Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-576/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv edilməsi; iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidm əti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Üçüncü şəxs X8) “X5 adına 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarışın və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsi və bu sənədlərin reyestrdə qeydiyyatlarının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(105)-495/2024 nömrəli qərardadından iddiaçı tərə findən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN 0987, KOD 30219088 saylı dekabr 2004-cü il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından əsasən akta əlavə olunmuş cizqidə göstərilən Xaçmaz rayonunda yerləşən 0.39 ha torpaq sahəsi X5 mülkiyyətində olmuşdur.
2. Xaçmaz Rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinə və qeyrilərinə qarşı torpağa dair dövlət aktının etibarsız hesab edilməsi, torpaq sahəsinin əvvəlki cizgilər əsasında bərpa edilməsi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilərək X3 adına Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fondu torpağına aid olan ərazidə bütöv şəkildə verilən 0,39 ha pay torpaq sahəsi ayrılmasına dair JN-0254 saylı 30219088 kod nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verildiyi andan etibarsız hesab edilmiş, eləcə də həmin dövlət aktından irəli gələn bütün nəticələr etibarsız hesab olunmuş, X3 adına verilən xx.xx.1999-cu il tarixli, JN-254 saylı, 30219088 kod nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ona verilmiş iki hissədən ibarət (640,13 kv.m + 3291,98 kv.m), cəmi miqdarı 0,39 ha olan pay torpaq sahəsi üzərində həmin aktda göstərilən koordinatlar, cizgilər daxilində mülkiyyət hüquqları təmin edilmiş, X5 adına 0,39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair verilən JN-987 saylı KOD nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilmiş v ə həmin torpaq sahəsi Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna qaytarılmış və X5 Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna aid yol kimi ümumi istifadədə olan torpaq sahəsindən X1 və başqalarının istifadəsinə yaratdığı maneələrə son qoyulması və qətnamənin 1-ci və 2-ci bəndlərinin icrası üçün qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsinin Azərbaycan Respublikası DT və XK-nin Xaçmaz rayon şöbəsinə həvalə edilməsi qət edilmiş və qətnamə 21 iyun 2007-ci il tarixdə qanuni qüvvəsini almışdır.
3. Xaçmaz rayonu, Yergüc kəndi, Xaçmaz-Xudat yolunun sol tərəfində yerləşən Əmlak Kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ X1 adına xx.xx.2011-ci tarixdə qeydə alınmışdır.
4. JN 0987, KOD 30219088 saylı Dövlət Aktı əsasında X5 adına torpaq sahəsinin planı və ölçüsü sənədi xx.xx.2015-ci ildə tərtib olunmuş və Xaçmaz rayon, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 0.39 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
5. Reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa müvafiq olaraq Xaçmaz rayon, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 0.29 və 0.10 ha torpaq sahələri X5 xüsusi mülkiyyətindədir.
6. Xaçmaz rayonu, Yergüc kəndi, Xaçmaz-Xudat yolunun sol tərəfində yerləşən əmlakın 583.4 kv.m. qeyri-yaşayış sahəsi 05 dekab r 2020-ci il tarixli bağışlama müqaviləsi ilə X4 tərəfindən İddiaçı bağışlanmış və üzərində mülkiyyət hüquqları dövlət reyestrində **********05-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışla qeydə alınmışdır.
7. İddiaçı cavabdehə müraciət edərək X5 adına 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsini və bu sənədlərin reyestrdə qeydiyyatlarının silinməsini xahiş etmişdir.
8. Cavabdeh xx.xx.202 3-cü il tarixli, **********99 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmiş və aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 adına 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarışı və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsini və bu sənədlərin reyestrdə qeydiyyatlarının silinməsi vəzi fəsinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 məxsus olmuş İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu Xaçmaz Xudat yolunun sol tərəfində yerləşən (sənəd üzrə ünvan Xaçmaz rayonu Yergüc kəndi) qeyri yaşayış binası və bu ərazidə istifadəsində olan torpaq sahələrinin yerləşdiyi əraziyə digər şəxsin, X5 adına dövlət reyestrindən çıxarış verilmişdir. (Çıxarış xx.xx.2015 tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********23 olan) Sonradan bu çıxarış əsasında qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********53 və qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********54 olan iki çıxarış verilmişdir. Tərəflərindən qeyd olunan çıxarışların qeydiyyatının ləğv olunması barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşı nmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsi idarəsinə müraciət edilimişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsi xx.xx.2023-cü il tarixdə müraciətə cavab verərək bunun məhkəmə qərarı ilə mümkün olacağını bildirmişdir. Yuxarıda qeyd olunan çıxarışlar Xaçmaz rayon məhkəməsinin 2-310 nömrəli xx.xx.2005-ci il tarixli Qətnaməsi ilə etibarsız hesab edilmiş JN-987, kod 30219088 Dövlət aktı əsasında verilmişdir. Xaçmaz rayon məhkəməsinin 2310 nömrəli xx.xx.2005-ci il tarixli Qətnaməsinə əsasən X6 adına 0.39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair verilən JN-987 kod nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilsin və həmin torpaq sahəsi Köhnə Xaçma z bələdiyyəsinin ehtiyat fonduna qaytarılsın. Lakin Reyestr Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş dövlət aktı əsasında Azad Quliyevin adına xx.xx.2015-ci il tarixdə reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarışa A N 034249 nömrəli texniki pasport verilmişdir. Azad Quliyev öz növbəsində 0.39 ha torpaq sahəsindən 0.10 ha hissəsini xx.xx.2016-cı il tarixdə satmışdır. xx.xx.2017-ci il tarixində isə həmin alqı-satqı müqaviləsi ləğv olunmuş və 0.10 ha sahə Azad Quliyevə qaytarılmışdır. X10 adına iki ədəd çıxarış verilmişdir. Bunlar 0.29 ha sahəsi olan reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha sahəsi olan reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarış lardan ibarətdir. Azad Quliyevin adına verilmiş sənəd X1 adına verilmiş xx.xx.2011-ci il tarixli reyestr nömrəsi **********05-12301 qeydiyyat nömrəsi ********** olan çıxarış və sonradan İddiaçı mülkiyyətinə keçmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın yerləşdiyi əraziyə verilmişdir, (iş materiallarına hər iki sənədin texniki pasportu və dövlət aktının surətləri əlavə olunur. Buradakı xəritədən onların üst-üstə verildiyini görmək mümkündür).
11. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 1.0540 ha torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən 0.29 ha və 0.10 ha torpaq sahələrinə dair X5 adına verilmiş çıxarışlarda müəyyən edilmiş koordinatlarla ilə 0.153 ha his səsi üst-üstə düşür.
12. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-489/2024 nömrəli qərarı ilə (hakim İ.Quliyev) iddia təmin edilərək, X5 adına 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsi və bu sənədlərin dövlət reyestrində qeydiyyatlarının silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli, 2-310/2005 saylı qətnaməsi ilə JN-987 saylı KOD nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edildiyinə görə həmin Akt əsasında verilmiş çıxarışlar da etibarsız hesab edilməlidir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh inzibati orqan məhkəmə tərəfindən etibarsız hesab edilmiş dövlət aktı əsasında X5 adına xx.xx.2015-ci il tarixdə reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarışa A N 034249 nömrəli texniki pasport verilmişdir. Azad Quliyev öz növbəsində 0.39 ha torpaq sahəsindən 0.10 ha hissəsini xx.xx.2016-cı il tarixdə satmışdır. xx.xx.2017-ci il ta rixində isə həmin alqı-satqı müqaviləsi ləğv olunmuş və 0.10 ha sahə Azad Quliyevə qaytarılmışdır. Göründüyi kimi mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı hüquqlar ancaq X7 məxsus olmuş, digər şəxslərin hüquqlarına toxunmamışdır. Torpaq sahələrinin üst-üstə tam düşmə halı mütəxəssis rəyi ilə də təsdiqini tapmış, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olduğu öz təsdiqini tapmışdır.
14. Üçüncü şəxs X8 həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(105)-495/2024 nömrəli qərarı ilə (hakimlər: Z.Məmmədov – sədrlik edən və məruzəçi, A.Süleymanova və H.B abayeva) Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-489/2024 nömrəli qərarı üçüncü şəxs X5 adına 0.39 ha torpaq sahəsinə görə xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan, 0.10 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların 0.153 ha torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi və 0.153 ha hissədə dövlət reyestrində qeydiyyatların silinməsinə dair iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(105)-4950/2024 nömrəli qərardad ı ilə (hakimlər: Z.Məmmədov – sədrlik edən və məruzəçi, A. Süleymanova və H.Babayeva) Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-489/2024 nömrəli qərarı qismən- üçüncü şəxs X5 adına 0.39 ha torpaq sahəsinə görə xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi ********** olan, 0.10 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların iddiaçının torpaq sahəsi ilə üst-üstə düşməyən hissədə etibarsız hesab edilməsi və bu sənədlərin dövlət reyestrində qeydiyyatlarının silinməsinə dair iddianın təmin edilən hissəsində ləğv edilmiş və həmin hissədə iddia mümkün sayılmamışdı r.
17. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə istinad edərək aşağıdakıları qeyd etmişdir: - Üçüncü şəxsin adına verilmiş çıxarışlarda 0,39 ha torpaq sahəsinin 0,153 ha hissəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. - Üçüncü şəxsin adına tərtib edilmiş JN-987 saylı KOD nömrəsi 30219088 olan dövlət aktının və çıxarışların mötəbərliyi təsdiq edilməsə də, bu çıxarışlarda göstərilən və dövlət aktının əsasında reyestrdə qeydiyyatın aparıldığı 0,39 ha torpaq sahəsinin yalnız 0.153 ha hissəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyündən birinci instansiya məhkəməsi bütövlükdə çıxarışların etibarsız hesab edilməsi və dövlət reyestrində qeydiyyatların silinməsi ilə bağlı səhv nəticəyə gəlmişdir.
18. İddiaçı həmin qərard addan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayətində işin hallarını sadalamış, eləcə də apellyasiya məhkəməsinin mübahisələndirilən qərardadının mətninin müvafiq bəndlərinə istinad etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəmə sinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı 24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlü k şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə u yğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlə rin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Məhkəmə kollegiyası iddianın qeyd edilən hissədə mümkün sayılmaması ilə bağlı apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
31. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibat i məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
32. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya mahiyyəti üzrə o zaman baxıla bilər ki, digər şərtlərlə y anaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də ödənilsin.
33. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
36. Məhkəmə kollegiyasının qənaətinə görə, aşağıda qeyd olunmuş səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
37. Belə ki, hazırki iş üzrə iddi açının hüquqi marağı üçüncü şəxsin adına a 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarışı və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsini və bu sənədlərin reyestrdə qeydiyyatlarının silinməsinə yönəlmişdir.
38. İddia tələbinin əsası kimi iddiaçı Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005ci il tarixli, 2-310/2005 saylı qətnaməsinə istinad etmişdir. Həmin qətnaməyə əsasən JN987 saylı KOD nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilmişdir.
39. Lakin işin apellyasiya məhkəməsi tərəf indən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 1.0540 ha torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən 0.29 ha və 0.10 ha torpaq sahələrinə dair X5 adına verilmiş çıxarışlarda müəyyən edilmiş koordinatlarla 0.153 ha hissəsi üst-üstə düşür.
40. Belə olan halda, üçüncü şəxsin adına verilmiş JN-987 saylı KOD nömrəsi 30219088 olan dövlət aktının və çıxarışların mötəbərliyi təsdiq edilməsə də, bu çıxarışlarda göstərilən və dövlət aktının əsasında reyestrdə qeydiyyatın aparıldığı 0,39 ha torpaq sahəsinin yalnız 0.153 ha hissəsi iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyündən, iddiaçı onun torpaq sahəsi ilə üst-üstə düşməyən hissədə üçüncü şəxsin adında tərtib edilmiş çıxarışların etibarsız hesab edilməsini tələb etməyə subyektiv h üququ olmamışdır.
41. Odur ki, apellyasiya məhkəməsi haqlı olaraq iddia tələbini həmin hissədə mümkün saymamışdır.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərardadı hazırkı qərarın 21(a), 23, 24-cü bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(105)-495/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.