Məhkəmə qərarları › İş №2-1(102)-580/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-580/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-580/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin in tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3227/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək traktorçu maşinist ixtisası üzrə təhsil almış, xx.xx.1977-ci ildə hərbi xidmətə çağırılmış və xx.xx.1979-cu ildə tərxis olunmuşdur.

2. Əmək kitabçasının surətinə əsasən İddiaçı 1977-ci ildən xx.xx.1985-ci ildək Rəhimli südçülük-tərəvəzçilik sovxozunda işləmişdir. xx.xx.1985-ci ildə Biləcəri Enerji təchi zatı distansiyasında kontakt şəbəkə distansiyasına elektrik montyoru təyin edilmiş, xx.xx.1988-ci ildə kontakt rayonunun AQV avtomotorist maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmişdir. xx.xx.2015-ci ildə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinə təmizlik sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.2016-cı ildə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinə təmizlik sahəsinə süpürgəçi qəbul edilmiş, xx.xx.2017-ci ildə işdən azad edilmişdir. xx.xx.2017-ci ildə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinə təmizlik sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2018-ci il tarixdə Xaçmaz Yaşıllaşdırma İdarəsinə təmizlik sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.2018-ci ildə işdən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə Xaçmaz Yaşıllaşd ırma İdarəsinə təmizlik sahəsinə fəhlə qəbul edilmiş, xx.xx.2019- cu il tarixdə işdən azad edilmişdir. 3. "xxxx" QSC İD 2 nömrəli H.Z.Tağıyev adına Elektrik təchizatı sahəsinin arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək Biləcəri Enerji təchizatı distansiyasının kontakt şəbəkə rayonunun elektrik montyoru, xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilədək Biləcəri Enerji təchizatı distansiyasının kontakt şəbəkə rayonunun AQV maşinisti işləmişdir. xx.xx.2000-ci ildən öz xahişi ilə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixində təsdiq edilmiş Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən güzəştli əmək stajı 15 il 06 ay 16 gündür. 4. "xxxx" QSC-nin arxiv arayışına əsasən, Talıbov X2 enerji təchizatı distansiyasında işləmişdir: xx.xx.1985-ci ildə kontakt şəbəkəsi distansiyasının 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul olunmuş - əmr № 14/k, xx.xx.1985-ci il, xx.xx.1988-ci ildə AQV rayonu matrisası kontakt şəbəkəsinin maşinisti vəzifəsinə keçirilmiş - əmr № 267/k, xx.xx.1988-ci il, xx.xx.2000-ci il tarixdə işdən azad edilmişdir - əmr № 72/k, xx.xx.2000-ci il.

5. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Şabran Rayon İcra Hakimiyyəti Şabran rayon Dövlət Arxivinin arxiv çıxarışına əsasən, 1978-ci ilin fevral ayında Rəhimli s/t sovxozunun idarə binasının yanması ilə əlaqədar olaraq həmin sovxozda işləmiş fəhlə və qulluqçuların iş stajının müəyyən edilməsinə dair xx.xx.1981-ci il tarixli, 1 nömrəli protokolun arxiv çıxarışında bildirilmişdir ki, İddiaçı 1977-ci ildən hal-hazıra kimi sovxozda işləmişdir. Şabran (keçmiş Dəvəçi) rayon Rəhimli südçülük-tərəvəzçilik sovxozunun əmrlər kitabından arxiv çıxarışına əsasən xx.xx.1985-ci il tarixli 01/15 nömrəli əmrlə Talıbov Tofiqin - sovxozun mexanizatoru - verdiyi ərizəsinə və başqa yerə köçüb getdiyi üçün işdən azad edilməsi, sonuncu haqq-hesabı ödənilməsi qərara alınmışdır.

6. Şabran (keçmiş Dəvəçi) rayon Rəhimli südçülük-tərəvəzçilik sovxozunun əmək haqlı kitablarından traktor briqadasında işləmiş Talıbov Tofiqin əmək haqqısı barədə arxiv çıxarışına əsasən iddiaçıya iyul 1979-cu ildən-1985-ci il tarixləri arasında əmək haqqı ödənilmişdir. 7. " xxxx" QSC-nin məktubunda bildirilmişdir ki, X4 "xxxx" QSC-nin Biləcəri enerji təchizatı distansiyasında xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək kontakt şəbəkə rayonunun elektrik montyoru, xx.xx.1988-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək kontakt şəbəkə rayonunun AQV maşinisti peşələrində işləmişdir. Bu peşələr üzrə X1 iş stajı 15 il 6 ay 17 gün təşkil edir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur. Kontakt şəbəkə rayonunun elektrik montyoru peşəsi bu siyahının XXVİİİ Nəqliyyat bölməsinin 23001000— 19825 nömrəli kodu ilə əks olunmuş magistral dəmir yollarının əlaqə şəbəkəsinin elektrik montyoru və kontakt şəbəkə rayonunun AQV maşinisti peşəsi bu siyahının XXVİİİ Nəqliyyat bölməsinin 23001000—13529 nömrəli kodu ilə əks olunmuş motovozun maşinisti peşəsi üzrə müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. 8. "xxxx" QSC-nin məktubunda bildirilmişdir ki, “AQV” özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotorisin markalarından biri hesab edilir, eyni zamanda sözügedən qrupa motovoz və drezinalar da daxildir. Belə ki, AQV maşinisti, habelə motovoz maşinisti peşələri üzrə yerinə yetirilən işlərin əsas oxşar xüsusiyyətləri müvafiq olaraq avtomotoris və motovozu idarə etməkdən, dəmir yolu infrastrukturunda müvafiq təmir, quraşdırma və bərpa işlərinin aparılmasına texniki dəstək vermək üçün həmin texnikanın üzərində olan avadanlıqların, o cümlədən qaldırıcı qurğu, xüsusi mexanizmlərin idarə olunmasını təmin etməkdən, o cümlədən işçilərin, kiçik həcmli materialların, iş alətlərinin və ehtiyat hissələrinin iş yerlərinə operativ daşınmasının həyata keçirilməsindən ibarətdir. Həmçinin "xxxx" QSC-də iş yerinin attestasiyasının nəticələrinə əsasən hərəkət tərkibinin (avtomotoris) mühərrikinin işlək vəziyyətdə səs-küyünün yüksək olması, fiziki gərgin iş mühiti və işin monoton xüsusiyyətliliyi (əməyin yeknəsəkliyi) amillərinə görə AQV maşinisti peşəsi əmək şəraiti zərərli olan işlərdən hesab edilmişdir. 9. "xxxx" QSC-nin məktubunda bildirilmişdir ki, “kontakt şəbəkə rayonunun elektrik montyoru” habelə “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyoru” peşələri üzrə yerinə yeti rilən işlərin əsas xüsusiyyətləri yüksək gərginlik xətlərinin quraşdırılması və sökülməsi, müayinəsi, ölçülməsi, vəziyyətinin yoxlanması, təmiri, modernləşdirilməsi və təhlükəli yerinin ləğv edilməsi, dayaqların qurulması, elektrik təmiri işlərinin hündürlükdə, gərginlik vəziyyətində, gərginlik açılmayan hissələrin yaxınlığında və gərginlik altında qatarların hərəkəti dayandırılmadan və ya vaxtla reqlamentləşdirilmiş fasilələrdə elektrik təmir işlərinin yerinə yetirilməsindən ibarətdir. Həmçinin mənzillərin uzunluğunun ölçülməsi, dəyişdirici açar ötürücülərinin yoxlanılması, tənzimlənməsi, orta anker trosların hazırlanması, dartılması və rənglənməsi, əndazə darvazalarının yoxlanması, dəmir yolu xətlərinə xidmət edilən distansiyada (sahədə) əlaqə şəbəkəsinin açarlarının dəyişdirilməsi, iste hsalatda baş verən qəza-bərpa işlərinin aradan qaldırılmasında və ləğvində iştirak edilməsi həmin peşələr üzrə yerinə yetirilən işlərin əsas xüsusiyyətlərinə aid edilmişdir. Əlavə olaraq qeyd edilir ki, təhlükəli və zərərli istehsal amillərinə - əmək şəraitində elektrik cərəyanının təsiri şəraitinin yüksək olması, habelə kontakt şəbəkəsi və onun elementlərinə aid olan yüksək gərginlikli elektrik xətlərində işlərin aparılmasına görə sözügedən peşələr üzrə əmək funksiyalarının icrası əmək şəraiti zərərli və ağır olan işlərdən hesab edilir.

10. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir.

11. Cavabdeh tərəfindən ünvanlanmış güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, idarəyə təqdim edilmiş xx.xx.1985-ci il tarixli əmək kitabçasında xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “X3”nın kontakt şəbəkəsində elektrik montyoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifənin məzmununu tam ehtiva etmir. Əlavə olaraq bildirilir ki, ümumi iş stajı 25 ildən az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçını n ümumi əmək stajının yenidən hesablanmaqla, güzəştli şərtlərlə pensiya almaq hüququnun bərpa olunması vəzifəsinin icra edilməsi üçün öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tərəf xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı hüququnun yarandığı 57 yaş 06 aydan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşamaq üçü n köçüb başqa yerə getdiyi üçün xx.xx.1985-ci ildən öz xahişi ilə ərizə verib, xx.xx.1985-ci il tarixli, 1 №-li əmrlə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə Azərbaycan Dəmir Yolları İdarəsinin Kontakt şəbəkəsi distansiyasının Biləcəri sahəsinə 3-cü dərəcəli elektromontyoru vəzifəsinə xx.xx.1985-ci il tarixli, 14/k №-li əmrlə işə qəbul olunmuşdur. xx.xx.1988-ci ildə xx.xx.1988ci il tarixli, 267/k №-li əmrlə AQV rayon matrisası kontakt şəbəkəsinin maşinist vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci il tarixdə 72/k №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.2015-ci il tarixində 06§5 №-li əmrlə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinin Təmizlik sahəsinə fəhlə qəbul edilmişdir. xx.xx.2016-cı ildə 2383 №-li əmrlə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə 39§2 №-li əmrlə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinə Təmizlik sahəsinə süpürgəçi qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə 01§4 №-li əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Yenidən xx.xx.2017-ci ildə 03§1 №-li əmrlə Xaçmaz “Yaşıllaşdırma” İdarəsinə təmizlik sahəsinə fəhlə kimi işə qəbul olunmuş və 2020-ci ilin əvvəlinə kimi orada işləmişdir və öz xahişi ilə ərizə yazıb işdən azad olunmuşdur. İddiaçının hazırda 64 yaşı olmaqla, 28 il əmək stajı var. Lakin hələ də pensiyaya çıxmamışdır və əmək pensiyası almır. Halbuki, xx.xx.1985-ci ildən xx.xx.2000-ci il tarixə kimi Azərbaycan Dəmir Yolları İdarəsində 15 il 07 ay müddətində işlədiyi üçün güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ vardır. İddiaçının əmək pensiyası ilə bağlı xx.xx.2020- ci il tarixli müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında **********5 nömrəli, 17 mart 2020-ci il tarixli məktubla qanunsuz və əsassız olaraq onun güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Onun ümumi əmək stajı 28 il təşkil edir. Bu stajın xx.xx.1985-ci ildən xx.xx.2000-ci il tarixə kimi, yəni 15 il 07 ayını güzəştli işlərdə çalışmışdır. Azərbaycan Dəmir Yolları İdarəsində 15 il 07 ay müddətində işlədiyi üçün güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsini n güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında **********5 nömrəli, 17 mart 2020-ci il tarixli məktubu onun pensiya almaq hüququnu kobud surətdə pozmaqda davam edir. Hesab edir ki, onun pozulmuş güzəştli şərtlərlə pensiya almaq hüququ məhkəmə qaydasında təmin olunmalıdır. 64 yaşının olması nəzərə alınmalı və onun ümumi əmək stajı yenidən hesablanmaqla, güzəştli şərtlərlə pensiya almaq hüququ bərpa olunmalıdır.

15. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim edilərək bildirilmişdir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 33000.00 hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alı nan pensiya kapitalı cəmi 17073,91 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

16. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1080/2021 nöm rəli, 24 may 2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı cavabdehin üzərinə ümumi əmək stajının yenidən hesablanmaqla, güzəştli şərtlərlə pensiya almaq hüququnun bərpa olunması vəzifəsinin icra edilməsi üçün öhdəlik qoyulması tələbinə dair iddiası üzrə 2-1(118)843/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1357/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarı ilə (hakim A.Ə.Əhədova) iddiа tələbi təmin edilmiş, iddiaçıya 57 yaş 06 aydan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alın mışdır.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi hər iki vəzifənin əmək funksiyaları, həmin vəzifələrdə əmək şəraitinin zərərli xüsusiyyətləri vəzifələrin güzəştli iş stajına hesablanmasına əsas verir. Belə olan halda iddiaçının güzəştli iş stajı 15 il 06 ay 18 gün təşkil edir. İddiaçı hüququnun yarandığı xx.xx.2015-ci il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3227/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etiraz ın dəlilləri ilə eynilik təşkil edir.

24. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.18, 9.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və İPM-in 90-99-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına böl ünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

27. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası h üququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: - 23000000 XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kate qoriyalı işçilər yarımbölməsində 23001000—19825 magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları, 23001000—13529 motovozların və avtomotoristlərin maşinistləri zərərli peşə kimi nəzərdə tutulmuşdur.

29. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hədd ində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

30. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələnd irildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. X6 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57, 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya m əhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Lakin əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin qeyd etdiyi digər dəlili iddiaçının pensiya kapitalı ilə bağlıdır.

38. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada kapitalın olması ilə bağlı hər hansı bir şərt qeyd edilməmiş, bu səbəbdən də cavabdehin kapitalla bağlı dəlili də əsassızdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasına istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya 57,6 aydan güzəştli şərtlərlə pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

40. Beləliklə apellyasiya instans iyası məhkəməsinin qərarı hazırkı qərarın 27-29 və 30 (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

41. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3227/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar