Məhkəmə qərarları › İş №2-1(102)-58/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-58/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-58/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqinin pensiya təyin edən orqana göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı X4 (xx.xx.1984-cü il təvəllüdlü; FİN: 5LEPSQ0) cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust N0NN-ci il tarixli, N-1(103)-1193/N nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus EZ ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.N007-ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul edilərək X3 N nömrəli hərbi hissəsində müvafiq vəzifəyə təyin edilmişdir.

2. Cavabdehin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N015-ci il tarixli, 931 nömrəli qərarı ilə iddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 fevral N008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 66 “c”, N6 “ç” və 17 “ç” maddələrinin İİİ qrafasına əsasən sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş, xəstəliyin səbəb əlaqə si “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir.

3. Cavabdehin N nömrəli hərbi hissə komandirinin 01-0N may N016-cı il tarixli, 090 nömrəli əmrinə əsasən iddiaçı 8 fevral N016-cı il tarixdən Sahil Mühafizəsi qərargahının qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə təyin olunmuş, N may N016cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir.

4. İddiaçı N may N016-cı il tarixdə raportla müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını xahiş etmişdir.

5. Cavabdehin xx.xx.N016-cı il tarixli, 1945 ş/h nömrəli əmrinə və cavabdehin N nömrəli hərbi hissə komandirinin xx.xx.N016-cı il tarixli, 0N46 nömrəli əmrinə əsasən iddiaçı 8 noyabr N016-cı il tarixdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, həmin tarixə xidmət illəri 13 il N ay 1N gün hesablanmışdır.

6. Cavabdehin xx.xx.N017-ci il tarixli məlumat vərəqəsinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

7. İddiaçının vəkili 17 may N0N1-ci il tarixdə cavabdehə müraciət edərək, iddiaçının N nömrəli hərbi hissədə aldığı əmək haqqı və digər əlavələrə uyğun yenidən hesablanmaqla tərtib edilmiş məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İ ddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona pensiyanın təyin edilməsi üçün məlumat vərəqəsinin N0N1 saylı hərbi hissədə aldığı əmək haqqına uyğun tərtib edilərək göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N003-cü il tarixdən xx.xx.N007-ci il tarixədək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Akademiyasında, xx.xx.N007-ci il tarixdən xx.xx.N016-cı il tarixədək Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində, xx.xx.N016-cı il tarixdən xx.xx.N016-cı il tarixədək Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində zabit kimi qulluq etmişdir. Dövlət Sərhəd Xidməti Komandanın xx.xx.N016-cı il tarixli əmri ilə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. İddiaçı N nömrəli hərbi hissədən səhhətinə görə digər N nömrəli hərbi hissəyə köçürülmüşdür. Daha sonra Dövlət Sərhəd Xidmətinin XN xx.xx.N016-cı il tarixli, 1945 saylı əmri ilə (Əsasnamənin 41.0.3-cu maddəsinə əsasən xəstəliyə görə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən pensiya təminatı N nömrəli hərbi hissədə aldığı əmək haqqına uyğun hesablanmış və məlumat vərəqi aldığı əmək haqqı və digər əlavələrə uyğun olaraq doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq bölməsinə göndərilmişdir. O, N nömrəli hərbi hissədə N ildən az xidmət etmişdir.

10. Cavabdeh iddia tələbinə dair yazılı etirazında qeyd etmişdir ki, iddiaçı N007-ci ilin avqust ayında MTN-nin Heydər Əliyev adına Akademiyasını bitirdikdən sonra xidmətini d avam etdirmək üçün Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına göndərilmiş və xx.xx.N007-ci il tarixdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul edilərək X3 N nömrəli hərbi hissəsində müvafiq vəzifəyə təyin edilmişdir. Həmin hərbi hissədə bir sıra vəzifələrdə xidmət keçmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar müayinə və müalicədən sonra Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və barəsində 13 avqust N015-ci il tarixli, 931 nömrəli arayış tərtib edilmişdir. Həmin arayışa əsasən, iddiaçının səhhətində “funksiyaların cüzi dərəcədə pozulması ilə onurğanın ikinci mərhələ skoliozu. Dural kisənin və sinir kökcüyünün sıxılması ilə C6-C7 fəqərəarası diskin yırtığı. C3-C4 fəqərəarası diskin protuziyası. L5S1 fəqərəarası diskin mərkəzi y ırtığı. Funkisyaların pozulması olmayan davamlı zəif ağrı sindromu, hərəkət və hissi pozulmalar ilə müşayiət olunan C6-C7 diskogen, soltərəfli radikulopatiya. Dissosiativ-konversion reaksiyalar” diaqnozlu xəstəliklə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 fevral N008-ci il tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 66c, N6ç maddələrinin İİİ qrafasına əsasən sıradankənar hərbi xidmətə yararlı olması təsdiq edilmişdir. İddiaçının xidmət keçdiyi Çevik hərəkət dəstəsində fiziki cəhətdən sağlam və hazırlıqlı hərbi qulluqçuların xidmət keçməsi zəruri olduğundan, yuxarıda qeyd olunan (xx.xx.N015-ci il tarixli, 931 nömrəli) Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı əsasında barəsində müvafiq sənədlər məruzə edilmiş və xidmət yeri xx.xx.N016-cı il tarixdə xəstəliyi ilə əlaqədar xidmət aparmasına uyğun olan Sahil Mühafizəsinin qərargahının qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilmişdir. İddiaçı N may N016-cı il tarixdə raportla müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını xahiş etmiş və xx.xx.N016-cı il tarixdə 1945 ş/h nömrəli əmrlə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçının Silahlı Qüvvələrin ehtiyatına buraxılan günədək 13 il 0N ay 1N gün təqvimi xidmət illəri hesablanmışdır. Qeyd olunan qanunun müvafiq maddəsinə əsasən xx.xx.N016-cı il tarixdə onun xidmət yerinin Sahil Mühafizəsinin qərargahının qoşun hazırlı ğı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilərkən yaşa görə əmək pensiyası almaq hüququna malik olmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin 14 dekabr N0N1-ci il tarixli, N-1(11N)-76N9/N nömrəli qərarı (hakim G.A.Sevdimalıyeva) ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1984-cü il təvəllüdlüdür, hazırda 37 yaşı var, Silahlı Qüvvələrin ehtiyatına buraxılan günədək 13 il 0N ay 1N gün təqvimi xidmət illəri hesablanmışdır. xx.xx.N016-cı il tarixdə xidmət yerinin Sahil Mühafizəsi qərargahının qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilərkən, iddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malik olmamışdır. Belə ki, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olan şəxslərin dairəsi qanunvericilikdə dəqiq müəyyənləşdirilmişd ir, iddiaçı qeyd edilən tələblərə uyğun gələn hərbi qulluqçu hesab edilmir. İddiaçının yeni məlumat vərəqinin verilməsinə dair hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi”nin olduğu müəyyən edilmir. Müvafiq inzibati hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktlar pensiya təminatı zamanı hərbi qulluqçuların məhz hərbi xidmətdən buraxıldığı günə olan vəzifəsi üzrə təminat xərcliyini nəzərə alır, səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş hərbi qulluqçuların isə əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən o zaman hesablanır ki, keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular olmuş olsunlar. İddia çı isə aşağı vəzifəyə keçirildiyi gün yuxarıda qeyd edilən qanuna əsasən yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçu kateqoriyasına aid deyil. Bu, hüquqi müəyyənlik prinsipindən irəli gəlir.

13. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust N0NN-ci il tarixli, N-1(103)-1193/N nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, İ.Ə.Kərimli və K.H.Əkbərov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 dekabr N0N1-ci il tarixli, N-1(11N)-76N9/N nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası mə hkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları iddia ərizəsinin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun m əqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir;... Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçula rı istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək N0 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.N. hərbi xidmətdən yaşa görə buraxılmış, N5 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 1N il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, N5 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 1N il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.... Maddə N0. Qulluq stajın a görə əmək pensiyasına əlavələr... N0.18. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır....

20. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”

78. Hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəze tmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir.

81. Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə....

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N007-ci il N7 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”: 1-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi bar ədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. N-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcə dənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1N. İşin hallarının araşdırılması prinsipi 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxı r və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icra at qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti m ümkündür. Şikayət vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdiril məsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nətic ələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N0.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.

30. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə hərbi qulluqçuların əmək pensiyasına əlavə, səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə da ha az maaşlı vəzifəyə keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğinə əsasən o zaman hesablanır ki, qeyd edilən keçirilməyədək hərbi qulluqçu yaşa görə əmək pensiyası almaq hüququna malik olsun. Başqa sözlə, tələb olunan dispozisiya şərtləri baxımından iddiaçı xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməlidir, həmin vəzifəyə keçirilənədək əvvəlki vəzifədə azı bir il çalışmış olmalıdır, yeni vəzifəyə keçirildiyi günə yaşa görə əmək pensiyası hüququna malik olmalıdır. Yalnız bu şərtlərin hamısının birlikdə mövcud olduğu halda, hərbi qulluqçunun əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdığı vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.

31. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkə məsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1984-cü il təvəllüdlüdür və Silahlı Qüvvələrin ehtiyatına buraxılan günədək onun hərbi xidmət müddəti 13 il 0N ay 1N gün təqvim ili təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə görə, hərbi xidmətdən buraxılanadək N0 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Bu baxımdan xx.xx.N016-cı il tarixdə xidmət yeri Sahil Mühafizəsi qərargahının qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilərkən iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının daha az maaşlı vəzifəyə keçirildiyi gün (xx.xx.N016-cı il) yaşa görə əmək pensiya sı hüququ yaranmadığından, ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun N0.18ci maddəsinin müddəaları tətbiq edilə bilməz.

33. Beləliklə,yuxarıda istinad olunan normalarda təsbit edilmiş dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulması barədə tələbin təmin olunmasından imtina etməkdə apellyasiya məhkəməsi haqlı sayılmalıdır.

34. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassas iya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 avqust N0NN-ci il tarixli, N1(103)-1193/N nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar