Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-578/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-578/2019) Bakı şəhəri 27 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöb əsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2663/2018 saylı, 15 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 27 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçı 13.10.1980-ci il tarixdən 25.10.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. (H3 seriyalı, ******* nömrəli hərbi bilet) O, 01.07.1980-ci il tarixdə əmək fəaliyyətinə başlamış, 01.01.2006-cı i l tarixədək 20 ildən çox ümumi iş stajına malik olmuşdur. (Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi tərəfindən verilmiş 3 saylı məlumat) İddiaçı 18.03.1986-cı il tarixdən ( 31.03.1986-cı il tarixli, 24/ş saylı əmr) 02.02.1990cı il tarixədək (12.02.1990-cı il tarixli 11/ş saylı əmr) və 02.04.1991-ci il tarixdən (01.04.1991-ci il tarixli 31/ş saylı əmr) 09.01.2017-cı il tarixədək ( 09.01.2017-ci il tarixli 15/ş saylı əmr) MA Birgə aviadəstəsində, MA Bakı aeroportu, “Azalavia” Bakı Nəqliyyat Aviaşirkətində, “Azəraeronaviqasiya” müəssisəsində və “xxxx” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində bilavasitə ən böyük intensivli hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsində çalışmışdır. Güzəştli iş stajı 29 il 07 ay 21 gün təşkil edir. (Azərbaycan Respublikası Milli Aviadaşıyıcıs ı “xxxx” QSC tərəfindən 14 iyun 2017-ci il tarixdə verilmiş 658 saylı və 08 iyun 2018-ci il tarixdə verilmiş 905 saylı arayışlar) İddiaçı 52 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, lakin cavabdeh 23 iyun 2017-ci il tarixdə ərizəyə cavab olaraq 18/04-3492 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsinə görə və təqdim edilmiş güzəştli arayışda göstərildiyi kimi AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 10.1-ci bəndinə görə 57 yaşına çatmış sığorta olunan kişilər azı 25 il sığorta stajına m alik olduqda və bunun azı 12 il 6 ay zərərli və ağır olan işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan yaş həddi olmadığından güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yoxdur. Daha sonra iddiaçı əmək pensiyasının təyin olunması ilə bağlı yenidən cavabdehə müraciət etmiş, lakin inzibati orqan 10 iyul 2018-ci il tarixli, 18/04-5022 saylı məktubla onun müraciətinin təmin olunmasından təkrarən imtina etmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan yaş həddi olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin iddiaçıya hüququnun yarandığı 06 iyun 2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilməsindən imtina edilməsi haqqında 23 iyun 2017-ci il, 18/04-3492 və 10 iyul 2018-ci il, 18/04-5022 saylı məktublarının əsassız hesab olunması və hüququnun yarandığı 06 iyun 2013-cü ildən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddi açı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 06 iyun 1961-ci il tarixdə anadan olmuşdur və hal-hazıra kimi 37 il 01 ay ümumi və 29 il 07 ay güzəştli iş stajı vardır. 52 yaşı tamam olmuş 06 iyun 2013-cü ilə kimi ümumi iş stajının 32 il 01 ayı və güzəştli iş stajının 25 il 04 ayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının 21.3-cü bəndinə aid olan “Ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarda aerodrom-dispetçer, rayon köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər” sırasına aid olan stajdır. Hesab edir ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olar aq, bu qanunun 27, 31.1, 31.2 və 32.1-ci maddələrinə əsasən hüququnun yarandığı 06 iyun 2013-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək, yaranmış fərq məbləğinin qanunun 31.3 və 37.7-ci maddələrinə əsasən birdəfəlik ödənilməsinin Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul etməlidir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Cavabdeh iddiaya qarşı 18/01-5795 saylı, 28 avqust 2018-ci il tarixli yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasınım “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3748/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim: H.Ç.Babayeva) iddia təmin edilmiş, cavabdehin iddiaçıya təyin edilərək ödənilməsindən imtina edilməsi haqqında 23 iyun 2017-ci il, 18/04-3492 və 10 iyul 2018-ci il, 18/04-5022 saylı məktubları əsassız hesab edilmiş, iddiaçıya 52 yaşdan, yəni 06 iyun 2013-cü tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edi lməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2663/2018 saylı iş üzrə 15 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3748/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəmə sinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2663/2018 saylı iş üzrə 15 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmiş, hazırkı mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh kassasiya şikayətini imtina məktublarına, iddiaya qarşı etiraza və apellyasiya şikayətinə uyğun əsaslandırmış və iddiaçının tələb oluna n yaş həddi olmadığından ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə mövqeyini düzgün hesab etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağ lı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlx alq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun vətəndaşlar qocaldıqda, əmək qabiliyyətini tamamilə və ya qismən itirdikdə, habelə ailə başçısını itirdikdə onların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş maddi təminat hüququna zəmanət verməklə vahid dövlət pensiya sistemini müəyyən edir. Qanunla fəhlələrin, qulluqçuların, kolxozçuların, fərdi əmək fəaliyyəti və sahibkarlıqla məşğul olan şəxslərin və digər kateqoriyalardan olan zəhmətkeşlərin pensiya təminatı üçün bərabər normalara və şərtlərə zəmanət verilir, əmək qabiliyyəti olmayan vətəndaşların sosial pensiya almaq hüququ təmin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.08.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 5 0 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı 01.01.2006-cı il tarixədək 20 ildən artıq sığorta stajına malik olmuş və həmin müddətin 10 ildən çoxunu əmək şəraitinin xüsusilə zərərli və ağır olduğu işdə çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabin etinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” na əsasən ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri) peşəsi 12003000—17541 kod nömrəsi ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxil edilmişdir. Ey ni zamanda, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.3-cü bəndinə əsasən, ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon, köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri) peşəsi güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşələr sırasına daxil edilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ 52 yaşı tamam olduğu anda, yəni 06.06.2013-cü il tarixdə yaranmışdır və aşağı instansiya məhkəmələrinin bu barədə mövqeyi əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. (maddə 31.1, 32.1, 37.7) Göstərilənlərə əsasən məhkəm ə kollegiyası hesab edir ki, iddiaçı güzəştli şərtlə əmək pensiyası hüququna malik olduğundan, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və işə baxan məhkəmələr cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişlər. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosia l Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2663/2018 saylı iş üzrə 15 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-578/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-578/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver