Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-576/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşayış sahəsi ilə təmin olunması barədə müvəqqəti xarakterli müdafiə tədbiri) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı özünün övladları ilə məskunlaşdığı Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasında yaşayış sahəsi ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müvəqqəti xarakter li müdafiə tədbiri tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(103)-1880/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 10 mart 2021-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi, İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət edərək özünün övladları ilə məskunlaşdığı Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağının əvəzinə, ailə tərkibinin sayına və məskunlaşdığı əraziyə uyğun olaraq yaşayış sahəsi ilə təmin olunması öhdəliyinin Azərbaycan Respublikasının Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinin üzərinə qoy ulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı həmçinin məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək iş üzrə yekun qərar qəbul edilənədək onu uşaqlarını hal-hazırda yeğanə yaşayış yeri olan Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağından məcburi qaydada çıxarılmalarının Azərbaycan Respublikasının Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
3. Birinci instansiya Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)6371/2020 nömrəli (sədrlik edən hakim F.Mədətli) qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilməsi, iş üzrə yekun qərar qəbul edilənədək İ ddiaçı uşaqları ilə Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağından məcburi qaydada çıxarılmaları Azərbaycan Respublikasının Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinə qadağan edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 40.1, 40.2, 43.1.1-ci maddələrinə əsaslanmışdır.
5. Cavabdehin nümayəndəsi M.Hüseynov həmin qərardaddan apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)6371/2020 nömrəli qərardadının ləgv edilməsini, ərizəsinin təmin edilməməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 18.11.2020-ci il tarixli, 2-1( 103)-1880/2020 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Aida Hüseyn) qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(112)-6371/2020 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı və uşaqlarının hal-hazırda yeganə yaşayış yeri olan Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağından məcburi qaydada çıxarılmalarının Azərbaycan Respublikasının Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinə qadağan edilməsi barədə ərizəsinin təmin edilməməsini qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 40.1, 40.2, 41.1, 41.2-ci maddələrinə istinad edərkən belə hesab etmişdir ki, iddiaçı iddia edilən sözügedən yataqxananın otağından məhz cavabdeh tərəfindən məcburi q aydada çıxarılmasını təsdiq edən və müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini zəruri edən hallara dair heç bir mötəbər sübut təqdim etməmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kasasiya şikayətinin dəlilləri
8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən işi tam və hərtərərli qaydada araşdırmamış və əsaslandırılması zəruri olan qərarı tam olaraq əsaslandırmamışdır. Belə ki, məhkəmə qərarında Azərbaycan Respublikasının Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinin iddiaçını evdən çıxarılması ehtimalı olmadığı və ümumiyyətlə Azərbaycan Respublikasının Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinin belə bir səlahiyyətinin olmadığını əsas gətirərək birinci instansiya məhkəməsinin müvəqqəti xarakterli müdafiə tə dbiri barədə qərardadını ləğv etmişdir.
9. Bununla bağlı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017cı il tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»na əsasən məcburi köçkünlərin müvəqqəti yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinin səlahiyyətidir.
10. Belə olan halda isə qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları obyektlərdən və ya yaşayış sahələrindən çıxarılması funksiyası da faktiki olaraq birbaşa Komitə tərəfindən həyata keçirilir. Cavabdehin müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardaddan şikayət etməsi bunu bir daha sübut edir. Belə ki, cavabdeh təşkilatın qaçqın və məcburi köçkünlərin yaşay ış sahələrindən çıxarılması funksiyası olmasaydı, həmin təşkilat onun səlahiyyətlərinə aid olmayan və onun üçün məcburi xarakter daşımayan qərardaddan şikayət verməzdi.
11. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(103)-1880/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
13. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bi ldirilmişdir. ( 16 fevral 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kasasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi etiraz təqdim edərək, apelyasiya instansiya Məhkəməsinin 18 noyabr 2020-cı il tarixli 2-1(103)-1880/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlamasını xahiş etmişdir. Əsaslandırıcı hissə:
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
17. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 18 noyabr 2020-cı il tarixli 2-1(103)-1880/2020 nömrəli qərardadla və həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq qeyd edir ki, iddiaçı kasasiya şikayətində iki dəlilə istinad etmişdir.
18. Belə ki, iddiaçının kasasiya şikayətindəki birinci dəlili ondan ibarətdir ki, «Azərbaycan Respublikası Nazirlər Ka binetinin 24 fevral 2017-cı il tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasına əsasən məcburi köçkünlərin müvəqqəti yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Qaçqınlar və X1 üzrə Dövlət Komitəsinin səlahiyyətidir. Belə olan halda isə qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları obyektlərdən və ya yaşayış sahələrindən çıxarılması funksiyası da faktiki olaraq birbaşa Komitə tərəfindən həyata keçirilir».
19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassız olmaqla onun yanlış məntiqinin qənaətidir. Belə ki, əks halda, iddiaçı Nazirlər Kabinetinin sözügedən qərarla təsdiq edilmiş Qaydasının, cavabdehin qaçqınların və məcburi köçkünlərin məskunlaşdıqları obyektlərdən və ya yaşayış sahələrindən çıxarılması funksiyasının mövcud olmasını təsdiq edən konkret bir bəndə istinad etmiş olardı, lakin iddiaçı kasasiya şikayətində sahədə olaraq belə heç bir əsası olmayan fikri irəli sürmüşdür.
20. İddiaçının kasasiya şikayətindəki ikinci dəlili isə odur ki, cavabdeh birinci instansiya məhkəməsinin sözügedən qərardadından apelyasiya şikayəti verməklə, bununla sübut etmişdir ki, o, yuxarıda göstərilmiş səlahiyyətlərə malikdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, həmin mücərrəd xarakter daşımaqla yanaşı hər hansı bir maddi hüquq normaya əsaslanmır.
22. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyası cavabdehin apelyasiya şikayətinə baxarkən işin hal larını tam və obyektiv araşdırmış və İnzibati Prosessual Məcəllənin prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
23. Belə ki, İnzibati Prosessual Məcəllənin 41.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır.
24. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən so nra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın tələblərinə müvafiq olaraq, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında məcburi köçkünlərin müvəqqəti yaşayış sahələri ilə təmin edilməsini həyata keçirir.
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar doğru olaraq qeyd etmişdir ki, iddiaçının övladları ilə birlikdə Azərbaycan Texniki Universitetinin 5 saylı yataqxanasının 109 saylı otağından məcburi qaydada çıxarılması, çıxarıl manı həyata keçirə biləcək şəxslərə qadağan edilməlidir.
27. Həmçinin apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi məcburi köçkünləri müvəqqəti məskunlaşdığı ünvandan məcburi qaydada çıxarmadığından və ümumiyyətlə, Komitənin belə bir səlahiyyəti olmadığından, iddiaçının övladları ilə birlikdə məhz Komitə tərəfindən sözügedən ünvandan çıxarılmasına dair heç bir ehtimal mövcud deyildir. İddiaçının üçüncü şəxslər tərəfindən müvəqqəti məskunlaşdığı yataqxanadan çıxarılmasına dair ehtimalların mövcudluğu birinci instansiya məhkəməsinin məhz Komitəyə münasibətdə müvəqqəti xarakterli müdafiə tədbirini təmin etmə barədə qərardad qəbul etməsinə əsas ola bilməz.
28. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tər əfindən müəyyən edilmişdir ki, iddiaçi iddia edilən sözügedən yataqxananın otağından məhz cavabdeh tərəfindən məcburi qaydada çıxarılmasını təsdiq edən və müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini zəruri edən hallara dair heç bir mötəbər sübut təqdim etməmişdir.
29. Bununla yanaşı xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçının məskunlaşdığı yaşayış yerinin məhz cavabdehə məxsus olmasını təsdiq edən heç bir sənəd işdə mövcud deyildir.
30. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərar a aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 21(103)-1880/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.