Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-577/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( şəxsi hesab vərəqəsindəki artıq ödəmənin geri qaytarılması barədə rəy verilməsi) Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vəsatin geri qaytarılması barədə rəy verilməsi” tələbinə dai r iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2-1(103)-1466/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı vergi ödəycisi kimi 2018-ci ilin avqust ayına qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 27 avqust 2018-ci il tarixdə sahibkarlıq fəaliyyətini dayandırmışdır. Həmin tarixə iddiaçının dövlət büdcəsinə artıq ödənilmiş 12.000 manat vəsaiti olmuşdur.
2. Bu səbəbdən də iddiaçı 12.09.2018-ci il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə forması ilə vergi orqanına müraciət etmişdir. 3. “Artıq ödəmənin qaytarılması barədə” cavabdeh orq anın 12.09.2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1 -ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. T əqdim edilən ərizədə bank rekvizitlərinin tam qeyd olunmadığı aşkar edilmişdir. Eyni zamanda artıq ödəmənin yaranma tarixləri əks etdirilməklə vahid ərizə forması ilə müraciət edilməsi tövsiyə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək “iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 12.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdehə həvalə olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisi kimi 2018-ci ilin avqust ayına qədər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 27 avqust 2018-ci il tarixdə sahibkarlıq fəaliyyətini tam dayandırmışdır. Həmin tarixdə iddiaç ının dövlət büdcəsinə artıq ödənilmiş 12.000 manat vəsaiti olmuşdur. Bu səbəbdən də 12.09.2018-ci il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə forması ilə vergi orqanına müraciət etmişdir. Həmin tarixdən etibarən vergi orqanları tərəfindən ona müxtəlif bəhanələr edilərək artıq ödəmənin geri qaytarılması barədə rəy tərtib edilməsindən imtina edilmişdir. İlk olaraq 02.10.2018ci il tarixli **********558300 nömrəli məktubla ərizəsində bank rekvizitlərinin düzgün göstərilmədiyi qeyd olunmuşdur. Bundan sonrakı məktublara da analoji cavablar verilmiş və tərəfindən 05.11 2018-ci il tarixli artıq ödəmənin geri qaytarılması barədə yeni ərizə ilə Lokal Gəlirlər Baş İdarəsinə müraciət edilmişdir. 29.11.2018-ci il tarixli **********869000 nömrə li məktubla ərizəsinə baxıldığı və səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı müzakirələrin aparıldığı qeyd edilmişdir. Bundan sonra Lokal Gəlirlər Departamentinin 05.12.2018-ci il tarixli **********170721 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən iddiaçının sahibkarlıq faəliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi barədə 15.10.2019-cu il tarixli **********695500 saylı müraciətinə cavab olaraq sahibkarlıq fəaliyyəti üzrə keçirilən səyyar vergi yoxlamasının 25.11.2019-cu il tarixli **********193916 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğvi barədə” Qərar ilə ləğv edildiyi bildirilmişdir. Yoxlamanın ləğv edilməsinə baxmayaraq iddiaçının artıq ödəmənin qaytarılması barədə icraatda olan ərizəsinə he ç bir münasibət bildirilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən 16.12.2019-cu il tarixli **********782200 nömrəli məktubla müraciət olunaraq bir il öncə təqdim etdiyi və icraatda olan artıq ödəmənin qaytarılması barədə ərizəyə baxılması tələb edilmişdir. Vergi orqanı son məktubuna cavab olaraq 16.01.2020-ci il tarixli **********443400 nömrəli məktubda 29.06.2015-ci tarixdə tərəfindən vergi partnyorluğu sazişinin bağlanması ilə bağlı ərizə ilə müraciət edildiyini əsas gətirmiş və ödənilmiş vergi məbləğlərinin həmin sazişə uyğunlaşdırılması tövsiyə olunmuşdur. Halbuki, iddiaçı tərəfindən 03.07.2015-ci il tarixli **********531800 nömrəli məktubla partnyorluq sazişinin etibarsiz hesab edilməsi ilə bağlı müraciət olunmuşdur. Yəni vergi orqanı ilə arasında hər hansı niyyət razılaşması mövcud ol mamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, vergi orqanları iddiaçının dövlət büdcəsinə ödədiyi 12.000 (on iki min) manat artıq ödəmənin geri qaytarılmaması üçün vergi qanunvericiliyinin tələblərini kobud sürətdə pozmuşlar.
6. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçı 12.000 manat məbləğin qaytarılması barədə 16.12.2019-cu il tarixli **********782200 nömrəli ərizə ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Müraciətə baxılarkən vergi ödəyicisi tərəfindən vergi orqanına 11.02.2015-ci il, 14.05.2015-ci il və 29.06.2019-cu il tarixlərdə vergi orqanı ilə vergi ödəyicisi arasında Vergi partnyorluğu sazişinin bağlanması üçün ərizələr ilə müraciət edildiyi məlum olmuşdur. Laki n təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilmədiyi üçün müraciətin icrası mümkün olmamışdır. Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2-1(112)-696/2021 saylı qərarı ilə (hakim-M.Qarayeva) iddia tələbi təmin edilərək, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 12.000 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının 26.08.2018-ci il tarixli ərizəsinə əsasən onun fəaliyyətinin 26.08.2018-ci il tarixdən 26.08.2023-cü il tarixədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. 12.09.2018-ci il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə forması ilə vergi orqanına ona artıq ödəmənin geri qaytarılması barədə rəy tərtib edilməsindən qanunsuz olaraq imtina edilmişdir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 31.07.2018-ci il tarixə 12.330.77 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. İddiaçının şəxs i hesab vərəqəsindən 31.07.2018-ci il tarixdən sonrakı qeydə alınmış ilk əməliyyatın tarixinə, yəni 20.10.2018-ci il tarixə də eyni məbləğdə - 12.330.77 manat məbləğdə saldosu (artıq ödəməsi) olmuşdur. Buna görə də iddiaçı həmin məbləğin qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Vergi orqanı tərəfindən iddiaçının tələbindən imtinanın əsası kimi göstərdiyi 29.06.2015-ci tarixdə tərəfindən vergi partnyorluğu sazişinin bağlanması ilə bağlı ərizə ilə müraciət edildiyini əsas gətirməsi də əsassız və qanunsuz olmuşdur. Belə ki, cavabdehin istinad etdiyi partnyorluq sazişinin etibarsız hesab edilməsi ilə bağlı iddiaçının vergi orqanına müraciət olunduğu və vergi orqanı ilə arasında hər hansı niyyət razılaşması mövcud olmadığı müəyyən edilmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2021-ci il tarixli, 2-1(103)-1466/2021 nömrəli (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov ) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2-1(112)-696/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin və artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciətin təmin olunmasından imtinanın d əlili kimi qeyd olunmuş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatlarının Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsinə münasibətdə apellyasiya baxışı zamanı cavabdehə vergi partnyorluğu barədə sazişinin təqdim edilməsi üçün imkan yaradılsa da, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan saziş təqdim olunmamışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilmədi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri cavabdehin iddia ərizəsinə qarşı təqdim etdiyi etirazın dəlilləri ilə eynidir. b) kassasiya şikayətinə qarşı etirazın d əlilləri
14. Kassasiya şikayətinə qarşı daxil olmuş yazılı etirazda qeyd edilmişdir ki, kassasiya şikayəti təmin edilməsin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.10.2021-ci il tarixli, 2-1(103)-1466/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Vergi Məcəlləsi: Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarıl ması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsin də şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhk əmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığ ı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
21. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunu r ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçıya ünvanladığı “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” məktuba əsasən iddiaçının 26.08.2018-ci il tarixli ərizəsi ilə fəaliyyətinin 26.08.2018-ci il tarixdən 26.08.2023 tarixədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir.
22. Bundan başqa Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçıya ünvanladığı 02.10.2018-ci il tarixli **********558300 saylı məktubundan görünür ki, 12.09.2018-ci il tarixli iddiaçının artıq ödəmənin qaytarılması barədə müraciətinə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmış, təqdim etdiyini ərizədə bank rekvizitlərinin tam qeyd olunmadığı aşkar edilmişdir. Artıq ödəmənin yaranma tarixləri əks etdirilməklə vahid ərizə forması ilə müraciət etməyi iddiaçıya tövsiyə olunmuşdur.
23. Eyni zamanda Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçıya ünvanladığı 19.04.2019-cu il tarixli **********710400 saylı məktubundan görünür ki, iddiaçının 28.03.2019-cu il tarixli keçirilən səyyar vergi yoxlaması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” 15.01.2019-cu il tarixli **********174321 və Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildiyi üçün “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” 27.02.2019cu il tarixli **********177620 və 28.03.2019 -cu il tarixli **********179617 nömrəli qərarlarına əsasən səyyar vergi yoxlaması dayandırılmışdır.
24. Bundan əlavə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin iddiaçıya ünvanladığı 29.11.2019-cu il tarixli **********889200 saylı məktubundan görünür ki, 15.10.2019-cu il tarixli **********695500 saylı iddiaçının aparılan səyyar vergi yoxlamasından narazılıq barədə müraciətinə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmış, təyin edilmiş 05.12.2018-ci il tarixli **********170721 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar yuxarı vergi orqanının 25.11.2019-cu il tarixli **********193916 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğvi barədə” Qərarı ilə ləğv edildiyi bildirilmişdir.
25. İddiaç ı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanladığı 16.12.2019-cu il tarixli ərizəsindən görünür ki, artıq ödəmənin qaytarılması barədə ərizənin 1 il bundan əvvəl təqdim edildiyini nəzərə alaraq ərizənin icra edilməsi məqsədilə göstəriş verilməsini xahiş etmişdir.
26. Azərbaycan Respublikası Vergilər Nazirliyinin iddiaçıya ünvanladığı 16.01.2020-ci il tarixli **********443400 saylı məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Göstərilən qaydaların tələbinə uyğun olaraq büdcədən qaytarılması tələb olunan vergi məbləği hüquqi və fiziki şəxslərə onların tələbi ilə (müəyyən olunmuş ərizə formasında müraciət etməklə), artıq ödənilmiş məbləğ (artıq ödəmənin yaranma tarixləri və səbəbləri göstərilməklə) səyyar vergi yoxlaması keçirilməklə təsdiq olunduğu və şəxsi vərəqədə göstərilmiş artıq ödənilmiş məbləğ hüdudunda vəsait olduğu halda qaytarılması nəzərdə tutulmuşdur. Həmçinin iddiaçı tərəfindən 29.06.2015-ci il tarixində vergi orqanına Vergi partnyorluğu sazişinin bağlanması ilə bağlı ərizə ilə müraciət edilmişdir. Lakin təqdim edilmiş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatları Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütə nasib göstərilməmişdir. Sahibkarlıq fəaliyyəti göstərdiyi dövr üzrə dövriyyə məlumatlarının Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməsi iddiaçıya tövsiyə olunmuşdur.
27. İddiaçının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ünvanladığı 03.07.2015-ci il tarixli məktubundan görünür ki, iddiaçı 29.06.2015-ci il tarixdə göndərdiyi partnyorluq bağlanması barədə ərizəsinin etibarsiz hesab edilməsini xahiş etmişdir.
28. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ünvanlanmış 11.02.2015-ci il tarixli “vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”dən görünür ki, İddiaçı 01.02.2015-ci il tarixdən 01.02.2016-cı il tarixədək vergi partnyorluğu sazişinin bağlanmasına razılıq verilməsini xahiş etmişdir.
29. Vergilər Nazirliy i yanında Bakı Vergilər Departamentinin 17.02.2015-ci il tarixli **********018500 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş 12.02.2015-ci tarixli, **********045000 saylı “Vergi partnyorluğu Sazişinin bağlanması üçün” ərizəsinə baxılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi partnyorluğu Sazişinin bağlanması” haqqında Qaydaların tələblərinə əsasən aşağıda göstərilən səbəblərdən iddiaçı ilə “Vergi partnyorluğu Sazişi”nin bağlanmasından imtina edilmişdir: Vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyəti ilə bağlı həyata keçirilən nəzarət tədbirinin nəticəsi üzrə yekun qərar çıxarılmadıqda.
30. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ünvanlanmış 14.05.2015-ci il tarixli “ve rgi partnyorluğu sazişinin bağlanması üçün ərizə”dən görünür ki, İddiaçı 01.05.2015-ci il tarixdən 01.05.2016-cı il tarixədək vergi partnyorluğu sazişinin bağlanmasına razılıq verilməsini xahiş etmişdir.
31. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 21.05.2015-ci il tarixli **********486700 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş 14.05.2015-ci tarixli **********626500 saylı “Vergi partnyorluğu Sazişinin bağlanması üçün” ərizəsinə baxılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi partnyorluğu Sazişinin bağlanması” haqqında Qaydaların tələblərinə əsasən aşağıda səbəblərdən iddiaçı ilə “Vergi partnyorluğu Sazişi”nin bağlanmasından imtina edilmişdir: Vergi orqanının əldə etdiyi m ənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsi (azaldılması) müəyyən edildikdə.
32. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə ünvanlanmış 29.06.2015-ci il tarixli “vergi partnyorluğu sazişinin bağlanması üçün ərizə”dən görünür ki, İddiaçı 01.06.2015-ci il tarixdən 01.06.2016-cı il tarixədək vergi partnyorluğu sazişinin bağlanmasına razılıq verilməsini xahiş etmişdir.
33. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 04.07.2015-ci il tarixli **********594800 saylı məktubundan görünür ki, iddiaçının “vergi partnyorluğu sazişinin bağlanması haqqında ərizə”nin etibarsız hesab edilməsi haqqında 03.07.2015-ci il tarixli **********531800 nömrəli məktubuna əsasən onun tərəfindən təqdim edilmiş 29.06.20 15-ci tarixli **********130600 saylı “Vergi partnyorluğu Sazişinin bağlanması üçün” ərizəsi baxılmamış saxlanılmışdır.
34. İddiaçının 17.02.2020-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, həmin tarixə 12.056,22 manat, 29.12.2020-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, həmin tarixə 12.074,62 manat məbləğində saldo olmuşdur.
35. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz.
36. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.49-cu maddəsinə əsasən “Vergi partnyorluğu sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanmış niy yət razılaşmasıdır.
37. Həmin Məcəllənin 13.2.49-1-ci maddəsinə əsasən vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar, gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən Vergi Məcəlləsinin 77-1-ci maddəsində nəzərdə tutulan sənəddir.
38. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaq la) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır.
39. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.
40. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
41. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 1.1-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta v ə işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir.
42. Qaydaların 2.1-ci bəndinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.
43. Qaydaların 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına gö rə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir.
44. Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır.
45. Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər.
46. Qaydaların 4.9-cu bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər.
47. Qaydaların 4.10-ci bəndinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi bü dcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır.
48. Qaydaların 4.12-ci bəndinə əsasən tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri vergilərin, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə maliyyə orqanlarının, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların rəsmi məlumatına əsasən vergi ödəyicisinin və ya sığortaedənin şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar b arədə hesabatlarda nəzərə alınır.
49. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı və qanuni hesab edərək vurğulayır ki, artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciətin təmin olunmasından imtinanın dəlili kimi qeyd olunmuş bəyannamələrdə əks etdirilmiş dövriyyə məlumatlarının Vergi partnyorluğu sazişinə uyğun olaraq ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilməməsinə münasibətdə apellyasiya baxışı zamanı cavabdehə vergi partnyorluğu barədə sazişinin təqdim edilməsi üçün imkan yaradılsa da, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan saziş təqdim olunmamışdır.
50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin olunmamalı, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2-1(103)-1466/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.