Məhkəmə qərarları › İş №2-1(102)-579/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-579/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-579/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müd afiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2537/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

2. İddiaçıya məxsus attestata, hərbi biletə və əmək kitabçasına əsasən o, 01.09.1980-cı il tarixdən 13.07.1981-ci il tarixədək təhsil almış, 13.10.1981-ci il tarixdən 26.11.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 24.07.1981-ci il tarixdən 03.11.2020-ci il tarixədək fasilələrlə müxtəlif vəzifələrdə işləmişdir.

3. Cavabdeh **********8 saylı, 13 noyabr 2020-ci il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olması ilə əlaqədar 26 iyun 2015-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişd ir.

5. İddiaçı ərizəsini onunla əsaslandırmıdır ki, o, xx.xx.1963-cü ildə anadan olmuşdur. 01.09.1980-ci il tarixdən 13.07.1981-ci il tarixədək Sumqayıt şəhəri 44 saylı Texniki Peşə məktəbinin elektrik qaynaqçısı peşəsi (ixtisası) üzrə təhsil almışdır. Təhsil müddəti 11 ay 12 gün davam etmişdir. 24.07.1981-ci il tarixindən 22 sentyabr 1981-ci ilə kimi Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 1 saylı Trestinin 16 saylı İxtisaslaşdırılmış İdarəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. 13.10.1981-ci il tarixindən 26.11.1983cü il tarixinədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xidmətdən sonra 11.01.1984-cü il tarixindən 12.06.1984-cü il tarixinədək Sənayetikinti Nazirliyinin 16 saylı İxtisaslaşdırılmış İdarəsində elektrik qaynaqçısı peşəsində işini davam etmişd ir. 18.06.1984-cü il tarixindən 30.10.2009-cu il tarixinədək “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində, daha sonra fasiləsiz olaraq 06.11.2009-cu il tarixdən 05.01.2012-ci il tarixinədək “STP Tikinti” Layihəsinin “Tikinti” sahəsində, 05.01.2012-ci il tarixində STP AM və EAS Departamentinin tərkibinə keçirildikdən sonra da 29.12.2012-ci ilə kimi həmin departamentin 25 və 1 saylı tikinti sahələrində elektrik qaynaqçısı peşəsində işləmişdir. 30.12.2012-ci il tarixindən hal-hazıra kim "xxxx" MMC-də elektrik qaynaqçısı peşəsində işini davam edir. Müraciəti əsasında “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi tərəfindən verilmiş 10.08.2017-ci il tarixli, 09124 saylı arayışda 18.08.1984-cü il tarixdən 30.10.2009-cu il tarixədək hə min müəssisədə işlədiyi elektrik qaynaqçısı peşəsinin Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarının 35-ci bölməsinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olması bildirilmişdir. Hal-hazıra kimi onun ümumilikdə 40 ildən artıq ümumi əmək stajı vardır ki, onun da 38 ilini güzəştli iş stajı təşkil edir.

6. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 57 yaşının tamam olması ilə əlaqədar olaraq 26 iyun 2020-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(112)-4051/2021 saylı qərardadı ilə (hakim: Ş.Həsənova) əriz ə icraata qəbul edilmişdir. 8.Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4051/2021 saylı qərarı ilə (hakim: Ş.Həsənova) iddia qismən təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 26.06.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı 01.0 1.2006-cı il tarixədək 25 ümumi, 12 il 6 ay güzəştli iş stajı şərtini ödədiyindən ona münasibətdə pensiya kapitalı şərti tələb edilə bilməz. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunması nəzərdə tutulmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər üç hal (yaş, ümumi və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, iddiaçının 57 yaşı tamam olduğu tar ixdən, yəni 26.06.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2537/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Hüseyn, hakimlər: S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli 2-1(112)-4051/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşa ğı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 40552,37 manat təşkil edir. 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt - qanunla müəyyən edilmiş yaş həddinə çatması; ümumi və xüsusi iş stajının olması; fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi mövcud olmalıdır. İddiaçıya münasibətdə isə bu şərtlər tam ödənilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitus iyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güz əştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən, 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında b axılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassas iya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarında müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuş, o, 01.09.1980-cı ildən 13.07.1981-ci ilədək elektrik qaynaqçısı peşəsi üzrə t əhsil almış, 23.10.1981-ci ildən 26.11.1983-cü ilə qədər (2 il 1 ay 23 gün) hərbi xidmətdə olmuşdur. O, 01.09.1980-ci ildən 13.07.1981-ci ilə qədər Sumqayıt şəhəri Peşə məktəbində təhsil (10 ay 13 gün) almış, 24.07.1981-ci ildən 22.09.1981-ci ilə qədər Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 1 saylı Trestinin 16 saylı İxtisaslaşdırılmış İdarəsində elektrik qaynaqçısı (1 ay 29 gün), 11.01.1984-cü ildən 12.06.1984-cü ilə qədər Azərbaycan SSR Sənayetikinti Nazirliyinin 1 saylı Trestinin 16 saylı İxtisaslaşdırılmış İdarəsində elektrik qaynaqçısı (5 ay 2 gün), 18.06.1984-cü ildən 01.06.1986-cı ilə qədər SUM-23 2 №-li Trestində (Azərsənayetikinti SC-də) qaynaqçı (1 il 11 ay 14 gün), 02.06.1986-cı ildən 02.01.1989-cu ilə qədər SUM-24 2 №-li Trestində (Azərsənayetikinti SC-də) elektrik qaynaqçıs ı (2 il 7 ay 1 gün), 02.01.1989-cu ildən 01.06.1992-ci ilə qədər Sumqayıt şəhəri PMK-2 2 №-li Trestində (Azərsənayetikinti SC-də) 4-cü dərəcəli elektrik qaynaqçısı (3 il 5 ay), 01.06.1992-ci ildən 30.10.2009-cu ilə qədər 2 №-li Trestdə elektrik qaynaqçısı, 5-ci dərəcəli elektrik qaynaqçısı (17 il 5 ay), 06.11.2009-cu ildən 29.12.2012-ci ilə qədər "xxxx" ASC-də 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir (3 il 1 ay 24 gün), 30.12.2012-ci ildən hal-hazıradək "xxxx" MMC-də 4-cü və 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləyir.

25. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 57 ya şı tamam olmalı, 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajına malik olmalı və bunun azı 12 il 6 ayı güzəştli iş stajı olmalıdır.

26. Göründüyü kimi, iddiaçıya məxsus atestat, diplom, hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq, yəni 25 il 27 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. 27. “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 №-li müəssisəsinin 09121 №-li, 10.08.2017-ci il tarixli arayışında qeyd edilir ki, iddiaçı 18.06.1984-cü ildən 30.10.2009-cu ilədək “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Bu peşə Nazirlər Kabinetinin 23.01.2007-ci il Qərarının 35-ci bölmə si üzrə güzəştli şərtlərlə pensiya çıxmaq hüququ verir.

28. İddiaçının işlədiyi “elektrik qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr” adlanan 35-ci Bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur və onun 01.01.2006-cı ilə qədər 12 il 6 aydan artıq, yəni 21 il 6 ay 14 gün güzəştli iş stajı mövcuddur. Bu hal da cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

29. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindəm imtinası ona əsaslanmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.

30. Cavabdehin bu dəlili ilə bağlı məhkə mə tərkibi qeyd edir ki, iddiaçı 01.01.2006cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olduğundan “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşı tamam olan vaxt güzəştli pensiya hüququ yaranmışdır. Belə olan halda iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb oluna bilməz. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün belə şərt nəzərdə tutmurdu. Odur ki, iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə güzəştli şərtlərlə pensiya hüququnun yaranmadığı barə də cavabdehin imtinası əsaslı sayıla bilməz.

31. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2537/2021 saylı iş üzrə 11 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar