Məhkəmə qərarları › İş №2-1(102)-575/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-575/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-575/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni açılmış hallarla bağlı ərizə Giriş hissəsi: Hakimlər: Quliyev Zakir Müslüm oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cav abdeh) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3122/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi yeni açılmış halla bağlı ərizəsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşlə bağlı qəbul edilən məhkəmə qərarları:

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı 50 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3281/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya güzəştli şərtlərlə xx.xx.2006cı il tarixdən əmək pensiyası təyin edilməsi və xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üçün təyin olunmuş v pensiyanın məbləğinin, xx.xx.2007-ci il tarixdən təyin olunmuş əmək pensiyasının yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27-ci maddələrinin xx.xx.2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə olunmuşdur.

3. Həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə mindikdən sonra məhkəmənin 8 dekabr 2014-cü il tarixli məktubu ilə icra olunması üçün cavabdeh orqana göndərilmişdir. 4. xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyi ndə Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X2 Filialı yeni açılmış hallara dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı rəsmi məlumatlara əsasən xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olduğu halda, pensiya təyin edilən zaman Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan ərizəsi 7 iyul 2014cü il tarixdə şöbədə qeydiyyatdan keçirilmiş, bununla da “Əmək pensiyaları haqqında” Qanunun 30.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilənlərdən bel ə nəticəyə gəlmək olar ki, məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqəsi saxtalaşdırılmışdır. Pensiya işinə əlavə edilmiş saxtalaşdırılması ehtimal olunan "xxxx" ASC-nin “Bakı neft maşınqayırma zavodu” tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli KŞ-10/155 saylı izahlı arayışda xx.xx.1978-xx.xx.1993-cü illərdə İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləməsi göstərilmiş, lakin pensiya işinə tikilmiş notarial qaydada təsdiq edilmiş əmək kitabçasının surətində işlədiyi təşkilatın adı qeyd olunmamışdır. Həmçinin, sözügedən arayış sədr E.Vəliyev adlı şəxs tərəfindən imzalansa da həmin sənədin üzərinə təşkilatın əsas möhürü deyil, kadrlar şöbəsinin möhürü vurulmuşdur. Məlumat üçün bildirilir ki, iddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması f aktına hüquqi qiymətin verilməsi məqsədilə ƏƏSMN tərəfindən müvafiq materiallar Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş, həmin İdarə tərəfindən cinayət işi açılaraq istintaqı aparılır...”

6. Cavabdehin ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi prosessual hüquq varisi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1 ilə əvəz edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3281/2014 saylı xx.xx.2021-ci il qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3281/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsinə dair yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-3122/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il qərardadı ləğv edilmiş, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi üzrə məhkəmə icraatı mümkün sayılmamişdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçinin istinad etdiyi hallar iddiaçı barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü mövcud olmadığı halda, yeni açılmış hal kimi qəbul edilməsi mümkünsüzdür. Ərizəçinin cava bdehin ünvanı, həm də onun təqdim etdiyi izahlı arayış və əmək kitabçası bağlı istinad etdiyi hallar məhkəmə tədqiqatının obyektlərini təşkil edən hallar olmuşdur ki, bütün bunlara da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixdə qəbul etdiyi yekun məhkəmə qərarında qiymət verilmişdir. Həmin qərarın qəbul edilməsindən cavabdehin yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edən tarixə (xx.xx.2020) qədər isə 6 ilə yaxın bir müddət keçmişdir. İPM-in 103.1-ci maddəsi isə nəzərdə tutur ki, tələbindən isə göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Göründüyü kimi, İPM-in 100 və 103.1-ci maddəsinin tələbləri baxımından, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən edilmir.

11. Cavabdeh qərardaddan kasasiya şikayəti verərək qərardadın ləğv edilib ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

12. Kasasiya şikayətinin dəlilləri ərizənin dəlilləri ilə eyni olmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına dair cinayət işinin başlanması İPM-nin 100-cü maddəsinə əsasən iş üzrə yeni halların aşkar edildiyini və bunun ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilməd iyini sübut etsə də, məhkəmə İPM-in 100cü maddəsini düzgün təfsir etməyərək iş üzrə qanuni qüvvəyə minmiş hökm olmadığını vurğulamış və maddi hüquq normasının tələblərini pozaraq ərizəni mümkünsüz hesab etmişdir.

13. Cavabdeh şikayətində hüquqi əsas olaraq İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə istinad etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdehin kasasiya şikayətinə qarşı iddiaçıdan etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

15. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apely asiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 9 6.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ə rizəsinə əsasən təzələnə bilər. Maddə

103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 104.2. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 106.1. Məhk əmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş hallarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

16. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsasla ndırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

17. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyi ndə olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsində qeyd edilmişdir ki, iddiaçı rəsmi məlumatlara əsasən xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olduğu halda, pensiya təyin edilən zaman Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan ərizəsi 7 iyul 2014-cü il tarixdə şöbədə qeydiyyatdan keçirilmiş, bununla da “Əmək pensiyaları haqqında” Qanunun 30.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqəsi saxtalaşdırılmışdır. Pensiya işinə əlavə edilmiş saxtalaşdırılması ehtimal olunan “Azneftkimyamaş ASC-nin “Bakı neft maşınqayırma zavodu” tərəfind ən verilmiş xx.xx.2013-cü il tarixli KŞ-10/155 saylı izahlı arayışda xx.xx.1978-xx.xx.1993-cü illərdə İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləməsi göstərilmiş, lakin pensiya işinə tikilmiş notarial qaydada təsdiq edilmiş əmək kitabçasının surətində işlədiyi təşkilatın adı qeyd olunmamışdır. Həmçinin, sözügedən arayış sədr E.Vəliyev adlı şəxs tərəfindən imzalansa da həmin sənədin üzərinə təşkilatın əsas möhürü deyil, kadrlar şöbəsinin möhürü vurulmuşdur. iddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə ƏƏSMN tərəfindən müvafiq materiallar Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş, həmin İdarə tərəfindən cinayət işi açılaraq istintaqı ap arılır

20. İPM-in 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

21. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, istinad edilən sübut və hallar inzibati məhkəmə icraatının aparıldığı dövrdə mövcud olmalı və obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır.

22. Cavabdehin ərizədə göstərdiyi hallar, yəni işə baxılarkən isə iddiaçının həmin ş əxsiyyət vəsiqəsinin saxtalığı və ya qeydiyyatda və ya faktiki yaşadığı ünvan mübahisə predmetini təşkil etməmişdir. Cavabdehin istinad etdiyi - iddiaçının rəsmi qeydiyyat yeri ilə bağlı iddia tələbinin mahiyyətinə dəlalət etməyən bir halın, iş üzrə icraat başa çatdıqdan sonra aşkar edilən yeni hal kimi qəbul edilməsi mümkünsüzdür.

23. Ərizəçinin, cavabdeh orqana və məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin “Bakıneftmaşınqayırma zavodu” tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli KŞ-10/155 saylı izahlı arayışında və əmək kitabçasının surətində işlədiyi təşkilatın adının qeyd olunmadığına və həmin arayışın “sədr E.Vəliyev” adlı şəxs tərəfindən imzalansa da üzərinə təşkilatın əsas möhürü deyil, kadrlar şöbəsinin möhürü vurulduğunu bildirdiyi hal da yeni açılmış hallar kimi qəbulolunmazdır. Çünki, adıçəkilən sənədlər də, yuxarıda qeyd edildiyi kimi, məhkəmə araşdırmasının obyektlərini təşkil etmiş, cavabdeh tərəfindən nə imtina məktubunda, nə də ki iddia ərizəsinə etirazında mübahisələndirilməmişdir.

24. Ərizəçinin istinad etdiyi - iddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə ƏƏSMN tərəfindən müvafiq materialların Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi, cinayət işi açılması və istintaqının aparılması ilə bağlı halın da, iddiaçı barəsində qanuni qüvvəsini almış məhkəmə ittiham hökmü mövcud olmadığı halda, yeni açılmış hal kimi qəbul edilməsi mümkünsüzdür.

25. Göründüyü kimi, ərizəçinin cavabdehin ünvanı, həm də onun təqdim etdiyi i zahlı arayış və əmək kitabçası bağlı istinad etdiyi hallar məhkəmə tədqiqatının obyektlərini təşkil edən hallar olmuşdur ki, bütün bunlara da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixdə qəbul etdiyi yekun məhkəmə qərarında qiymət verilmişdir.

26. Həmin qərarın qəbul edilməsindən cavabdehin yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edən tarixə (xx.xx.2020) qədər isə 6 ilə yaxın bir müddət keçmişdir.

27. İPM-in 103.1-ci maddəsi isə nəzərdə tutur ki, tələbindən isə göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.

28. Göründüyü kimi, İPM-in 100 və 103.1-ci maddəsinin tələbləri baxımında n, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən edilmir.

29. Cavabdeh yeni açılmış halla bağlı ərizəsində qeyd etdiyi məlumatın sonradan aşkar olunması və həmin məlumatın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması ilə bağlı hər hansı əsaslandırma verməmişdir.

30. Cavabdehin ərizəsində istinad etdiyi hallar əvvəllər də işə baxan məhkəməyə məlum olmuşdur.

31. İPM-in 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

32. Cavabdeh mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün prosessual qanunver icilikdə nəzərdə tutulmuş hər hansı sübut təqdim etməmişdir. Cavabdeh icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz.

33. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından şikayətin dəlilləri əsaslı olmamışdır.

34. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

35. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-3122/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar