Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-580/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının məbləğinin artırılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 21(103)-2141/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş güzəştli pensiya məbləğinin yenidən hesablanaraq qanunla nəzərdə tutulmuş artıq pensiyanın təyin edilməsi, vaxtında ödənilməmiş pensiya məbləğinin üzərinə bank uçot dərəcəsi nəzərə alınmaqla əlavə faiz hesablanaraq ona ödənilməsi, manatın 2014 – 2015-ci illərdə xarici valyutaya nisbətdə ucuzlaşması halları ilə bağlı ona hesablanmalı pensiyanın dəyərdən düşməsinə görə ona birdəfəlik kompensasiyanın ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(112)-4034/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim A.Oruczadə) iddia təmin edilməmişdir.
3. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(112)-4034/2021 nömrəli qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2141/2021 nömrəli (hakimlər: M.Tağızadə- sədrlik edən və məruzəçi, A. Hüseyn və X.Cəmilova) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkə məsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, həmin qərardan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 noyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçının qərardan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi qərara alınmışdır.
7. Qərardad icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmiş, iddiaçıya hüquqi yardım göstərilməsi üçün 08.12.2021-ci il tarixdə Vəkil order yazılmışdır.
8. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
9. İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir.
10. Odur ki, iddiaçıya və onun vəkilinə məhkəmə bildirişi göndərilməklə bu çatışmazlıq onların diqqətinə çatdırılmış, verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyünə yazılı icraat qaydasında baxılması 5 aprel 2022-ci il tarixinə təyin edilmişdir.
11. İddiaçının vəkili 16 mart 2022-ci il tarixində vəsatət təqdim edərək şikayət verilməsi müddətinin üzrlü səbəblərdən buraxıldığını bildirərək ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. Vəsatət belə əsaslandırmışdır ki, 7 yanvar 2022-ci il tarixdə onun səhhəti ilə bağlı problemlər yaranmışdır və Covid-19 virusuna yoluxaraq iki həftə evdə müalicə almışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə
94. Kassasiya şikayə tinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərar dadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə tərkibi hesab edir ki, İddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
14. Belə ki, Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının təqdim olunduğu gündən 1 (bir) ay müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
15. İş materiallarından görünür ki, kassasiya şikayəti verilməsi üçün iddiaçıya hüquqi yardım göstərilməsi barədə vəkil orderi 08 dekabr 2021-ci il tarixində yazılmışdır. İddiaçının kassasiya şikayəti isə 24 yanvar 2022-ci il tarixdə təqdim edildiyindən qanunvericilikdə məhkəmə qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötü rülmüşdür. İddiaçının vəkili müddətin bərpa edilməsi barədə verdiyi vəsatətdə də müddətin ötürüldüyünü etiraf etmişdir. Lakin o, müddətin üzrlü səbəbdən ötürüldüyünü bildirmişdir.
16. Belə ki, vəkil vəsatətində qeyd edir ki, Covid-19 virusuna yoluxaraq iki həftə evdə müalicə aldığından müddətin ötürülməsinin səbəbi üzrlü hesab edilməlidir. Odur ki, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
17. Məhkəmə tərkibi hesab edir ki, vəsatətdə göstərilən dəlillər müddətin ötürülməsinin üzrlü səbəbi hesab edilə bilməz. Belə ki, iddiaçının Covid-19 virusuna yoluxması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
18. Həmçinin qeyd olunmalıdr ki, şərti olaraq vəkilin xəstələnməsi həqiqət olsa belə, karatin rejimində məhkəmələr tərəfindən şikayətlərin elektron şəkildə qəbul u təmin olunmuşdur. İddiaçının şikayəti vəkil tərəfindən elektron qaydada, yaxud da iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilə bilərdi.
19. Beləliklə, şikayət verilməsi müddətinin iddiaçı tərəfin təqsiri olmadan ötürülməsi sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçının kassasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrsüz səbəbdən ötürülməklə verildiyindən, prosessual müddətin bərpası barədə vəsatət rədd edilməli, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.
20. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Prosessual müddətin bərpasına dair vəsatət rədd edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2141/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şi kayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.