Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-582/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsinin Cavabdeh MMC-nəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-582/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslər lə iş İdarəsinin Cavabdeh MMC-nə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)2403/2018 saylı qərarından cavabdeh «Cavabdeh MMC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi cavabdeh «Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin (VÖEN **********; SUN**********7) xxxx 2017-ci il tarixə 4564,85 manat məbləğində İdarəyə borcu yarandığını, İdarə tərəfindən Cavabde h MMC-yə məcburi dövlət sosial sığorta haqları üzrə borcun ödənilməsinə dair xxxx 2017-ci il tarixli bildiriş göndərildiyini, cavabdeh tərəfindən xəbərdarlıqlara əməl olunmadığına görə hesablaşma hesablarına xxxx 2017-ci il tarixli, 188/********** saylı sərəncam qoyulduğunu, daha sonra cavabdehə xxxx 2018-ci il tarixli iddia qaldırılacağı barədə xəbərdarlıq edilərək, 1 (bir) ay müddətinə borcun tam ödənilməsi təmin edilmədiyi halda, qanuna müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilsə də, cavabdehin məcburi dövlət sosial sığorta haqları üzrə borcunu ödəmədiyini bildirərək, Cavabdeh MMC-nin xxxx 2017-ci il tarixə 4564,85 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcu cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə İdarənin xeyrin ə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)2285/2018 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, xxxx 2017-ci il tarixədək olan dövr ərzində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış 4564,85 manat məbləğində borc Cavabdeh MMC-nin əmlakının satılması yolu ilə DSMF-nun Bakı HŞİİ-nin xeyrinə tutulmuş, cavabdehin fəaliyyətinin dayandırılması hissəsində iddia rədd edilmişdir (hakim – X.X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2403/2018 saylı qərarı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 20 18-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, qərarından cavabdeh «Cavabdeh MMC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsinin Cavabdeh MMC-yə qarşı məcburi sosial sığorta haqqlarının tutulması ilə bağlı iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmiş, “Cavabdeh MMC” hüquq şəxs olduğundan, inzibati orqan olmadığından, İPM-in 35-ci maddəsinə əsasən iddia mümkün sayılmamalıdır, lakin məhkəmə öz qərarında bu ərizəyə münasibət bildirməmiş və prosessual qaydaları pozmuş, belə ki, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında sosial sığorta sahəsində münasibətləri tənzimləyir, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Tərəflərin izahatları İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi və Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Re spublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi və Cavabdeh MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və ar aşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2403/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin 2017-cı ilin sonuna məcburi dövlət sosial sığorta haqları üzrə cəmi 4564,85 manat borcu vardır, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış «məcburi dövlət sosial sığorta haqqları və ona tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə dair» xxxx 2017-ci il tarixli bildirişdə DSMF-nin Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsi xxxx 2017-ci il tarixə məcburi dövlət s osial sığorta haqları üzrə 4568,39 manat borcunun yaranması, məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməməsinə görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri müəyyən edildiyi, habelə borcların ödənilməməsinə görə hər gecikdirilmiş gün üçün sığorta haqqının 0,1 faizi məbləğində penyanın hesablandığı nəzərə alınaraq, borclarını və borclarının ödənildiyi günədək hesablanmış penya məbləğini təcili olaraq ödəməyi cavabdehə təklif etmiş, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən 5 (beş) iş günü müddətində göstərilən borclar ödənilməzsə, həmin vəsaitin məcburi alınması məqsədi ilə cavabdehin banklarda və digər kredit təşkilatlarında olan hesablaşma, valyuta və digər hesablarına icra sənədi olan «Sərəncam» qoyulacağı və qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görüləcəyi barədə Cavabdeh MMC-nin rəhbərliyinə məlumat vermiş,iddiaçı tərəfindən cavabdehə xxxx 2018-ci il tarixliməktubla, Cavabdeh MMC-nin xxxx 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməməsinə görə qanunvericilikdə («Sosial sığorta haqqında» Qanunun 14-cü və 18-ci maddələri) ciddi məsuliyyət tədbirləri müəyyən edildiyi, borcların məcburi alınması məqsədi ilə hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının, fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə əlaqədar məhkəmə orqanlarında iddia qaldırılacağı barədə Cavabdeh MMC-nin rəhbərliyinə xəbərdarlıq edilmiş, xxxx 2017-ci il tarixli, 188/********** saylı sərəncama əsasən DSMF-nin Bakı şəh əri üzrə hüquqi şəxslərlə iş idarəsi tərəfindən Cavabdeh MMC-nin «xxxx» ASC-də olan hesablaşma hesabına sərəncam qoyulmuşdur. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Cavabdeh MMC-nin xxxx 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqqları üzrə DSMF-nin Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsinə 4654,85 manat borcu yaranmış, İdarə tərəfindən dəfələrlə xəbərdar edilsə də, cavabdeh borcu ödəməkdən imtina etmiş, sonuncu dəfə borcunu ödəməyəcəyi təqdirdə borcun məcburi alınması məqsədi ilə hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının aparılmasıvə fəaliyyətinin dayandırılması üçün əmlakın satılması yolu ilə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə əlaqədar məhkəmə orqanlarında iddia qaldırılacağı barədə xxxx 2018-ci il t arixli cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsini təmin etməmiş, cavabdehin məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçıya xxxx 2017-ci il tarixədək olan dövr ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 4654,85 manat məbləğində borcu müəyyən edilmiş və borc qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyinə görə, həmin borc cavabdehin əmlakının satılması yolu ilə tutulmalıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişi nə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı: seçkili orqanlar və mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığorta edən şəxslər üçün-hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 22 faizi miqdarında hesablanır. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyə n edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni h əyata keçirən hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir; Sığortaedənin cari və digər hesablarında vəsait olduqda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir; Sığortaedənin valyuta hesabına sərəncam yönəldildiyi halda bank və ya digər kredit təşkilatı həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə sığortaedənə məlumat göndərir. Valyuta vəsaiti sığortaedən tərəfindən manata konvertasiya edildikdən sonra sərəncam icra edilir; Sığortaedənin cari, valyuta və digər hesablarında vəsait olmadıqda və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə kifayət etmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və sığortaedənin hesablarına vəsait daxil olduqca icra edilir; məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığorta edəndən məhkəmə qaydasında alınır. Qanunun 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarını ödəməyə qabiliyyəti olmayan sığorta edənlərə qarşı onların fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırılmasını həyata keçirmək nəzərdə tutulmuşdur. Qanunun 21-ci maddəsinə əsasən məcburi dövlət sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatların, onların filial və nümayəndəliklərinin işçilərinin sayının gizlədilməsinə görə (əmək müqaviləsi (kontraktı) olmadan işləyənlər olduqda və ya əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi halda hesabatdan gizlədildikdə) hər işçiyə gör ə - sığorta edənin fəaliyyət dövrünün hər ayı üçün əlli beş manat miqdarında məbləğində cərimə sanksiyası tətbiq etmək hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə il ə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “Cavabdeh MMC” hüquq şəxs olduğundan, inzibati orqan olmadığından, İPM-in 35-ci maddəsinə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə Kollegiyası kassasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıldığından, məhkəmələr hazırkı işə inzibati məhkəmə icra atı qaydasında mahiyyəti üzrə baxaraq müvafiq qərar qəbul etməklə hər hansı prosessual hüquq normalarının pozuntusuna yol verməmişlər. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Cavabdeh MMC-nin xxx 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqqları üzrə DSMF-nin Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsinə 4654,85 manat borcu yarandığını, İdarə tərəfindən dəfələrlə xəbərdar edilsə də, cavabdehin borcu ödəməkdən imtina etdiyini, sonuncu dəfə borcunu ödəməyəcəyi təqdirdə borcun məcburi alınması məqsədi ilə hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının aparılmasıvə fəaliyyətinin dayandırılması üçün əmlakın satılması yolu ilə məcburi dö vlət sosial sığorta haqlarının ödənilməsi ilə əlaqədar məhkəmə orqanlarında iddia qaldırılacağı barədə xxxx 2018-ci il tarixli cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq, borcun ödənilmədiyini, borc qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyindən, həmin borcun cavabdehin əmlakının satılması yolu ilə tutulmalı olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və k assasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-2403/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2403/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-582/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-582/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver