Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-577/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil-kirayə müqaviləsinin bağlanması) 26.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 86/87 saylı mənzilə dair mənzil-kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın veril məsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3139/2022 nömrəli iş üzrə 26 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı "xxxx" X2 İttifaqı Komitəsinin və X4 Şurasının və MMK-nin birgə iclasının 41 saylı 09 noyabr 2004-cü il tarixli protokolundan çıxarışa əsasən, Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-ha zırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilmə və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən qeydiyyata salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdir mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırd a yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlarımız alınarkən və ya məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra yataqxanalarda boşalacaq mənzillərin qeyrişərtsiz həmin mənzillərə dair order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır.
2. Bakı "xxxx" X2 İttifaqı Komitəsinin və X4 Şurasının və MMK-nin birgə iclasının 68 saylı 06 dekabr 2006-cı il tarixli iclasının qərarına əsasən, Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yataqxana ev 4, mənzil 86/87 İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda, qeyd olunan qərarda S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına bax mayaraq, birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır.
3. Bakı "xxxx" İstehsalat Birliyinin 0223 saylı xx.xx.2006-cı il tarixli orderinin surətinə görə, İddiaçı Bakı şəhəri, Cavanşir küçəsi, 4 saylı evin 86 və 87 saylı mənzillərini tutmaq hüququna malikdir.
4. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 294 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlərin onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyə tinin balansına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir.
5. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 294 saylı xx.xx.2013-cü il tarixli sərəncamının icrası haqqında 122 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən, qeyd edilən yaşayış fondunun balansa və xidmət dairəsinə qəbul etməklə vahid texniki-istismar normalarına uyğun xidmətini və istismarını təmin etmək məqsədilə: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki 136 saylı Mənzil-Kommunar İstismar sahəsinin xidmət dairəsinə verilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın 2 saylı Əlavəsində göstərilən siyahı üzrə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilmişdir. Həmin sərəncama 2 saylı əlavəyə əsasən, mübahisələndirilən ünvanda yerləşən yataqxana siyahıya daxil edilmişdir.
6. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirl iyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin təsdiq edilmiş xx.xx.2014-cü il tarixli Təhvil-qəbul aktına əsasən, S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. 7. “Üfüq” İstehsalat Birliyi "xxxx" Zavodu MMC-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı xx.xx.2020-ci il məktubuna əsasən, İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" zavodunda işləmişdir. O, mənzil verilməsi haqqında növbəlik siyahısında 235-ci adam olaraq növbəyə alınmışdır. Mənzil verilməsi haqqında növbəlik siyahısının Xətai rayon İcra Hakimiyyətində təs diq edilməsi və şəxsin mənzillə təmin edilib-edilməməsi barədə məlumat yoxdur.
8. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5776/2019 saylı 06 sentyabr 2019cu il qətnaməsinə əsasən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh İddiaçı qarşı 08 dekabr 2006-cı il tarixli, 0223 saylı orderin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi qət edilmişdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1763/2020 saylı iş üzrə qəbul edilmiş 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Xətai rayon Məhkəməsinin 2(011)-5776/2019 saylı 06 sentyabr 2019-cu il qətnaməsinin ləğv edilməsi və iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentini n iddiasının rədd olunması qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3828/2020 saylı iş üzrə qəbul edilmiş 22 sentyabr 2020-ci il tarixli qərarı ilə, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1763/2020 saylı 13 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək “Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana ev 4, 86/87 saylı mənzilə dair mənzil-kirayə müqaviləsinin bağlanılmasına dair sərəncamın verilm əsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, Bakı "xxxx" İstehsalat Birliyində işləyərək mənzil növbəsində olmuşdur. Lakin işlədiyi birlik, sovet rejimi dağıldıqdan sonra onu mənzillə təmin edə bilmədikləri üçün, yaşadığı yataqxananın mənzilini, növbəsində olduğu mənzil əvəzi olaraq, Cavanşir küçəsi ev 4, mənzil 86/87-i order əsasında ona verərək, pasport qeydiyyatına alınmışdır. Belə ki, Bakı "xxxx" X5 İttifaqı Komitəsinin və X4 Şurasının və MMK-nin birgə iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı iclasının qərarı ilə Birlik tərəfindən "xxxx" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəz ərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair Orderin verilmə və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdir mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş m ənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlarımız alınarkən və ya ölkə prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra, yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə dair order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır.
13. Daha sonra, Bakı "xxxx" X2 ittifaqı Komitəsinin və X4 Şurasının və MMK-nin birgə iclasının 06 dekabr 2006-cı il tarixli, 68 saylı iclasının qərarı ilə Birliyə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi yataqxana ev 4, mənzil 86/87 İddiaçı verilməsi qərara alınmışdır. Eyni zamanda qey d olunan qərarda S.Ə.ünvan 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar hər hansı qurumun və təşkilatın balansına verilməsindən asılı olmasına baxmayaraq birliyin orderi əsasında fəhlə və qulluqçulara verilmiş mənzillər həmin orderdə göstərilmiş vətəndaşa məxsus olması qərara alınmışdır.
14. Göstərilən qərar əsasında həmin mənzilə dair iddiaçının adına order verilmişdir. Qeyd edir ki, həmin mənzil orada uzun illər məskunlaşmış qaçqınlara görə istifadəsində olmasa da, bütün kommunal xidmət haqlarını vaxtı-vaxtında özü ödəmişdir. Daha sonra xx.xx.2014- cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin təsdiq edilmiş Təhvil-Qəbul Aktı ilə S.Ə.ün van 1A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir.
15. Bütün bunlardan sonra 2018-ci il tarixdə yataqxanalarda məskunlaşmış məcburi köçkünlərə və qaçqınlara yeni mənzillər verilmişdir. O isə, ailəsi ilə birlikdə mənzillərinə köçürülmüşdür. Order əsasında ona verilmiş mənzilə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etsə də bu günə qədər müraciətinə cavab verilməmişdir. Cavabdehin etirazları:
16. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131 s nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır.
17. Bina uzun müddət təmirsiz istismar olunduğundan aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrində mətbəx və sanitar qovşaqlarının bir çoxunda boşluqlu tavaların armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi kimi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yüklülüyünün azaldılmasına ciddi ehtiyac vardır.
18. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizd ir. Bu səbəbdən də, yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər.
19. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş müvafiq X6 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçməd iklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar.
20. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşmış 63 məcburi köçkün ailəsi 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiyaların qərarı və nəzarəti ilə həmin ünvanda yerləşən xüsusi təyinatlı mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir.
21. Müəyyən edilmişdir ki, ünvan 5na binasının 86 və 87 saylı mənzillərində 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X3, arvadı X1, 2 oğlu Pərvin və Elgün Şahverdiyevlər məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tə rəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür, cavabdeh İddiaçı qeyd edilən binanın 86 və 87 saylı mənzillərindən məcburi köçkün ailələri köçürüldükdən sonra, həmin otaqların qapısını bağlayaraq, sahibliyin həyata keçirilməsinə maneçilik törədir, lakin bir gün də olsun həmin mənzildə yaşamamış və hazırda da yaşamır.
22. İddiaçı mübahisələndirilən orderi əldə edərkən Bakı "xxxx" İB-yi ilə əmək münasibətlərində olmamış, gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən 86 və 87 saylı mənzillərin qapısını bağlamışdır.
23. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yerləşən fərdi evində qeydiyyatda olmaqla yaşayır.
24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 462 nömrəli Fərmanına və Azərbaycan Respublikası Müdafiə Sənayesi Na zirliyinin xx.xx.2006-cı il tarixli 3 nömrəli əmrinə əsasən Bakı "xxxx" İstehsalat Birliyi, "Mühəndis Texnikası" İstehsalat Birliyinin "xxxx" zavodu adlandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2008-ci il tarixli 14 saylı əmrinə əsasən "Mühəndis Texnikası" İstehsalat Birliyi sözləri dəyişdirilərək “Cihaz" İstehsalat Birliyi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2009-cu il tarixli, 60 saylı əmrinə əsasən "xxxx" zavodu “Cihaz" İstehsalat Birliyinin tərkibindən çıxarılaraq "Üfüq" İstehsalat Birliyinin tabeliyinə verilmişdir. Göründüyü kimi, Bakı "xxxx" İstehsalat Birliyi adlı təşkilat mövcud deyil və sözügedən təşkilatın adından məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin ad larına 2004-2006-cı illərə son zamanlarda orderlər yazılmışdır.
25. İddiaçı mənzil növbəsində olduğuna dair hər hansı bir hüquqi sənəd olmamışdır. Onun adına Bakı şəhəri, rayonu, Cavanşir küçəsi, 4 saylı evin 86 və 87 saylı mənzillərinə dair xx.xx.2006-cı il tarixli 0223 saylı order qanunsuz əldə etmişdir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Re spublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş (394 yerlik çarpayı tipli) yataqxana binası da balansa qəbul edilmişdir. Hal-hazırda mübahisəli ünvanda yerləşən, dövlət mənzil fonduna aid yataqxana binası və həmin binanın 86/87 saylı mənzili 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
27. Bakı İn zibati Məhkəməsinin 2-1(112)-94/2022 saylı 21 iyun 2022-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia rədd edilmişdir.
28. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən qeyd etmişdir ki, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanladığı məktubundan görünür ki, ünvan 5na binasının 86 və 87 saylı mənzillərində 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X3, arvadı X1, 2 oğlu Pərvin və Elgün Şahverdiyevlər məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür, İddiaçı qeyd edilən binanın 86 və 87 saylı mənzillərindən məcburi köçkün ailələri köçürüldükdən sonra, həmin otaqların qapısını bağlayaraq, sahibliyin həyata keçirilməsinə maneçilik törədir, lakin bir gün də olsun həmin mənzildə yaşamamış və hazırda da yaşamır. Bakı "xxxx" İstehsalat Birliyi adlı təşkilat mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 462 nömrəli Fərmanına və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2006-cı il tarixli 3 nömrəli əmrinə əsasən Bakı "xxxx" İstehsalat Birliyi, "Mühəndis Texnikası" İstehsalat Birliyinin "xxxx" zavodu adlandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2008-ci il tarixli 14 saylı əmrinə əsasən "Mühəndis Texnikası" İstehsalat Birliyi sözləri dəyişdirilərək “Cihaz" İstehsalat Birliyi ilə əvəz edilmişdir. Azərbaycan Respubl ikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2009-cu il tarixli, 60 saylı əmrinə əsasən "xxxx" zavodu “Cihaz" İstehsalat Birliyinin tərkibindən çıxarılaraq "Üfüq" İstehsalat Birliyinin tabeliyinə verilmişdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli arayışından da görünür ki, bir sıra ünvanlarda yerləşən yataqxanalarda, o cümlədən, ünvan 5na binasındakı bəzi mənzillər X11 tərəfindən digər şəxslərin adına qanunsuz order əsasında əldə edilmişdir. Sözügedən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(011)-10/2017 saylı iş üzrə çıxardığı hökmü ilə Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Beləliklə, Bakı "xxxx" İstehsalat Birliyi adlı mövcud olmayan təşkilatın adından məcburi köçkünlərin məskunlaşdığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adlarında 20042006-cı illərdə orderlər yazılmışdır. ünvan 5na binasının 86/87 saylı mənzilinə dair xx.xx.2006-cı il tarixli 0223 saylı order iddiaçıya yaşayış sahəsinin verilməsi qaydası və şərtləri pozulmaqla verilmişdir.
29. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3139/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-94/2022 nömrəl i 21 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi order etibarlı sənəd sayılsa belə, həmin order xidməti yataqxanada müvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilməlidir. Çünki həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqla rı yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də, mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı kom itəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.
32. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
33. Məhkəmə orderi etibarlı sənəd hesab etsə də, orderin verilməsi əsaslarını nəzərə almadan, əsassız olaraq hesab etmişdir ki yataqxana xidməti yataqxanadır və order iddiaçıya xidməti yataqxanada yaşayış sahəsini tutmaq üçün verilmişdir. Bakı şəhəri "xxxx" İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A və S.Ə.ünvan 1A-da yerləşən yataqxanalarda "xxxx " İB-nin HİK-nin X10 və MMK-nin Birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş “Orderlərin Siyahısı”ndan göründüyü kimi "xxxx" İB balansında olan yataqxanalardan mənzil növbəsində olan fəhlə və qulluqçuların 263 nəfərinə faktiki yaşadıqları və ya hüquqi cəhətdən boş olan otaqlara mənzil əsaslı olmaqla order verilmişdir. Həmin siyahıda iddiaçının adı 235-ci sıradadır. “Siyahı”da çəhrayı rənglənmiş sakinlər tərəfindən müvafiq olaraq siyahıda qeyd olunan otaqlara dair mülkiyyət hüququ əldə edilmişdir ( “Siyahı”-nı işə əlavə edilmişdir). Bəzi sakinlər mülkiyyət hüququnu məhkəmə qaydasında əldə etmiş və yuxarıda adları keçən ünvanda olan yataqxanaların ailəvi yataqxana olduğu mübahisə predmeti olmamışdır. Bundan başqa yataqxanada qeydiyyatda olanların bir ç oxlarının qeydiyyata düşmə tarixlərindən asılı olaraq şəxsiyyət vəsiqəsinin qeydiyyat ünvanı qrafasında A/Y-yəni ailəvi yataqxana sözləri qeyd edilmişdir.
34. Məhkəmə iddiaçını yanlış olaraq “müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər “ kateqoriyasına aid edərək hesab etmişdir ki, iddiaçı və onun ailə üzvləri yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar (köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsi). Həmin maddənin tələblərinə görə mövsümi və müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, təhsil dövründə yataqxanada yaşayış sahəsi ilə təmin edilmiş şəxslər digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Qanunvericilikdə müddətli əmək müqaviləsi ilə bağlı müddəalar Əmək Məcəlləsinin 45 və 47-ci maddələrində təsbit olunmuşdur.
35. İddiaçının həmin mənzilə dair hüquqlarının yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 49-cu maddəsini tələblərinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün və ya təşkilatların hüququnun pozulduğu, yaşayış sahəsinin verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu hallarda yaşayış sahəsinin orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderin etibarsız hesab edilməsi haqqında tələb orderin verildiyi gündən üç il ərzində verilə bilər.
36. Cavabdehin iddiaçıya qarşı “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmi n edilməməsi barədə yuxarı instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı vardır. Hazırki işdə iddianın təmin olunmamasına dair hər iki instansiya məhkəməsinin dəlillərinə mülki icraat qaydasında, “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddia üzrə baxılaraq hüquqi qiymət verilmişdir. Yuxarı instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş sübutlara aşağı instansiya məhkəməsinin fərqli mövqeyi qanundan sui-istifadə hesab olunmaqla absurddur.
37. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, 43-cü, 70-ci maddəsinin 1-ci hissəsinə, “Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanun"un 1-ci, 2-ci, 6-cı maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı e tiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 39. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 4-cü maddəsinə əsasən, mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir; - 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. - 51-ci maddəsinin 1-ci hissəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. - 106-cı maddəsinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. - 107-ci maddəsinin tələbinə əsasən, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. - 108-ci maddəsinin ikinci hissəsinə əsasən, müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə... işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.
40. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati m übahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. 44. 1.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 106-cı maddəsinin tələbinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər.
45. Normanın tələbindən göründüyü kimi, fəhlələr, qulluqçular və digər vətəndaşlar yataqxanalardan yalnız iş və təhsil dövründə istifadə edə bilərlər.
46. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçı mübahisəli yaşayış sahəsinə dair order vermiş Bakı "xxxx" zavodunda 2004-cü ilədək işləmişdir (order 8.12.2006-cı ildə verilmişdir).
47. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyinin, habelə Bakı, Gəncə, Şirvan və Tərtər Rayon İcra Ha kimiyyətlərinin balansına verilmişdir.
48. Həmin sərəncama əsasən, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına, Bakı ŞİH-nin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə isə Bakı şəhər MKTD-nin balansına verilmişdir. 07 yanvar 2013-cü il tarixli təhvil-qəbul aktı əsasında Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən yataqxana binası ünvan 7 Təsərrüfatı Birliyinin balansına verilmişdir.
49. İşin materiallarında iddiaçı ilə əvvəlki balanssaxlayan arasında kirayə müqaviləsinin bağlandığına dair məlumat yoxdur.
50. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, 1.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 106-cı maddəsinin tələbi nəzərə alındıqda, cavabdehin iddiaçı qarşısında iddia olunan hazırkı məzmunda (o cümlədən, əvvəlki balanssaxlayandan hüquq varisliyi qaydasında keçən) öhdəliyi yoxdur və o, iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam qəbul edilməsi barədə müraciətin təmin edilməsindən imtina etməkdə haqlıdır.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3139/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.