Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-581/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 52 yaş, elektrik qaynaqçısı peşəsi giriş hissəsi: Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində D övlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “ona 52 yaşdan yəni 10.05.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1216/2021 saylı, 3 noyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx xxx 1960-cı il təvəllüdlü iddiaçı 25.04.1979-cu 08.05.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 10.02. 1978-ci ildən başlamış, 02 iyun 2017-ci il tarixədək müxtəlif müəssisələrdə çalışmışdır.
2. İddiaçıya o cümlədən DSMF-nin Sumqayıt rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən Komissiyasının 12.06.2017-ci il tarixli qərarı ilə 10.05.2017-ci il tarixdən güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə ünvanlanmış 03.05.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlərə əsasən iddiaçıya pensiya hüququnun yarandığı 10 may 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 yanvar 2006-cı il tarixədək ümumi staj – 27 il 07 ay 23 gün, 1 okty abr 2007-ci il tarixdən 1 yanvar 2018-ci il tarixədək 05 il 02 ay sosial sığorta stajı, fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 14.237 manat təşkil edir. 1 yanvar 2019-cu il tarixə pensiyanın məbləği 283,77 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə a lınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan səbəbdən də təyin edilmiş əmək pensiyasının 52 yaşdan yenidən hesablanması qanuna ziddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun 15.02.1978-ci il tarixli əmək kitabçasında qeyd edilmiş əmək stajları və xüsusi ilə də 02.11.1983-cü il tarixdən 28.01.1985-ci il tarixə kimi işlədiyi müddətin sosial sığortasına daxil edilərək, 52 yaşdan yəni 10.05.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edil məsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1978-ci ildən etibarən əmək fəaliyyətinə başlamaqla müxtəlif müəssisələrdə işləmişdir. Əmək kitabçasına əsasən müxtəlif vəzifələrdə çalışmaqla onun 1 yanvar 2006-cı il tarixədək 27 il 07 ay 23 gün ümumi sığorta stajı var, bu stajın 10 il 6 ay 26 günü yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Belə ki, 160-k nömrəli 2 noyabr 1983-cü il tarixli əmrlə keçmiş “Azərkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsində ("xxxx" MMC) 28 yanvar 1985-ci il tarixədək elektrik qaynaqçısı işləməklə onun 1 il 2 ay 26 gün sosial sığorta stajı var və bu müddət də Azərbayca n Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 1080A010 şifri üzrə 1 saylı siyahısında qeyd olunmuş göstərişə əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verir. 29 aprel 2019-cu il tarixdə iddiaçı cavabdeh DSMF-nun Sumqayıt şəhər şöbəsinə ərizə ilə rəsmi qaydada müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etsə də, sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 20 il ümumi və 1 nömrəli Siyahı üzrə 10 il sığorta stajı olduğundan, ona yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə uyğun olaraq 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı h aqqında” Qanunun 13-cü maddəsinin “a” bəndi ilə müəyyən edilmiş 52 yaşa çatdığı 2012-ci ilin 10 mayından təyin edilməlidir. Cavabdeh inzibati orqan onun 1983 – 1985-ci illər ərzində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, yəni “Azərkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsində ("xxxx" MMC-də) elektrik qaynaqçısı işlədiyi müddəti nəzərə almır.
6. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı 10 may 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun 1 yanvar 2006-cı il tarixədək ümuni iş stajı 27 il 07 ay 23 gündür. 1 oktyabr 2007-ci il tarixdən 1 yanvar 2018-ci il tarixədək 5 il 2 ay sığorta stajı, fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 14.237,97 manat təşkil edir. 1 yan var 2019-cu il tarixə pensiyanın məbləği 283,77 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığöortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Həmin Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən səbəbdən də ona təyin edilmiş əmək pensiyasının 52 yaşdan yenidən yenidən hesablanması qanuna ziddir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-4426/2020 saylı iş) 27 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya onun əmək kitabçasında göstərilən, o cümlədən 2 noyabr 1983-ci il tarixdən 28 yanvar 1985-ci il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə 52 yaşdan (10 may 2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının keçmiş müddət üzrə ödənilməmiş məbləğinin son üç ilinə aid hissəsinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində müəyyən edilmiş qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı iş yerləri və vəzifələri ilə bağlı qeydlər, onların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, mötəb ər hesab olunmalıdır. Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının “Vİİİ. Kimya istehsalı” bölməsində elektrik qaynaqçısı peşəsi nəzərdə tutulmamışdır. Siyahının “Xİİİ. Ümumi peşələr” bölməsindəki elektrik qaynaqçısı peşəsi isə digər iş şəraitində (rezervuarların, bakların və s. daxili işlərində) fəaliyyətlə bağlıdır, hansı ki, hazırkı iddiaçı 1983 – 1985-ci illərdə fərqli sahədə çalışmışdır. İddiaçının müvafiq dövrdə işdəyi sahə üzrə elektrik qaynaqçısı peşəsi həmin qərarla təsdiqlənmiş 2 nömrəli siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000 – 19906 kodu ilə göstərilmişdir. İddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 27 ildən artıq ümumi iş stajına, o cümlədən 9 il 4 ay güzəştli şərtlərlə iş stajına malik olmasını DSMF o rqanları mübahisələndirmir və hazırkı işin də mübahisələndirilməyən hallarına aiddir. 1983-cü ilin noyabr ayından 1985-ci ilin yanvar ayınadək 1 il 3 aylıq müddət üzrə iş stajına gəldikdə isə, məhkəmə vurğulayır ki, həmin dövrdəki işlədiyi vəzifə AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulsa da, 1 il 3 aylıq həmin iş stajı sözügedən 1 nömrəli Siyahı üzrə ən azı 8 aylıq staja bərabər qiymətləndirilə bilər (hər iki siyahıdakı vəzifələr zərərli iş şəraitini nəzərdə tutduğundan).
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X3məru zəçi, X4 və X1, 2-1(103)-1216/2021 saylı iş) 3 noyabr 2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərarı mübahisələndirilən - iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, onun ümumi iş stajı 20 ildən artıq təşkil edir və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Hazırki işdə cavabdeh inzibati orqan xüsusi iş stajının kifayət qədər olmamasını mübahisələndirir. İddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının ümum i iş stajı 20 ildən, xüsusi iş stajı isə 10 ildən (9 il 4 ay + 1 il 3 ay = 10 il 7 ay) artıqdır. İddiaçının yuxarıda qeyd olunan tarixlərdə “Azərneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexanik Quraşdırma İdarəsində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının XVİİİ fəslinin Kimya istehsalatı bölməsinin 1080A010 şifrəsinə (kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində tex noloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetikləri) uyğundur.
12. İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianən rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
13. İddiaçı ilk dəfə 52 yaşdan pensiya təyini ilə bağlı 2012-ci ildə müraciət etmiş, DSMF-nin Sumqayıt şəhər şöbəsi 11 sentyabr 2012-ci il tarixli imtinası (imtina iddiaçının güzəştli iş stajına malik olmaması ilə bağlı verilmişdir) ilə razılaşmış və onunla bağlı iddia verməmişdir. Bu hal apelyasiya insta nsiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 03.11.2021-ci il tarixli, 2-1 (103)-1216/2021 nömrəli qərarı əsassızdır.
14. Şikayət əsaslandırılarkən İnzibati Prosessual Məcəllənin 1.2, 90.1, Mülkü Prosessual Məcəllənin 418.1-ci maddəsinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə 38 hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddənin İ və İİİ hissələri). 18. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” Maddə
22. Hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmi n işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 31.1 Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 20. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yeri ndən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.10.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgü n həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. İddiaçının kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublika sı Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmun da normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Kollegiya nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
28. Beləliklə iddiaçının DSMF-nin Sumqayıt şəhər şöbəsi 11 sentyabr 2012-ci il tarixli imtinası aldıqdan sonra iddia verməməsi, onun bu tələblə məhkəməyə müraciət edə bilməyəcəyi anlamına gəlmir. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
29. Hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 52 yaşdan gü zəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olması.
30. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının 01.01.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı və 12 ildən artıq güzəştli iş stajı mövcuddur. Cavabdeh özü də iddiaçının ümumi stajının olmasını mübahisələndirmir. Cavabdehin iddiaçının müraciətinin təmin olunmasından imtina edərkən istinad etdiyi hal onun xüsusi iş stajının kifayət qədər olmaması ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdi q olunur.
31. Bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı pensiya hüququnu 01.01.2006-cı il tarixədək qazanmışdır. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra ya ranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
32. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmiş, iddiaçıya 52 yaşdan pensiya təyin edilməsi və pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə uyğun olaraq 10 may 2012-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsini cavabdehə həvalə etmişdir.
33. Göründüyü kimi, hazırkı qərarın 18-ci bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi ba rədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
34. Odur ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.11.2021-ci il tarixli, 2-1(103)-1216/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci il tarixli, 21(103)-2068/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.