandığı müddətdən sonrakı 3 il müddətində iddiaçı tərəfindən ərizə ilə cavabdehə müraciət olunmuşdur ki, bu zaman vergi orqanının istinad etdiyi müddət məhz şəxsi vərəqədə artıq ödəmə yarandığı vaxtdan hesablana bilər. Ona görə də inzibati orqan iddiaçının şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə yaranmış artıq ödəmənin geri qaytarılmasından imtina etməklə qanunvericiliyin tələblərini pozmuşdur. İddianın təmin edilməyən hissə ilə əlaqədar olaraq isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçı tərəfindən artıq ödənilmiş 35177,63 manat mə bləğində pul vəsaitinin MMC-yə məxsus şəxsi hesab vərəqəsindən silinərək 9450,11 manata salınması ilə bağlı hərəkəti qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçı 9450 11 manatdan artıq ödədiyi vergi borcunun ona qaytarılmasını tələb etsə də, həmin məbləğdə dövlət büdcəsinə artıq vergi ödəməsini təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayətləri verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2132/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) apelyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)302/ 2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(103)-2132/2019 saylı qərardadı ilə məhkəmənin 2-1(103)-2132/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarının nəticə hissəsində olan aşkar yanlışlıq düzəldilərək, qərarın nəticə hissəsinə “iddiaçı “İddiaçı" MMC-nin şikayəti təmin edilməsin” cümləsi əlavə edilmişdir. Qərardan narazı qalan iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iş materiallarının baxılması üçün yenidən həmin məhkəməyə qaytarılması xahiş edilmişdir. Hesab edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qismən qanunsuz və əsassızdır. Belə ki, məhkəmə ən əvvəl cavabdeh inzibati orqanın iddiaçı tərəfindən artıq ödənilmiş 35177,63 manat məbləğində pul vəsaitinin MMC-yə məxsus şəxsi hesab vərəqəsindən silinərək 9450,11 manata salınması ilə bağlı hərəkətinin qanunvericiliyin tələblərinə uyğun olduğunu qeyd etsə də, bunun hansı qanunvericiliyin tələblərinə uyğun olduğunu müəyyən etməmişdir. Digər tərəfdən, məhkəmə iddiaçının iş materiallarına əlavə edilmiş sübutlarını ətraflı araşdırmadan və həmin sübutlara düzgün qiymət vermədən cavabdehin, iddiaçının xx.xx.2018-ci il tarixli məktubuna cavabında qeyd etdiyi mülahizələrə əsaslanmış, lakin həmin mülahizələrin iş materiallarındakı sübutlara əsasə n müəyyən olunmuş faktiki hallara uyğun olub-olmadığını müəyyən etməmişdir. Əslində, vergi orqanının qanunsuz müdaxilələri nəticəsində iddiaçı fəaliyyətini dayandırdıqdan sonrakı müddətdə ona kameral qaydada əlavə vergilər hesablanmış, 2014-cü ilin axırlarında vergi orqanı ona qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 42010 manat vergi borcu ilə bağlı iddia qaldırmış, qiyabi qətnamə qəbul olunaraq iddia təmin olunmuşdur. Cavabdehin həmin qiyabi qətnamənin ləğvi barədə verdiyi ərizə təmin olunmuş və eyni zamanda Bakı Vergilər Departamentinə müraciət edərək bütün kameral borcun ləğv olunması və əvəzləşmələrin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhər Vergilər Departamenti 25727,52 manat kameral qaydada hesablanmış borcu vaxtı keçmiş borc kimi silmiş, 16283 manat vergi borcu qalmışd ır ki, iddiaçının 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsində Bakı şəhəri Vergilər Departamentinə qarşı 16283 manat borcun hesablanması barədə bildirişlərin ləğvi tələbinə dair iddiası həmin Məhkəmənin xx xxxxxx 2015-ci il tarixli 2-l(82)-3019/2015 saylı qərarı ilə təmin edilmiş və həmin qərar Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisad kollegiyasının xx xxxx 2016-cı il tarixli 2-1(103)1042/16 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunan məhkəmə qərarı icraya yönəldikdən sonra vergi orqanı iddiaçının şəxsi hesab vərəqəsində qanunsuz hesabladığı vergi və faizləri silmiş, nəzərə alınmayan ƏDV əvəzləşmələri bərpa olunmuş, yekunda isə iddiaçının 35177,63 manat artıq ödəməsi yaranmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində apelyasi ya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilmiş hissəsində rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilir. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qismən qanunsuz və əsassızdır. İddia tələbinin ikinci hissəsi, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması Qaydaları”na müvafiq qaydada, müddətdə və formada 9.450,11 manat artıq ödənilmiş pul vəsaitinin iddiaçıya qaytarılması barədə müvafiq rəyi tərtib və təsdiq etməklə, onu artıq ödəmənin qaytarmalı olduğu müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı məhkəmənin gəldi yi nəticə düzgün deyil. İstər 1-ci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiya məhkəməsinin qərarında iddianın qismən təmin edilməsinin əsası kimi cavabdeh vergi orqanının məhz iddiaçının şəxsi vərəqəsində artıq ödəmə kimi qeyd olunmuş pul vəsaitinin vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olmasına istinad etməsi barədə dəlilini qəbul etməmiş və hesab etmişdir ki, iddiaçının şəxsi vərəqəsində olmayan məbləği hesabat dövründə tələb etmək hüququ olmamış, həmin dövrdə tərəflər arasında məhkəmə çəkişmələri olmuşdur. Yekunda isə qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə əlaqədar iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə öz təsdiqini tapmışdır. Həmin dövrdən sonrakı 3 ay müddətində iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti nin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması" Qaydalarına müvafiq olaraq cavabdehə müraciət etmişdir ki, bu zaman Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələbləri hazırki mübahisəyə tətbiq edilə bilməz. Yəni, mübahisələndirilən məbləğ üzrə müddətin axımı vergi orqanı tərəfindən aparılan son əməliyyat vaxtından, yəni 2017-ci ilin sentyabr ayının 7-dən sonrakı gündən başlamalıdır. Hazırda iddiaçının artıq ödəmə kimi tələb etdiyi məbləğ 2009-cu illərə təsadüf edir və həmin dövrdən sonra iddiaçı tərəfindən dövlət büdcəsinə heç bir ödəniş həyata keçirilməmiş və 5 illik tələbetmə müddəti bitmişdir. Hazırda artıq ödəmənin yaranmasına səbəb olan “Vergilərin hesablanması barədə” qərarlar 2009-cu ilə təsadüf etsə də, iddiaçı tərəf səhlənkarlıq edərək yalnız 6 il sonra, yəni 2015-ci il tarixdə sözügedən qərarları mübahisələndirmişdir. Halbuki, iddiaçının qeyd olunan vergilərin hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablanmasını tələb etmək, habelə sözügedən “Vergilərin hesablanması barədə” qərarları inzibati və ya məhkəmə qaydasında mübahisələndirmək hüququ var idi. O, isə bu hüquqlarından vaxtında istifadə etməmişdir. Belə olan halda məhkəmə nəzərə almalı idi ki, iddiaçının şəxsi hesab vərəqəsindəki artıq ödəməni hesabat dövrü qurtardıqdan sonrakı 5 il ərzində tələb etmək imkanlarından məhrum olması sırf özünün səhlənkarlığı və günahı ucbatından baş vermişdir. Etirazlar: Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin olunmuş hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının direktoru və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və işin həmin hissədə baxılması ü çün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qə rarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətlər qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir. Lakin şikayətlər əsassızdır. Məhkəmə kollegiyası iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin hər birinə ayrı ayrılıqda münasibət bildirməyi məqsədə müvafiq hesab edir. İddiaçı kassasiya şikayətində qeyd edir ki, İddiaçı tərəfindən artıq ödənilmiş 35177,63 manat məbləğində pul vəsaitinin MMC-yə məxsus şəxsi hesab vərəqəsindən silinərə k 9450,11 manata salınması ilə bağlı cavabdehin hərəkəti qanunsuzdur. İddiaçının bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilərək xx.xx.2009-cu il tarixli, **********924400 nömrəli, xx.xx.2008-ci il tarixli, **********275200 nömrəli, xx.xx.2019-cu il tarixli, **********469200 nömrəli, xx.xx.2011-ci il tarixli, **********470900 nömrəli, xx.xx.2008-ci il tarixli **********832900 nömrəli, xx.xx.2008-ci il tarixli **********132300 nömrəli, xx.xx.2009-cu il tarixli **********031500 nömrəli, xx.xx.2009-cu il tarixli **********039100 nömrəli, xx.xx.2009-cu il tarixli **********017300 nömrəli, xx.xx.2009-cu il tarixli **********017300 nömrəli, xx.xx.2009-cu il tarixli **********054000 nömrəli, xx.xx.2009-cu il tarixli **********058800 nömrəli, xx.xx.2009-cu il tarixli **********609100 nömrəli, xx.xx.2011-ci il tarixli, **********250100 nömrəli, xx.xx.2011-ci il tarixli **********156000 nömrəli, xx.xx.2009-cu il tarixli **********373900 nömrəli, xx.xx.2009-cu il tarixli **********211200 nömrəli, xx.xx.2009-cu il tarixli **********010100 nömrəli, xx.xx.2009-cu il tarixli **********010100 nömrəli “Vergilərin hesablanması barədə’’ bildirişlərinin ləğv edilməsi xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)1748/2015 saylı qərarı ilə iddiaçı "İddiaçı " MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı iddia tələbi təmin edilmişdir. Məhkəmə prosesinin gedişatında “Vergi orqanlarının tələb etmə müddətinin bitməsi ilə əlaqədar vergi borclarının silinməsi barədə Komissiya” tərəfindən çıxarılmış xx xxxxx 2015-ci il tarixli Qərara əsasən "İddiaçı " MMC-nin (VÖEN **********) xx xxxxx 2015-ci il tarixinə dövlət büdcəsinə olan 25727,52 manat (məhkəmə hökmü ilə təmin edilmiş 16283,0 manat istisna olmaqla) borc məbləği (o cümlədən vergilər üzrə 21319,9 manat, faizlər üzrə 188,01 manat və maliyyə sanksiyası üzrə 4219,61 manat) vergi orqanının tələb etmə müddəti bitdiyi üçün silinmişdir. Sonradan, qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(82)-3019/2015 saylı qərarının icrası ilə əlaqədar qeyd olunan silinmə nəzərə alınmadan təkrarən şəxsi vərəqədə xx.xx.2016-cı ildə düzəliş edilmiş və iddiaçının həmin tarixə 35177,63 manat artıq ödəməsi yaranmışdır. İddiaçının həmin məbləğin geri qaytarılması barədə müraciətindən sonrakı müddətdə, yəni xx.xx.2017-ci ildə vergi orqanı iddiaçının şəxsi vərəqəsində müvafiq düzəlişlər aparmış və artıq birinci dəfə tələbetmə müddətinin keçməsi ilə əlaqədar sildiyi 25727,52 manat vergi borcunu şəxsi vərəqədə bərpa edib, məhkəmə qərarının icrası ilə bağlı həmin məbləğdə düzəliş etmişdir ki, bu zaman bir dəfə silinmiş vergi borcunun məhkəmə qərarının icrası ilə bağlı yenidən silinməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunmalıdır ki, iddiaçı qeyd olunan məbləğdə artıq ödədiyi vergi borcunun ona qaytarılmasını tələb etsə də, həmin məbləğdə dövlət büdcəsinə artıq vergi ödəməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir Məhkəmə kollegiyası iddiaçının kassasi ya şikayətində mübahisələndirdiyi məsələ ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçı tərəfindən artıq ödənilmiş 35177,63 manat məbləğində pul vəsaitinin MMC-yə məxsus şəxsi hesab vərəqəsindən silinərək 9450,11 manata salınması ilə bağlı hərəkəti qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Cavabdehin verdiyi kassasiya şikayətinə gəlincə isə məhkəmə kollegiyası həmin şikayəti də əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə təmin edilir. Hər bi r vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardı. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. İddiaçı ilə cavabdeh arasında uzun müddət gedən məhkəmə araşdırması nəticəsində iddiaçının şəxsi vərəqəsində xx.xx.2016-cı ildən sonrakı müddətdə 9450,11 manat artıq ödəməsi yaranmışdır ki, iddiaçının həmin dövrdən əvvəlki müddətdə artıq ödəmə ilə b ağlı müraciət etmək hüququ faktiki mövcud olmamışdır. Qeyd olunan pul vəsaiti iddiaçının şəxsi vərəqəsində artıq ödəmə kimi yarandığı müddətdən sonrakı 3 il müddətində iddiaçı tərəfindən ərizə ilə cavabdehə müraciət olunmuşdur ki, bu zaman vergi orqanının istinad etdiyi müddət məhz şəxsi vərəqədə artıq ödəmə yarandığı vaxtdan hesablana bilər. İnzibati orqan iddiaçının şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə yaranmış artıq ödəmənin geri qaytarılmasında imtina etməklə, qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 15.1 və 15.1.4-cü maddələrinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. 24.0 və 24.0.10-cu maddələrinə əsasən, vergi orqanları ve rgi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludular. 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edil məmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbl əğlərinin (bundan sonra büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda "vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar" dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Qaydaların 2-ci bəndinə əsasən vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Qaydaların 3.1 və 3.2-ci bəndlərinə əsasən, vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən, vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizə sinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyalarının qalan məbləğləri, vergi ödəyicisinin vergi, faiz, maliyyə sanksiyası və inzibati cərimə üzrə borcu və sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi barədə razılığı olmadıqda, vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarına müvafiq olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinə qaytarılır. Cavabdehin istinad etdiyi Vergi Məcəlləsinin 85.5-ci maddəsinə görə, vergi ödəyicisi vergi hesabatı dövrü qur tardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Cavabdeh vergi orqanı məhz iddiaçının şəxsi vərəqəsində artıq ödəmə kimi qeyd olunmuş pul vəsaitinin vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olmasına istinad etməsi barədə dəlilini qəbul etməyən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının şəxsi vərəqəsində olmayan məbləği hesabat dövründə tələb etmək hüququ olmamış, həmin dövrdə tərəflər arasında məhkəmə çəkişmələr i olmuş, yekunda isə qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə əlaqədar iddiaçının şəxsi vərəqəsində artıq ödəmə öz təsdiqini tapmışdır ki, həmin dövrdən sonrakı 3 ay müddətində iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarına müvafiq olaraq cavabdehə müraciət etmişdir. Odur ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələbləri hazırki mübahisəyə tətbiq edilə bilməz. Yəni, mübahisələndirilən məbləğ üzrə müddətin axımı vergi orqanı tərəfindən aparılan son əməliyyat vaxtından, yəni 2017-ci ilin sentyabr ayının 07-dən sonrakı gündən başlanmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən, bu Məcəlləd ə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. (maddə 68.1, 68.2) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. B əhs edilənlərə əsasən kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətləri təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2132/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar