Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-578/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; teplovoz maşinistləri və maşinist köməkçiləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu-məruzəçi, Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2150/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИT-İ ******* nömrəli, 25 oktyabr 1983-cü il tarixdə açılmış əmək kitabçası ilə müəyyən olunmuşdur ki, iddiaçı 15 avqust 1982-ci il tarixdən 25 oktyabr 1983-ci il tarixinədək 1 may kolxozunda quraşdırıcı çılingər, Azərbaycan “Hidrosantexnikquraşdırma” İdarəsində quraşdırıcı çılingər, Azərbaycan Dövlət İstilik Elektrik X1tar tərtibatçısı, 5 sentyabr 1985-ci il tarixdən 21 mart 1989-cu il tarixinədək teplovoz maşinisti köməkçisi peşəsində işləmişdir. 21 mart 19 89-cu ildən halhazıradək teplovoz maşinisti peşəsində işləyir.
2. İddiaçıya məxsus НЗ4019661 nömrəli hərbi biletə əsasən, iddiaçı 4 may 1980ci il tarixdən 25 iyun 1982-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur. 3. "xxxx" MMC-nin 22 dekabr 2020-ci il tarixli, 07-179 nömrəli istehsalat fəaliyyəti haqqında arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçı 17 avqust 1984-cü ildən 5 sentyabr 1985-ci ilədək “Azərbaycan DRES”-in ("xxxx" MMC) X7 (YNS) “lokomotiv briqada-sında” qatar tərtibatçısı, 5 sentyabr 1985-ci ildən 21 mart 1989-cu ilədək teplovoz maşinisti köməkçisi, 21 mart 1989-cu il tarixdən hal-hazıradək X9 Lokomotiv heyətində teplovoz maşinisti vəzifəsində işləyir. X11 stansiyanın dəmiryol nəqliyyatı təsərrüfatını istifadə edir və "xxxx" MMC-nin mülkiyyətində olan dəmir yollarının (resp ublika dəmir yolu şəbəkəsi ilə əlaqəlidir) istismarını, təmirini və xidmətini həyata keçirir. Həmin dəmir yollarının istismarı və xidmətində çalışan sex işçilərinin, teplovoz maşinistlərinin və köməkçilərinin, qatar tərtibçilərinin, dispetçerlərin, çilingərlərin və s. əmək funksiyaları respublika tabeçiliyində olan dəmir yollarında məşğul olan eyni peşələrdə çalışan işçilərin əmək funksiyaları və iş şəraiti ilə eynilik təşkil edir. Qatar tərtibatçısı "xxxx" MMC-nin ünvanına gələn yüklərin (mazut çən-vaqon və başqa yük vaqonları) daşınması zamanı manevr işində iştirak edən işçilərin hamısının, o cümlədən lokomotiv briqadasının tam tərkibdə iş yerlərində olmasını və vaqonların hərəkət sahəsində yad əşyaların olub-olmamasını yoxlamaq, saxlanc başmaqlarının qoyulmasını təmin etməklə vaqonların düzgün verilməsini, boşalmasını və bağlanmasını yoxlamaq, vaqonların bir-biri ilə bağlı şəkildə olmaqla qatarın hərəkətini təmin etmək, qatarların manevr etdiyi zaman işçilərin şəxsi təhlükəsizliyini, həmçinin hərəkət qatarının bütövlüyünü təmin etmək, yük vaqonlarının çeşidlənməsini və boşalmış vaqonların geri qaytarılmasını təmin etmək vəzifələrini yerinə yetirir. Teplovoz maşinisti və teplovoz maşinisti köməkçisi "xxxx" MMC-nin ünvanına gələn bütün yüklərin (mazut çən-vaqon və başqa yük vaqonları) daşınması, çeşidlənməsi və boşalmış yük vaqonlarının geri qaytarılması işlərini yerinə yetirir. Teplovoz maşinisti və teplovoz maşinisti köməkçisi növbətçilik cədvəli üzrə 12 saatlıq normalaşdırılmış iş gününə malikdir. İddiaçı işlədiyi müddət ərzində 17 avqust 1984-cü il tarixdən halhazıradə k zəhərli sahədə 12 saatlıq iş günü ərzində kimyəvi maddələr mr/m3 – təhlükəlilik sinfi 3-4, səs-küy, nəmlilik, havanın cərəyan sürətinin, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. “İş şəraitinin” ağır və zərərli olduğuna görə ona 17 avqust 1984-cü il tarixdən hal-hazıradək 12% miqdarında əlavə əmək haqqı ödənilir. Əmək şəraiti zərərli olduğu üçün iddiaçının əmək məzuniyyətinə 17 avqust 1984-cü il tarixdən hal-hazıradək 6 əlavə gün verilmişdir. İddiaçının işlədiyi vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”da 21.4. Dəmiryol nəqliyyatı, dəmir- yol lokomotiv briqadasının fəh lələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində nəzərdə tutulmuş teplovoz maşinistləri, maşinist köməkçiləri və qatar tərtibatçıları kateqoriyasına uyğun olaraq güzəştli iş stajı sayılır.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh 14 dekabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotivi briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 25 oktyabr 1983-cü il tarixli əmək kitabçasında onun 5 sentyabr 1985-ci il tarixindən bugünədək “Azərbaycan DRES” X7 teplovoz maşinisti köməkçisi və teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, bu sahə dəmiryol nəqliyyatına aid deyildir. Bu səbəbdən də onun 1 yanvar 2006-ci il tarixinədək tələb olunan güzəştli iş stajının olmadığı nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 18 yanvar 2021-ci il tarixdə Bakı İnzibati Məhkəmə sinə iddia ərizəsi ilə müraciət edərək, 1 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, ona 15 may 2019-cu il tarixdən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxx 1961-ci ildə Kəlbəcər rayonunun Babaşlar kəndində doğulmuşdur. 4 may 1980-29 iyun 1982-ci il tarixləri arasında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 15 avqust 1982 - 25 oktyabr 1983-cü il tarixində Babaşlar kəndində 1 may kolxozunda quraşdırıcı çilingər işləmişdir. 1 noyabr 1983-13 avqust 1984-cü il tarixdə “Hidrosantexnikiquraşdırma” Azərbaycan Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 17 avq ust 1984-cü ildən etibarən isə Azərbaycan Dövlət İstilik Elektrik X1tar tərtibatçısı vəzifəsində qəbul edilmişdir. 5 sentyabr 1985-ci il tarixində həmin müəssisədə teplovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmiş və 21 mart 1989-cu il tarixinə kimi həmin vəzifədə çalışmışdır. 17 avqust 1984-1 yanvar 2006-cı illər arasındakı əmək stajı güzəştli əmək stajı sayılmalıdır. İşlədiyi müddət ərzində 17 avqust 1984-cü il tarixdən hal-hazıradək zərərli sahədə 12 saatlıq iş günü ərzində təhlükəli kimyəvi maddələr, səs küy, nəmlilik, havanın cərəyan sürətinin, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə ona 17 avqust 1984-cü il tarixdən hal-hazıradək əmək haqqına 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir. Əmək ş əraiti zərərli olduğu üçün əmək məzuniyyətinə 17 avqust 1984-cü il tarixdən hal-hazıradək 6 təqvim günü əlavə məzuniyyət günü verilmişdir. İşlədiyi vəzifələr Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bölməsinin dəmiryol nəqliyyatı, dəmir yol lokomotivi briqadasının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində teplovoz maşinistləri, maşinisti köməkçiləri və qatar tərtibatçiları kateqoriyasına uyğundur və bütün bu qeyd etdikləri Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin arayışı ilə təsdiq olunmuşdur. İşlədiyi X11 Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin mülkiyyətində olan dəmiryollarının istismarını həyata keçirir və bu sexdə çalışan işçilərin əmək funksiyaları respublika tabeçiliyində olan dəmir yollarında çalışan eyni kateqoriyalı işçilərin əmək funksiyaları ilə eynilik təşkil edir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya görə 1 yanvar 2006-ci ilədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajını toplamışdır. Buna görə də hesab edir ki,57 yaşının tamam olduğu 15 may 2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh 14 dekabr 2020-ci il tarixli, **********5 saylı məktubla iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtinada qeyd edilmişdir ki, iddiaçının 5 sentyabr 1985-ci ildən “Azərbaycan DRES“ X7 çalışdığı teplovoz maşinisti köməkçisi və teplovoz maşinisti peşələri dəmiryol nəqliyyatına aiddir. Lakin iddiaçının çalışdığı sahə dəmiryol nəqliyyatına aid deyildir. İddiaçı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiqlənmiş Siyahının 21.4-cü bəndinə istinad edir. Lakin nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 1 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya istinad edə bilər. Belə ki, iddiaçı pensiya hüququnun 1 yanvar 2006-ci il tarixədək yarandığını iddia etmişdir. Nazirlər Kabinetinin 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri(kod: 23001000-142241) peşəsi nəzərdə tutulmuşdur. Həmin peşə 2 saylı Siyahının “XXVİİİ.Nəqliyyat” bölməsinin (kod:********) ”1.Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarını n fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri adlanan 1-ci alt-bəndində (kod ********) öz əksini tapmışdır. İddiaçının nəqliyyat sahəsinə aid olan müəssisədə çalışmadığı mübahisəsizdir. Belə ki, iddiaçı "xxxx" MMC-də çalışmışdır. Dolayısı ilə iddiaçı “Nəqliyyat” bölməsinə istinad etməkdə haqlı deyildir. "xxxx" MMC-nin 22 dekabr 2020-ci il tarixli İstehsalat fəaliyyəti haqqında arayışı mötəbər sayıla bilməz. Çünki MMC onun fəaliyyət sahəsinə aid olmayan peşənin nəzərdə tutulduğu bölməyə istinad etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 5 may 2021-ci il tarixli, 2-1(112)-3667/2021 nömrəli qərarı (hakim X4) ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi günə-1 yanvar 2006-cı il tarixinə qədər Azərbaycan Respubli kasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli Siyahısında iddiaçının işlədiyi teplovoz maşinisti peşəsi nəzərdə tutulsa da, iddiaçının işlədiyi istehsalata (istilik elektrik stansiyasına) aid bölmədə deyil, “XXVİİİ. Nəqliyyat. Dəmiryol nəqliyyatı” bölməsində nəzərdə tutulmuşdur. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. bölməsində göstərilmiş peşəyə də iddiaçının “Azərb aycan DRES“-in X7 işlədiyi peşə uyğun gəlməmişdir. İddiaçının 1 yanvar 2006-ci il tarixə ümumi iş stajının 25 ildən artıq olmasına baxmayaraq, əmək fəaliyyəti dövründə işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmadığı təsdiq edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək ona 15 may 2018-ci il tarixdən 57 yaşından, 1 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminat ı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2150/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2150/2021 nömrəli qərarı (hakimlər X13-sədrlik edən və məruzəçi, X6 və X3) ilə Bakı İnzibati Məhkəməsinin 5 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 15 may 2018-ci il tarixdən təyin olunması vəzifəsi cavabdehə həvalə edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmət müddəti və 1 yanvar 2006-cı il tarixə qədər iş stajını nəzərə aldıqda, 1 yanvar 2006-cı il tarixə qədər iddiaçının 25 ildən yuxarı ümumi iş stajı mövcuddur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. İddiaçının işlədiyi “teplovoz maşinisti” və “teplovoz maşinisti köməkçisi” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat
1. Də miryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod 23001000— 14241-“teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri”, kod 23001000—16878“teplovozlarda maşinist köməkçilər” peşələrinə uyğundur. İddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə Siyahıda bilavasitə nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahəsi, iş, vəzifə, peşə arasındakı, habelə həmin iş, vəzifə və peşənin icra olunduğu əmək şəraitləri arasındakı eyniliyi təsdiq edən istehsalat fəaliyyəti haqqında arayış təqdim olunmuşdur. İddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayış qeyd olunan vəzifələr və onları icra olunduğu əmək şəraiti arasındakı uyğunluğu (eyniliyi) təsdiq edir. Bu zaman nəzərə alınmalıd ır ki, burada, söhbət müxtəlif istehsalat sahələrində (hazırkı halda, nəqliyyat və istehsal sahələrində) işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin və əmək şəraitinin eyniliyinin, deməli, həm də əmək şəraitinin xüsusilə ağırlığına və zərərliliyinə dair eyni və ya oxşar əsasların, faktiki halların mövcudluğunun təsdiq olunmasından gedir. Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin arayışında qeyd olunmuşdur ki, iddiaçının işlədiyi X11 Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin mülkiyyətində olan dəmiryollarının istismarını həyata keçirir və bu sexdə çalışan işçilərin əmək funksiyaları respublika tabeçiliyində olan dəmir yollarında çalışan eyni kateqoriyalı işçilərin əmə k funksiyaları ilə eynilik təşkil edir. Teplovoz maşınisti və teplovoz maşınisti köməkçisi "xxxx" MMC-nin ünvanına gələn bütün yüklərin (mazut çən-vaqon və başqa yük vaqonları) daşınması, çeşidlənməsi və boşalmış yük vaqonlarının geri qaytarılması işlərini yerinə yetirir. Azərbaycan İstilik Elektrik Stansiyasının iddiaçıya təqdim etdiyi güzəştli iş stajı barədə arayışda sağlamlığa zərərli iş şəraitini xarakterizə edən istehsalat faktorları göstərilməklə, iddiaçının respublika tabeçiliyində olan dəmir yollarında eyni peşələrdə işləyən işçilərlə identik vəzifə öhdəliklərini yerinə yetirdiyi və iş şəraitində çalışdığı qeyd olunmuşdur. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək həm 25 il ümumi, həm də 12 il 6 ay güzəştli stajı tamam olduğundan ona 57 yaşının tamam olduğu 15 may 2018-c i il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Etirazda əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan iş lərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (sonradan-Siyahı) XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində 23001000-14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, 23001000-16878 teplovozlarda maşinist köməkçiləri bəndlərinə uyğun olaraq işlədiyi vəzifələr güzəştli sayılmalıdır. Həm də qanunverici orqan yarımbölmənin adını müəyyən edərkən Dəmiryol nəqliyyatı, Dəmiryol lokomotiv briqadalarının fəhlələri adı altında peşələri ümumi olaraq adlandırmış və istehsalat sahəsinə görə fərqləndirmə aparmamışdır. Qanunverici eyni Siyahıda bir çox dəfə eyni vəzifələrin bir istehsalat sahəsində güzəştli pensiya hüququ verdiyini, digər istehsalat sahəsində isə belə bir hüquq vermədiyini xüsusi olaraq göstərməmişdir. Belə hallarda qanunverici Siyahının tam adında qeyd edilən göstəricilərdən istifadə etmişdir. Misal olaraq, həmin yanmbölmədə (Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində) 23001000—19825 şifrəsi ilə qeyd edilmiş magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları qeyd edilmişdir. Belə ki, dəmiryollarında işləyən bütün elektrik montyorlarına, elektrik mexaniklərinə, yol montyorlarına o halda güzəştli pensiya hüququ verilmişdir ki, həmin dəmiryolu magistral dəmiryolu sayılsın. Lakin qanunverici belə fərqli yanaşma nı teplovoz maşinisti və onun köməkçiləri üçün nümayiş etdirməmişdir. Əgər işçi teplovoz maşinisti və ya onun köməkçisi işləyirsə, artıq güzəştli pensiya hüququ verən peşə sayılmaqdadır və bu işçinin həmin vəzifələrdə öz əmək fəaliyyətini magistral olan və olmayan dəmir yollarında həyata keçirməsindən asılı deyil.
19. Siyahıda uyğun bölmədə və yanmbölmədə konkret olaraq göstərilmiş peşənin güzəştli pensiya hüququ verib-verməməsi cavabdeh tərəfindən mübahisələndirilmişdir. Cavabdeh Azərbaycan İstilik Elektrik Stansiyasının dəmiryolu nəqliyyatı təsərrüfatının olmasını, həmin təsərrüfatın X11 vasitəsilə həyata keçirilməsi faktını qəbul etməmişdir. Həmin dəmir yolları respublika dəmir yolları şəbəkəsi ilə əlaqədar olaraq istilik elektrik stansiyasının yanacaq kimi istifadə etdiyi mazut və həmi n istehsalatda istifadə edilən müxtəlif təyinatlı yüklər daşınması üçün istifadə edilir. Bunun üçün teplovoz maşinisti və onun köməkçisindən ibarət lokomotiv heyəti idarə etdikləri teplovozla respublika dəmir yollarına çıxaraq oradakı stansiyalardan mazut və digər yükləri götürərək istilik elektrik stansiyasına daşıyırlar. Həmçinin həmin vəzifədə işləyənlər yüksəs səs-küy, zəhərli qazlar(teplovoz duru yanacaqla işləyir), yüksək gərginlikli elektrik xətlərinin yaratdığı yüksək intensivli maqnit sahəsinin təsirinə məruz qalırlar. Bu zərərli faktorlar işəgötürən tərəfindən verilmiş arayışda ətraflı izah edilmişdir.
20. İddiaçı kassasiya şikayətinə etiraza "xxxx" MMC tərəfindən verilmiş 8 fevral 2022-ci il tarixli, 07-06 saylı arayışı əlavə etmişdir. Arayışda qeyd edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin X9 “lokomotiv heyətində TЭM 2yM-694 və TЭM 2yM-8408 saylı teplovozların idarə olunmasında 5 sentyabr 1985-ci ildən 21 mart 1989-cu ilədək teplovoz maşinisti köməkçisi və 21 mart 1989-cu il tarixdən hal-hazıradək teplovoz maşinisti vəzifəsində işləmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaş ına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrə li Siyahısı XXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—14241) - teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri XXVİİİ. Nəqliyyat. - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsi – (23001000—16878) - teplovozlarda maşinist köməkçiləri 24. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair bəzi məsələlər haqqında” izahat (16 iyul 2019-cu ilə qədər qüvvədə olmuşdur) Bölmə
7. İ və İİ nömrəli Siyahıların tətbiqinə dair bəzi məsələlər haqqında. Teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçilərinə (23001000-14241) onların Azərbaycan Respublikası Dəmiryollar İdarəsinin dəmiryol xətti şəbəkəsinin, zavoddaxili dəmiryol nəqliyyatının, yaxud digər idarə və nazirliyin tabeliyində olan hər hansı bir müəssisənin dəmiryol nəqliyyatının işçisi olmasından asılı olmayaraq 2 nömrəli siyahı üzrə imtiyazlı pensiya təyin oluna bilər.
25. İnzibati Prosessual Məcəllə Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırs a, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndi rildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişd ir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli he sab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Hazırkı mübahisəyə münasibətdə aydınlaşdırılmalı olan məqam müxtəlif iqtisadi fəaliyyət istiqamətli ayrı-ayrı müəssisələrin dəmiryolu şəbəkələrində teplovoz maşinisti və maşinist köməkçisi (eləcə də qatar tərtibatçısı) işləmiş şəxslərin peşələrin in iqtisadi fəaliyyət sahəsi baxımından güzəştli pensiya hüququ verən siyahının dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulmuş müvafiq peşələrə uyğunluğunu müəyyənləşdirməkdən ibarətdir.
33. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının çalışdığı müəssisə ("xxxx" MMC) dəmiryolu nəqliyyatı sahəsinə aid deyildir və bu baxımdan iddiaçı həmin müəssisədə işlədiyi peşələrlə bağlı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş müvafiq peşələrə istinad edə bilməz.
34. Məhkəmə kollegiyası qeyd edir ki, dəmiryolları iqti sadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir.
35. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, A zərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir.
36. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir.
37. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır.
38. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm d ə müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında teplovoz maşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəşt li pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır.
39. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır.
40. Hazırkı mübahisəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, "xxxx" MMC-nin dəmiryolları şəbəkəsi elektrik enerjisinin istehsalı üçün zəruri olan mazut yanacağının və digər yüklərin daşınması məqsədləri üçün istifadə edilir və respublikanın magistral dəmir y olları sisteminə çıxışı vardır. İddiaçı "xxxx" MMC-nin X7 "xxxx" MMC-yə aid dəmiryolu şəbəkəsində lokomotiv heyətinin teplovoz maşinisti və maşinist köməkçisi işləmiş və yükdaşımalarla məşğul olmuşdur.
41. İddiaçının çalışdığı X9 aid olduğu müəssisənin funksional baxımdan və istehsalat təyinatına görə nəqliyyat sahəsinə aid olmaması, həmin müəssisənin istehsalat zərurəti ilə əlaqədar malik olduğu və istifadə etdiyi dəmiryolu şəbəkəsinin ölkənin dəmiryolları sisteminə, eləcə həmin şəbəkədə təyinatı üzrə istismar edilən və yükdaşımaları həyata keçirən teplovozların dəmiryol nəqliyyatı vasitələrinə aid olmasını istisna etmir və edə də bilməz. Həmin müəssisənin dəmiryolu şəbəkəsi fəaliyyət sahəsi olaraq müəssisənin əsas və aparıcı fəaliyyət sahəsinin tərkib hissəsi kimi deyil, funksional baxım dan həmin fəaliyyət sahəsinin və istehsal prosesinin təminatı üçün zəruri xammalın və istehsal prosesinin nəticəsi olan məhsulların daşınması üçün nəzərdə tutulmuş ümumi dəmiryolları sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
41. Beləliklə, yuxarıda qeyd olunanlar baxımından məhkəmə kollegiyası Ali Məhkəmənin əvvəlki təcrübəsindən fərqli olaraq hesab edir ki, iddiaçının "xxxx" MMCnin X7 "xxxx" MMC-yə aid dəmiryolları şəbəkəsində lokomotiv heyətinin teplovoz maşinisti və maşinist köməkçisi kimi işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələr in və göstəricilərin 2 nömrəli Siyahısı”nın dəmiryol nəqliyyatı bölməsində (eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı”nda (21-ci Bölmə. Nəqliyyat. 21.4-cü bənd. Dəmiryol Nəqliyyatı. Dəmiryol Lokomotiv briqadalarının fəhləsi və ayrı-ayrı kateqoriyalı işçilər. Altıncı abzas teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) nəzərdə tutulmuş müvafiq peşələrə uyğun sayılmalıdır.
42. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara y aşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz.
43. Beləliklə, qanunvericiliyin yuxarıda istinad olunan normalarının müddəaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
44. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2021-ci il tarixli, 21(103)-2150/2021 nömrəli qərarı dəyi