Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-580/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1945) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 oktyabr 2023-ci il tarixli, 2-1(103)-2673/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1964-1967-ci illərdə hərbi xidmətdə olmuş, 1968-ci il tarixdən müxtəlif dövrlərdə müxtəlif müəssisələrdə, o cümlədən xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Savalan” kooperativində sədr vəzifəsində çalışmışdır.
2. İddiaçıya xx.xx.2007-ci il tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin olunmuş, lakin onun xx.xx.1991-xx.xx.1998-ci illərdə “Savalan” kooperativində işlədiyi müddət kooperativin hüquqi ünvanı məlum olmadığından həmin müddətin yoxlanılması da mümkün olmadığı üçün onun sı ğorta stajına daxil edilməmiş və buna görə də həmin müddət iddiaçıya pensiya hesablanarkən nəzərə alınmamışdır.
3. İddiaçı cavabdehə müraciət edərək onun pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, ona xx.xx.2006-cı ilədək 23 il 5 ay stajı nəzərə alınmaqla keçmiş dövr üçün yaranmış 202.86 manat fərq məbləğinin ödənişi xx.xx.2021-ci il tarixinə təmin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1991-1998-ci illər üzrə işlədiyi dövrün əmək stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş et mişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1945-ci il tarixdə Lerik rayonunda doğulmuşdur. 25 noyabr 1964-cü il tarixdən 10 oktyabr 1967-cı il tarixədək hərbi xidmətdə olmuş, 6 fevral 1968-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 2007-ci ildə pensiya yaşı çatdığı üçün Bakı şəhəri Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu) Sosial Təminat Şöbəsinə müraciət etmişdir. Əmək kitabçasında 30 ildən artıq əmək fəaliyyəti olduğu halda ona stajı 23 il 5 ay hesablanaraq əmək pensiyası təyin edilmişdir. Bundan razı qalmadığını bildirsə də, ona “Savalan” Kooperativində işlədiyi dövrün sığorta stajına daxil olunmadığı bildirilmişdir. Lakin iddiaçı vaxtilə 26 dekabr 1990-cı il tarixli 326 nömrəli sərəncamla Abşeron rayonu ərazisində 50 il müddətinə torpaq istifadəyə götürül məklə “Savalan” Kooperativini təsis etmiş və bununla əlaqədar 24 fevral 1991-ci il tarixdə 112 nömrəli Texniki Peşə Məktəbində müəllim vəzifəsindən azad olunmuş, kooperativdə fəaliyyətə başlamışdır. Beləliklə, 1991-cı ildən 1998-ci ilədək “Savalan” Kooperativi fəaliyyət göstərmişdir. Kooperativin fəaliyyəti ilə bağlı Binə qəsəbəsində yerləşən Donuzkökəltmə Sovxozundan torpaq sahəsi icarəyə götürülmüşdür. 1998 – 2007-ci illərdə işləməmiş və sonradan 2007-ci ildə ona əmək pensiyası təyin olunmuşdur. Beləliklə, onun 1991-ci ilədək 23 il 5 ay stajı olmuşdur, 1991 – 1998-ci illərdə isə 7 il stajı toplandığından, ümumilikdə 30 il 5 ay staja malikdir. 23 il 5 ay pensiya stajı nəzərə alındığından, 25 illik əmək stajı toplanmadığından, 85 faizlə pensiya təyin olunmuşdur. 2006 – 2010-cu illərdə qull uqçulara 85 faizlə pensiya təyin olunurdu. O da həmin ərəfədə, yəni 2007-ci ildə pensiyaya çıxmışdır. O, “Savalan” Kooperativinin sədri olmuş və 6 nəfər ailə üzvləri ilə birlikdə bu qurumda işləmişdir. 290 – 400 ay əmək haqqı almışlar. 6 nəfərin əmək haqqının 1 faizi 7 ildə pensiya fonduna köçürülmüşdür. Həmin şəxslərdən yalnız onun əmək kitabçasında 7 il üzrə qeydlər var.
6. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Savalan” Kooperativinin hüquqi ünvanı məlum olmadığından, iddiaçının 24 fevral 1991-ci il tarixdən 5 yanvar 1998-ci il tarixədək adıçəkilən qurumda işlədiyi müddətin yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq Arxiv v ə Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialına ünvanlanmış sorğuya 16 avqust 2022ci il tarixli **********4 nömrəli cavab məktubunda “Savalan” Kooperativinə aid hesabat məlumatlarının təhvil verilmədiyi qeyd olunmuşdur. İstər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir.
7. Bakı İnzibati Məhkəməsinin 2 mart 2023-cü il tarixli 2-1(112)-656/2023 nömrəli, qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilərək iddiaçının “Savalan” Kooperativində işlədiyi 22 iyul 1994-cü il tarixdən 5 yanvar 1998-ci il tarixədək olan müddət sığorta stajına daxil edi lməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üzrə yaranmış fərq məbləğinin müraciət etdiyi 6 may 2021ci il tarixdən əvvəlki son üç ilə aid hissəsi «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Savalan” Kooperativi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 162 nömrəli şəhadətnamə ilə 22 iyul 1994-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçının 22 iyul 1994-cü il tarixdən 5 yanvar 1998-ci il tarixədək iş illəri sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasını n yenidən hesablanmasından imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 13, 16, 24, 58-ci maddələrinin tələblərinə ziddir.
9. İddiaçı və cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişlər. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 oktyabr 2023-ci il tarixli, 2-1(103)-2673/2023 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova– sədrlik edən və məruzəçi, R.Səmədov və A.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2 mart 2023-cü il tarixli qərarı qismən, “iddiaçının “Savalan” Kooperativində işlədiyi 24 fevral 1991-ci ildən 21 iyul 1994-cü ilədək olan müddətin onun sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və ötən dövr üzrə f ərq məbləğinin ödənilməsi ilə bağlı tələbinin rədd edildiyi” hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilmişdir. İddiaçı “Savalan” Kooperativində işlədiyi 24 fevral 1991-ci ildən 21 iyul 1994-cü ilədək olan müddətin onun sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və ötən dövr üzrə fərq məbləğinin müraciət etdiyi 06 may 2021-ci il tarixdən əvvəlki son üç ilə aid hissəsinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası h esab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. İddiaçının xx.xx.1991xx.xx.1998-ci illər üzrə “Savalan” K/T kooperativində işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin müəssisənin məhz həmin dövrlərdə mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə (1991- 1998) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlilini əsassızdır.
12. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün Əmək Məcəlləsinin 87.1-ci, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 3.1.1, 21.1-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində iddia dair etirazda və apellyasiya şikayətində göstərdiyi dəlili təkrarlayaraq qeyd etmişdir ki, Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialına ünvanlanmış sorğuya 16 avqust 2022-ci il tarixli **********4 nömrəli cavab məktubunda “Savalan” Kooperativinə aid hesabat məlumatlarının təhvil verilmədiyi qeyd olunmuş, bu səbəbdən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Kassator mövqeyini əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 7, 21.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdi r. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Mad də 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı o lmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “ Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə... 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqd im olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
20. İnzibati Prosessual Məcəllə a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.
7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gö stərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunili yi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhk əmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi i lə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun 1991-1998-ci illər üzrə işlədiyi dövrün əmək stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi yönəlmişdir.
28. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya 2007-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin ona pensiya təyin edilən zaman əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-xx.xx.1998-ci illər üzrə “Savalan” kooperativində işləməsi nəzərə alınmamışıdır.
29. Cavabdeh mübahisələndirilən dövrün (1991-1998-ci illər) nəzərə alınmamasının səbəbi kimi müəssisənin hüquqi ünvanın məlum olmamasını qeyd etmişdir.
30. Bununla bağlı ilk ö ncə qeyd edilməlidir ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, “Savalan” Kooperativinin üzvlərinin ümumi yığıncağının xx.xx.1990-cı il tarixli 1 saylı protokolu ilə Kooperativin təşkil edilməsi, onun nizamnaməsinin qəbul və təsdiq edilməsi və Kooperativin adının “Savalan” olması barədə qərar qəbul olunmuşdur. Bundan sonra Abşeron rayon XDS İcraiyyə Komitəsinin 326 saylı xx.xx.1990-cı il tarixli Qərarından çıxarışa əsasən Donuzkökəltmə sovxozu nəzdində “Savalan” kənd təsərrüfatı məhsullarının istehsalı kooperativinin nizamnaməsinin qeydə alınması haqqında qərar qəbul olunmuşdur. Daha sonra Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 326 saylı sərəncamı ilə qeydə alınmış “Savalan” kooperativi ilə Abşeron rayon İcra Hakimiyyəti arasında müvafiq ərazidən ayrılmış torp aq sahəsinin onun icarəsinə verilməsi ilə bağlı xx.xx.1992-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi kooperativin sədri İddiaçı tərəfindən imzalanmışdır. Qeyd olunan torpaq sahəsinin icarə hüquqları əsasında məhz kooperativ sədri İddiaçı təhkim olunması ilə bağlı müvafiq akt da tərtib olunmuşdur. Bundan sonra 1991-ci ildən etibarən müəssisə tərəfindən müvafiq hesabatların verilməsi də məhz kooperativin sədri İddiaçı tərəfindən həyata keçirilmişdir. Bundan əlavə “Savalan” kooperativi xx.xx.1991-ci il tarixdə vergi ödəyicisi kimi də qeydə alınmışdı.
31. Yuxarıda qeyd olunanlardan “Savalan” kooperativi xx.xx.1991-xx.xx.1998-ci illər ərzində mövcud olması və İddiaçı həmin kooperativin direktoru olması sübuta yetirilir.
32. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.
33. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı qərarın 17-18-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına a lan hallar müəyyən edilmədiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Məhkəmə kollegiyası mübahisəyə dair işin faktiki hallarından və tətbiq edilməli olan normaların təfsirindən, eləcə də müəyyən olunmuş halların həmin normalara əsasən qiymətləndirilməsindən çıxış edərək hesab edir ki, əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən əmək fəaliyyəti dövrləri iş stajı kimi nəzərə alınmalı və iddiaçının sosial sığorta stajına hesablanmalıdır.
34. Məhkəmə kollegiyası iddia tələbinin “keçmiş dövr üzrə pensiyasında yaranmış fərq məbləğinin ödənilməsi” ilə bağlı da apellyasiya məhkəm əsinin mövqeyi ilə razılaşamışdır. Belə ki, həmin fərq məbləğinin iddiaçının cavabdeh quruma müraciət etdiyi tarixdən üç il əvvəlki dövr üzrə ödənilməli və iddiaçıya ötən dövr üzrə fərq məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə müvafiq olaraq hesablanıb verilərkən qeyd olunan dövr də (24 fevral 1991-ci ildən 21 iyul 1994-cü ilədək) nəzərə alınmalıdır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
36. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 16-20 (a) bəndlərində qey d olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 oktyabr 2023-ci il tarixli, 21(103)-2673/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.