Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-581/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinəqarşı iş üzrə QƏRARDAD (kassasiya icraatına xitam verilməsi barədə) iş № 2-1(102)-581/19 Bakı şəhəri 20 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2 585/2018 saylı qərarından verilmiş kassasiya şikayəti üzrə icraat zamanı daxil olmuş vəsatətə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra mətndə cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kənd ictimai məktəbində fizika müəllimi işlədiyi illər ümumi sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxx 1954-cü il tarixdə Gürcüstan Respublika sının Qardabani rayonunda anadan olmuşdur. 1976-cı il tarixdən 1998-ci il tarixə qədər Qardabani rayonu, Qaracalar kənd ictimai məktəbdə fizika müəllimi işləmişdir. İşlədiyi illər həmin məktəb tərəfindən verilmiş arayışlada öz əksini tapır. Əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina edərək bildirmişdir ki, əmək kitabçası təqdim edilmədiyindən ərizənin təmin edilməsi mümkün deyildir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçı əmək kitabçasını təqdim etmədiyinə görə, onun yaşa görə əmək pensiyası hüququ yaranmmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 iyul 2018-ci il tarixli, 2-1(82)2938/2018 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd olu nan müddətdə Gürcüstanın Qardabani rayonunun, Qaracalar kəndində fizika müəllimi vəzifəsində işləməsi, həmin məktəb tərəfindən və Gürcüstan Milli Arxivi tərəfindən verilmiş arxiv arayışı ilə təsdiq olunduğundan, tələb əsaslıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2585/2018 saylı qərarı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, arayışda olan məlumatlar bir-birinə zidd olduğundan onu sübut kimi qəbul etmək olmaz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları’nın 4.3.3-1-ci bəndi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Daha sonra iddiaçı vəsatət təqdim edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2-1(103)2585/2018 saylı qərarından verdiyi kassasiya şikayətini geri götürür. Ona görə də şikayətin mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş edir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Hüquqi məsələlər Məhkəmə kollegiyası məruzəçinin məsələyə dair məruzəsinidinləyib, işin materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməli, kassasiya şikayəti geri qaytarılmalı və kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM): - 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər; - 97.2-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir; - 97.3-ci maddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Məhkəmə kollegiyası göstərilmiş müddəalara əsaslanmaqla belə nəticəyə gəlir ki, kassasiya şikayətinin geri götürülməsi onu vermiş iddiaçının qanunla müəyyən edilmiş hüququ olduğundan və hazırki iş üzrə şifahi məhkəmə baxışı başlanmadığından, iddiaçının kassasi ya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin olunmalı, kassasiya şikayəti geri gaytarılmalıdır. Eyni zamanda, cavabdehə izah etməklə məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 21(103)-2585/2018 saylı qərarından onun tərəfindən yenidən şikayətin verilməsi istisna olunur. Bununla da, məhkəmə kollegiyası belə nitəcəyə gəlir ki, iddiaçı tərəfindən ona tanınan hüququndan istifadə edərək kassasiya şikayətindən imtina edilməsi qanuna zidd deyildir və hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyinin pozulmasına səbəb olmur. Bu əsasla iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməklə, kassasiya icraatına xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublik ası İPM-nin 80, 97.1, 97.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2585/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri gaytarılsın və kassasiya icraaatına xitam verilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-581/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-581/2019
20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver