Məhkəmə qərarları › İş №2-1(102)-579/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-579/2019

19.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-579/2019 19.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi və qərarın icrasının dayandırılması barədə vəsatəti ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2703/2018 saylı iş üzrə 08 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3938/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı, iddiaçının istifadəsində olan torpaq sahəsinin onun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2017-ci il tarixli, 2-1(103)-2673/2017 saylı qərarı ilə birinci instansiya məhkəməsinin həmin qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, eyni zamanda, onun apellyasiya instansiya məhkəməsinin həmin qərarından da verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.05.2018-ci il tarixli, 2-1(102)-1084/2018 saylı qərarı ilə təmin olunmamışdır. 17 iyul 2018-ci il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı birinci instansiya məhkəməsi tərəfindən ic raya yönəldilmişdir. Bundan sonra, 13.08.2018-ci il tarixdə cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə və qərarın icrasının dayandırılması haqqında vəsatətlə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək həmin Məhkəmənin 2-1(81)3938/2017 saylı 06.09.2017-ci il tarixli qərarının ləğv edilməsini və qərarın icrasının dayandırılmasını, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3938/2017 saylı, 21 sentyabr 2018-ci il tarixli qərardadı (hakim – E.Q.Məmmədov) ilə cavabdehin yeni açılmış hal larla bağlı ərizəsi və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, ləğv edilməsini və yeni açılmış halarla bağlı ərizəsinin və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2703/2018 saylı, 08 noyabr 2018-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3938/2017 saylı iş üzrə 21 iyul 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİq tisadi Kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərardadını ləğv edib, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi, Yasamal Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq inzibati iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilməsi məhkəmə tərəfindən ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilmə mişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən müvafiq fərdi yaşayış evi paylı mülkiyyətdə (yerləşdiyi 0,00352 ha torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü istifadə) olmaqla, 2 otağı İddiaçı, 1 otağı X1nın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Müvafiq ünvanda idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bundan başqa, ünvan 1 ünvanında yerləşən müvafiq torpaq sahəsinin söküntü ərazisinə aid olub-olmaması və müraciət edən fiziki şəxsin həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun tanınması məsələsinə münasibət bildirilməsi ilə bağlı İdarə tərəfindən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə yazılı sorğu göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin sözüged ən sorğuya cavab olaraq göndərdiyi 1525/d nömrəli, 06 iyun 2017-ci il tarixli məktubunda ünvan 2 ünvanında yerləşən tikililərin sökülməsi nəzərdə tutulan ərazilərə aid olduğu bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli, 358 saylı qərarına əsasən Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması alan orqan kimi Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Tərəflərin izahatları Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin işti rakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya i nstansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 106-cı maddəsində isə təsbit edilmişdir ki, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələ nməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kollegiya ilk növbədə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin məcmu halda birgə mövcudluğu zamanı təzələnə bilər – 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Cavabdehin yeni açılmış hallarla bağlı ərizəsinin məzmunundan göründüyü kimi, onun yeni açılmış hallar istinad etdiyi hallar aşağıdakılardan ibarətdir: 1) qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, 2 otağı iddiaçının, 2 otağı Naibova Nailə Yəhyayevanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir; 2) İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır; 3) Həmin ünvanda yerləşən torpaq sahəsinin söküntü ərazisinə aid olub-olmaması barədə Yasamal İcra Hakimiyyətinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, həmin ünvanda yerləşən torpaq sahəsi söküntü ərazisinə aiddir. Bununla bağlı olaraq apellyasiya məhkəməsinin qərardadında düzgün olaraq göstərilmişdir ki, cavabdehin iş üzrə həm birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinin, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinin dəlillərindən görünür ki, eyni hallar onun tərəfindən mübahisələndirilmiş və artıq həmin hallar məhkəmə araşdırmalarının predmeti olmuş və məhkəmələr tərəfindən sözügedən dəlillər əsassız hesab edilərək şikayətləri təmin olunmamışdır. Kollegiya qeyd edir ki, cavabdehin yeni açılmış hallar kimi istinad etdiyi hallar sonradan, yəni işə mahiyyəti üzrə məhkəmələrdə baxılıb qurtardıqdan sonra ortaya çıxmış hallar deyildirlər. Həmin hallara cavabdeh başından etibarən istinad etmiş və qəbul edilmiş yekun məhkəmə aktında onlara qiymət verilməklə mübahisə həll edilmişdir. Ona görə də, yeni açılm ış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəni təmin etməməkdə apellyasiya məhkəməsi haqlı olmuşdur. İPM-in 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Qeyd edilən maddəyə istinadla kollegiya hesab edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təmin edilmədiyi üçün cavabdeh tərəfindən verilmiş məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməməsi də düzgün olmuşdur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kass asiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2703/2018 saylı iş üzrə 08 noyabr 2018-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar