Məhkəmə qərarları › İş №2-1(102)-58/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-58/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-58/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar söz: tərxisdən sonra xidmətini davam edən hərbi qulluqçunun pensiyasının yenidən hesablanması GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1953/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı xx.xx.1964-cü ildə Ağcabədi rayonunda anadan olmuş, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qulluq etmiş, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək Şəki şəhər hərbi komissarlığında bölmə rəisi, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək Qəbələ rayon hərbi komissarının müavini, xx.xx.1998-ci il dən xx.xx.2001-ci ilədək Oğuz rayon hərbi komissarı, həmin tarixdən xx.xx.2006-cı ilədək ƏliBayramlı şəhər hərbi komissarı, həmin tarixdən xx.xx.2009-cu ilədək Gəncə şəhər Kəpəz rayon hərbi komissarı işlədikdən sonra hərbi xidmətdən buraxılmış və xx.xx.2009-cu il tarixindən ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra, İddiaçı SHXÇDX rəisinin xx.xx.2014-cü il tarixli əmri ilə yenidən hərbi xidmətə çağırılmış və həmin tarixdən xx.xx.2014-cü il tarixinədək Xidmətin baş zabiti, həmin tarixdən xx.xx.2017-ci il tarixinədək Xidmətin Masallı rayon şöbəsinin, həmin tarixdən xx.xx.2018-ci il tarixinədək isə Qazax rayon şöbəsinin rəisi vəzifələrində xidmət etmiş və xx.xx.2018-ci il tarixində hərbi xidmət müddətini başa vuraraq silahlı qüvvələr sırasından tərxis olunm uşdur. Bundan sonra iddiaçı cavabdeh orqana müracitə edərək buraxıldığı SHXÇDX-nin Qazax rayon şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyi üzrə pensiyanın yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə iddiaçıya imtina cavabı verərək bildirmişdir ki, “SHXÇDX tərəfindən idarəyə daxil olmuş məlumat vərəqinə əsasən xx.xx.2009-cu il tarixində hərbi qulluqçu kimi xidməti başa çatmasına görə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası təminat xərcliyinə görə yenidən hesablanmır. Ona görə də Xidmətin xx.xx.2019-cu il tarixli, 00048 nömrəli yeni məlumat vərəqəsinə əsasən iddiaçının əmək pensiy asının yenidən hesablanması mümkün hesab edilməmişdir. Bununla razılaşmayan iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək ona təkrarən hərbi xidmətdən buraxıldığı SHXÇDX-nin Qazax rayon şöbə rəisi vəzifəsi üzrə pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)1924/2019 nömrəli qərardadına əsasən hazırkı iş üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixində məhkəməyə yazılı etiraz təqdim edərək iddiaçıya müvafiq təminat xərcliyinin 100 faizi məbləğində əmək pensiyası təyin edildiyini bildirmiş, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)1924/2019 nömrəli qərarına əsasən, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya xx.xx.2009-cu il tarixində hərbi qulluqçu kimi yaşa görə xidmət müddətinin başa çatması ilə əlaqədar əmək pensiyası təyin edildiyindən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən iddia təmin oluna bilməz. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)1924/2019 nömrəli qərarından iddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və yeni qərar qəbul etməklə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu i l tarixli, 2-1(103)-1953/2019 nömrəli qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)1924/2019 nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının əmək pensiyasının, onun 2014-2018-ci illərdə xidmət etdiyi dövrdə fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalı nəzərə alınmaqla, yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmış, iddia qalan – iddiaçının təkrarən hərbi xidmətdən buraxıldığı son təminat xərcliyinə görə pensiyasının yenidən hesablanması hissəsində rədd edilməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin 3-cü cümləsində “bu kateqoriyadan olan şəxslərin əmək pensiyasının fərdi hesablarında qeydə alınmış sığorta pen siya kapitalına görə yenidən hesablanmasına” yol verildiyini nəzərə alaraq məhkəmə kollegiyası 2014-2018-ci illərdə yığılmış pensiya kapitalına görə iddiaçının əmək pensiyasının yenidən hesablanmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1953/2019 nömrəli qərarından iddiaçı və cavabdeh kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçı, təminat xərcliyinə əsasən pensiyanın yenidən hesablanmasını tələb etsə də, apellyasiya instansiya məhkəməsi pensiyanın başqa bir əsasla – həmin vəzifə üzrə işlədiyi illərin qeydə alınmış sığorta pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması barədə qərar qəbul etmiş, bununla da İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin maddəyə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Kassator, şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1953/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən, apellyasiya instansiyası məhkəməsi əvvəlki qanunun qüvvədən düşməsini əsas gətirmiş, pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanmasını tənzimləyən normanın qüvvədən düşməsini bildirmişdir. Həmin normanın qüvvədən düşməsinə baxmayaraq iddiaçının əmək haqqından pensiyaya tutmalar yönəldilmişdir. Qüvvədən düşmüş qanunun tələbləri iddiaçının vəziyyətini yaxşılaşdıran hal hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bununla da müəyyən etmək olar ki, məhkəmənin sözügedən qərarı istər maddi, istərsə də prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur. Kassator “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı, İnzibati Prosessual Məcəllənin 90.1, 92.0.6-cı maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməs inin 21(103)-1953/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunmasını, cavabdehin kassasiya şikayətinin rədd edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1953/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunmasını, iddiaçının kassasiya şikayətinin rədd edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 2 -1(103)-1953/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2). Kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1953/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıla rı qeyd edir. İddiaçının 1992-ci ildən 2009-cu ilədək SHXÇDX-in müxtəlif orqanlarında hərbi xidmət keçdiyi və hərbi xidmətdən ehtiyata buraxılaraq ona sonuncu (Gəncə şəhər Kəpəz rayon hərbi komissarı) vəzifəsi üzrə təminat xərcliyinə görə xx.xx.2009-cu il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması işin mübahisələndirilməyən hallarını təşkil edir. Hazırda iddiaçı hərbi xidmətdən buraxıldıqdan sonra, yenidən hərbi xidmətə çağırılmasına və xx.xx.2014-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək hərbi xidmət etməsinə istinad edərək bildirir ki, həmin xidməti nəzərə alınaraq buraxıldığı sonuncu vəzifəsinin (SHXÇDX-nin Qazax rayon şöbəsinin rəisi) təminat xərcliyindən əmək pensiyası yenidən hesablanmalıdır. İddiaçının qeyd olunan mövqeyi ilə razılaşmayan apellyasiya instansiya məhkəm əsi, iddiaçının tələbindən 2014-2018-ci illər üzrə xidmətdən buraxıldıqdan sonra sonuncu xidmət yeri üzrə təminat xərcliyinə görə pensiyanın yenidən hesablanması hissəsində cavabdehin imtina etməsini haqlı hesab edərək iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsinin bu mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının mübahisələndirdiyi dövrdə hərbi xidmətini xx.xx.2018-ci il tarixində başa vurarkən «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyasında aşağıdakılar nəzərdə tutulur: - hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilən normanın 2-ci cümləsindən birmənalı olaraq göründüyü kimi, qanunverici imperativ şəkildə müəyyən edir ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Beləliklə, 2009-cu ildə əmək pensiyası təyin olunduqdan sonra 2014-2018-ci illərdə hərbi xidmətini davam etdirən iddiaçıya təkrarən onun həmin dövrün sonuncu təminat xərcliyinə görə pensiyasının yenidən hesablanmasına qanunla yol verilmir. Apellyasiya instansiya məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyi düzgün olsa da, iddianı qismən təmin etməkdə haqlı olmamış, bununla prosessual normaların tələblərini pozmuşdur. Belə ki, İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı məhkəməy ə müraciət edərək ona təkrarən hərbi xidmətdən buraxıldığı SHXÇDX-nin Qazax rayon şöbə rəisi vəzifəsi üzrə pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə isə İnzibati-Prosessual Məcəllənin 52-ci maddəsinin tələblərini pozaraq iddiaçının tələbindən kənara çıxmış, iddiaçının əmək pensiyasının onun 2014-2018-ci illərdə xidmət etdiyi dövrdə fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul etmişdir. Halbuki, iddiaçının belə tələbi olmamışdır. Bununla bağlı cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən prosessual normaların tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün ümvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəmkəsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan hallar hazırkı işdə mövcud olmadığın dan, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur. İddiaçının kassasiya şikayəti əsassız, cavabdehin kassasiya şikayəti isə əsaslı olduğundan, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti rədd edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1953/2019 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “hərbi xidmətdən buraxıldığı SHXÇDX-nin Qazax rayon şöbəsinin rəi si vəzifəsi üzrə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1953/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “hərbi xidmətdən buraxıldığı SHXÇDX-nin Qazax rayon şöbəsinin rəisi vəzifəsi üzrə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar