Məhkəmə qərarları › İş №2-1(102)-577/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-577/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-577/2021 10.03.2021 ALİ MƏHKƏMƏ İddiaçının Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçının (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyind ə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.10.2020-ci il tarixli, 2-1(103)-1669/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçı barəsində 629 saylı, 15.02.2012-ci il tarixli məlumat vərəqəsi göndərilmiş, məlumat vərəqəsinə əsasən iddiaçı 10.01.2012-ci il tarixdən ehtiyata buraxılmış, onun ali təhsil müddəti 02 il 06 ay, təqvimi xidmət illəri 22 il 03 ay 28 gün, güzəştli xidmət illə ri 04 il 08 ay 22 gün, cəmi xidmət illəri 29 il 06 ay 20 gün, pul təminatı isə 856.50 təşkil etmişdir. İddiaçıya həmin məlumat vərəqəsinə əsasən 11.01.2012-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir və iddiaçı hal-hazırda 1113,37 manat məbləğində pensiya alır.

2. İddiaçı 17.12.2019-cu il tarixində ərizə ilə cavabdehə müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmiş, cavabdeh 09.01.2020-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

3. İmtina belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyası na qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 74 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyinin (987,75 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyinin (1397,75 manat) arasındakı fərq məbləğinin (410,00 manat) 74 faizi – 303,40 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (809,96 manat) üzərinə əlavə olunmaqla 1113,36 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİL MİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı ona yaşa görə təyin edilmiş pensiyanın yenidən hesablanması, 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsinə hesablanmış müvafiq təminat xərcliyinin artım məbləğinin əvvəlki qaydada hər il üçün 3 % miqdarında hesablanması və keçmiş müddət üçün alınmamış pensiya məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, o, 1992-ci ilin avqust ayının 26-dan 2012ci ilin 02 aprel tarixinə kimi hərbi xidmətdə zabit olmuşdur. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ələt Hərbi Hospitalında xidmət etmişdir. Həmin dövrdə xidməti vəzifəsini Qarabağda döyüş bölgələrind ə yerinə yetirmişdir. 1994-cü ilin mart ayından xidmətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Hospitalında davam etdirmişdir. Qarabağ müharibəsi veteranıdır. 2012-ci ilin aprel ayında mayor rütbəsində ehtiyata buraxılmışdır. Hərbi xidmətdən ehtiyata buraxılarkən, təqvim hesablama ilə xidmət müddəti 20 il 3 ay 28 gün, imtiyazlı hesablama ilə isə 29 il 6 ay 20 gün təşkil edir. O, təqaüdə çıxarkən qüvvədə olan Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyalarına əlavələr təminat xərclərindən sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 20.14.1-ci maddəsinə əsasən yaşa görə hərbi xidmətən buraxılanadək 20 təqvim il i və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla ödənilir. Həmin Maddənin tələblərinə müvafiq olaraq ona yaşa görə təqaüdə çıxdığı üçün 20 təqvim ili üçün müvafiq təminat xərcliyinin 55 %-i, 20 ildən yuxarı hərbi xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin 3 %-i miqdarında əlavə olunmaqla pensiya təyin olunmuşdur. Bu səbəbdən və qanunun tələbləri nəzərə alınmaqla ona 20 təqvim ili üçün müvafiq təminat xərcliyinin 55 %-i, 20 ildən yuxarı hərbi xidmətinin 9 il olduğuna əsasən 27 % (9,(72=3⃰ təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi 82 % olmaqla yaşa görə pensiya təyin edilmişdir. Ancaq sonradan Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nörməli Fərmanı ilə təsdiq edilmiş “2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na istinad edilməklə 20 ildən artıq xidmət müddəti üçün (9 il) müvafiq təminat xərcliyi 3 %-dən 2 %-ə endirilmişdir. Yəni 27 %-dən 18 %-ə endirilmişdir. Bu səbəbdən də, aldığı pensiya məbləği azalmışdır. O, bu məsələyə aydınlıq gətirilməsi üçün cavabdehə müraciət etmiş, ancaq cavabdeh tərəfindən verilən cavab onu qane etmir. Çünki, ona pensiya 2012-ci ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq təyin olunub. O cümlədən bildirir ki, 01 mart 2019-c u il tarixdən 01 sentyabr 2019-cu il tarixə kimi ona hər ay 932.99 manat pensiya ödənilməli olduğu halda, o, yalnız həmin məbləğdə pensiyanı 2019-cu ilin avqust ayında 1 dəfə almışdır. Qalan ayların pensiyası ona tam ödənilməyib. Eləcə də, 01.09.2019-cu il tarixindən sonra da xidməti güzəştli sayılan hisəsi (9 il) 2%-lə hesablanır.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən “məlumat vərəqi”nə əsasən 11.01.2012-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məblə ği 2017-ci il iyulun 01-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyası qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 01-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda, strukturuna daxil olma yan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (01 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulmuş qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi 74 faiz təşkil edir. İddiaçının 01 mart 2018-ci il tarixədək olan təminat xərcliyi (987.75 manat) ilə 01 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyi (1397,75 manat) arasındakı fərq məbləğinin 74 faizi, 01 mart 2018-ci il tarixədək olan pensiya məbləğinin üzərinə əlavə olunmaqla ödənilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 21.07.2020-ci il tarixli, 2-1(112)-4124/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qulluq illəri təqvim hesabı ilə 22 il 03 ay 28 gün, güzəştli hesablama ilə 04 il 08 ay 22 gün olmaqla qanunvericilikdə nəzərdə tutulmuş 20 ildən artıqdır. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 25.06.2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndi hazırkı iş üzrə iddiaçıya da ş amil edilir və cavabdeh iddiaçıya əmək pensiyasını hesablayarkən qanunun tələblərini düzgün tətbiq etmişdir.

9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 21.07.2020-ci il tarixli, 2-1(112)-4124/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1669/2020 saylı, 20.10.2020-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Elmira Nağıyeva, hakimlər – Vidadi Məmmədov və Xəyalə Cəmilova) ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 21.07.2020-ci il tarixli, 2-1(112)-4124/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Məhkəmə qərarı iddiaçıya 28.12.2020-ci il tarixində təqdim olunmuşdur.

13. İddiaçı həmin qərardan 26.01.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1669/2020 saylı, 20.10.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı təqaüdə çıxar kən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyalarına əlavələr təminat xərclərindən sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir.

15. Əmək Məcəlləsinin 20.14.1-ci maddəsinə əsasən yaşa görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcinin 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla ödənilir.

16. Həmin maddənin tələblərinə müvafiq olaraq iddiaçıya yaşa görə pensiyaya çıxdığı 20 təqvim ili üçün müvafiq təminat xərcliyinin 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla pensiya təyin olunub. Bu səbəbdən və qanun tələbləri nəzərə alınmaqla ona 20 təqvim ili üçün müvafiq təminat xərcliyinin 55 faizi, 20 ildən yuxarı hərbi xidməti 9 il olduğuna əsasən 27 faiz təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi 82 faiz olmaqla, yaşa görə pensiya təyin edilmişdir.

17. Ancaq sonradan Azərbaycan Respublikası Prezidentinin 25.06.2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na istinad edilməklə 20 ildən artıq xidmət müddəti üçün (9 il) müvafiq təminat xərcliyi 2 faizdən 2 faizə endirilmişdir, yəni 27 faizdən 18 faizə endirilmişdir. Bu səbəbdən də aldığı pensiya məb ləği azalmışdır. Bu hal qanunaziddir və iddiaçının insan və vətəndaş hüquqlarını pozur. Bu məsələyə isə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi diqqət yetirməmişdir.

18. O cümlədən, 01.03.2019-cu il tarixindən 01.09.2019-cu il tarixinə kimi iddiaçıya hər ay 932,99 manat pensiya ödənilməli olduğu halda, ona yalnız həmin məbləğdə pensiya 2019-cu ilin avqust ayında 1 dəfə ödənilmişdir. Qalan ayların pensiyası ona tam ödənilməyib. Eləcə də, 01.09.2019-cu il tarixindən sonra da xidmətin güzəştli sayılan hissəsi (9 il) 2 faizlə hesablanır. Bu fakta məhkəmə instansiyaları tərəfindən hüquqi qiymət verilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 izahat verərək kassasiya şikayətinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir.

23. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən he sablanması qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir.

24. Qanunun həmin maddəsinə edilmiş dəyişiklik 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin maddənin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir.

25. Qaydanın 1.1-ci bəndinə əsasən, bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə ə lavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir.

26. Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır.

27. Qaydanın 2.5-ci bəndinə əsasən, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xi dmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir.

28. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin akt ın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

29. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. İddiaçı kassasiya şikayətinin dəlillərində cavabdehin əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqində səhvə yol verdiyini və apellyasiya instansiyası məhkəməsinin bu halı nəzərə almadığını b ildirsə də, məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edir.

34. Belə ki, hazırkı qərarın 22-27-ci bəndlərində qeyd olunan normaların məzmunundan görünür ki, əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır.

35. Hazırkı işin mübahisəsiz hallarından məlumdur ki, iddiaçının qulluq illəri təqvim hesabı ilə 22 il 03 ay 28 gün, güzəştli hesablama ilə 04 il 08 ay 22 gün olmaqla qanunvericilikdə nəzərdə tutulmuş 20 ildən artıqdır.

36. Odur ki, Azərbaycan Respublikası Prezidentinin 25.06.2018-ci il tarixli 142 nömrə li Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” iddiaçıya da şamil olunmalıdır.

37. Göründüyü kimi, iddiaçıya pensiya hesablanması zamanı cavabdeh qanunvericiliyin tələblərinə əməl etmişdir və apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

38. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının mərhum ərinin “şəhid” hesab olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1669/2020 saylı, 20.10.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar