Məhkəmə qərarları › İş №2-1(102)-58/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-58/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-58/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş ü zrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 31 avqust tarixli, 2-1(107)-377/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən və mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi qeyriyaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 14 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizədə qeyd olunan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair təqdim etdiyi sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8 -ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim olunmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2021-ci il 11 yanvar tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2001-ci ildə verilmiş Şəki Şəhər İcra başçısının sərəncamına əsasən tikilib hal-hazırda istifadə edilən kürənin (çörək sexi) onun adına rəsmiləşdirilməsi, çıxarışın alınmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Şəki Şəhər İcra Hakimiyyəti başçısının 2001-ci il 18 yanvar tarixli sərəncamına əsasən tikdiyi, hal-hazırda istifadə etdiyi kürənin (çörək sexi) mülkiyyət hüququnu almaq üçün çıxarışın verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Şəhər İcra Hakimiyyətinin 2001-ci il 8 yanvar tarixli qərarına əsasən iddiaçıya verilmiş 27.6 kv.m. torpaq sahəsində kürə (çörək sexi) tikilmişdir. kürənin şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə uyğun olaraq tikilmişdir. İddiaçı çörək bişirmə sexinə mülkiyyət hüququ almaq üçün eskiz layihə, torpaq seçim aktı, icra hakimiyyətinin rəyi və sair sənədləri toplamış, çıxarış almaq üçün cavabdehə müraciət etmişd ir. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina əsassız hesab edilməlidir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə sənəddə və istismara qəbul aktında Şəki Şəhər İcra Hakimiyyəti başçısının möhürünün olmaması, istismara qəbul aktının "AzDTN" 1.6-1-in 5 nömrəli əlavəsinə uyğun, eskiz layihənin isə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş eskiz-layihənin üz qabığında "xxxx" MMC-nin 3 nömrəli filialının təsdiqləyici möhürü olsa da, digər səhifələrdə möhürün olmadığı, həmçinin istismara qəbul aktının "AzDTN" 1.6-1-in 5 nömrəli əlavəsinin mövcud qanunvericiliklə müəyyən edilmiş form aya uyğun tərtib olunmadığı müəyyən edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 29 iyun tarixli, 2-1(116)-504/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Torpaq Məcəlləsində torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsinin dəqiq qaydası müəyyən edilmişdir. Lakin hazırkı işdə kürə binasının altında olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsi ilə bağlı sadalanan sənədlərin heç biri, o cümlədən yerquruluşu sənədləri, sxem tərtib edilməmişdir. Torpaq sahəsi ilə bağlı iddiaçının istinad etdiyi yeganə sənəd Şəki Şəhər İcra Hakimiyyəti başçısının 2001-ci il 18 yanvar tarixli, 1/11 nömrəli sərəncamdır. Lakin yuxarıda da qeyd olunduğu kimi, binanı n tikilməsindən 3 il sonra verilmiş həmin sərəncamda Torpaq Məcəlləsinin sadalanan normalarına uyğun heç bir müddəa yoxdur. Digər tərəfdən, torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilməmiş, yerquruluşu planları və təsvirləri tərtib edilməmiş, torpaq sahəsinin verilməsi barədə müqavilə bağlanmamış və müqavilə dövlət qeydiyyatından keçirilməmişdir. Belə olan halda, torpaq sahəsi üzərində iddiaçının hüququnun yaranmasından söhbət gedə, göstərilən sərəncam və Şəki Şəhər İcra Hakimiyyətinin büdcədənkənar bank hesabına iddiaçı tərəfindən pul vəsaitinin ödənilməsi barədə qəbz isə torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. İddiaçının təqdim etdiyi istismara qəbul aktı dövlət qəbul komissiyasının sədri və üzvləri tərəfindən imzalansa da, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Həmçinin obyektin istismara qəbulu zamanı dövlət qəbul komissiyasına ilk növbədə obyektin layihə sənədləri təqdim edilməli olduğu və tikinti-quraşdırma işlərinin məhz həmin layihə sənədlərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmalı olduğu halda, 2000-ci il 5 avqust tarixdə istismara qəbul aktının tərtib edildiyi vaxt belə bir layihə mövcud olmamış və komissiyaya təqdim edilməmişdir. Layihə bundan 11 il sonra tərtib edilmişdir. Məhkəmə hesab etmişdir ki, belə olan halda, işdə olan istismara qəbul aktı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.9.2-ci maddəsinin tələbinə cavab vermir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 31 avqust tarixli, 2-1(107)-377/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2021-ci il 29 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya in stansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi istismara qəbul aktı dövlət qəbul komissiyasının sədri və üzvləri tərəfindən imzalansa da, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Lakin bununla əlaqədar məhkəmə Şəki Şəhər İcra Hakimiyyətini üçüncü şəxs kimi işə cəlb etməmiş və icra Hakimiyyətinin tikinti barədə qərarı və istismara qəbul aktı ilə bağlı da faktiki və hüquqi qiymətləndirmə aparmamışdır. İddiaçı məhkəməyə vəsatət verərək ona verilmiş sərəncama möhürün vurulmaması barədə Şəki şəhər İcra Hakimiyyətinə sorğu verilməsini bildirmişdir. Lakin məhkəmə iddiaçının xahişini nəzərə almamışdır. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 31 avqust tarixli qərarı qəbul edilərkən məhkəmə tərəfin dən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu da həmin qərarın ləğvi üçün əsasdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:... 8.0.9.2.... qeyri-yaşayış binalarına... münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti or qanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;...

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıd ır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarın ın bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələbləri nəzərə alınmaqla, iddiaçı 1998-ci ildə inşa etdiyi qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, yerli icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarını və istismara qəbul aktını təqdim etməlidir. 2

1. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, kürə binasının altında olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsi ilə bağlı sadalanan sənədlərin heç biri, o cümlədən yerquruluşu sənədləri, sxem tərtib edilməmişdir. Torpaq sahəsi ilə bağlı iddiaçının istinad etdiyi yeganə sənəd Şəki Şəhər İcra Hakimiyyəti başçısının 2001-ci il 18 yanvar tarixli, 1/11 nömrəli sərəncamıdır. Lakin binanın tikilməsindən 3 il sonra verilmiş həmin sərəncamda Torpaq Məcəlləsinin tələblərinə uyğun heç bir müddəa yoxdur. Digər tərəfdən, torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilməmiş, yerquruluşu planları və təsvirləri tərtib edilməmiş, torpaq sahəsinin verilməsi barədə müqavilə bağlanmamış və müqavilə dövlət qeydiyyatından keçirilməmişdir.

22. İddiaçının ist inad etdiyi tikilinin inşa edildiyi zaman, yəni 1998-ci ildə Azərbaycan Respublikasında qüvvədə olmuş "Tikinti norma və qaydaları tikinti istehsalatının təşkili" СНиП 3.01.01-85-in 3.2-ci bəndində deyilirdi ki, tikintinin təşkilinin layihəsi və işlərin aparılmasının layihəsi təsdiq edilmədən tikinti-quraşdırma işlərinin aparılması qadağandır. Eyni zamanda, 2000-ci il 1 yanvar tarixdən qüvvədə olan "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları" AzDTN 1.6-1-də deyilir ki, yerli icra hakimiyyətinin və ya bələdiyyənin obyektin tikintisinə dair ilkin icazəsi alındıqdan sonra sifarişçi layihə işlərini təşkil edir (3.1-ci bənd). Obyektin layihələndirilməsi başa çatdıqdan sonra, layihə sənədləri müəyyən edilmiş qaydada dövlət ekspertizasında n keçirilməli və təsdiq olunmalıdır (3.6-cı bənd). Obyektin tikintisi təsdiq olunmuş layihə əsasında aparılmalıdır (4.6-cı bənd).

23. Göründüyü kimi, istər kürə binasının tikildiyi vaxt, istərsə də onun layihəsinin tərtib olunduğu vaxt qüvvədə olan tikinti norma və qaydalarına görə, tikilinin layihəsi tikinti başa çatdıqdan sonra deyil, tikinti başlamazdan əvvəl hazırlanmalı və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Hətta həmin tikintinin aparıldığı zaman qüvvədə olmuş qaydalar layihə olmadan tikintinin aparılmasını qadağan edirdi. Lakin İddiaçı təqdim etdiyi eskiz-layihə tikinti işlərinin başlanmasından əvvəl deyil, tikintinin başa çatmasından 13 il sonra tərtib edilmiş, onun şəhərin baş memarının möhürü ilə təsdiq edildiyi tarix isə ümumiyyətlə məlum deyil. Ona görə də həmin eskiz-layihə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsində tələb edilən "müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə" kimi qəbul edilə bilməz. 24. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.9.2-ci maddəsində tələb edilən "müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərar" ümumiyyətlə mövcud deyil. Qeyri-yaşayış binası iddiaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının yazılı icazəsi olmadan tikilmişdir.

25. Tikilinin istismara qəbulu aktı ilə bağlı tələbə gəldikdə, iddiaçının təqdim etdiyi istismara qəbul aktının tərtib edildiyi 2000-ci il 5 avqust tarixdə qüvvədə olan "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydalar ı" AzDTN 1.6-1-də deyilir ki, tikintinin son mərhələsi obyektin istismara qəbul edilməsidir (6.1-ci bənd). Sifarişçi dövlət qəbul və qəbul komissiyalarına qəbul olunan obyektin tikintisi üzrə təsdiq olunmuş layihə sənədlərini təqdim edir (6.9-cu bəndin "a" yarımbəndi). Dövlət qəbul və qəbul komissiyaları obyektin təyinatı üzrə inşa edilməsini, tikinti-quraşdırma işlərinin layihə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun yerinə yetirilməsini yoxlayır (6.10-cu bəndin "a" yarımbəndi). Qəbul aktı dövlət qəbul və qəbul komissiyalarını təyin edən qurum tərəfindən təsdiq edilir (6.12-ci bənd). AzDTN 1.6-1-in "Obyektin dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktı" adlanan 5 nömrəli Əlavəsindən görünür ki, həmin sənədin dövlət qəbul komissiyasının sədri və üzvləri tərəfindən imzalanması ilə yanaşı, həm də dövlət qəbul komissiyasını təyin edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imza və möhürlə təsdiq edilməsi də nəzərdə tutulmuşdur.

26. İddiaçı təqdim etdiyi istismara qəbul aktı dövlət qəbul komissiyasının sədri və üzvləri tərəfindən imzalansa da, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. İkincisi isə, yuxarıda göstərilən qaydalara görə, obyektin istismara qəbulu zamanı dövlət qəbul komissiyasına ilk növbədə obyektin layihə sənədləri təqdim edilməli olduğu və tikinti-quraşdırma işlərinin məhz həmin layihə sənədlərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmalı olduğu halda, 2000-ci il 5 avqust tarixdə istismara qəbul aktının tərtib edildiyi vaxt belə bir layihə mövcud olmamış və komissiyaya təqdim edilməmişdir. Layihə bundan 11 il sonra tərtib edilmişdir. Belə olan halda, işdə olan istismara qəbul aktı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.9.2-ci maddəsinin tələbinə cavab vermir.

27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin ləğvinə əsas vermir.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 31 avqust tarixli, 2-1(107)-377/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar