Məhkəmə qərarları › İş №2-1(102)-582/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-582/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-582/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-582/2022) (Açar sözlər: dövlət hesabına vəkillə təmin olunma barədə ərizə; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “vurulmuş zərərin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2-1(103)-2213/2021 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul edib. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki birinci icraat

1. İddiaçılar cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «vurulmuş zərərin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi» barədə qərar çıxarılmasını xahiş etmişlər.

2. Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-6135/2020 nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) iddia mümkün sayılmamışdır.

3. İddiaçılar həmin qərardaddan apelly asiya şikayəti verərək qərardadın ləğv edilməsini, mübahisənin məhkəmə aidiyyətinə dair Səbail Rayon Məhkəməsinin çıxardığı 16 iyul 2020-ci il tarixli, 2(009)-1552/2020 nömrəli qərardadın qanuni qüvvəyə minməsi nəzərə alınaraq məhkəmə aidiyyətinin yenidən mübahisələndirilməsinin yolverilməzliyi baxımından Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-6135/2020 nömrəli qərardadının ləğv edilməsi, iş üzrə cavabdeh qismində cəlb olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati orqan statusuna malik olması və qəbul etdiyi qərarların normativ hüquqi akt hesab olunması nəzərə alınaraq, mahiyyəti üzrə bilavasitə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması səbəbindən əsaslı, ədalətli və qanuni qərar qəbul edilməsi, inzibati işə mahiyyəti üzrə baxılması m əqsədilə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2020-ci il tarixli, 2-1(103)-2045/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Cahangir Yusifov) Bakı İnzibati Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2-1(112)-6135/2020 nömrəli qərardadı ləğv edilmiş və iş həmin məhkəməyə göndərilmişdir. c. Birinci instansiya məhkəməsindəki ikinci icraat

5. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(112)-4611/2021 nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilməmişdir.

6. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmas ı barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2213/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Mirzə Tağızadə və Həmid Həmidov) Bakı İnzibati Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2-1(112)-4611/2021 nömrəli qərardadı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

8. Həmin qərardaddan iddiaçılar kassasiya şikayəti vermiş, eyni zamanda vəsatətlə müraciət edərək dövlət vəsaiti hesabına vəkillə təmin olunmalarını xahiş etmişlər.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2-1(103)-2213/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Xəyalə Cəmilova, hakimlər – Mirzə Tağızadə və Həmid Həmidov) iddiaçıların dövlət hesabına vəkillə təmin olunma barədə vəsatəti rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, proses iştirakçısının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün həmin şəxslər vəkilin xidmətlərini ödəməyə kifayət qədər vəsaitlərinin olmadığı barədə sübutlar təqdim etməlidirlər. Lakin ərizəçi bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

11. İddiaçılar həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, kassasiya şikayətinin kassasiya instansiyası məhkəməsinin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. İddiaçıların kassasiya şikay əti onunla əsaslandırılmışdır ki, iddiaçılardan biri İddiaçı2 hal hazırda 9 saylı Çəzaçəkmə müəssisəsində cəza çəkir və onun vəkilin xidmətlərinin ödənilməsi üçün kifayət qədər vəsaiti yoxdur. Digər iddiaçı isə İddiaçı1 aylıq gəlirinin xərclərinə dair konkret faktlar isə rəsmi ödəniş qəbzləri ilə sübut olunur və aylıq 750 manat məbləğində aylıq pensiya onun xərclərini qarşılamır.

13. İddiaçılar kassasiya şikayətində həmçinin hazırkı işə şifahi məhkəmə iclasında baxılmasını və məhkəmə iclasında onların iştirakının təmin olunmasını xahiş etmişlər.

14. Məhkəmə kollegiyası iddiaçıların vəsatətinin dəlillərini İPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətbiqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın tələbindən göründüyü kimi, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun.

15. Hazırkı halda, dövlət hesabına vəkillə təmin olunma bağlı vəsatətin hüquqi əsaslarına, habelə həmin məzmunda tələblərə məhkəmədə baxılmasının prosessualhüquqi əsaslarına dair məhkəmə təcrübəsində vahid yanaşma formalaşmışdır.

16. İddiaçılar tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, buradan, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim edilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Pro sessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənlə şdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında b axılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mü bahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət İddiaçı1 aid hissədə təmin oluna bilməz. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 67.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 121.2-ci maddəsinə əsasən, bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziy yətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət vəsaiti hesabına vəkil ilə təmin olunma barədə vəsatətdə şəxsin bu xidməti ödəyə bilməməsi əsaslandırılmalıdır. Belə ki, qanunvericilikdə hər hansı bir şəxsin kifayət qədər imkana malik olmamasının meyarları müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir. MPM-in istinad edilə normalarının məzmunundan göründüyü kimi, dövlət vəsaiti hesabına vəkillə təmin olunma üçün əsas meyar vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitin olmaması, yəni ərizəçinin aztəminatlı şəxslərə aid olmasıdır.

24. Apellyasiya instansiyası məhkəməsində icraat zaman ı İddiaçı1 aylıq 750 manat məbləğində aylıq gəliri olduğunu bildirsə də, işin materiallarında iddiaçının hüquqi xidmət üçün hər hansı vəkilə müraciət etdiyinə, həmin xidmət üçün ödənilməli olan vəsaitin məbləğinə və həmin məbləğin ödənilməsi üçün iddiaçının iqtidarsızlığına dair məlumat yoxdur.

25. Şikayət İddiaçı2 aid hissədə qismən – apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. İPM-in yuxarıda istinad olunan müddəalarının tələblərindən göründüyü kimi, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki h alları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

27. Apellyasiya instansiyası məhkəməsində tədqiq olunmuş icraat materiallarından və apellyasiya instansiyası məhkəməsinin qərardadının məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi yalnız İddiaçı1 münasibətdə iddiaçının kifayət qədər vəsaitinin olub-olmaması barədə, həm də onun iştirakı ilə araşdırma apararaq ərizəni təmin etməmişdir. Lakin ikinci İddiaçı2 hal hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmaqla, onun vəkil ilə müqavilə bağlayaraq onun xidmət haqqının ödənilməsi üçün kifayət qədər vəsaitinin olub-olmaması tam və hərtərəfli araşdırılmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin şəxsə münasibətdə İPM-in 12.1, 12.2, 13, 48.1 və 58.7-ci maddələrinin tələbləri təmin olunmamışdır.

28. İPM-in 12.1, 12.2, 13, 48.1 və 58.7-ci maddələrinin tələbləri İddiaçı2 münasibətdə təmin olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərardadı həmin şəxsə aid hissədə ləğv edilməli, iş təkrar baxılması və qeyd olunan prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏR ARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2-1(103)-2213/2021 nömrəli qərardadı İddiaçı2 aid hissədə ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərardad İddiaçı1 aid hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar