Məhkəmə qərarları › İş №2-1(102)-582/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-582/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-582/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işlədiyi dövrün dövlət qulluqçusunun qulluq stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi dövrün dövlət qulluqçusunun qulluq stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2847/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən müəyyən olunur ki, o, xx.xx.1976-xx.xx.1976-cı il tarixlərdə Əlibayramlı şəhər qarışıq ticarətdə əmtəəşünas və mühasib vəzifələrində işləmiş, xx.xx.1976-xx.xx.1977-ci il tarixlərdə Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1978-xx.xx.1979-cu il tar ixlərdə Əlibayramlı şəhər qarışıq ticarətdə mühasib, mağaza müdiri vəzifələrində işləmişdir. xx.xx.1980-ci il tarixdə “Azərkəndkimya” X9 Mühasibat Uçotu və Hesabat Nəzarət-təftiş şöbəsi İdarəsinə Mühasib vəzifəsinə, xx.xx.1980-cı il tarixdən həmin idarənin böyük mühasibi vəzifəsinə, xx.xx.1981ci ildən həmin idarənin böyük iqtisadçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı il tarixdən Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 03 dekabr 1985-ci il tarixli 392 saylı X13 kompleksinin yaranması, eyni zamanda Nazirlik və tabeçiliyində olan təşkilatların təkmilləşdirilməsi ilə əlaqədar RİEB-nə plan-maliyyə mühasibatlıq idarəsinin mühasibat uçotu hesabatı təftiş işləri qrupunun rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixdən yeni yaradılmış mühasibat uçotu və təftiş xidməti şöb əsinin rəisi, xx.xx.1990-cı il tarixdən yeni yaradılmış nəzarət-təftiş şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixdən yeni yaradılmış mühasibat uçotu və təftiş işləri şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1996-cı il tarixdə köçürülmə yolu ilə ştat cədvəlinə əsasən mühasibat uçotu və kargüzarlıq idarəsinə rəis təyin edilmiş, xx.xx.1998-ci il tarixdə “Azərkəndkimya” RİE birliyi ləğv edildiyinə görə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı xx.xx.1999-xx.xx.2003-cü il tarixlərdə Su təchizat X12 Səhmdar Cəmiyyətində menecer vəzifəsində, xx.xx.2003xx.xx.2005-ci il tarixlərdə “Alyans” fimasında mühasib, xx.xx.2005-xx.xx.2019-cu il tarixlərdə "xxxx" MMC-də mühasib, baş mühasib vəzifələrində işləmiş, xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə "xxxx" MMC-də baş mühasib, xx.x x.2020-xx.xx.2021-ci il tarixlərdə "xxxx" MMC-də mühasib vəzifəsində işləmiş, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə həmin MMC-nin direktoru olmuşdur.

2. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikas ının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Həmin Siyahının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18dək olan dövr) yalnız Azərbaycan SSR dövlət komitələrinin, nazirliklərinin aparatında mövcud olan vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. İddiaçının 1980-1996-cı illərdə Azərbaycan SSR X3 Xidmət İstehsalat Elm Birliyində (“Азерсельхозхимия”) və 1996-1998-ci illərdə “Azərkəndkimya” Respu blika X11ndə işlədiyi müddətlə bağlı bildirilmişdir ki, “Azərbaycan SSR-də vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət yaradılması haqqında” Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 1979cu il 2 noyabr tarixli 461 nömrəli Qərarının 1-ci bəndinə əsasən, SSRİ Nazirlər Sovetinin “ölkədə vahid aqrokimyəvi xidmətin yaradılması haqqında” 9 avqust 1979-cu il tarixli 765 nömrəli Qərarına uyğun olaraq ölkədə vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət sistemi yaratmaq məqsədilə SSRİ Kənd Təsərrüfatı Nazirliyi sistemində Ümumittifaq X3 Xidmət İstehsalat Elm Birliyi təşkil edilmişdir. Həmin Qərarın 2-ci hissəsinə əsasən, Azərbaycan SSR-də kənd təsərrüfatına vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət sistemi yaratmaq məqsədilə ikili tabelikdə-SSRİ Kənd Təsərrüfatı Nazirliyi Ümumittifaq X3 Xidmət X7 və Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyində olmaqla təsərrüfat hesablı ittifaqrespublika orqanı - Azərbaycan SSR X3 Xidmət İstehsalat Elm Birliyi təşkil olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1981-ci il tarixli 299 nömrəli Qərarı ilə “Azərbaycan SSR Nazirlər Soveti yanında X3 xidmət X11 haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Birlik “Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin strukturu və say tərkibi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda deyil, 2 nömrəli Əlavədə - Komitənin yanında olan birliklərin siyahısında nəzərdə tutulmuşdur. Yuxarıda adıçəkilən Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR d övlət komitələrinin aparatında mövcud olan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığı, həmçinin sözügedən birlik təsərrüfat hesablı ittifaq-respublika orqanı olduğu üçün iddiaçının 1980-ci ildən 1991-ci ilin oktyabrın 18-dək Aqrokimyəvi Xidmət X11ndə (“Азерсельхозхимия”) işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. Lakin yuxarıda adıçəkilən Əsasnamələrin nə zaman qüvvədən düşməsini və Azərbaycan Respublikası X13 Komitəsi Aqrokimyəvi Xidmət Respublika X7 1991-ci ilin oktyabrın 18-dən 1998-ci ilədək hüquqi statusunu (dövlət büdcəsindən maliyyələşməsini, dövlət orqanı statusuna malik olmasını) müəyyən etmək mümkün olmadığı üçün iddiaçının həmin illərdə işlədiyi müddətin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınıbalınmaması barədə münasibət bildirilməsi mümkün olmamışdır. Bununla belə, qeyd edilən Siyahının 2.11-ci bəndində (xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında mövcud olan vəzifələr İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. 1991-1998-ci illərdə Aqrokimyəvi Xidmət Respublika istehsalat Elm Birliyi Azərbaycan Respublikası X13 Komitəsinin yanında dövlət orqanı statusuna malik olduğu halda, qeyd edilən illər dövlət qulluğu stajına daxil edilə bilər.” Əlavə olaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində dövlət orqanının anlayışı verilmişdir. Həmin maddəyə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları “Dövlət qulluğu haqqında” AR Qanununun 11.4-cü maddəsinə uyğun olaraq AR Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı ilə müəyyən edilmişdir. “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda firma, məhdud məsuliyyətli cəmiyyətlər və açıq səhmdar cəmiyyətləri nəzərdə tutulmadığı və həmin qurumlar dövlət orqanı statusuna malik olmadığı üçün iddiaçının 1999-2021-ci illərdə qeyd edilən qurumlarda işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, X2 Xidmət üzrə Elmi-İstehsalat Birliyi 1985-ci ilədək Azərbaycan SSR Nazirlər Soveti yanında fəaliyyət göstərmişdir. “Aqrar sənaye kompleksinin idarə olunmasını daha da təkmilləşdirmək haqqında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazi rlər Sovetinin 1985-ci il 3 dekabr tarixli 392 nömrəli Qərarına əsasən Kənd Təsərrüfatı Nazirliyi Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatının X1 Komitəsi, Nazirlər Soveti yanında X2 Xidmət üzrə Elmiİstehsalat Birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda Tikinti üzrə Baş Respublika İdarəsi ləğv edilərək onların bazasında Azərbaycan SSR X13 Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 1997-ci il 17 mart tarixli 04 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olan “Azərkəndkimya Respublika İstehsalat-Elm Birliyi ləğv edilmişdir. X13 Komitəs inin, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin sənədləri mühafizə olunmaq üçün 2018-cı il 23 noyabr tarixli akta əsasən Azərbaycan Respublikasının Dövlət Arxivinə təhvil verilmişdir.

5. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibi nin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İşin hərtərəfli araşdırılması məqsədilə 1991-1998-ci illərdə Aqrokimyəvi Xidmət Respublika İstehsalat-Elm Birliyinin hüquqi statusunu və strukturunu müəyyən edən sənədlərin təqdim edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə sorğular ünvanlanmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təqdim edilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 11 sentyabr 1991-ci il tarixli 823 nömrəli Əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin strukturu təsdiqlənmişdir. Həmin Əmrin 3 nömrəli Əlavəsində “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin tabeliyindəki birlik və təşkilatların siyahısında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 18 may 1993-cü il tarixli 367 nömrəli, 17 dekabr 1993-cü il tarixli 906 nömrəli və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21 dekabr 1995-ci il tarixli 510 nömrəli Əmrlərində müəyyən olunmuşdur ki, “Azərkəndkimya” Respublika İstehsalat-Elmi Birliyi Nazirliyin tabeliyində birlik statusunda fəaliyyət göstərmişdir. Yuxarıda qeyd edilən Siyahının 2.11-ci bəndində (xx.xx.1991 -ci il tarixdən xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında mövcud olan vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış, lakin mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində birlik və təşkilatlarda mövcud olmuş vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmamışdır. Müvafiq uyğunlaşdırma aparılmadığından İddiaçı 1991-1998-ci illərdə “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.

6. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi nin xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.2023-cü il tarixli məktubu ilə eyni məzmunlu cavab verilmişdir. 7. 21.06.2022-ci il tarixdə iddiaçı cavabdehə müraciət edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubunda bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələş dirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nd a onun işlədiyi “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyinin adı qeyd olunmamışdır. “Dövlət qulluğu haqqında” Qanunun 11.4cü maddəsinin ikinci abzasına uyğun olaraq dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2008-ci il tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarında “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyinin adı qeyd edilməmiş, həmçinin adıçəkilən Birliyin əməkdaşlarının işlədiyi vəzifələr dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmamışdır. “Azərkəndkimya” Respublikası İstehs alat-Elm Birliyindəki vəzifələrin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə digər şəxsə aid məhkəmə qərarı əsas götürülməklə əmək pensiyasının hesablanması qaydası və proseduru, ümumilikdə mümkünlüyünə dair hər hansı müddəa Respublikasının qanunvericiliyində nəzərdə tutulmayıb. Azərbaycan İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərkəndkimya” Respublika X7 mərkəzi aparatında işlədiyi 21 yanvar 1980-cı il tarixdən 01 may 1998-ci il tarixə kimi olan müddətinin pensiya təminatında vəzifələrin Təsnif at Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısının 1.16-cı bəndi ilə pensiyasının yenidən hesablanması üçün qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək xx.xx.1980-ci il-1998-ci illərdə “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyində şöbə rəisi vəzifəsində işlədiyi dövr pensiya təminatında dövlət qulluqçusu kimi hesab edilməklə, onun pensiyasının yenidən dövlət qulluqçusu kimi hesablanması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir.

10. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-cı il tarixdən xx.xx.1998-ci il tarixinədək “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyinin mərkəzi aparatında mühasibat uçotu və hesabatı, nəzarət-təftiş şöbələrinin, sonradan isə mühasibat uçotu və kargüzarlıq idarəsinin rəisi vəzifələrində işləmişdir. 01 yanvar 2019-cu ildən pensiyaya çıxmışdır. Onun pensiyası adi qaydada minimum səviyyədə hesablanmışdır. Halbuki dövlət qulluğu stajına görə əmək pensiyasına əlavə ona Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə xx.xx.1991-ci ilədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.16-cı bəndi şamil edilməlidir. Belə ki, siyahının 1.16-cı bəndində Azərbaycan SSR (Naxçivan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, İttifaq-Respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarə etmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında orqanın rəhbərinin birinci müavini, müstəqil idarənin, şöbənin rəisi dövlət qulluğu vəzifəsinə aiddir. Sovet İttifaqı KP MK-nin və SSRİ Nazirlər Soveti “Ölkədə vahid ixtisaslaşdırılmış aqro kimyəvi xidmət yaradılması haqqında” 1979-cu il 09 avqust tarixli 765 nömrəli qərar imzalanmışdır. Bu qərarın bəndlərinin icrası ilə əlaqədar Azərbaycan KP MK-nin və Azərbatycan SSR Nazirlər Sovetinin xx.xx.1979-cu il tarixli 461 nömrəli birgə qərarı ilə İttifaq-Respublika tabeli Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan X2 Xidməti Birliyi (Azərkəndkimya Respublika İstehsalat-Elm Birliyi) yaradılmışdır. Azərbaycan SSR Nazirlər Soveti 10 iyul 1981-ci il tarixli 299 nömrəli qərarı ilə təsdiqlənmiş əsasnaməsinin 6.1-ci tapşırığı ilə dövlətin məqsəd və funksiyasını, əsasnamənin 3-cü tapşırığı ilə SSRİ və Azərbaycan SSR qanunlarını, SSRİ X14 Heyətinin və Azərbaycan SSR X14 Heyətinin fərmanlarını, SSRİ Nazirlər Sovetinin qərar və sərəncamlarını, SSRİ Kənd Təsərrüfatı Nazirliyini və “İttifaqkəndkimya” Birliyinin əmrləri, tapşırıqları və təlimatlarını həyata keçirmişdir. “Azərkəndkimya” RİEB-nin mərkəzi aparatının Respublika və İttifaq büdcəsindən maliyyələşməsi Azərbaycan Respublikası Dövlət Arxivindən 18 noyabr 2010-cu il tarixli 70 sa ylı arxiv arayışında və əlavə olunan dövlət qərarlarında tam öz həllini tapır. Bu sübutlar Azərbaycan Respublikasında təsdiq olunmuş dövlət qulluğu haqqında qanunun İİ fəslinin 7.1-ci maddəsində qeyd etdiyi tələblərlə üst-üstə düşür. Azərbaycan Respublikasında 2000-ci ildə “Dövlət qulluğu haqqında Qanun” təsdiqlənmişdir. Bu Qanunun İİ fəsil “Dövlət orqanları” bölməsinin 7.1-ci maddəsində qeyd edilib: “Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyinə uyğun olaraq yaradılmış dövlət qulluqçularının qurumu dövlət orqanıdır”. Həmin fəslin dövlət orqanlarının təsnifatının bölünməsi sahəsində 8.1.6-cı maddəsində qeyd edilir: “Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitus iyasının 120-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları-Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında və ya onun qərarı ilə yaradılan orqanların aparatları, Naxçıvan Muxtar Respublikası Mərkəzi İcra Hakimiyyəti orqanlarının aparatları”. İşlədiyi təşkilatın dövlət orqanı və onun dövlət qulluqçusu olması üçün adı gedən qanunda 3 fakt tələb olunur: yaradılması; dövlət məqsəd və funksiyasının həyata keçirməsi; maliyyələşməsi. Yaradılması: Sovet İttifaqi KP MK-nin və SSRİ Nazirlər soveti “Ölkədə vahid ixtisaslaşdırılmış aqro kimyəvi xidmət yaradılması haqqında” 1979-cu il 09 avqust tarixli 765 nömrəli qərar imzalanmışdır. Bu qərarın bəndlərinin icra edilməsi üçün Azərbaycan KP MK-nin və Azərbaycan SSR Nazirlər Soveti 1979-cu il 02 noyabr tarixli 461 nömrəli qə rarı ilə Azərbaycan Respublikasına Nazirlər Soveti nəzdində İttifaq və Respublika tabeli Azərbaycan X3 Xidmət Birliyi, yəni “Azərkəndkimya” RİEB-i yaradılmışdır. Adı gedən bu qərarın 2-ci bölməsinin 4-cü abzasının tələblərinin yerinə yetirilməsi üçün Azərbaycan SSR X14 Heyətinin müzakirəsinə verilmişdir. Azərbaycan SSR X14 Heyətində müzakirə olunub, Ali Sovetin fərmanı ilə “Azərkəndkimya” RİEB-nə sədr təyin olunmuşdur. Dövlətin məqsəd və funksiyasının həyata keçirilməsi: Azərbaycan SSR Nazirlər Soveti 10 iyul 1981-ci il tarixli 299 nömrəli qərarı ilə “Azərkəndkimya” RİEB-nin əsasnaməsini təsdiqləmişdir. Bu əsasnamənin 3-cü tapşırığı, yəni “Azərkəndkimya” RİEB-yi SSRİ və Azərbaycan SSR qanunlarını, SSRİ X14 Heyətinin və Azərbaycan SSR X14 Heyətinin fərmanlarını, SSRİ Nazirlər Sovetinin və A zərbaycan SSR Nazirlər Sovetinin qərar və sərəncamlarını, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin və “İttifaqkəndkimya” Birliyinin əmrləri, tapşırıqları və təlimatlarını rəhbər tutaraq fəaliyyət göstərilməsi tapşırılmışdır. Əsasnamənin 6-cı tapşırığı, yəni “Azərkəndkimya” RİEB-nin əsas fəaliyyət bölməsində:

6. E.m.i Kolxozlarda, sovxozlarda və dövlətin başqa kənd təsərrüfatı təşkilatlarında keyfiyyət analizlərinin və başqa kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yoxlanılması, kənd təsərrüfatı torpaq sahələrində, heyvandarlıqda yem məhsullarında elmi əsaslarla kimyəvi dərmanlardan istifadə edilməsi üçün layihə-smeta sənədlərini, təlimatlarını hazırlayıb aqrokimyəvi xidməti inkişaf etdirərək, kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılması, kənd təsərrüfatı bitkilərinin-məhsullar ının xəstəliklərdən, zərərvericilərdən qorunması onlara qarşı kimyəvi dərmanlarla və bioloji üsulla mübarizə aparılması, torpağın münbitliyini və məhsuldarlığının artırılması, şoran torpaqların şoranlığının ləğv edilməsi üçün gipsləmə və şoran torpaqların yuyulması və sair işlərin “Azərkəndkimya” Birliyi Dövlətin kənd təsərrüfatı sahəsindəki siyasətini həyata keçirmişdir. Bu bölmənin 6.e.m.i tapşırığına əsasən, yəni bütün torpaq sahələrində zərərvericilərə və kənd təsətrüfat bitkilərinə və çəyirtkələrə qarşı kolxozlarda, sovxozlarda və başqa kənd təsərrüfatı sahələrində aparılası işlərə, kənd təsərrüfatı torpaqlarında təyyarə və vertalyotlarla kimyəvi dərmanların səpilməsi və bu sahədə istifadə olunan avadanlıqlara nəzarət edilməsi kolxozlarda, sovxozlarda və dövlətin başqa təşkilatlarında kimyəvi dərmanlardan istifadə edilməsinə, ətraf mühitin korlanmaması üçün görüləcək işlərə Dövlət nəzarəti “Azərkəndkimya” birliyinə həvalə olunmuşdur. Qeyd edilən bu tapşırıqlar bir daha sübut edir ki, “Azərkəndkimya” Birliyi dövlətin funksiyalarını həyata keçirmişdir. Maliyyələşməsi: “Azərkəndkimya” Birliyi Respublika və İttifaq tabeli olduğu səbəbli iki sahənin dövlət büdcəsindən maliyyələşdirilmişdir. Yəni bir hissə İttifaq büdcəsindən, digər hissə isə Respublika dövlət büdcəsindən maliyyələşmə olmuşdur. Hər il “Azərkəndkimya” Birliyinin mərkəzi aparatının və tabeçiliyində olan büdcə təşkilatının saxlanması üçün olan xərcləri, kolxoz-sovxoz torpaqlarının əhəngləmə, gipsləmə işlərinin aparılması, kənd təsərüffatı bitkilərinin zərərvericilərdən qorunması, avadanlıq-inventarların alınmas ı, dövlət kapital qoyuluşuna (əsaslı tikintilərinə), təmir işlərinin aparılması kimi işlərin ödənilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılmışdır. Dövlət büdcəsi planı Azərbaycan SSR Ali Sovetinin çağırışında müzakirə olunub təsdiqlənmiş, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiqlənərək Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmışdır. Bu qeyd etdiyi vəsaitlərin büdcədən ayrıldığını sübut etmək üçün Azərbaycan Respublikası Dövlət Arxivindən 18 noyabr 2010-cu il tarixli 70 saylı arxiv arayışını göstərə bilər. Arayışa əsasən Azərbaycan Respublikası dövlət büdcəsindən “Azərkəndkimya” İEB-nə yuxarıda göstərilən işlər üçün 1980-ci il dövrü üçün ******* manat, 1981-ci dövrü üçün 18020000 manat; 1981-ci il dövründə ittifaq büdcəsində 766000 manat; 1982-ci il dövrü üçün 15915000 manat; 1982ci il əlavə olaraq büdcədən əmək haqqı fondu -1262000 manat; 1983-cü il dövrü üçün 14605000 manat; 1984-cü il il üçün 14586000 manat; 1985-ci il dövrü üçün 11411000 manat; 1986-cı il dövrü üçün 12316000 manat 1986-cı il əlavə olaraq sosial-mədəni tədbirlər üçün ******* manat; 1986-cı il əmək haqqı fondu üçün Ştatda olan və olmayan təşkilatlar üçün-2030000 manat. Sonrakı illərin sənədləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Arxivinə verilmədiyi üçün sonrakı illərin sənədləri arxivdə yoxdur. “Azərkəndkimya” İEB yaranan gündən ləğv olunan günə kimi iş fəaliyyətində heç bir funksiyasını dəyişməmişdir, ilkin əsasnaməsi əsasında fəaliyyət göstərmişdir. Bundan başqa “Azərkəndkimya” Birliyinin büdcədən maliyyələşməsini Azərbaycan KP MK-nın və Azərbaycan SSR N azirlər Sovetinin 13 may 1981-ci il tarixli 251 nömrəli birgə qərarı; Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 21 nömrəli birgə qərarı; Azərbaycan SSR Nazirlər Sovetinin 04 avqust 1983-cü il tarixli 320 nömrəli qərarı təsdiq edir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış kollektiv müraciətə cavab olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında X8 üzrə komissiyanın rəyi öyrənilməklə baxılmasını məqsədəuyğun hesab edirlər. Bununla yanaşı, göstərilmişdir ki, ərizədə göstərilən qurumun dövlət orqanı olması məsələsinə həmin qurumun fəaliyyət göstərdiyi dövrdə qüvvədə olan və onun funksiya və səlahiyyətlərini müəyyən edən normativ-hüququ aktlarda (əsasnamə Nizamnamə və s.) bu qurumun dövlət hakimiyyəti orqanı olması və onun dövlət büdcəsin dən maliyyələşdirilməsi araşdırılmaqla baxılması məqsədəuyğundur. Azərbaycan Respublikasnın Prezidenti yanında X8 üzrə komissiya 15 dekabr 2006-cı il tarixli №268/D 05 saylı məktubunda bildirmişdir ki, qeyd edilən məsələ 01 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanının 2-ci bəndinə əsasən, siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmyan vəzifələrin inzibati və yardımçı vəzifələrin təsnifatı toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Qeyd edilən məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətlərinə cavab ola raq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında “Təsnifat Toplusu siyahısında “Azərkəndkimya” RİEB-nin adı olmadığı səbəbindən imtina edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 23 may 2006-cı il tarixli №xx/xx-1692 saylı məktubu ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan MR İdarəsinin, İri Sığorta Edənlərlə iş üzrə Departamentinin, Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş Departamentinin, bütün şəhər və rayon şöbələrinin rəhbərlərinə dövlət qulluğu hesab edilməyən təşkilatların idarələrin, qurumların siyahısı göndərilmişdir ki, həmin bu siyahıda “Azərkəndkimya RİEB-nin adı yoxdur. “Azərkəndkimya” RİEB respublika ittifaq tab eli olduğu səbəbli Rusiya Federasiyasının Prezidentinin 20 sentyabr 2010-cu il tarıxli 1141 saylı Fərmanının 17-ci sırasının z bəndində də qeyd olunur ki, Respublika ittifaq tabeçiliyində olmuş birliklərdə işləmiş vətəndaşlar pensiyaya çıxarkən onları pensiyası dövlət qulluqçusu kimi hesablansın. 2013-cü ildən bugünə qədər olan müddətdə “Azərkəndkimya” RİEB-nin mərkəzi aparatında işləmiş əməkdaşlardan 5 (beş) nəfər üzrə məhkəmə qaydası ilə sübut olunmuşdur ki, “Azərkəndkimya” RİEB mərkəzi aparatı dövlət orqanıdır və orada işləmiş vətəndaşlar dövlət qulluqçularıdır, onların pensiyası dövlət qulluqçusu kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqqçularının pensiya təminatı haqqında” Təsnifat Toplusunda göstərilən dövl ət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısının 1.16-cı bəndi şamil edilməklə hesablanmalıdır.

11. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (S.İ.Salahova) 2-1(112)-1908/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15 və 1.16-cı bəndlərinə əsasən 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olan:

1. Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında: nazir, dövlət komitəsinin sədri, nazirin birinci müavini, müavini, dövlət komitəsi sədrinin birinci müavini, müavini, baş idarə, aparıcı idarə, şöbə rəisi, Azərbaycan SSR Dövlət Plan Komitəsinin işlər müdiri, baş idarənin, aparıcı idarənin şöbə rəisinin müavini, Azərbaycan SSR Dövlət Plan Komitəsinin işlər müdirinin müavini,

2. Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında: orqanın rəhbəri, Azərbaycan SSR Nazirlər Soveti yanında Dini İşlər üzrə Şuranın Müvəkkili müvafiq olaraq İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin adlarına uyğunlaşdırılmışdır. Göründüyü kimi, Siyahının 1-ci hissəsi ilə uyğunlaşdırma Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatındakı qurumlara və ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında olan vəzifələrə yalnız 1991-ci il oktyabrın 18-dək ol an müddət üzrə şamil edilmişdir.

14. Həmçinin Fərmanın 1.15-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında olmuş dövlət orqanları nəzərdə tutulduğu halda iddiaçının işlədiyi Birlik “Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin strukturu və say tərkibi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda deyil, 2 nömrəli Əlavədə - Komitənin yanında olan birliklərin siyahısında nəzərdə tutulmuşdur. Siyahının 2-ci hissəsində isə 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin adlarının uyğunlaşdırılması aparılmış, 2.11-ci bənddə Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında işləyən şəxslərin vəzifələrinin uyğunlaşdırılması aparılmış, iddiaçının 1991-1998-ci illərdə işlədiyi Birlik Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin tabeliyindəki birlik və təşkilatların siyahısında nəzərdə tutulmuşdur.

15. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 2-ci hissəsi ilə müəyyən edilmişdir ki, Bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq v əzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş S iyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmiş, iddiaçının işlədiyi qurumun adı həmin Siyahıda da nəzərdə tutulmamışdır.

16. İş materiallarından görünür ki, iddiaçının işlədiyi qurum bu meyarlara cavab verməmişdir. Belə ki, iddiaçının 1991-ci il tarixədək işlədiyi ittifaq-respublika orqanı Azərbaycan SSR X3 Xidmət İstehsalat Elm Birliyi yuxarıda istinad olunan Fərmanın 1.16cı bəndində nəzərdə tutulduğu kimi büdcədən maliyyələşən deyil, təsərrüfat hesablı təşkilat olmuşdur.

17. İddiaçının ərizəsində göstərdiyi Birliyə büdcədən vəsait köçürülməsinə gəldikdə, qurumun təsərrüfat hesablı olması ona büdcədən heç bir maliyyə vəsaiti ayrılmayacağı anlamını vermir. Belə ki, “Büd cə sistemi haqqında” Qanunun 1.1.24-cü maddəsində büdcənin tərtibi prosesində iştirak edən təşkilatlara mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri, büdcə gəlirlərinin icrasını təmin edən orqanlar, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlar, büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri, zərurət yarandıqda bələdiyyələr aid edilmişdir. Göründüyü kimi, təşkilat büdcədən maliyyələşməsə də, büdcədən maliyyə yardımı ala bilər. Yuxarıda istinad olunan Fərmandan isə görünür ki, orada konkret olaraq büdcədən maliyyə yardımı alan deyil, dövlət büdcəsindən maliyyələşən təşkilatlar nəzərdə tutulmuşdur.

18. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2847/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), C.A.Yusifov və P.A.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1908/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

22. Kassasiya ş ikayətinin dəlilləri iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz imtinanın, iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qü vvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1 dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödəni lir. 25. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 499 saylı xx.xx.2006-cı il tarixli Fərmanı: Bənd 2.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 26. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; Maddə 1.1.3. dövlət qull uqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; Maddə 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbayca n Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; Maddə 1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; Maddə 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Maddə 8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublik ası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). Maddə 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18 -dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.

24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Re spublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi: 1.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, həmçinin normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır: 3.1.24. “Dövlət qulluğu haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirmək və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin etmək; 3.1.41. dövlət qulluqçularının reyestrinin aparılmasını və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatların həmin reyestrə daxil edilməsini təmin etmək;

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəb ul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Azərkəndkimya” X6 işlədiyi 1980-1998-ci illərdəki dövrün dövlət qulluğu stajına daxil edilməklə dövlə qulluqçusu kimi pensiyanın yenidən hesablanmasına nail olmaqdan ibarətdir.

34. Hazırkı işin materiallarına əsasən, iddiaçı “Azərkəndkimya” X6 işlədiyi 19801998-ci illərdəki dövrün dövlət qulluğu stajına daxil edilməklə pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının pensiya təyin etməkdən imtina etmiş və imtinasının səbəbini iddiaçının 1980-1998-ci illərdə işlədiyi “Azərkəndkimya Respublika İstehsalat Elm Birliyi”-nin Azərbaycan SSR Dövlət AqrarSənaye Komitəsinin aparatında nəzərdə tutulmadığını və birlik statusunda fəaliyyət göstərdiyi ilə əsaslandırmışdır.

35. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

36. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə “Əmək pensiya ları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı” təsdiq edilmişdir.

37. Həmin Fərmanın 2-ci bəndinə əsasən, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılm ası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

38. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 77 nömrəli Qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir.

39. Mübahisələndirilən dövrlər ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının 1980-1996-cı illərdə Azərbaycan SSR X3 Xidmət İstehsalat Elm Birliyində (“Азерсельхозхимия”) və 1996-1998-ci illərdə “Azərkəndkimya” Respublika X11ndə işlədiyi müddətlə bağlı bildirilmişdir ki, “Azərbaycan SSR-də vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət yaradılması haqqında” Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 1979-cu il 2 noyabr tarixli 461 nömrəli Qərarının 1-ci bəndinə əsasən, SSRİ Nazirlər Sovetinin “ölkədə vahid aqrokimyəvi xidm ətin yaradılması haqqında” 9 avqust 1979-cu il tarixli 765 nömrəli Qərarına uyğun olaraq ölkədə vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət sistemi yaratmaq məqsədilə SSRİ Kənd Təsərrüfatı Nazirliyi sistemində Ümumittifaq X3 Xidmət İstehsalat Elm Birliyi təşkil edilmişdir. Həmin Qərarın 2-ci hissəsinə əsasən, Azərbaycan SSR-də kənd təsərrüfatına vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət sistemi yaratmaq məqsədilə ikili tabelikdə-SSRİ Kənd Təsərrüfatı Nazirliyi Ümumittifaq X3 Xidmət X7 və Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyində olmaqla təsərrüfat hesablı ittifaqrespublika orqanı - Azərbaycan SSR X3 Xidmət İstehsalat Elm Birliyi təşkil olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1981-ci il tarixli 299 nömrəli Qərarı ilə “Azərbaycan SSR Nazirlər Soveti yanında X3 xidmət X11 haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Birlik “Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin strukturu və say tərkibi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda deyil, 2 nömrəli Əlavədə - Komitənin yanında olan birliklərin siyahısında nəzərdə tutulmuşdur. Yuxarıda adıçəkilən Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığı, həmçinin sözügedən birlik təsərrüfat hesablı ittifaq-respublika orqanı olduğu üçün iddiaçının 1980-ci ildən 1991-ci ilin oktyabrın 18-dək Aqrokimyəvi Xidmət X11ndə (“Азерсельхозхимия”) işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır.

40. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2023 və xx.xx.2023cü il tarixli məktublarına əsasən 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi m övcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 11 sentyabr 1991-ci il tarixli 823 nömrəli Əmri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin strukturu təsdiqlənmişdir. Həmin Əmrin 3 nömrəli Əlavəsində “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyi Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin tabeliyindəki birlik və təşkilatların siyahısında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin 18 may 1993 -cü il tarixli 367 nömrəli, 17 dekabr 1993-cü il tarixli 906 nömrəli və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21 dekabr 1995-ci il tarixli 510 nömrəli Əmrlərində müəyyən olunmuşdur ki, “Azərkəndkimya” Respublika İstehsalat-Elmi Birliyi Nazirliyin tabeliyində birlik statusunda fəaliyyət göstərmişdir. Yuxarıda qeyd edilən Siyahının 2.11-ci bəndində (xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında mövcud olan vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış, lakin mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində birlik v ə təşkilatlarda mövcud olmuş vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmamışdır. Müvafiq uyğunlaşdırma aparılmadığından İddiaçı 1991-1998-ci illərdə “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.

41. Kollegiya qeyd edir ki, “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi “Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin strukturu və say tərkibi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda deyil, 2 nömrəli Əlavədə - Komitənin yanında olan birliklərin siyahısında nəzərdə tutulmuşdur. İddiaçının 1991-1998-ci illərdə işlədiyi “Azərkəndkimya” Respublika İstehsal at Elm Birliyi Azərbaycan SSR Dövlət AqrarSənaye Komitəsinin aparatında nəzərdə tutulmadığı və birlik statusunda fəaliyyət göstərdiyi, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparıldığı, həmin Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin və 1.16-cı bəndində isə Azərbaycan SSR (Naxçıvan MSSR) Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıldığı üçün, mübahisəli illər iddiaçıya münasibətdə dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilməz.

42. Birliyə büdcədən vəsait kö çürülməsinə gəldikdə, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq kollegiya qeyd edir ki, qurumun təsərrüfat hesablı olması ona büdcədən heç bir maliyyə vəsaiti ayrılmayacağı anlamını vermir. Belə ki, “Büdcə sistemi haqqında” Qanunun 1.1.24-cü maddəsində büdcənin tərtibi prosesində iştirak edən təşkilatlara mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri, büdcə gəlirlərinin icrasını təmin edən orqanlar, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlar, büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri, zərurət yarandıqda bələdiyyələr aid edilmişdir. Göründüyü kimi, təşkilat büdcədən maliyyələşməsə də, büdcədən maliyyə yardımı ala bilər. Yuxarıda istinad olunan Fərmandan isə görünür ki, orada konkret olaraq büdcə dən maliyyə yardımı alan deyil, dövlət büdcəsindən maliyyələşən təşkilatlar nəzərdə tutulmuşdur.

43. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2847/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar