Məhkəmə qərarları › İş №2-1(102)-583/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-583/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-583/2021 30.03.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1869/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********4660 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsini xahiş etmişdir.

2. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 166.1. 1-ci maddəsi ilə başlanılmış Q2000699 nömrəli cinayət işi üzrə icraat başa çatanadək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5411/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim – Mehriban Qarayeva) cavabdehin vəsatəti təmin edilməmişdir.

4. Cavabdeh apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1869/2020 nömrəli qərardadına əsasən (sədrlik edən – Elmira Nağıyeva, hakimlər – Vidadi Məmmədov və Namiq Cəfərov) apellyas iya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5411/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Məhkəmə qərardadı cavabdehə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.

7. Cavabdeh həmin qərardaddan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1869/2020 nömrəli qərardadının ləğv edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. b) Kassasiya şikayətinin mümkünlüyü

9. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Lakin kassasiya şikayəti nəzərdə keçirilərkən müəyyən olunmuşdur ki, cavabdeh qanunvericiliklə şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan kassasiya şikayəti vermişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 və cavabdehin vəkili Vəkil kassasiya şikayətinin mümkün hesab edilərək məhkəmə baxışının təyin olunmasını xahiş etmişdir.

11. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

13. Mülki Prosessual Məcəllə: Maddə 258.1. İş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Yuxarıda da qeyd edildiyi kimi, kassasiya şikayəti nəzərdə keçirilərkən müəyyən olunmuşdur ki, cavabdeh qanunvericiliklə şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan kassasiya şikayəti vermişdir.

15. Belə ki, hazırkı qərardadın 13-cü bəndində göstərilən normalardan aydın olur ki, tərəfin yalnız iş üzrə icraatın dayandırılması barədə qərardaddan şikayət vermək hüququ var və hazırkı qanunvericiliyə görə iş üzrə icraatın dayandırılmasına dair vəsatətin təmin edilməməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

16. Odur ki, cavabdehin apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərardadından kassasiya şikayəti vermək hüququ yoxdur.

17. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya mümkün sayılmayaraq cavabdehin kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1869/2020 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Cavabdehin kassasiya şikayətinin qəbulundan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar