Məhkəmə qərarları › İş №2-1(102)-582/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-582/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-582/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğvi, işin hallarının tam araşdırılmamasına görə qərarın ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs “X2 Kompani S.A.” şirkəti) “sərəncamın ləğv ed ilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 2-1(103)1933/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 16.07.2018-ci il tarixli, 111 nömrəli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında İddiaçı istifadəsinə verilmişdir.

2. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 26.09.2018-ci il tarixli, 150 nömrəli sərəncamı ilə Suraxanı RİHB-nin 16.07.2018-ci il tarixli, 111 nömrəli sərəncamı ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 10.02.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin 29.09.2018-ci il tarixli 150 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 16.07.2018-ci il tarixli, 111 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha ölçüdə torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında iddiaçıya verilmiş və onun la Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanmışdır. Bunun əsasında iddiaçıya icarə hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən 17.08.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 29.09.2018-ci il tarixli, 150 saylı sərəncamı ilə Suraxanı RİHB-in 16.07.2018-ci il tarixli, 111 saylı sərəncamı ləğv edilmiş və bu akt onunla əsaslandırılmışdır ki, “X2 Kompani S.A.” şirkəti icra hakimiyyətinə müraciət edərək, qeyd edilən torpaq sahəsinin “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşdiyini bildirmələri və sərəncamın ləğvi barədə xahiş etmişlər. Lakin inzibati akt olan Suraxanı RİH-nin 29.09.2018-ci il tarixli, 150 say lı sərəncamı tamamilə əsassızdır və qanunsuzdur. Bu səbəbdən də həmin sərəncam ləğv edilməlidir. Belə ki, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti 13.06.2018-ci il tarixli R-63-151 saylı məktubla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 316 saylı tam orta məktəbin yaxınlığında yerləşən ərazidə 0,72 ha ölçüdə torpaq sahəsinin sahibkarlıq faaliyyəti ilə məşğul olmaq üçün icarə əsasında iddiaçıya ayrılmasına dair rəy bildirməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi 10.07.2018-ci il tarixli **********10 saylı məktubu ilə qeyd edilən torpaq sahəsinin iddiaçıya istifadəyə verilməsi üçün maneə olmadığını və buna etiraz etmədiklərini bildirilmişdir. Bundan başqa "X2 Kompani S.A" şirkəti məhkəmədə iddia qaldıraraq icarə hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 17.08.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin onların bu iddiası Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli 2(010)-903/19 saylı qətnaməsi ilə təmin edilməmişdir. İddiaçının həmin qətnamədən verdiyi apelyasiya şikayəti də Bakı Apelyasiya Məhkəməsinin 27.11.2019-cu il tarixli 2(103)-13297/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin məhkəmə baxışları zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsinin "X2 Kompani S.A" şirkətinın kontrak t sahəsinə heç bir aidiyyətı yoxdur. Belə ki, iş materiallarında olan məhkəmə tikintitexniki ekspertizasının 20.05.2019-cu il tarixli 11515 saylı rəyində göstərilmişdir ki, həmin torpaq sahəsinin iddiaçının istifadəsində olmaqla dövlət mülkiyyəti olduğu müəyyən edilmişdir. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə ünvanladığı 11.04.2019-cu il tarixli **********45 saylı mütəxəssis rəyində göstərilmişdir ki, "Kadastr və Yerquluşu Layihə Təqdiqat Mərkəzi"nin elektron bazasında araşdırma aparılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlar üzrə yerləşən torpaq sahəsi İddiaçı icarəsində olmaqla Dövlət mülkiyyəti torpağıdır". Beləliklə də araşdırma ilə və bunun nəticəsində çıxarılmış m əhkəmə qətnamələri ilə tam müəyyən edilmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır və onun "X2 Kompani S.A" şirkətinə və SOCARa heç bir aidiyyatı yoxdur. Başqa sözlə Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 29.09.2018-ci il tarixli 150 saylı sərəncamında göstərilmiş halların heç biri mövcud deyildir. Belə olan halda həmin inzibati akt qanunsuzdur va iddiaçının manafelərinə toxunur. Qeyd edilən inzibati aktın ləğv edilməsi ilə bağlı iddiaçı 08.01.2020ci il tarixdə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh həmin ərizəyə bu günədək ümumiyyətlə cavab verməmişdir.

5. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3171/2020 nömrə li qərardadı ilə (hakim A.Oruczadə) iddiaçının “X2 Kompani S.A.” şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 26 sentyabr 2018-ci il tarixli, 150 saylı sərəncamından ən geci 16 iyul 2019-cu il tarixdə xəbərdar olduğu təqdirdə, iddiaçı həmin əmri mübahisələndirmək hüququnun həm 30 günlük müddətini, həmçinin də 6 aylıq müddətini ötürmüşdür.

8. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1933/2020 saylı, 10.11.2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), N.Cəfərov və V.Məmmədov) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3171/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində göstərilir ki, məhkəmənin işin faktiki halları üzrə gəldiyi hüquqi nəticə doğru deyildir və məhkəmənin qərar qəbul edərkən işdə olan sübutlara ədalətli qiymət verməmişdir.

13. Çünki apelyasiya şikayətində də qeyd edildiyi kimi bu günədək də mübahisələndirilən inzibati aktı qəbul etmiş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən həmin akt iddiaçıya rəsmən təqdim edilməmiş və ya elan edilməmişdir. İddiaçının həmin sərəncam barədə məlumatı Bakı şəhəri, Suraxanı rayon Məhkəməsində "X2 Kompani S.A" şirkətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏMDR xidmətinə qarşı "çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair baxılan mülki iş üzrə keçirilən məhkəmə baxışı zamanı yaranmışdır. Lakin qeyd edilən məhkəmə prosesində iddiaçı "X2 Kompani S.A" şirkəti tərəfindən məhkəməyə təqdim edilən sənəd hazırda mübahisələndirilən sərəncamın kserosurəti olmuşdur.

14. Eyni zamanda qeyd edilməlidir ki, bu iş üzrə keçirilmiş məhk əmə iclaslarının heç birində Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etməmişlər. Mübahisələndirilən inzibati akt olan sərəncam İddiaçı heç bir halda rəsmi qaydada təqdim edilməmişdirsə və ya elan edilməmişdirsə, onun iddia vermək müddətinin ötürülməsi barədə olan nəticə İnzibati-Prosessual Məcəlləsinin 38-ci maddəsinin tələblərinin kobud pozuntusudur.

15. Eyni zamanda işə baxan məhkəmə tərkibi tərəflərin iştirakını təmin etməmişdir. Halbuki iddiaçı tərəf işə baxılmasının təxirə salınmasını xəstə olduğu üçün üzrlü səbəbdən xahiş etmiş, üçünçü şəxsə ümumiyyətlə bildiriş məhkəmə prosesindən sonra çatmışdır.

16. Belə olan halda təməl prosessual hüquq prinsiplərindən olan çəkişmə prinsipi pozulmuş və bu da qanunsuz və ədalətsiz məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. b. Kassasiya şikayətinə qarşı etiraz

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 20. “İnzibati icraat haqqında” Qanun Maddə

73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.5. inzibati hüquq münasibə tinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır; Maddə

35. İddinın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində,... qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərardadının bütövlükd ə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin araşdırması Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 57-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermədiyinə görə kassasiya şikayəti təmin edilməlidir.

25. Baxılan məsələ iddia müddətləri ilə bağlı olduğuna görə məhkəmə kollegiyası bildirir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati idd iaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

26. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

27. Azərbaycan Res publikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarı n 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

29. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

30. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur.

31. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələri anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzi bati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.

32. Baxılan işdə məhkəmələr iddia müddəti ötürüldüyünə görə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

33. Belə ki, İPM-nin 38.1-ci maddəsinə görə inzibati aktın mübahisələndirilməsi üçün iddia müddətinin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan başlanır və 30 gün davam edir.

34. İddia müddətinə riayət olunmasını araşdırarkən ilk növbədə müddətin axımının başlandığı vaxt müəyyən olunmalıdır. Yuxarıda göstərildiyi kimi müddətin axımına səbəb olan hüquqi fakt inzibati akın təqdim və ya elan olunmasıdır. Əgər bu hadisələr baş verməmi şdirsə, müddətin axımı başlanmır və bu halda müddətin buraxılması barədə gəlinən nəticə də ziddiyyətlidir.

35. Baxılan işdə mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim və ya elan olunması müəyyən edilmir. Lakin işə baxmş birinci instansiya məhkəməsi iddia müddətinin buraxılması barədə nəticəyə gəlmiş və mövqeyini onunla əsaslandırmışdır ki, "X2 Kompani S.A" şirkətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına verilmiş 17.08.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsini xahiş etmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)903/2019 saylı, 16.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində Suraxanı rayon İcra Hakimiyyəti başçısının 26 sentyabr 2018-ci il tarixli 150 saylı sərəncamının mövcudluğuna istinad olunmuşdur.

36. Bakı İnzibati Məhkəməsi bu fakta istinad etməklə o nəticəyə gəlmişdir ki, iddiaçının Suraxanı rayon İcra Hakimiyyəti başçısının 26 sentyabr 2018-ci il tarixli 150 saylı sərəncamı barədə hələ 2019-cu ildə, iddia qaldırmazdan əvvəl məlumatı olmuşdur.

37. Apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

38. Göründüyü kimi məhkəmələr iddia müddətinin başlanması üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulan faktın baş verməməsini qəbul etmiş, lakin iddiaçının mübahisələndirilən sərəncamın mövcudluğundan “məlumatı” olmasını əsas götürməklə müddətin buraxılması qənaətinə gəlmişdir.

39. Məhkə mə kollegiyası qeyd edir ki, "X2 Kompani S.A" şirkətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı adına verilmiş 17.08.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin surəti iş materiallarına əlavə olunmuşdur. Həmin iddia ərizəsindən görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 26 sentyabr 2018-ci il tarixli 150 saylı sərəncamının surəti də iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 168.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsini təmin edir. Lakin Suraxanı rayon Məhkəməsi tərəfindən bu sərəncamın surətinin iddiaçıya rəsmi təqdim olunması müəyyən olunmur.

40. Bundan başqa, işin birmənalı olaraq qəbul olunan halı ondan ibarətdir ki, "X2 Kompani S.A" şirkətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız sayılması tələbinə dair iddia verilənədək iddiaçıya sözügedən sərəncamdan “məlumatlı olması” müəyyən olunmur. Həmin iddia üzrə icraatda sərəncam əsasında İddiaçı verilmiş çıxarışın hüquqi həll olunurdu ki, bu da ona torpaq sahəsi verilməsinin qanuniliyi ilə bilavasitə əlaqəli idi. İşin bu halı hətta onun sözügedən sərəncamdan məlumatlı olsa belə, mülki işin nəticələrini nəzərə almaqla hərəkət etməsini doğururdu. İş materiallarından görünür ki, qeyd olunan mülki iş üzrə icraat Ali Məhkəmənin 21.05.2020-ci il tarixli qərarı çıxarılmaqla tam amlanmışdır. Lakin İddiaçı hazırki iddianı 10.02.2020-ci il tarixdə vermişdir. Bu hal onu deməyə əsas verir ki, İddiaçı mülki işin gedişində müşahidəçi kimi qalmamış, ona verilmiş torpaq sahəsinin "X2 Kompani S.A" şirkətinin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyini müəyyən etdikdə, mülki iş üzrə icraatın qurtarmasını gözləmədən inzibati aktı mübahisələndirmişdir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası, aşağı instansiya məhkəmələrinin bu iş üzrə araşdırmasını İPM-nin 12-ci maddəsinin və 14.1-ci maddəsinin tələblərinə uyğun hesab etmir.

42. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normaları nı düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

43. İşə təkrar baxan məhkəmə, yuxarıda gostərilən məsələləri tam araşdırmalı və əsaslandırılmış nəticəyə gəlməlidir.

44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 noyabr 2020-ci il tarixli 21(103)-1933/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar