Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-579/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi xidmətə yararlı sayılma barədə qərarın ləğv edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2460/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X2 arayışına görə, iddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunaraq ona müayinə zamanı “nəzərə çarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu təyin edilmişdir.
2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin hərbi-həkim komissiyasının xx.xx.2023cü il tarixli qərarından görünür ki, iddiaç ı şəhadətləndirilərək təyin edilmiş “Nəzərə çarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu əsasında “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur.
3. İddiaçıya aid tibbi şəhadətləndirmə vərəqindən görünür ki, iddiaçı şəhadətləndirilərək təyin edilmiş “Nəzərə çarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu əsasında mütəxəssis rəyi ilə “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur.
4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 697 saylı göndərişdən görünür ki, iddiaçı tibbi şəhadətləndirmə ilə əlaqədar stasionar müayinə olunaraq akt tərtib edilməsi üçün 2 nömrəli Psixiatriya Xəstəxanasına göndərilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12271/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına görə, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı təkrar şəhadətləndirmənin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinə həvalə edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin hərbi-həkim komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən “Müayinə zamanı nəzərə çarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətl ər qeyd olunub. Z86.5.” diaqnoz təyin edilərək iddiaçı “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “təkrar şəhadətləndirmənin aparılması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Daha sora iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin Hərbi Həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin 17ç A4 məhdudiyyət dərəcəsi ilə onun hərbi xidmətə yararlı sayılması barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahi ş etmiş, ərizə icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2-1(112)-12271/2022 saylı iş üzrə iddianın təmin olunmasına dair qərarın icrası ilə bağlı inzibati orqanın hərəkəti qanunsuzdur. Belə ki, Azərbaycan Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”nin baş direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş psixiatrı t.e.d professor F.İsmayılovun və Binəqədi rayon SHXÇDX-nin əsas götürdüyü Bakı şəhər 2 saylı KPX tərəfindən təqdim olunan sənədlərdə pozuntu aşkarlanmaması göstərilmişdir. Lakin cavabdeh sənədlərə zidd olaraq iddiaçının şəhadətləndirməsini apararaq ona sağlamlıqla bağlı məhdudiyyət dərəcəsi təyin etmişdir. Hesab edir ki, qərar əsassız olduğundan ləğv edilməlidir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6507/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 697 saylı göndərişdən görünür ki, iddiaçı tibbi şəhadətləndirmə ilə əlaqədar stasionar müayinə olunaraq akt tərtib edilməsi üçün 2 nömrəli Psixiatriya Xəstəxanasına göndərilmişdir. 2 nömrəli Psixiatriya Xəstəxanasının komissiyasının 2580 saylı xx.xx.2022- ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən iddiaçı müayinə edilərək ona “Nəzərə çarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu təyin edilmişdir. İddiaçıya aid xx.xx.2022-ci il tarixli tibbi şəhadətləndirmə vərəqindən görünür ki, iddiaçı şəhadətləndirilərək təyin edilmiş “Nəzərə arpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu əsasında mütəxəssis rəyi ilə “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur.
12. Mütəxəssis rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilməmişdir. Bununla məhkəmə cavabdeh tərəfindən qərar qəbul edilməsi çərçivəsində iddiaçının müayinədən keçirilərək tərtib edilmiş 2 nömrəli Psixiatriya Xəstəxanasının 2580 saylı xx.xx.2022-ci il tarixli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nı mötəbər sübut kimi qəbul edərək, onun əsasında qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli qərarını qanuni və əsaslı hesab edir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2460/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, İ.Şirinov və M.Tağızadə) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən müayinəyə ehtiyac duyulmayan mütəxəssis rəyi sonradan qərarın əsaslandırılması baxımından əlavə olunub. İddiaçının müayinəsi üçün 2 X1 göndəriş ona xx.xx.2022-ci il tarixdə Hərbi Həkim Komissiyasının digər üzvləri tərəfindən müayinə edildikdən sonra verilib. xx.xx.2022-ci il tarixli tibbi şəhadətləndirmə vərəqi və HHK-nın xx.xx.2023-cü il tarixli qərarı 2 saylı PX-nın komissiyasının xx.xx.2022ci il tarixli "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından" sonra hazırlanıb. Əgər rəy mövcud olsaydı bu rəylə hesablaşardılar, ən azından onun nəzərə alınması üçün göndərişin diaqnoz hissəsində müvafiq qeyd öz əksini tapardı. Aktda iddia çının sağlamlığı barədə yalnız müsbət fikir bildirilməklə, sonda "nəzərə çarpan psixi pozuntu aşkar edilmir" diaqnozu yazılıb. Diaqnoz və Şəhadətləndirmə müvafiq otaraq tibbə və hüquqa aid terminlərdir. Həmin terminlər şəxsin indiki zamanda diaqnozunu müəyyən edərək onun hal-hazırda şəhadətləndirir və keçmişdə olan diaqnozu ehtiva edən Anamnez termini ilə bir yerdə işlədilə bilməz. Yəni bir diaqnozda həm nəzərə çarpan psixi pozuntu aşkar edilmir qeyd edilibsə, həm də, Anamnezində psixotik əlamətlər qeyd olunub cümləsi varsa, bu sadəcə arayış əhəmiyyəti daşıyır və keçmiş dövrə aid olmuş, lakin indiki dövrdə aşkar edilməyən hal barədə məlumat vermək üçündür. Məhkəmə Kollegiyası öz qərarında 2 saylı PX-nın 2580 saylı xx.xx.2022-ci il tarixli Aktı ilə Mütəxəssis rəyindəki cümlələr birə-bir v ə bu sahəyə aid qanunvericilik normaları kortəbii şəkildə köçürülüb. Lakin qanunvericiliyin hər hansı maddəsi iddiaçının təkrar şəhadətləndirilərkən Xəstəliklər Cədvəlinin 17Ç maddəsinin A-4 qrafasına əsasən cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı olmasını Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına əsaslanaraq deyə bilməz.
18. Hərbi Həkim Komissiyası haqqında əsasnaməyə əsasən tibb müəssisələrində qəbul edilən normativ hüquqi akt əsasında aparılmalı olan təkrar şəhadətləndirmə cavabdehin HHK-nın mütəxəssis rəyi əsasında aparılmamalı idi. Belə ki, həmin akta görə o sağlamdır. Çünki həmin aktın əsaslandığı Prof. Fuad İsmayılovun rəyinə görə iddiaçıda nəzərə çarpan psixi pozuntu aşkar edilmir. Eyni zamanda Professor xatırlatma kimi qeyd edir ki, əvvəllər Anamnezində psixotik əlamətlər qe yd olunub. Lakin HHK-nın mütəxəssisləri Professorun rəyini təhrif ediblər. Xəstəlik aşkar edilmirsə Xəstəlik cədvəlinə istinad edilməsi qanunsuzdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23.0.2. Sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 1.1. Bu Əsas namə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Bəzi hallarda hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olmuş, çağırış üzrə hərbi xidmət keçən (bundan sonra — hərbi qulluqçular) və orqanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla, hərbi-həkim komissiyaları yaradıla bilər. 2.6. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A — hərbi xidmətə yararlıdır; B — sıradankənar hə rbi xidmətə yararlıdır; C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç — hərbi xidmətə müvəqqəti yararsızdır; D — həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün «Xəstəliklər cədvəli»nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkimmütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. 6.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin təşkili Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrə həvalə olunur. Şəhad ətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə, eləcə də icbari narkoloji müayinəyə göndərilir. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq stomatoloq, dermato-veneroloq, psixoloq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlibaş idarə, idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. 6.2. Hərbi xidmətə çağırış zamanı «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud ya rarlı» sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər. Birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir. Təyin edilməsi üçün tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrin siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağl am hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qis mən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam ol araq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Az ərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının hərbi xidmətə yararlı sayılması barədə qərarın ləğvi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessua l qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.
31. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, 2 nömrəli Psixiatriya Xəstəxanasının komissiyasının 2580 saylı, xx.xx.2022-ci il tarixli “Sağlamlı q vəziyyətinin müayinə edilməsi aktı”na əsasən, iddiaçı müayinə edilərək ona “Nəzərə çarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu təyin edilmişdir. İddiaçıya aid xx.xx.2022-ci il tarixli tibbi şəhadətləndirmə vərəqinə görə, iddiaçı şəhadətləndirilərək təyin edilmiş “Nəzərə çarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub Z86.5.” diaqnozu əsasında mütəxəssis rəyi ilə “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur.
32. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin hərbi-həkim komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş “Müayinə zamanı nəzərə çarpan psixi pozuntu aşkar edilmir. Anamnezində psixotik əlamətlər qeyd olunub. Z86.5.” diaqnoz əsasında “Xəstəliklər cədvəli”nin 17ç maddəsinin A-4 qrafasına əsasən “Cüzi məhdudiyyətlə hərbi xidmətə yararlı” hesab olunmuşdur.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2460/2023 nömrəli, 11 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.