Məhkəmə qərarları › İş №2-1(102)-581/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-581/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-581/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Rahib Nəbizadə və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı 1991ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməmiş veteranlıq pulunun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyaının xx.xx.2020-ci il tarixli, 21(103)-1261/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasas iya şikayətinin mümkünlüyü məsələsinə xx xxxx 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı 1991ci il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməmiş veteranlıq pulunun ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-834/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulmuş s osial müəvinətin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi, iddiaçıya 1991-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müəvinətin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi hissəsində rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1261/2020 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Xəyalə Cəmilova) qərarı ilə cavabdehin ape lyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)1261/2020 nömrəli qərarından kasasiya şikayəti vermişdir. Kasasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddətin bərpasına dair ərizə (vəsatət) verməmişdir. Bununla bağlı Ali Məhkəmə tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları xx xxxx 2021-ci il tarixə qədər aradan qaldırmaq təklif edilmişdir. Lakin cavabdeh tərəfindən bu məsələ həll edilməmişdir. Buna görə də cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmama lı, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kasasiya mümkün sayılmadıqd a Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdehin Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyaının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1261/2020 nömrəli qərarından kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar