Məhkəmə qərarları › İş №2-1(102)-576/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-576/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-576/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-576/2024) (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Vidadi Məmməd oğlu ibarət tərkibdə, İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının onlara qarşı təzyiqlərin dayandırılması, pozulmuş hüquqlarının təmin olunması və onlara 4.242.000 manat dəyərində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-623/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının onlara qarşı təzyiqlərin dayandırılması, pozulmuş hüquqlarının təmin olunması və onlara 4.242.000 manat dəyərində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qə bul edilməsini xahiş etmişdir. a) Birinci İnstansiya məhkəməsində icraat:

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13612/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “hərəkət və hərəkətsizliyin aradan qaldırılması, təqib və təzyiqlərin dayandırılması, pozulmuş hüquqların təmin olunması, 4.242.000 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin vəzifəli şəxslərin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2688/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişd ir. b) Apellyasiya instansiya məhkəməsində icraat:

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-623/2023 nömrəli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2688/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı xx.xx.2023-cü il tarixində ərizə ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-623/2023 nömrəli qərardadı ilə iddiaçının Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-623/2023 nömrəli qərar dadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən dövlət hesabına vəkil təyin edilməsi barədə müraciətin təmin olunmasından ötrü hüquqi yardıma ehtiyacı olan şəxs öz hesabına vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi imkanının olmamasını sübut etməlidir. Hazırkı halda isə iddiaçı maddi imkanının aşağı olduğuna dair kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. İddiaçının işləməməsi halı isə aztəminatlılığın təsdiqi üçün yetərli deyildir.

9. İddiaçı xx.xx.2023-cü il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-623/2023 nömrəli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məh kəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

12. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməs i haqlı qərar qəbul etmişdir.

14. Yuxarıda istinad edilən normaların məzmunundan göründüyü kimi işdə iştirak edən şəxslər dövlət büdcəsinin vəsaiti hesabına vəkillə o halda təmin olunurlar ki, vəkilin xidmətlərini ödəmək üçün həmin şəxsin kifayət qədər vəsaiti olmasın.

15. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət vəsaiti hesabına vəkil ilə təmin olunma barədə vəsatətdə şəxsin bu xidməti ödəyə bilməməsi əsaslandırılmalıdır. Belə ki, qanunvericilikdə hər hansı bir şəxsin kifayət qədər imkana malik olmamasının meyarları müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir.

16. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə institutunu hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə münasibətdə nəzərdə tut muşdur. Lakin hazırkı mübahisəyə münasibətdə iddiaçı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığını əsaslandırmamış, bunu təsdiq edən hər hansı sübutu ərizəyə əlavə etməmişdir. İddiaçı tərəfindən, həmçinin hüquqi yardımla bağlı hər hansı vəkilə və ya vəkil bürosuna müraciət olunduğuna, həmin xidmət üçün ödənilməli olan vəsaitin məbləğinə və həmin məbləğin ödənilməsi üçün iddiaçıların iqtidarsızlığına dair sübut təqdim olunmamışdır.

17. Qeyd olunmalıdır ki, şəxsin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması mütləq xarakter daşımır və bu baxımdan heç də bütün hallarda onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, müraciət edən şəxs ən azından vəkillə təmsil olunmasına zərurətin yarandığını və vəkilin xidmət haqqın ı ödəmək imkanına malik olmadığını öz ərizəsində əsaslandırmağa və bunu təsdiq edən müvafiq sənədləri ərizəsinə əlavə etməyə borcludur. Nəzərə almaq lazımdır ki, ümumu mülahizələrlə ifadə olunan və həmin mülahizələrin yuxarıda qeyd olunmuş şəkildə hər hansı sənədlə təsdiq olunmadığı ərizələr əsaslı sayıla və təmin oluna bilməz.

18. Belə olan halda, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-623/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar