Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-576/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tə ləbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-1676/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən, əmək fəaliyyətinə xx.xx.1981-ci il tarixdə başlamış, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixinədək X1 əyrici şagirdi kimi fəaliyyət göstərmiş, xx.xx.1981-ci ildə əyrici vəzifəsinə keçirilmiş, xx.xx.1991-xx.xx.1994-cü illər ərzində analıq məzumiyyətində olmuş, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci ilədək əyrici, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Turan Bələdiyyəsinin yerləşdiyi idarə binasında xadimə vəzifəsində çalışmışdır.
2. Şəki rayon Tur an Bələdiyyəsi tərəfindən verilən 05 iyun 2018-ci il tarixli arayışa əsasən, Turan Bələdiyyəsinin yerləşdiyi idarə binası xx.xx.2006-cı il tarixdə yanmışdır. İdarə binası yanan zaman S.Orconikidze adına Taxılçılıq sovxozunun həmin binada mühafizə olunan 1946-1992-ci illərə aid əmək haqqı cədvəlləri və əmr kitabları da yanıb məhv olmuşdur. O cümlədən Turan Bələdiyyəsinə aid olan 2000-ci ildən xx.xx.2006-cı il tarixədək bələdiyyə dövrünə aid hesablanmış əmək haqqı cədvəlləri və əmr kitabları da yanıb məhv olmuşdur. (Əsas: Şəki rayonu X7 hissəsinin xx.xx.2017-ci il tarixli 105 saylı arayışı).
3. Azərbaycan Respublikasının Arxiv İdarəsi Azərbaycan Respublikasinin X6 Filiali tərəfindən verilən 18 may 2021-ci il tarixli arxiv arayışına əsasən, filialda mühafizə olunan arxiv fondu X2 şəxsi heyət üzrə əmrlər kitablarında, işçilərin şəxsi vərəqəsində, əmək haqqı cədvəllərində G.F.Səlimova (Babayeva) qeyd edilmişdir. X3 şəxsi vərəqəsində aşağıdakı kimi qeyd edilmişdir: 14 mart 1981-ci il tarixli 108/k saylı əmrə əsasən, 5.02.1981-ci il tarixdən əyrici şagirdi; -07 sentyabr 1981-ci il tarixli 479/k saylı əmrə əsasən, xx.xx.1981-ci il tarixdən əyrici; F.№ 192, siy. № 8, sax/vah. № 79, vərəq № 64; Kombinatın 23 fevral 1991-ci il tarixli 44/k saylı əmrinə əsasən, İddiaçı-əyricı, xx.xx.1991-ci il tarixdən 3 illik analıq məzuniyyətinə buraxılmişdir. Kombinatın 14 avqust 1995-ci il tarixli 277/kş saylı əmrinə əsasən, əyrici İddiaçı Feruz qızı xx.xx.1995-ci il tarixdən işdən azad edilmişdir. (soyadı, adı və atasının adı sonradan qələmlə yazılmışdır). F.№ 192, siy. № 8, sax/vah. № 429, vərəq № 189.
4. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh **********3 saylı, xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, Turan Bələdiyyəsinin 5 iyun 2018-ci il tarixli 29 nömrəli arayışında xx.xx.2000-xx.xx.2005ci il tarixləri arasındakı dövr ərzində xadimə vəzifəsində işlədiyi qeyd olunmuş, lakin sözügedən arayışda müəssisədə baş verən yanğın səbəbindən müəssisənin yanaraq məhv olduğu, möhür və sənədlərin saxlanılmadığı qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Dövlət X4 iddiaçıya dair arxiv arayışında xx.xx.1991 -xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz analıq məzuniyyətində olduğu qeyd olunmuşdur. Qeyd edilənlərə görə, xx.xx.1991-xx.xx.1994-cü il və xx.xx.2000-xx.xx.2005- ci il tarixləri arasındakı dövrləri iddiaçının ümumi iş stajınıza daxil etmək mümkün olmadığından, onun ümumi iş stajı 20 ildən az (11 il 1 ay 10 gün, xx.xx.1981-xx.xx.1991-ci il və xx.xx.1994xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə hazırda 44640,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 10702,28 manat təşkil edi r. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 55 yaşdan hesablanmaqla güzəştli şərtlərlə əmək pensiyası verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsini bu qərarın 1-5-ci bəndlərində qeyd olunan məlumatlara istinad etməklə, əmək fəaliyyəti ilə məşğul olduğu müddətlərin təqdim etdiyi sənədlərə əsasən sübuta yetirildiyi ilə əsaslandırmış və cavabdehin imtinasını əsassız hesab etdiyini bildirmişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı mahiyyətcə imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən etiraz təqdim edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: F.Mədətli) 7 fevral 2022-ci il tarixli, 2-1(112)2927/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-ci il tarixə qədər əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajını toplayıbtoplamadığı araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “e” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün xx.xx.2006-cı ilə qədər 20 il güzəştli iş stajı mövcud olmamışdır.
11. Məhkəmə həmçinin q eyd etmişdir ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından və arxiv arayışlarından müəyyən edilmişdir ki, iddiaçı qanunvericiliklə tələb olunan iş stajını yığmamışdır. Belə ki, iş üzrə araşdırılan hallardan müəyyən edilmişdir ki, iddiaçı müəyyən dövrlər ərzində əmək haqqı almamış və buna müvafiq olaraq da həmin illər üzrə sosial sığorta ödənişləri həyata keçirilməmişdir.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.Yusifov – sədrlik edən və məruzəçi, A.Tanrıverdiyev və İ.Şirinov) 17 noyabr 2022-ci il tarixli, 21(103)-1676/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 7 fevral 2022-ci il tarixli, 2-1(112)-2927/2022 nömrəli qərarı ləğv edilərək iddia təmin edilmiş, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün yəni, xx.xx.2017-ci il tarixindən pensiyasının hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
15. Apellyasiya insta nsiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının əlavəsində toxuculuq istehsalatında çalışan “əyricilər” güzəştli pensiya hüquq verən peşələr sırasına aid edilmişdir. İddiaçının qanunvericiliyə müvafiq olaraq müəyyən olunan iş stajı isə 20 ildən də çoxdur. Belə ki, iddiaçının qeyd olunan müəssisə və təşkilatda çalışdığı vaxt qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinin 1-ci hissəsində göstərilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müə ssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayəti imtina məktubu və iddia ərizəsinə qarşı etirazla eyni məzmundadır. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğu qeyd edilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: (xx.xx.2017-ci il tarixədək olan redaksiya) Maddə 9.1. A xırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:... qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və gös təricilərin 2 nömrəli Siyahısı”: Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı... Əyiricilər...
21. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı":
32. Toxuculuq istehsalatı... əyricilər...
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkə mə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş ş ikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblər inə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşd ırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə k ollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. İddiaçının iş materiallarında olan notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surəti və Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2021-ci il tarixli 183Asan» nömrəli arayışı tədqiq olunduqda, onun X1 xx.xx.1981-xx.xx.1995-ci illərdə (14 il 5 ay) aşağıdakı işlərdə çalışmışdır: xx.xx.1981-xx.xx.1981: əyrici istehsalatında «əyrici şagirdi»-6 ay 15 gün; xx.xx.1981-xx.xx.1995: həmin istehsalatda «əyrici» -13 il 4 ay 1 gün.
32. Qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçası xx.xx.2013-cü il tarixində açılsa da onda təsbit olunan qeydlər tədqiq olunan arxiv a rayışında göstərilən məlumatlarla eynilik təşkil edir. Digər tərəfdən, bu qeydlər məhkəməyə təqdim edilmiş, xx.xx.2022-ci il tarixli E-15 saylı arxiv arayışına və ona əlavə edilmiş Mingəçevir Filialının iddiaçı barəsində X5 tərəfindən tərtib olunan şəxsi vərəqəsində (forma “T-2” kartı) mövcud olan məlumatlarda da öz təsdiqini tapır.
33. Lakin cavabdehin imtina məktublarına və iddia ərizəsinə etirazına əsasən müəyyən olunur ki, 1991-ci ildən 1994-cü ilə qədər olan dövr iddiaçının sığorta stajı kimi qəbul edilməsi mümkün hesab edilmir.
34. Halbuki, AR Dövlət X4 tədqiq olunan arayışına, eləcə də əmək kitabçasının qeydlərinə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1991-ci il tarixdən 1994-cü ilin fevral ayına qədər üç illik analıq məzuniyyətində olmuşdur ki, bu müddətin də cavabdeh tərəfindən sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 185-ci maddəsinə əsasən, uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilirdi. Göründüyü kimi, iddiaçının 1991-ci ilin fevral ayından 1994-cü ilin fevral ayına üç illik analıq məzuniyyətdə olduğu vaxt qüvvədə olan qanunvericiliyə əsasən qismən ödənişli analıq məzuniyyət dövrü ümumi və fasiləsiz iş stajı kimi qəbul edilirdi.
35. Qeyd olunmalıdır ki, qüvvədə olan Əmək Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsinin “b” bəndində, habelə 127-ci maddəsini n 1-ci hissəsində də uşağına qulluq etmək üçün işçilərin məzuniyyət hüququ, o cümlədən, uşağa 3 yaşınadək qulluq etmək üçün sosial məzuniyyət almaq hüququ nəzərdə tutulur. Qanunvericiliyin qeyd olunan normalarının mənası onu deməyə əsas verir ki, üç illik analıq məzuniyyətindən istifadə etmək hüququndan yararlanmaq işçinin qanunvericilikdə nəzərdə tutulan hüququdur və işçinin bu hüquqdan istifadə etməsi heç də onun fasiləsiz iş stajının pozulmasına səbəb olmur.
36. Qeyd olunanlar baxımından, habelə formalaşmış məhkəmə təcrübəsi də nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçının 1991-ci ilin fevral ayından 1994-cü ilin fevral ayına kimi X1 işlədiyi analıq məzuniyyəti dövrü onun fasiləsiz iş stajına daxil edilməlid ir.
37. Bundan başqa, iş materiallarına əsasən, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək bələdiyyənin idarə binasında xadimə kimi 5 il 11 ay 18 gün iş stajının mövcud olduğu da müəyyən olunur. Belə ki, məhkəməyə təqdim edilmiş Şəki rayon Turan Bələdiyyəsinin üzvlərinin iştirakı ilə tərtib olunmuş 04 dekabr 2013-cü il tarixli akta əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2000-ci il tarixdə Turan bələdiyyəsinə xadimə kimi işə qəbul olmuş xx.xx.2005-ci il tarixində öz xahişi il işdən azad olunmuşdur. xx.xx.2013-cü il tarixli əmək kitabçasında onun bələdiyyəyə dair əmək fəaliyyətinin qeyd edilməsi ondan əvvəlki xx.xx.2000-ci il tarixində onun adına açılmış ******* N-li əmək kitabçasının surətinə (həmin surət işə əlavə olunmuşdur) əsasən olub. Lakin özünün deməsinə görə, əvvəlki əmək kitabçasını tapa bilməmiş, sonradan onun surətini tapmışdır. xx.xx.2013-cü il tarixində açılmış əmək kitabçasında onun bələdiyyədəki fəaliyyətinin qeydləri sonradan tapdığı həmin əmək kitabçasının surəti əsasında yazılmışdır. Eyni zamanda, işə əlavə olunmuş Turan Bələdiyyəsinin 29 nömrəli xx.xx.2018-ci il tarixli və Şəki rayon X7 Hissəsinin isə 01 iyun 2017-ci il tarixli 105 nömrəli arayışlarına əsasən müəyyən olunur ki, bələdiyyənin yerləşdiyi idarə binası xx.xx.2006-cı il tarixdə yanmış, bina yanarkən S.Orconikidze adına Taxılçılıq sovxozunun həmin binada mühafizə olunan 1946-1992-ci illərə aid əmək haqqı cədvəlləri və əmr kitabları o cümlədən, Turan Bələdiyyəsinə aid olan 2000-ci ildən xx.xx.2006-cı il tarixədək bələdiyyə dövrünə aid hesablanmış əmək haqqı cədvəlləri və əm r kitabları da yanıb məhv olmuşdur. 38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də Qanunun qeyd olunan tələbləri də nəzərə alınmaqla, tədqiq olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, iddiaçının xx.xx.2000- xx.xx.2005-ci illərdə Şəki rayonu Turan Bələdiyyəsində xadimə kimi 5 il 11 ay 18 gün işlədiyi müddətin onun sığorta stajı kimi nəzərə alınmasını zəruri edə faktiki şərtlər mövcuddur. Odur ki, apellyasiya instansiyası məhkəməsi həmin stajın iddiaçının sığorta stajına daxil edilməli olması barədə də düzgün nəticəyə gəlmişdir.
39. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilən dövrlər iddiaçının əmək stajına hesablandıqda, onun 20 ildən artıq iş stajının mövcud olduğu müəyyən edilir.
40. Qeyd edilməlidir ki, cavabdeh nə imtinasında və etirazında, nə də ki, kassasiya şikayətində iddiaçının güzəştli iş stajını mübahisələndirməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı iddiaçının 52 yaşı tamam olanda 10 il güzəştli iş stajına (toxucu istehsalatında “əyrici”) malik olduğu iş materiallarında olan sənədlərə əsasən sübuta yetirilmişdir.
41. Beləliklə, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, 52 yaşı tamamlananda, yəni xx.xx.2017-ci il tarixdə 20 il ümumi, 10 il güzəştli iş stajına malik olmuşdur. Qeyd edilən şərtlərin ödənilməsi “Əmək pensiyaları haqqında” Qanunun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya) 9.1-ci maddəsinə əsasən iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ verir.
42. Məhkəmə kollegiyası həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin dəlilinə dair qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən qazandığından, həmin qanunla isə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin ödənilməsi tələb edilmədiyindən, pensiya kapitalı ilə bağlı cavabdehin dəlili əsaslı sayıla bilməz.
43. Belə ki, iddiaçının pensiya hüququ yaranan vaxt (xx.xx.2017-ci il tarixdə) qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya) 9.1-ci maddəsində pensiya kapitalı şərti tələb olunmurdu.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 21(103)-1676/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.