Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-577/2019 12.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinə (bund an sonra cavabdeh) qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2472/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 mart 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.X-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Əmək kitabçasına əsasən o, 1982-ci il tarixdən 1996-cı il tarixədək müxtəlif rayonlarda hakim və məhkəmə sədri vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 10.09.2014-cü il tarixli arayışda qeyd olunur ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 23-cü maddəsinə əsasən rayon (şəhər) məhkəməsinə bi r hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir. Eyni zamanda onlara hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15 %-i, 10 ilinə görə 30 %-i, 15 ilinə görə 45%-i həcmində əlavə haqq ödənilir. Bundan əlavə, “Məhkəmələr və hakimlər haqqında” Qanuna əlavə və dəyişiklilər edilməsi barədə” 8 oktyabr 2010-cu il tarixli Qanuna əsasən 1-ci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15%-i miqdarında aylıq pul təminatı verilir. Hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. İddiaçı “Məhkəmələr və hakimlər haqqında”Qanunun 107 və 109-cu maddələrinəəsasən iki aylıq məzuniyyət haqqı və iki aylıq müalicə xərcinə dair əlavələr nəzərə alınmaqla pens iyasının yenidən hesablanmasıüçün cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 5 iyun 2018-ci il tarixli məktubunda qeyd olunur ki, hakimlərin pensiyasının hesablanması zamanı qulluq etdikləri dövlət orqanı tərəfindən məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı həcmində müavinəti və ildə 1 dəfə iki aylıq əmək haqqı həcmində müalicə pulunu almaları barədə verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Qeyd olunan arayış təqdim edilmədiyi üçün həmin əlavələrin iddiaçının pensiyasına hesablanması mümkün deyildir. İddiaçı 14 iyun 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə2 aylıq məzuniyyət haqqına görə müavinət və2 aylıq müalicəüçün pul təminatı pensiya hüququ yarandığı gündən nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1982-1996-cı illərdə müxtəlif rayonlarda hakim və məhkəmə sədri vəzifələrində işləmişdir. 2005-ci ildən hakim kimi pensiya alır, lakin pensiya hesablanarkən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı və həmin Qanunun 109-cu maddəsinə əsasən hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində pul təminatı verilməsi nəzərə alınmalı olduğu halda, nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 5 oktyabr 2016-cı i l tarixli arayışından da görünür ki, hakimlərə məzuniyyətə çıxdıqda iki aylıq əmək haqqı məbləğində müavinət və müalicəüçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Cavabdehin imtinası əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-3153/2018 saylı iş) 18 iyul 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiya hesablanmasındaməzuniyyətəçıxdıqdan sonra iki aylıq əmək haqqı məbləğində verilən müavinət, müalicəüçün iki aylıq əmək haqqı məbləğində pul nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki,iddiaçı h akim vəzifəsində işləmiş olduğundan “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdıqları vaxt iki aylıq əmək haqqı məbləğində müavinət, həmin Qanunun 109-cu maddəsinə əsasən isə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində pul təminatı verildiyindən və iddiaçının sonrakı artımların nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını tələb etməsi əsaslıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6-məruzəçi, X4 və X5, 2-1(103)-2472/2018 saylı iş) 11 oktyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 2 noyabr 2018-ci il tarixdə qərar ın surətini almış, 1 dekabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətində “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107, 109-cu, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.1-20.1.5, 21.1-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçının hakim işlədiyi illərdən aydındır ki, o, “Məhkəmələr və hakimlər haqqında” Qanun qüvvədə olan müddətdə çalışmamışdır, lakin Qanunun 109-cu maddəsinin 6-cı hissəsinə əsasən bu maddənin beşinci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. Bununla belə aydın deyildir ki, pensiya təyin olunmuş hakimlər ə məzuniyyət haqqına görə müavinət və müalicə üçün pul təminatı necə verilə bilər. İddiaçının Qanunla müəyyən edilən müavinəti və pul təminatı alması barədə heç bir arayış təqdim olunmamışdır, ona işlədiyi dövrdə belə bir ödəniş olmamışdır. İddiaçıya işlədiyi dövrdə 2 aylıq məzuniyyətə görə müavinət və 2 aylıq müalicə üçün pul təminatı onun əmək haqqına daxil olmamışdır və bu ödənişlərə görə hər hansı sosial sığorta ödənilməmişdir. tərəflərin izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsаslаndırmа hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qayd ada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edil məsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı xx xxxx X-cü ildə doğulmuşdur. 1982-1996-cı illərdə hakim və məhkəmə sədri işləmişdir. 2005-ci ildə ona hakim kimi pensiya təyin edilmişdir. İddiaçı hakimlər məzuniyyətə çıxdığı vaxt onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinətin, habelə müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının əmək pensiyası zamanı nəzərə alınmasını xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci mad dəsinin birinci hissəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaqları üçün iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyasıbu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Məhkəmələr və hakimlər haqqında” Qanunla müqayisədə qanunverici Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində əmək haqqına əlavələr və digər ödənclərlə bağlı ətraflı anlayış vermişdir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində qeyd edilir ki, əmək haqqımüvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. “Dövlət qul luğu haqqında” Qanunun 22.2-ci maddəsində qeyd edilir ki, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Göründüyü kimi, qanunverici vəzifə maaşına edilən əlavələri əmək haqqının məcmusuna aid etmişdir. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasə n 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafıq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. Avropa Məhkəməsi özünün “Azinas Yunanıstana qarşı iş üzrə” 20 iyun 2002-ci il qərarında qeyd etmişdir ki, əmək fəaliyyəti növünə əsaslanan pensiya almaq hüququ, müəyyən hallarda məsələn, pensiya fonduna məqsədli ödənişlər edildikdə və ya həmin işdə olduğu kimi işəgötürən işçini müqavilənin tərkib hissəsi kimi pensiya təminatı ilə işə götürdükdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyətə bərabər tutula bilər. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci və 29.3-cü maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, onların tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qəbul etdiyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106 və 109-cu maddələrinin müvafiq maddələrinin şərh edilməsinə dair 23 yanvar 2001-ci il, 27 iyun 2001-ci il və 18 iyul 2008-ci il tarixli qərarlarında hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşakarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Mövcud qanunvericiliyin tələblərinə gö rə pensiya alan hakimin ona təyin olunmuş pensiyanın məbləği hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib sürətdə yenidən hesablanmalıdır. Qanunvericiliklə nəzərdə tutulmuş bu qaydaya hər hansı formada riayət edilməməsi, o cümlədən, belə artımla əlaqədar pensiyada olan sabiq hakimlərin pensiya məbləğinin yenidən hesablanmasında hamının qanun qarşısında bərabərlik prinsipindən kənarlaşmaqla eyni vəziyyətdə və eyni statusda olan şəxslərlə bağlı fərqli yanaşmaya yol verilməsi qüvvədə olan qanunvericiliyə əsasən müvafiq məsuliyyətin yaranmasına səbəb olur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni haqlı sayaraq kassasiya şikayətinin təmin ed ilməsi üçün əsaslar görmür. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2472/2018 saylı, 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-577/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-577/2019
12.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver