Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-579/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1948-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-223/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasının məlumatlarına əsasən o, xx.xx.1967-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 2. 251 nömrəli, xx.xx.1991-ci il tarixli vəsiqəyə əsasən Salyan şəhəri 1 nömrəli məktəbin rus dili və ədəbiyyatı müəllimi kimi iddiaçıya təhsil nazirinin xx.xx.1991-ci il tarixli, 641 nömərli əmri ilə “Metodist müəllim” adı verilmişdir.
3. X6 və X11 tərəfindən verilmiş **********377 nömrəli ərizəyə əsasən, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.x x.2006-cı il tarixədək onlarla birlikdə "xxxx" Firmasında işləmişdir.
4. X3 məxsus əmək kitabçasına əsasən, o, xx.xx.1991-ci il tarixdə "xxxx" Firmasına işə qəbul olunmuş, xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2020-ci il tarixli, **********109700 nömrəli məktuba əsasən, "xxxx" Firması (VÖEN **********) 11 dekabr 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 25 avqust 2004-cü il tarixdə dövlət vergi orqanı tərəfindən ********** nömrəli 10 (on) rəqəmli eyniləşdirmə nömrəsi verilmişdir.
6. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə müraciət edərək ona təyin olunmuş pensiya məbləğinin yenidən hesablanmasını xah iş etmiş, lakin Şöbənin **********6 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləmiş olduğu "xxxx" Firmasında olan dövrü yoxlamaq mümkün olmadığı üçün həmin dövrləri sığorta stajı kimi hesablamaq mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 4 mart 2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyası məbləğinin yenidən hesablanaraq onun metodist müəllim olduğunu və "xxxx" Firmasında xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək çalışmasını nəzərə alaraq pensiya ödənişlərinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı ərizəsində yuxarıda qeyd olunan məlumatlara istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, onun "xxxx" Firmasında xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək çalışdığını iş yoldaşları X7 və X13 notarial qaydada təsdiq etmişlər və onlar məhkəmə iclasında şahid qismində iştirak edə bilərlər. Bundan başqa, onun xx.xx.1995-ci ildən xx.xx.2006-cı il tarixədək "xxxx" Firmasında işlədiyi əmək kitabçasında qeyd olunmuşdur.
9. Cavabdeh iddia ərizəsinə qarşı münasibət bildirməmişdir. 10. “İddiaçının əmək kitabçasında xx.xx.1995-xx.xx.2006-cı illərə dair hissədə "xxxx" firmasının möhürü ilə yanaşı, fiziki şəxs X9 məxsus (VÖEN2********) möhürün vurulması səbəbindən fiziki şəxs X12 ilə "xxxx" Firması arasında hər-hansı bir əlaqənin olub- olmaması barədə məlumat verilməsinə dair” məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 2 fevral 2021-ci il tarixli, **********117600 nömrəli məktubdan görünür ki, hüquqi şəxs "xxxx" Firmasının (VÖEN **********) dövlət qeydiyyatı məlumatlarına əsasən təsisçisi – "xxxx" Məhdud Məsuliyyətli Şirkəti, rəhbəri – X5r. Məktubda adı qeyd olunan şəxs X8 "xxxx" Firmasında rəhbər və ya təsisçi kimi qeydiyyatı barədə hər hansı məlumat aşkar edilməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-770/2021 nömrəli, 27 may 2021-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia qismən təmin edilmiş, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" Firmasında işlədi yi illərin onun sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" Firmasında işlədiyi illərdə Firmanın fəaliyyət göstəribgöstərməməsinin araşdırılması məqsədilə sorğular göndərilmiş və sorğulara cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən daxil olmuş məktublara əsasən müəyyən edilmişdir ki, "xxxx" Firması 11 dekabr 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 25 avqust 2004-cü il tarixdə dövlət vergi orqanı tərəfindən ********** nömrəli 10 (on) rəqəmli eyniləşdirmə nömrəsi verilmişdir. Hüquqi şəxs "xxxx" Firmasının (VÖEN **********) dövlət qeydiyyatı məlumatlarına əsasən təsisçisi – "xxxx" MMC, rəhbəri – X5r. X8 "xxxx" Firmasında rəhbər və ya təsisçi kimi qeydiyyatı barədə hər hansı məlumat aşkar edilməmişdir.
13. İddiaçının əmək kitabçasında "xxxx" Firmasında xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işləməsinə dair müvafiq qeydlər olsa da, "xxxx" Firması 11 dekabr 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 25 avqust 2004-cü il tarixdə dövlət vergi orqanı tərəfindən ********** nömrəli 10 (on) rəqəmli eyniləşdirmə nömrəsi verilmişdir. Bu səbəbdən də, iddiaçının "xxxx" Firmasında işlədiyi 11 dekabr 1997-ci il tarixdə n xx.xx.2006cı il tarixədək olan dövr sığorta stajına daxil edilməlidir.
14. Qanunvericiliyin müddəalarına görə mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə hər hansı mötəbər sübut təqdim edilmədiyindən, "xxxx" Firmasının dövlət qeydiyyatına alındığı, xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi illər sığorta stajına daxil edilməli, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək işlədiyi müddət isə sosial sığorta stajına daxil edilməməlidir.
15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. İşə apellyasiya qaydasında baxılarkən məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" Firması 11 dekabr 1997-ci il tarixdə 383 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Firmasının dövlət qeydiyyatı məlumatlarına əsasən təsisçisi – "xxxx" MMC, rəhbəri – X5r.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-223/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-770/2021 nömrəli, 27 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində işin yuxarıda bəhs olunan halları göstərilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin qərarında qeyd edildiyi kimi iddiaçının əmək kitabçasında xx.xx.1995 - xx.xx.2006-cı il tarixədək "NİKA” firmasında işlədiyi illərə dair təsisçisi olduğunu iddia etdiyi X9 dair möhür və VÖEN (2********) mövcuddur. Birinci instansiya məhkəməsinin qərarına əsasən hüquqi şəxs kimi "NİKA” Firmasının (VÖEN **********) dövlət qeydiyyat məlumatlarına əsasən təsisçi X5r. İddiaçının Firmanın təsisçisi olduğunu iddi a etdiyi X8 “NİKA" firmasında rəhbər və ya təsisçi kimi qeydiyyatı barədə hər hansı məlumat aşkar edilməmişdir.
21. Apellyasiya şikayətində qeyd olunan dəlillərə apellyasiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı əsassızdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkild ə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkə məsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Al i Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASS ASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
27. Yuxarıda istinad olunan normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
28. Hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara, həmçinin onunla b irgə işlədiyini qeyd etdiyi X6 və X11 tərəfindən verilmiş və notarial qaydada təsdiqlənmiş ərizəyə əsaslanır.
29. Bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş həmin məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeydşərtsiz təsdiq etmir. Belə ki, iddiaçı "xxxx" Firmasında xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyini bəyan etdiyi halda, X1 əmək kitabçasının məlumatlarına görə, X.Səfərov həmin Firmada xx.xx.1992-ci il tarixədək işləmiş, həmin tarixli əmrlə işdən azad edilmişdir. Beləliklə, iddiaçı ilə həmin şəxsin eyni vaxtda eyni müəssisədə işləmələri istisna edilir. X4 isə iddiaçı ilə birgə əmək fəaliyyəti ilə bağlı işdə hər hansı məlumat yoxdur.
30. Bundan başqa, iddiaçı "xxxx" Firmasında işlədiyini bildirsə də, əmək kitabçasındakı qeyd "xxxx" Firmasının deyil, "xxxx" Şirkətinin (X2 Kiçik Müəssisəsi) möhürü ilə təsdiq edilib.
31. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd etdiyi "xxxx" Firmasının, əmək kitabçasındakı möhürün aid olduğu "xxxx" Şirkətinin (X2 Kiçik Müəssisəsi), habelə məhkəmə sorğusuna əsasən Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 2 fevral 2021-ci il tarixli, **********117600 nömrəli məktubda qeyd olunan (təsisçisi – "xxxx" Məhdud Məsuliyyətli Şirkəti, rəhbəri – X10) "xxxx" Firmasının (VÖEN **********) eyni hüquqi şəxslər olduğunu müəyyən etməli idi. Həm də həmin məktuba görə, X8 "xxxx" Firmasında rəhbər və ya təsisçi kimi qeydiyyatı barədə hər hansı məlumat aşkar edilməmişdir.
32. Sorğuya cavabın 10 saylı Ərazi Vergilər İdarəs i tərəfindən verildiyini də məhkəmə nəzərdən qaçırmamalı idi. Belə ki, sorğuda göstərilən "xxxx" Firmasının (VÖEN **********) hüquqi ünvanı AZ3628, Qəbələ rayonu, Vəndam kəndidir. İddiaçının məhz həmin müəssisədə (həmin müəssisənin fəaliyyət göstərdiyi ərazidə) işlədiyi məlum deyil və bu, araşdırma predmeti olmayıb.
33. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixdən sonra "xxxx" Firmasında işlədiyini iddia etdiyi dövrdə məcburi dövlət sosial sığorta haqlarını ödəməməsi onun həmin müəssisədə işlədiyini şübhə altına alır.
34. Apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilinə münasibət bildirməmiş, habelə xx.xx.2006-cı il tarixdən sonrakı müddət üçün sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinin müddəalarının tələblərini nəzərə almamışdır.
35. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
37. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən kass asiya şikayəti təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-223/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.