Məhkəmə qərarları › İş №2-1(102)-58/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-58/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-58/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hakimiyyət səlahiyyətinin icrasına görə verilən vəzifə maaşına əlavənin nəzərə alınmaqla pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı2 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın “yenidən hesablanması və fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(105)-84/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur. Onun əmək kitabçasında əksini tapmış məlumatlara görə əmək fəaliyyətinə xx.xx.1973-cü ildə başlamış, müxtəlif müəssisələrdə, o cümlədən xx.xx.1977-ci ildən Azərbaycan Dövlət Təchizat Komitəsində iqtisadçı, xx.xx.1990-cı ildən xx.xx.1997-ci ilədək idarə rəisinin müavini - şöbə müdiri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin Material Ehtiyatları Nazirliyinin X1 “Azərkontrakt” Səhmdar Cəmiyyətinə çevrilməsi haqqında 1996-cı il 17 dekabr tarixli 519 №-li Fərmanı ilə əlaqədar struktur dəyişikliyinə əsasən iddiaçı “Azərkontrakt” SC-nin “Azərsüd” İcarə topdansatış birliyinə anbar müdiri vəzifəsinə təyin edilmişdir.

2. İddiaçıya xx.xx.2018-ci il tarixli qərarla xx.xx.2018-ci ildən dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir.

3. İddiaçı hesab etmişdir ki, ona pensiya hesablanarkən, dövlət qulluqçusunun aldığı vəzifə maaşına verilən müvafiq əlavələr - 3 vəzifə maaşı mislində mükafat, 1 vəzifə maaşı həcmində müavinət, dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi və hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşına əla və haqlar nəzərə alınmamışdır. Buna görə də xx.xx.2018-ci il tarixli məktubla cavabdehə müraciət edərək, həmin əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının xahişini təmin etməmiş və ona xx.xx.2018-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, ona 19 il dövlət qulluğu stajı əsasında 717.34 manat dövlət qulluğu əlavəsi hesablanmışdır. Dövlət qulluğu əlavəsi onun dövlət qulluğundakı 1995-1997-ci illər üzrə Azərbaycan Dövlət Maddi-texniki Təchizat Komitəsinin mərkəzi aparatında şöbə rəisi vəzifəsi əsas götürülərək hesablanmışdır. Dövlət qulluqçularına dövlət qulluğu əlavəsi hesablanarkən onların təqdim etdiyi əmək haqqı arayışı əsasında göstərilən faktiki olaraq aldıqları mükafatlar nəzərə alınır. Hesablama aparılan 1995-1997-ci i llər üzrə əmək haqqı və əlavələr barədə məlumat daxil olmadığından, pensiya hesablanmasında 3 vəzifə maaşı mislində mükafat, 1 vəzifə maaşı həcmində müavinət, dövlət qulluğunun müşaviri ixtisas dərəcəsi və hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi barədə məlumat təqdim olunmadığından mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə aldığı dövlət qulluğu pensiyasının hüququ yarandığı xx.xx.2018-ci il tarixdən dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə görə əlavənin, 3 mükafat, 1 vəzifə maaşı həcmində müavinət və hakimiyyət səlahiyyətinin icrasına görə verilən vəzifə maaşına əlavənin nəzərə alınmaqla yenidən hesablanması, yaran mış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun pensiyasını yenidən hesablamaqdan əsassız imtina etmişdir. Belə ki, xx xxx 2018-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alır. Yaşa görə aldığı dövlət qulluğu pensiyasının hüququ yarandığı xx.xx.2018-ci il tarixdən dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə görə əlavənin, 3 mükafat, 1 maddi yardımın və hakimiyyət səlahiyyətinin icrasına görə verilən vəzifə maaşına əlavə nəzərə alınmaqla pensiyası yenidən hesablanmalı və yaranmış fərq birdəfəlik ödənilməlidir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(085)-1908/2018 saylı qərarı ilə (hakim Z.Pirverdiyev) iddia təmin edilmiş, İddiaçı2 yaşa görə dövlət qulluğu pensiyasının yenidən hüququ yarandığı xx.xx.2018-ci il tarixdən dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə görə əlavənin, 3 mükafat, 1 maddi yardımın və hakimiyyət səlahiyyətinin icrasına görə verilən vəzifə maaşına əlavənin nəzərə alınmaqla yenidən hesablanaraq, yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə cavabdehin imtinası əsassızdır.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Yuxarı instansiya məhkəmələrindəki icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2 -1(105)-470/2018 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iddia təmin edilməmişdir.

11. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)30/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı qismən - iddia tələbinin pensiyanın hakimiyyət səlahiyyətlərinin icrası ilə əlaqədar verilən əlavə haqq nəzərə alınmaqla yenidən hesablanmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün işə baxmış məhkəməyə göndərilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Sumqayıt Apelyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli 2-1(105)-265/2019 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1908/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı iddianın təmin edilmiş - İddiaçı2 yaşa görə aldığı dövlət qulluğu pensiyasının yenidən hüququ yarandığı xx.xx.2018-ci il tarixdən hakimiyyət səlahiyyətinin icrasına görə verilən vəzifə maaşına əlavənin nəzərə alınmaqla yenidən hesablanaraq, yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti vermişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)2724/2019 nömrəli xx. xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-265/2019 nömrəli xx xxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi tərəfindən iddia təmin edilərkən tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi pensiya məbləğinin yenidən hesablanması olduğundan, belə işlərə baxarkən ilk növbədə şəxsin pensiya işi tələb olunmalı, pensiya işi araşdırılmaqla pensiyanın hansı qaydada hesablanması və məbləğinin hesablanması zamanı hansı əlavələrin pensiya məbləğinə daxil edildiyi müəyyən edilməli, iddiaçının tələb etdiyi əlavəl ərin pensiyanın hesablanması zamanı nəzərə alınıb-alınmaması öyrənildikdən sonra iddia tələbinə hüquqi qiymət verilməlidir.

16. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(105)-84/2020 nömrəli qərarı ilə (hakimlər F.Məmmədov (sədrlik edən və məruzəçi), F.Zeynallı və S.Qafari) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)1908/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı “İddiaçı2 yaşa görə dövlət qulluğu pensiyasının yenidən hüququ yarandığı xx.xx.2018-ci il tarixdən hakimiyyət səlahiyyətinin icrasına görə verilən vəzifə maaşına əlavənin nəzərə alınmaqla yenidən hesablanaraq, yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulması” hissəsində dəyişdirilmiş, İddiaçı2 yaşa görə dövlət qulluğu pensiyasının yenidən hüququ yarandığı xx.xx.2018-ci il tarixdən hakimiyyət səlahiyyətinin icrasına görə verilən vəzifə maaşına əlavə nəzərə alınmaqla yenidən hesablanaraq, yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, apelyasiya şikayətinin “hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi barədə məlumat təqdim edilmədiyi üçün iddiaçının pensiyasının qeyd olunan əlavə nəzərə alınmaqla yenidən hesablanmasının mümkün olmadığına” dair dəlilləri əsassızdır. Çünki qanunvericiliyə əsasən dövlət qulluqçusunun pe nsiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır. Dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan əlavələri nəzərə almaqla özünün pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Ona görə də, apelyasiya şikayətinin həmin əlavənin iddiaçı tərəfindən dövlət qulluqçusunun məvacibinin tərkibinə daxil olmaqla onun tərəfindən alınmadığı və bu barədə müvafiq arayışlar təqdim edilmədiyi üçün iddiaçının pensiyasının qeyd olunan əlavə nəzərə alınmaqla yenidən hesablanmasının mümkün olmadığına dair dəlilləri əsassızdır. Həmçinin iddia tələbindən də, müəyyən olunur ki, iddiaçı özünün işləyərkən almadığı, laki n sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edir. Belə olan halda, iddiaçıdan sözügedən əlavəni aldığını təsdiq edən arayışı tələb etmək doğru deyil. Göstərilənlərə əsasən, iddiaçının hakimiyyət səlahiyyəti verilən dövlət qulluğu vəzifəsində çalışdığı müəyyən edildiyindən, sonradan dövlət qulluqçularına verilməyə başlanılmış həmin əlavə nəzərə alınmaqla özünün pensiyasının yenidən hesablanmasını tələb etmək hüququna malikdir.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 18.1. Kassasiya şika yətində deyilir ki, iddiaçıya 19 il dövlət qulluğu stajı əsasında 717.34 manat dövlət qulluğu əlavəsi (pensiyası) hesablanmışdır. Dövlət qulluğu əlavəsi (pensiyası) iddiaçının dövlət qulluğundakı 1995-1997-ci illər üzrə Azərbaycan Dövlət Maddi-Texniki Təchizat Komitəsinin mərkəzi aparatında şöbə rəisi vəzifəsi əsas götürülərək hesablanmışdır. “Dövlət qulluğu haqqında” Qanun isə xx xxxxxxxx 2001-ci ildə qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının nəzərdə tutulmuş əlavələri alması obyektiv baxımdan mümkünsüz idi. 18.2. Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli, 194 nömrəli fərmanı ilə təsdiq edilmiş 1 və 2 nömrəli əlavələrlə tənzimlənir. 18.3. “Dövlət qulluqçularına əmək pensiy asının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın (Əlavə 1) 11-ci bəndi ilə müəyyən edilir ki, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. İddiaçı tərəfindən isə həmin arayışlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən bu arayışların olmaması nəzərə alınmamışdır. 18.4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işl ədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. b. Məhkəmə icraatı iştirakçılarının izahatları 19.1. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. 19.2. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instans iyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

21. Cavabdeh məhkəmənin qərarını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (İPM-in 91-ci maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ 1.Hər kəsin sosial təminat hüququ vardır.... 3.Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş d igər hallarda sosial təminat hüququna malikdir.

23. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

1. Əsas anlayışlar... 1.0.1.əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığotraolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.... 1.0.15. əmək pensiyasının müəyyən olunması - əmək pensiyasının təyin edilməsi, o nun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa gürə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa gürə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə t utulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dö vlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

24. Dövlət qulluğu haqqında Qanun Maddə

22. Dövlət məvacibi 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlar dan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq satjına və s. görə verilən əlavələr) ibarətdir. 22.6. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir. 22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Maddə

23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qu lluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. 23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. 25. “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” xx xxx 2002-ci il tarixli Qanun Maddə

1. Bu Qanun dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydasını müə yyən edilir. Maddə

2. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir. Maddə

3. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətin icrasına görə hər ay vəzifə maaşına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir.

26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları Bənd

2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tər əfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Bənd

11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır.

27. Azərbaycan Respublikası İPM Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya in stansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış iddia tələbi əsassız olduğu halda, iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

29. İş materiallarından göründüyü kimi iddiaçı ona 1990-1997-ci illərdə Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyində işlədiyi idarə rəisinin müavini - şöbə müdiri vəzifəsinə uyğun hakimiyyət səlahiyyətinin icrasına görə verilən vəzifə maaşına əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş edir.

30. Bu iddia tələbinin hüquqi əsaslarını təşkil edən “Dövlət qulluğu haqqında” Qanunun 22.2ci maddəsi, “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqı nda” Qanunun 2 və 3-cü maddələri, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsi, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2 və 11-ci bəndlərinin əlaqəli təhlilindən o nəticə hasil olur ki, dövlət məvacibinə aşağıdakı ödəmələr aid edilir:

1. Vəzifə maaşı;

2. Mükafatlar;

3. Vəzifə maaşına əlavələr (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq satjına və s. görə verilən əlavələr). Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq, qanunla vəzifə maaşına əlavə kimi müəyyən edilmişdir. Bu o deməkdir ki, dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq - dövlət məvacibinə aiddir. Dövlət qulluqçusuna pensiya dövlət məvacibinə əsasən hesablanır. Dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə ödənilmiş əlavə haqqın dövlət qulluqçusunun pensiyasına hesablanması üçün, bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış olmalıdır. Dövlət qulluqçusuna pensiya hesablanarkən ona ödənilmiş vəzifə maaşına əlavələrin nəzərə alınması üçün vacib şərtlərdən biri - həmin məbləğlərin məcburi dövlət sosial sığortasına cəlb olunmasıdır. Əgər bu əlavələrdən dövlət sosial sığorta haqları tutulmamışsa, həmin məbləğlər şəxsə ödənilmiş olsa belə, pensiya hesablanmasında nəzərə alına bilməz.

31. İşin müəyyən edilmiş halları bu hüquqi əsaslar üzrə yoxlanıldıqda görünür ki, iddiaçının dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq ödənilməsi barədə onun işlədiyi dövlət orqanı tərəfindən arayış verilməmişdir. Yəni iddiaçı hakimiyyət s əlahiyyətinin icrasına görə əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması üçün qanunla nəzərdə tutulmuş əsası inzibati orqana təqdim etməmişdir. İşin bu halı, iddiaçıya pensiyanın yenidən hesablanmasından cavabdehin imtina etməsinin əsaslı olduğuna dəlalət edir.

32. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işin hazırki vəziyyətində məhkəmənin İPM-nin 12-ci maddəsində əsasən iddiaçıya hakimiyyət salahiyyətlərinin icrası ilə əlaqədar sorğular verməsinə ehtiyac yoxdur.

33. Ümumiyyətlə, kassasiya şikayətində də göstərildiyi kimi iddiaçının 1997-ci ilədək işlədiyi vəzifədə hakimiyyət salahiyyətlərinin icrasına görə əlavə haqq ödənilməsi mümkün deyildir. Çünki hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın ödənilməsinə “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasın a görə əlavə haqqın təyin edilməsi haqqında” xx xxx 2002-ci il tarixli Qanun verildikdən sonra başlanılmışdır.

34. Nəzərə alınmalıdır ki, işə baxılan dövrdə dövlət qulluqçularının qulluq stajına görə əlavələrin hesablanması qaydaları üzrə məhkəmə təcrübəsi dəyişmşdir. Belə ki, Konstitusiya Məhkəməsi «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" xx xxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.

35. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqını n, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

36. Göründüyü kimi, apelyasiya məhkəməsi İddiaçı2 yaşa görə dövlət qulluğu pensiyasının yenidən hüququ yarandığı xx.xx.2018-ci il tarixdən hakimiyyət səlahiyyətinin icrasına görə verilən vəzifə maaşına əlavə nəzərə alınmaqla yenidən hesablanaraq, yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabd ehin üzərinə qoyulması barədə nəticəyə gələrkən maddi hüquq normasını səhv təfsir etmiş, iddiaçıya işlədiyi dövrdə almadığı, təminat xərcliyinə daxil edilməmiş ödənişlərə əsasən pensiya hesablamışdır. Buna görə də yeni qərar çıxarılmaqla iddia tələbi “yaşa görə aldığı dövlət qulluğu pensiyasının hüququ yarandığı xx.xx.2018-ci il tarixdən hakimiyyət səlahiyyətinin icrasına görə verilən vəzifə maaşına əlavənin nəzərə alınmaqla yenidən hesablanması, yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə aid hissədə təmin olunmamalıdır.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunsun Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tar ixli 21(105)-84/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçının hakimiyyət səlahiyyətinin icrasına görə verilən vəzifə maaşına əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar