Məhkəmə qərarları › İş №2-1(102)-580/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-580/2019

19.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-580/2019 19.02.2019 ALİ MƏHKƏMƏ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil, üçüncü şəxs “xxxx” MMC-nin vəkili n iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər qızına və “xxxx” MMC-yə qarşı torpaq sahəsinə dair hüququn qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-1710/2018 saylı iş üzrə 16 oktyabr 2018-ci il tarixl i qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********94 saylı, 11 may 2017-ci il tarixli məktubu ilə İddiaçı ünvanda yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsinə dair ərizəsinin təmin edilməsindən imtina olunmuşdur. İmtina səbəbi kimi o hala istinad edilmişdir ki, ləğv edilmiş DTXK tərəfindən torpaqların salqı-satqısına dair möhürlə təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir, eləcə də elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına qey diyyatdan keçmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Bələdiyyəsinin 27 dekabr 2006-cı il tarixli, 132 saylı qərarı, alqı-satqı aktı əsasında müvafiq plan-sxemə uyğun şəkildə 600 kv.m ölçüdə ayrılmış torpaq sahəsinin onun adına hüquqi qeydiyyatdan keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildən ünvanında 600 kv.m-dən ibarət torpaq sahəsini daşla hasara alaraq faktiki sahiblik və istifadə hüququnu həyata keçirməyə başlamış, məqsədi imkan olanda fərdi yaşayış evi tikmək olmuşdur. Torpaqların alqı-satqısını həyata keçirən Səbail Bələdiyyəsinə müraciət etmiş, Səbail Bələdiyyəsinin 27 dekabr 2006-cı il tarixli, 132 saylı qəra rı, alqı-satqı aktına əsasən torpaq iddiaçının sahiblik və istifadəsinə verilmişdir. Torpağın satın alınmasına görə bələdiyyənin hesabına 2496 manat vəsait ödəmiş, lakin fərdi yaşayış tikintisi üçün imkanı olmadığından bütün tikintiləri dayandırmağa məcbur olmuşdur. Bələdiyyə tərəfindən əldə etdiyi sənədlərlə 2017-ci ilin aprel ayında torpağının qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət edərkən ona icranın təminindən imtina edilmiş, imtinaya əsas səbəb kimi ayrılmış torpağın digər fiziki şəxsin adına hüquqi qeydiyyatdan keçməsi göstərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-304/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarı (hakim – E.Q.Məmmədov) ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasını n 2-1(103)-1710/2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və X.Ə.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-304/2018 saylı, 27 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə öz qərarında göstərmişdir ki, iddiaçı həmin torpaq sahəsinin onun mülkiyyətinə qanuni əs aslarla ayrıldığını sübut edə bilməmiş, bələdiyyənin iddiaçıya ayrılmış torpaq sahəsi üzərində sərəncam vermək hüququnun olması iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdehin imtina məktubunda imtinaya əsas kimi həmin torpaq sahəsinin digər fiziki şəxsin adma qeydiyyatdan keçməsi göstərilmişdir. Məhkəmələr isə maraqlarına toxunan üçüncü şəxslər kimi üçüncü şəxs və “xxxx” MMC-ni işə cəlb edərək iddia edilən torpaq sahəsinin məhz həmin üçüncü şəxslərin mülkiyyətində olması qənaətinə gəlmişdir. Lakin nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiyasında iddiaçının iddia etdiyi torpaq sahəsinin imtinada göstərildiyi kimi hansı fiziki şəxsin adına qeydiyyatdan keçməsi, hansı şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi, xüsusi ilə iddiaçı ilə üçüncü şəxslər üçüncü şəxs və ‘xxxx” MMC-nin hansı maraqlarının toqquşması, iddiaçının torpaq sahəsi ilə işə cəlb idilmiş şəxslərin torpaq sahələrinin kordinatlarının eyni sərhədlər daxilində olması, hazırki iddia ilə üçüncü şəxslərin hansı qanuni maraq və mənafelərinin pozulması araşdırılmamış, nötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.Həmin Məcəllənin 13-cü maddəsinə əsasən isə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldı rılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəfə bu məsələlərin, yəni iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üçüncü şəxslərin və digər hansı şəxslərin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi, torpaq sahəsinin imtinada göstərildiyi kimi hansı fiziki şəxsin adına qeydiyyatdan keçməsinin, iddiaçının torpaq sahəsi ilə işə cəlb edilmiş şəxslərin torpaq sahələrinin kordinatlarının eyni sərhədlər daxilində olmasının müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə vəsatətlə müraciət etsə də, vəsatət əsassız olaraq təmin edilməmişdir. Halbuki, bu kimi mühüm əhəmiyyətli hallar araşdırılmadan, sübut edilmədən işə mahiyyəti üzrə baxılması düzgün olmayan qərarın qəbul edilməsi deməkdir və bu kimi texniki sübutlar məhkəmənin yalnız ağlabatan mühakiməsi və ya mülahizəsi ilə deyil, həm də ekspertin rəyi əsasında müəyyən oluna bilər. Çünki torpaq xəritəçəkmə işi, cizgi ilə ayrılmış torpaq sahəsinin xəritə ilə faktiki yerində oturdulub kordinatların düzgün müəyyənləşdirilməsi xüsusi bilik, bacarıq və peşəkarlıq tələb edir. İşin mübahisəsiz halıdır ki, üçüncü şəxs və “xxxx” MMC-nin özlərinə məxsus torpaq sahələrinin mülkiyyətçisi kimi hüquqları dövlət qeydiyyatına alınıb və bu barədə dövlət reyestrindən çıxarışlar var. Lakin həmin torpaq sahələrinin iddiaçıya məxsus to rpaq sahəsinə hər hansı aidiyyatının olması işin mübahisəli tərəfidir. Qanun isə hazırki iddianın həmin şəxslərin qanuni maraqlarına toxunması halında işə cəlb olunmasını tələb edir. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, guya iddiaçı tərəf apellyasiya şikayətində iddiaçıya məxsus torpaq sahəsinin “X1un” adına olan torpaq sahəsi ilə üst-üst ədüşməsini göstərmişdir. Halbuki, apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının torpaq sahəsinin kimin torpaq sahəsi ilə üst-üstə düşməsi bizə məlum deyil və bu şəxsin kim olması məhkəmə tərəfindən araşdırılmadan üçüncü şəxs və “xxxx” MMC üçüncü şəxs kimi işə cəlb edilmişdir. Yəni, məhz X1un torpaq sahəsilə üst-üstə düşməsi qənaətinə məhkəmə hansı araşdırmanın nəticəsi olaraq gəlibsə, bu məsələ də işin halları ilə öz təsdiqini tapmır. Madam ki, məhkəmə öz mülahizəsinə əsasən hesab edir ki, iddiaçı ilə X1 torpaq sahələri üst-üstə düşür, yəni maraqlar toqquşur, bu zaman qanunun tələbinə uyğun olaraq qanunla qorunan maraqlarına toxunan üçüncü şəxs kimi X1 da digər üçüncü şəxslər kimi işə cəlb etməli və onun adına olan ilkin qeydə alma sənədlərini cavabdeh orqandan tələb etməli və müəyyən etməli idi ki, hansı əsaslara görə üst-üstə düşməsi ehtimal olunan torpaq sahəsi üzərində İddiaçı deyil, məhz X1un mülkiyyət hüququ qeydə alınmışdır!? İş üzrə mühüm həlledici əhəmiyyətə malik olan məhz bu halın sübut edilməsi vəzifəsinin qanuna görə cavabdeh inzibati orqanın üzərinə düşdüyü halda, məhkəmə əsassız olaraq bunu iddiaçıdan tələb edərək qeyd etmişdir ki, həmin şəxsin (yəni X1) cəlb edilməsinə hər hansı zərurət yox idi. Çünki iddiaçı bəl ədiyyə tərəfindən həmin torpaq sahəsinin qanuni əsaslarla ona ayrılmasını, bələdiyyənin həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququnun olmasını sübut edə bilməmişdir. Lakin məhkəmə tərəfindən üçüncü şəxslərin hansı maraqlarının pozulması faktı ümumiyyətlə aydınlaşdırılmamışdır. Bununla belə, məhkəmə tərəfindən Səbail Bələdiyyəsinə sorğu göndərilsə də, cavab olaraq bildirilmişdir ki, Bakı Şəhər Prokurorluğunda aparılan cinayət işinin istintaqı ilə əlaqədar Səbail Bələdiyyəsinə aid bütün sənədlər prokurorluğun əməkdaşları tərəfindən götürüldüyündən mələmatların göndərilməsi mümkün olmamışdır. Göründüyü kimi məhkəmə lazımi sənədlərin əldə olunması üçün təkrar sorğu ilə Bakı Şəhər Prokurorluğuna müraciət etmədən, yalnız bələdiyyənin sorğunun faktiki vəziyyətə görə aidiyyatı üzrə müraci ət edilməli orqana yönləndirilməsinə əsas verən cavabı ilə kifayətlənməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Halbuki, Səbail Bələdiyyəsinin cavab məktubu aidiyyatı üzrə yenidən Bakı Şəhər Prokurorluğuna müraciət etməyə ciddi əsas verirdi. Çünki prokurorluqda aparılan prosessual araşdırmanın nəticəsinin də işin mahiyyətinə həlledici təsiri ola bilərdi. İşin mahiyyətinə və nəticəsinə bilavasitə təsir edən önəmli sübutlara belə yanaşma tərzi məhkəmə araşdırmasının natamamlılığına və deməli, qeyri-obyektivliyinə dəlalət edir. Bununla da Azərbaycan Respublikasının İPM-nin 12-ci maddəsinin tələblərinin pozulmasına yol verilmişdir. Məhkəmə iddiaçının sənədində, yəni alqı-satqı aktında İddiaçı imzasının olmamasını sənədlərdə uyğunsuzluq kimi qeyd etsə də, həmin aktda tarixin və İddiaçı imzasın ın olmaması sənədin tərtibində ciddi qüsur sayılsa da, bu sənədi tərtib edən bələdiyyə işçisinin diqqətsizliyi, texniki səhvi də ola bilər. Lakin bu hal iddiaçının torpaq sahəsinin qanuni yolla əldə edilməsini tam şübhə altına alıb mülkiyyət hüququnu əldə etməsinə maneə olmamalıdır. Ona görə də, apelyasiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə ətraflı və obyektiv məhkəmə araşdırması aparılmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs “xxxx” MMC-nin vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlan dırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsasla r yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 27.12.2006-cı il tarixli, 132 saylı qərarı ilə ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin əlavə edilmiş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara a lınmışdır. Bİİ seriyalı, 027818 nömrəli kassa mədaxil orderinə əsasən iddiaçı bununla bağlı Səbail Bələdiyyəsinə 2496 manat ödəmişdir. İddiaçı həmçinin Səbail Bələdiyyəsi tərəfindən tərtib edilmiş ayrılmış sahəyə dair cizgini və torpaqların alqısatqı aktını təqdim etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********94 saylı, 11 may 2017-ci il tarixli məktubu ilə İddiaçı ünvanda yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsinə dair ərizəsinin təmin edilməsindən imtina olunaraq səbəb kimi o hala istinad edilmişdir ki, ləğv edilmiş DTXK tərəfindən torpaqların salqı-satqısına dair möhürlə təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmişdir, eləcə də elektron kadastr baza məlumatların a əsasən göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. Məhkəmə sorğularına əsasən təqdim edilmiş sənədlərdən çıxış etməklə apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ünvanında yerləşən torpaq sahələri üçüncü şəxsnın adına dövlət reyestrində qeydiyyata alınmışdır. 26.07.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən üçüncü şəxs ünvanında yerləşən, tam mülkiyyət hüququ ilə ona məxsus olan 0,12 ha. torpaq sahəsini “xxxx” MMC-nin mülkiyyətinə vermişdir. Həmin torpaq sahələri müvafiq çıxarışlara əsasən “xxxx” MMC-nin adına dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, həmin torpaq sahəsi X1 oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və həmin şəxs tərəfindən üçüncü şəxsya satılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 132 saylı, 27.12.2006-cı il tarixli qərarı ilə ayrılmış ünvanında yerləşən 600 kv.m torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlər ini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair əsaslandığı həmin mövqeyi ilə razılaşmışdır. Apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, Səbail Bələdiyyəsinin 132 nömrəli, 27.12.2006-cı il tarixli qərarının (Sədr: Firdovsi Cəbrayılov) verilməsinə dair əsaslardan biri kimi 29.12.2006-cı il tarixli iclasının 09 saylı protokolu göstərilmişdir ki, qərarın tarixi ilə protokolun tarixi arasında uyğunsuzluq mövcuddur. Məhkəmə həmçinin qeyd etmişdir ki, “xxxx” Şirkəti (VÖEN **********) tərəfindən çap edilən Bİİ seriyalı, 027818 nömrəli kassa mədaxil orderinin qəbzində tarix 03 dekabr 2007-ci i l göstərilsə də iş materiallarında olan torpaqların alqısatqısına dair aktın tarixi, həmçinin İddiaçı imzası yoxdur. Apellyasiya məhkəməsi belə qənaətə gilmişdir ki, iddiaçı bələdiyyə tərəfindən torpaq sahəsinin qanuni əsaslarla ona ayrılmasını, bələdiyyənin həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququnun olmasını sübut edə bilməmişdir. İşin apellyasiya baxışı zamanı Səbail Bələdiyyəsinə verilmiş məhkəmə sorğusuna cavab olaraq bələdiyyənin 05.10.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhər prokurorluğında aparılan cinayət işinin istintaqı ilə əlaqədar Səbail Bələdiyyəsinə aid bütün sənədlər prokurorluğun əməkdaşları tərəfindən götürüldüyündən, iddiaçıya bələdiyyə tərəfindən torpaq ayrılması haqqında qərarın və protokolların, həmçinin qərarın və protokolların qəbul edi lməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin və qüvvədə olub-olmamaları barədə məlumatların göndərilməsi mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 25.09.2018-ci il tarixli cavabına əsasən Bakı şəhəri Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə, yuxarıda göstərilmiş apellyasiya məhkəməsinin mövqeyindən müəyyən olunur ki, məhkəmə iddianın rədd edilməsi üçün ilk növbədə o hala istinad etmişdir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Bu hissədə kollegiya hesab edir ki, məhkəmənin iddiaçıya torpaq ayrılmaya dair bütün hüquq müəyyənedici sənədləri toplamadan və onları məcmu halda qiymətləndirmədən gəldiyi belə nəticə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçıya torpaq ayırmaya dair sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Səbail Bələdiyyəsi tərəfindən verilmiş 05 oktyabr 2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı Şəhər Prokurorluğunda aparılan cinayət işinin istintaqı ilə əlaqədar Səbail Bələdiyyəsinə aid bütün sənədlər prokurorluğun əməkdaşları tərəfindən götürüldüyündən tələb olunan sənədlərin göndərilməsi mümkün olmamışdır. Bu halda, kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılışır ki, sənədlərin əldə edilməsi üçün Bakı Şəhər Prokurorluğuna müraciət edilmədən işdəki mövcud sənədlər əsasında nəticəyə gəlməklə məhkəmə İPM-in 12-ci maddəsində təsbit edilmiş mübahisənin düzgün həlli üçün əhə miyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olması ilə bağlı prinsipin tələblərini pozmuşdur. Təkrar apellyasiya baxışı zamanı Bakı Şəhər Prokurorluğuna müvafiq sorğu göndərilməklə Səbail Bələdiyyəsindən götürülmüş sənədlərin arasında iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sənədlərin olub-olmadığı dəqiqləşdirilməli, əgər varsa, həmin sənədlər əldə edilməklə və işdəki digər sənədlərlə birgə qiymətləndirilməklə torpaq ayırmanın qanuniliyinə qiymət verilməlidir. İşin hallarından həmçinin müəyyən olunur ki, apellyasiya məhkəməsi iddiaçıya torpaq ayırma sənədlərinin özündəki qüsurlarla bağlı məsələyə iddianı rədd etmənin əsaslarından biri kimi istinad etmişdir. İddiaçı isə kassasiya şikayətində həmin məsələnin texniki səhv və ya bələdiyyə işçisinin diq qətsizliyi kimi qiymətləndirilməli olduğunu bildirmişdir. Kollegiya hesab edir ki, bu məsələ üzrə tam əsaslı qənaətə gəlinməsi, eləcə də kassasiya şikayətində göstərilmiş üçüncü şəxslərə məxsus torpaq sahələrinin iddiaçıya ayrılmış sahə ilə eyni olub-olmadığının müəyyənləşdirilməsi də Bakı Şəhər Prokurorluğundan tələb edilməklə əldə olunacaq sənədlərin işdəki digər sənədlərlə birgə qiymətləndirilməsindən asılı olacaqdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1710/2018 saylı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar b axılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar