Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-576/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iş üzrə (Açar söz: çıxarışa düzəliş edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili iştirakı ilə, İddiаçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “çıxarışa düzəliş edilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(106)-688/19 saylı 21 noya br 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 18.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ X İcraiyyə Komitəsinin Memarlıq və tikinti işləri şöbəsi tərəfindən verilmiş fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılmasına dair 24 fevral 1981-ci il tarixli ***** nömrəli icazəyə əsasən, şöbə Iddiaçı şəhərin ** №li yaşayış kvartalında ** №li torpaq sahəsində rayonun X şəhərində fərdi tikinti üçün ayrılmış sahənin Baş planına əsasən, 1-4-1 seriyalı nümunəsi (və ya fərdi) layihə üzrə tikinti və sanitar-texniki işlərinin aparılması üçün icazə verilmiş və icazə verilən tikinti işlərinin başa çatdırılmasına 31 dekabr 1984-cü il tarixədək vaxt verilmişdir. X Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli ** saylı qərarı ilə X2, X3 və Iddiaçı mülkiyyətinə 0,28 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 aprel 2011-ci il tarixli ** seriyalı ***** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X rayonunun X kəndində yerləşən fərdi yaşayış evi və 0,28 ha torpaq sahəsi X2 adına xüsusi mülkiyyət hüququ üzrə * №-li reyestr kitabının *** nömrəli vərəqində ******* №si ilə qeydiyyata alınmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 02.04.2011-ci il tarixdə (seriya ** № ****** *) X rayonu, X kəndi, X2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinın 13 saylı Şirvan Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, 02 aprel 2011-ci il tarixdə (seriya ** № ******) X rayonu, X kəndində yerləşən fərdi yaşayış evinə dair və 0,28 ha torpaq sahəsinə dair verilmiş çıxarışa düzəliş edilməsi və Iddiaçı adının çıxarışa daxil edilməsinə dair ƏMDK yanında DƏDRX-nin 13 saylı Şirvan Əraz İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlillərinə görə X Aqrar İslahatı Komissiyasının 25 dekabr 1997-ci il tarixli ** saylı qərarı ilə X rayonu X kənd sakinləri X2, X3 və Iddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün torpağın mülkiyyətə verilməsinə dair ******, kod ****** saylı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin cavab məktubunda göstərilmişdir ki, “X rayonu X kəndində yerləşən və mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0,28 ha torpaq sahəsi ***** nömrəli 07.12.2000-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən 02.04.2011-ci il tarixədək Iddiaçı 2 nəfər ailə üzvü (X1 və X2) ilə birlikdə ümumi birgə mülkiyyətində olmuşdur”. Belə olan halda necə ola bilərdi ki, birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində evin özəlləşdirilməsi onun iştirakı olmadan rəsmiləşdirilmişdir. Görün düyü kimi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən sənədlər saxtalaşdırılaraq X2 adına çıxarış verilmişdir. Fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,28 ha torpaq sahəsi üzərində inşa edilmiş, 02.04.2011-ci il tarixdə mülkiyyətçisi Iddiaçı olmuş fərdi yaşayış evinə onun və həyat yoldaşı X1 istifadə hüquqları tanınmışdır. X ünvanında yerləşən fərdi yaşayış evinə X2 adına verilmiş 02.04.2011-ci il tarixli (seriya **, ********, qeydiyyat nömrəsi ******) hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın hansı əsaslarla verilməsi, ümumiyyətlə evin özəlləşmə prosesində onun və həyat yoldaşı X1 iştirakı təmin edilməmişdir. Cavabdeh orqanın qanu nsuz hərəkətləri nəticəsində fərdi yaşayış evi X2 adına qanunsuz özəlləşdirilmişdir. Hazırda sözügedən fərdi yaşayış evində anadan olduğu gündən bu günə qədər yaşayır. Həmin evdə ona və onun ailə üzvləri üçün ayrılmış otaqları öz vəsaiti hesabına təmir etdirmişdir. Məhkəmələrin mövqeyi Şirvan İnzibati-İqtisadi məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2-1(086)- 873/2019 saylı qərarı ilə (sədrlik edən Z.Allahyarov) iddia qismən təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 13 saylı Şirvan Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə 02 aprel 2011-ci il tarixdə (seriya ** № *****) X yerləşən fərdi yaşayış evinə və 0,28 ha torpaq sahəsinə dair verilmiş çıxarışa torpaq sahəsinə aid hissədə düzəliş edilməsi və Iddiaçı adının mülkiyyətçi kimi torpaq sahəsinə aid hissədə çıxarışa daxil edilməsi vəzifəsi qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Şirvan İnzibati-İqtisadi məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2-1(086)- 873/2019 saylı qərarından iddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)-688/19 saylı 21 noyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2-1(086)-873/2019 saylı qərarı iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, birgə mülkiyyətdə olan to rpaq sahəsi üzərində evin özəlləşdirilməsinin iddiaçının iştirakı olmadan rəsmiləşdirilməsi, cavabdeh tərəfindən sənədlərin saxtalaşdırılaraq X2 adına çıxarış verilməsi barədə iddiaçı tərəfindən sübut təqdim edilmədiyi üçün fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququnun tanınmasına dair iddia tələbi əsassızdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)-688/19 saylı 21 noyabr 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə X rayonu, X kəndində yerləşən və mülkiyyətdə olan fərdi yaşayış evinin yerləşdiyi 0.28 ha torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 02.04.2011-ci il tarixədək Iddiaçı iki nəfər ailə üzvü ilə birlikdə (Iddiaçı və X1) ilə birlikdə ümumi birgə mülkiyyətində olmuşdur. Bundan əlavə, fərdi yaşayış evinə iddiaçı və onun həyat yoldaşının istifadə hüquqları tanınmışdır. X rayonu, X kəndində yerləşən, birgə mülkiyyətdə olmuş 0,28 ha torpaq sahəsinə dair X2 adına verilmiş 02.04.2011-ci il tarixli (seriya ** № *****, qeydiyyat nömrəsi *******) Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışın hansı əsaslarla verilməsi, ümumiyyətlə torpaq sahəsinin özəlləşmə prosesində iddiaçının iştirakı təmin edilməmişdir. Bundan əlavə, iddiaçı və onun həyat yoldaşı onlara verilmiş otaqları öz vəsaitləri hesabına təmir etdirmişlər. İddiaçının adına ayrıca qaz və işıq sayğacları quraşdırılmışdır. Torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi vahid daşınmaz əmlak olduğu hald a evin özəlləşdirilməsi iddiaçının iştirakı olmadan həyata keçirilmişdir. Bundan əlavə, birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsü aparılmadığı halda, tikilmiş fərdi yaşayış evinin kimin torpaq sahəsində inşa edildiyini DƏDRX-nin necə müəyyən etdiyi aydın deyildir. Kassator “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 8, 12.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 66-cı maddəsinə, MM-nin 146.2-ci maddəsinə əsasən istinad edərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)688/19 saylı 21 noyabr 2019-cu il tarixli qərarının qismən ləğv edilməsini, iddiaçının fərdi yaşayış evinə aid hissədə çıxarışa daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflə rə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Şirvan Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(106)-688/19 saylı 21 noyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, X İcraiyyə Komitəsinin Memarlıq və tikinti işləri şöbəsi tərəfindən verilmiş fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılmasına dair 24 fevral 1981-ci il tari xli ***** nömrəli icazəyə əsasən, şöbə Iddiaçı şəhərin ** №li yaşayış kvartalında ** №li torpaq sahəsində rayonun X şəhərində fərdi tikinti üçün ayrılmış sahənin Baş planına əsasən, 1-4-1 seriyalı nümunəsi (və ya fərdi) layihə üzrə tikinti və sanitar-texniki işlərinin aparılması üçün icazə verir və icazə verilən tikinti işlərinin başa çatdırılmasına 31 dekabr 1984-cü il tarixədək vaxt verilir. X Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli ** saylı qərarı ilə X2, X3 və Iddiaçı mülkiyyətinə 0,28 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 aprel 2011- ci il tarixli ** seriyalı ****** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X rayonunun X kəndində yerləşən fərdi yaşayış evi və 0,28 ha torpaq sahəsi X2 adına xüsusi mülkiyyət hüququ üzrə * №-li reyestr kitabının *** nömrəli vərəqində ******* №si ilə qeydiyyata alınmışdır. Hazırkı iş üzrə iddiaçının tələbi 02 aprel 2011-ci il tarixdə (seriya ** № *****) X rayonu, X kəndində yerləşən fərdi yaşayış evinə dair və 0,28 ha torpaq sahəsinə dair verilmiş çıxarışa düzəliş edilməsi və Iddiaçı adının çıxarışa daxil edilməsinə dair ƏMDKnin yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2-1(086)- 873/2019 saylı qərarı ilə (sədrlik edən Z.Allahyarov) iddia qismən təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 13 saylı Şirvan Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə 02 aprel 2011-ci il tarixdə (seriya ** № ******) X rayonu, X kəndində yerləşən fərdi yaşayış evinə və 0,28 ha torpaq sahəsinə dair verilmiş çıxarışa torpaq sahəsinə aid hissədə düzəliş edilməsi və Iddiaçı adının mülkiyyətçi kimi torpaq sahəsinə aid hissədə çıxarışa daxil edilməsi vəzifəsi qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Hazırkı halda Şirvan İnzibati-İqtisadi məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 21(086)-873/2019 saylı qərarından yalnız iddiaçı şikayət verdiyindən, iddia tələbinin təmin edilməmi ş hissəsinə- 02 aprel 2011-ci il tarixdə (seriya ** № *****) X rayonu, X kəndində yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışa düzəliş edilməsi hissəsində qiymət verilir. İddiaçı hesab edir ki, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi də ümumi birgə mülkiyyətdədir və bu səbəbdən onun adı fərdi yaşayış evinə dair verilmiş çıxarışa daxil edilməlidir. Halbuki, işin araşdırılmış hallarına əsasən X İcraiyyə Komitəsinin Memarlıq və tikinti işləri şöbəsi tərəfindən verilmiş fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılmasına dair 24 fevral 1981-ci il tarixli ***** nömrəli icazəyə əsasən, şöbə Iddiaçı şəhərin ** №li yaşayış kvartalında *** №li torpaq sahəsində rayonun X şəhərində fərdi tikinti üçün ayrılmış sahənin Baş planına əsasən, 1-4-1 seriya lı nümunəsi (və ya fərdi) layihə üzrə tikinti və sanitar-texniki işlərinin aparılması üçün icazə verir və icazə verilən tikinti işlərinin başa çatdırılmasına 31 dekabr 1984-cü il tarixədək vaxt verilir. Bundan əlavə, X İcra Hakimiyyəti Başçısının Mollavazlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 20 noyabr 2019-cu il tarixli ** saylı məktubu ilə bildirilmişdir ki, X kəndində hal-hazırda yaşayan X2 mülkiyyətində olan bir mərtəbəli dörd otaqlı fərdi yaşayış evi həqiqətən 1982-ci ildə Iddiaçı tərəfindən tikilmişdir. Təsərrüfatbaşına kitabda fərdi yaşayış evi X2 adına qeydiyyatdadır. Göründüyü kimi, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi, torpaq sahəsinin iddiaçı və onun ailəsinin ümumi birgə mülkiyyətinə verilməmişdən öncə fərdi yaşayış evi tikilmiş və ev iddiaçının at ası tərəfindən inşa edilmişdir. Həmçinin fərdi yaşayış evinin tikintisi üçün icazə 1981-ci ildə verilmiş, ev isə 1982-ci ildə inşa edilmişdir. Bu vaxt isə iddiaçının cəmi 9-10 yaşı olmuşdur (iddiaçı 1972-ci il təvəllüdlüdür). Beləliklə, iddiaçı sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun olmasına dair hər hansı sübut təqdim etməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisən i həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin e dilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)-688/19 saylı 21 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-576/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-576/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver