Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-583/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyini giriş hissəsi: Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2251/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1958-ci il təvəllüdlü iddiaçı 1975-1980-ci illərdə təhsil almış, 03.11.1980-cı ildən 01.11.1981-ci ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası Tikintisinin direksiyasında Elektrik sexinə növbə rəisi, 01.11.1981-ci ildən 01.09.1982-ci ilədək Elektrik s exində böyük növbətçi elektrik montyoru, 01.09.1982-ci ildən 01.04.1986cı il tarixədək Elektrik sexində növbə rəisi, 01.04.1986-cı ildən 08.09.1987-ci il tarixədək Elektrik sexində Elektrotexniki laboratoriyada böyük mühəndis, 08.09.1987-ci ildən 06.02.1995-ci il tarixədək Elektrik sexində Elektrotexniki laboratoriyada usta, 06.02.1995-ci ildən 12.05.1997-ci il tarixədək Elektrik sexində Elektrotexniki laboratoriyada rəis, 12.05.1997-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 08.04.2003-cü ildən 29.05.2003cü il tarixədək Mingəçevir Ərazi Elektrik şəbəkəsində mühəndis, 02.06.2003-cü ildən 18.08.2006-cı il tarixədək Elektrik sexində elektrotexnik laboratoriyasında mühəndis, 21.08.2006-cı ildən 23.06.2010-cu il tarixədək "xxxx" MMC-də avtomatika xidmətinin rəisi və baş mühəndis müavin i vəzifələrində işləmiş, 24.06.2010-cu ildən hal-hazıradək "xxxx" MMC-də direktor müavini və baş mühəndis müavini işləyir. 2. "xxxx" ASC "xxxx" MMC-nın 06.05.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı zərərli iş şəraitində işlədiyi üçün 01.03.1990-31.02.1997-ci il tarixədək 12%, 02.06.2003-18.08.2006-ci il tarixədək 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir. 3. "xxxx" MMC tərəfindən iddiaçıya verilmiş istehsalat fəaliyyəti haqqında arayışda qeyd olunmuşdur ki, iddiaçı işlədiyi müddətdə 8 saatlıq iş günü ərzində enerji bloklarında, 1 və 2 saylı Qazan - Turbin sexlərində, 330/500 kv - luq APQ - də elektrik avadanlıqlarının sazlanması, təmiri və sınağı zamanı müxtəlif zərərli faktorların (hava axını, titrəmə, sahə gərginliyi və s.) təsirinə məruz qalmışdır.
4. İddiaçı 57 yaşd an güzəştli şərtlərlə pensiya təyini ilə bağlı 08.06.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 19.06.2020-ci il tarixli məktubla bildirmişdir ki, idarəyə təqdim etdiyi əmək kitabçasında 03.11.1980-18.08.2006-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyasının Elektrik sexində və Elektrotexniki laboratoriya sahəsində növbə rəisi, usta və böyük mühəndis peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə siyahıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq onu güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki i craat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququn yarandığı tarixdən, yəni 17.03.2015-ci ildən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya 57 yaşdan güzəştli pensiya təyini üçün 25 il ümumi, 12 il 06 ay güzəştli staj tələb olunur. İddiaçı 17.03.2015-ci il tarixə azı 25 il ümumi iş stajı vardır. 06.05.2019-cu il tarixli arxiv arayışından müəyyən edilmişdir ki, 03.11.1980 - 01.11.1981-ci il tarixlərdə (11 ay 28 gün) Elektrosexdə növbə rəisi NK-nin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 2 №-li “Siyahısı”nın “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməs inin “1.X6 stansiyaları” yarımbölməsində “elektrik sexlərinin növbə rəisləri” bəndi 2140100b—24043 koduna; 01.11.198101.09.1982-ci il tarixlərdə (10 ay) Böyük növbətçi-elektrik montyoru “qazanxanaların, turbin (buxar-qaz turbini) avadanlığının və yanacaqötürücü avadanlığın xidməti və təmiri ilə məşğul olan bütün adlarda elektrik montyorları” bəndi 2140100a—19820 koduna; 01.09.1982-01.04.1986-cı il tarixlərdə (03 il 07 ay) Elektrostansiyanın növbə rəisi “elektrik stansiyalarının növbə rəisləri ” bəndi 2140100lı—24043 koduna; 08.09.1987-06.02.1995-ci il tarixlərdə (07 il 04 ay 28 gün) Elektrik sexin elektrotexniki laboratoriyasında usta “avadanlığın təmiri üzrə ustalar, böyük ustalar” bəndi 2140100b—23362 koduna aiddir. İşlədiyi peşə və vəzifələr NK-nin 23.01.2007-ci il tarixli 12 nömrəli Qə rarı ilə təsdiq edilmiş “Siyahı”nın “24.1 X6 stansiyaları” yarımbölməsinə də uyğundur. Odur ki, 17.03.2015-ci il tarixə 25 ildən artıq ümumi, 12 il 09 ay 26 gün isə güzəştli iş stajı vardır. Bundan əlavə, "xxxx" MMC-nin istehsalat fəaliyyəti haqqında arayışında qeyd olunmuşdur ki, “o, işlədiyi müddətdə 8 saatlıq iş günü ərzində enerji bloklarında, 1 və 2 saylı Qazan-Turbin sexlərində, 330/500 kv-luq APQ-də elektrik avadanlıqlarının sazlanması, təmiri və sınağı zamanı müxtəlif zərərli faktorların (hava axını, titrəmə, sahə gərginliyi və s.) təsirinə məruz qalmışdır.” "xxxx" MMC-nin arxivində, Kadrlar şöbəsində və mühasibatlığında saxlanılan sənədlərə əsasən verilən arayışa əsasən Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyası - 26.11.1981-ci il tarixdə Azərbaycan Dö vlət Rayon Elektrik Stansiyası, 25.04.2003-cü il tarixdə "xxxx" MMC, 05.01.2006-cı il tarixdə "xxxx" MMC adlandırılmışdır. 11.03.2020-ci il tarixdən cavabdeh orqana ünvanladığı müraciətlərə baxmayaraq, o, 22.03 və 19.06.2020-ci il tarixli cavab məktubları ilə güzəştli şərtlərlə pensiya hüququnu təmin etməkdən imtina etmişdir. Sonuncu müraciətə NK-nin 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyahı”nın “24.1 X6 stansiyaları” yarımbölməsinə istinad edilmədən, yalnız “24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsinin “b” bəndindəki vəzifələr sadalanaraq, 1980-2006-cı illərdə işlədiyi sahənin Siyahıda qeyd olunan sahəyə uyğun olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi barədə cavab verilmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz tə qdim edərək bildirmişdir ki, iddiaçının dəlili əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyası iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə ya şa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 57 yaşı tamam olduğu 17.03.2015-ci il tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi. Hazırkı iş üzrə 2 və 3-cü şərtlərə əməl ed ilməmişdir. Belə ki, əmək kitabçasına əsasən iddiaçı 03.11.1980-18.08.2006-cı illər ərzində Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyasının Elektrik sexində və Elektrotexniki laboratoriya sahəsində növbə rəisi, usta və böyük mühəndis peşələrində işləmişdir. Lakin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsində (“Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı”) göstərilən sahələr ilə iddiaçının işləmiş olduğu sahələr uyğun deyildir. Belə olan halda iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi iddiaçı tələb edilən 12 il 6 ay güzəştli iş stajını tamamlamamışdır. Bu səbəbdən də qüvvədə olan qanun vericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X5, 2-1(112)-4175/2021 saylı iş) 2 iyun 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilənlərə əsasən iddiaçının 03.11.1980-18.08.2006-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyasının Elektrik sexində və Elektrotexniki laboratoriya sahəsində işlədiyi növbə rəisi, usta və böyük mühəndis peşələri həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahısında, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin siyahı”sında nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçı 01.01.2006-cı ilə qədər 12 il 6 ay güzəştli iş stajı yaranmır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Apellyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu ünvanlanaraq iş üzrə zərurət yarandığından ətraflı məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur.
12. Məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış məktubda qeyd olunmuşdur ki, iddiaçının işlədiyi "xxxx" MMC X6 Stansiyası deyildir. İddiaçının Elektrik sexində işlədiyi növbətçi elektrik montyo ru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 13-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar-güc təsərrüfatı bölməsinin a yarımbəndinin qazanxana, turbin (buxar-qaz-turbin) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmini edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları və bütün adlardan olan elektrik çilingərləri 2140000a-18455 vəzifə koduna və həmin bölmənin b) yarımbölməsinin avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin, buxar-qaz-turbin) yanacaq ötürmə, toz hazırlama 2140000b- 23 362 vəzifə koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 24-cü bölməsinin a) yarımbəndində qazanxana, turbin (buxarqaz-turbin) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları və bütün adlardan olan elektrik çilingərləri və həmin bölmənin b yarımbəndində avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin, buxar-qaz- turbin) yanacaq ötürmə, toz hazırlama vəzifələrinin xüsusiyyətləri ilə eynidir. İddiaçının işlədiyi Elektrik sexinin Elektrotexniki Lab oratoriyasında usta işlədiyi zaman avadanlığın daşınmadan, yəni qoyulmuş yerində təmiri ilə məşğul olmuşdur.
13. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X1-sədrlik edən və məruzəçi, X3 və X10, 21(103)-2251/2021 saylı iş) 8 oktyabr 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 8 dekabr 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, müəyyən edilənlərə əsasən iddiaçının 01.11.1981-01.09.1982-ci illərdə işlədiyi elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əm ək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 13-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar-güc təsərrüfatı” bölməsinin a) yarımbəndinin 2140000a -18455 vəzifə kodunda və 08.09.1987-06.02.1995-ci illərdə işlədiyi usta peşəsi həmin siyahıda 13-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar-güc təsərrüfatı” bölməsinin 2140000b - 23362 vəzifə kodunda təsbit olunduğundan həmin peşələr güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına hesablanmalıdır. Lakin iddiaçının çalışdığı digər vəzifələr nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, nə də ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda təsbit olunmadığından həmin vəzifələr güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına hesablana bilməz. Belə ki, iddiaçının işlədiyi mühəndis peşəsi qeyd edilən Siyahılarda yalnız atom stansiyalarında mühəndis peşəsi kimi, habelə elektrik sexinin növbə rəisi vəzifəsi yalnız yeraltı stansiyalardakı elektrik sexinin növbə rəisi vəzifəsi kimi nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi stansiya nə atom stansiyası, nə də yeraltı stansiya deyil. Siyahılarda yerüstü stansiyalarında yalnız qazanxana, turbin, yanacaq-götürmə qazan-turbin tozhazırla ma sexlərinin növbə rəisi vəzifəsi nəzərdə tutulsa da, iddiaçı elektrik sexinin növbə rəis vəzifəsində çalışmışdır. Qeyd olunanlara əsasən iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı cəmi 8 il 3 ay 28 gün təşkil edir.
15. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Məhkəmənin sorğusuna əsasən verilmiş 09.03.2021-ci il tarixli “işin xarakteri haqqında” arayışda iddiaçının işlədiyi növbə rəisi vəzifələri NK-nın 21.06.1993-cü il tarixli 320 nömrəli qərarının 2 nömrəli siyahısının “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsinin b) rəhbərlər və mütəxəssislər bəndindəki “qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaq ötürmə sexlərinin növbə rəisləri adlanan ******* b-24043 koduna uyğunlaşdırılsa da, buna hər hansı qiymət verilməmişdir.
17. Apellyasiya məhkəməsinin apardığı araşdırmadan və gəldiyi nəticədən belə müəyyən olunur ki, işin faktiki hallarını düzgün müəyyən etməmişdir. İddiaçı 03.11.198001.11.1981 tarixlərdə “yeraltı” stansiyada növbə rəisi, 01.11.1981-01.09.1982 tarixlərdə “yerüstü” stansiyada elektrik montyoru, 01.09.1982-01.04.1986 tarixlərdə yenidən “yeraltı” stansiyada növbə rəisi, 08.09.1987-06.02.1995 tarixlərdə yenidən “yerüstü” stansiyada elektrik sexin elektrotexniki laboratoriyasında usta işləmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10.03.2021 -ci il tarixli 2-1(102)-170/2021 №-li presedent qərarına əsasən iddiaçı ilə eyni müəssisədə, bir neçə il fərqlə olsa da, məhz həmin növbə rəisi sahələrində işləmiş vətəndaş X2 güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı hesablandığından, hazırki iş üzrə də tətbiq olunmalıdır. Digər halda, eyni müəssisədə, bir neçə il fərqlə işləmiş iddiaçılara fərqli hüquqi yanaşma qanunçuluq, ədalət, hüquqi müəyyənlik və bərabərlik prinsiplərinə ziddir.
19. Şikayət əsaslandırılarkən İnzibati Prosessual Məcəllənin 90, 91 94-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. (01.07.2017-ci il tarixinədək qüvvədə olan redaksiyası) Axırıncı iş yerindən a sılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respu blikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalar”ı (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə əsasən, Qanunun 9-cu maddəsinə əsa sən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
25. İddiaçının kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Ali Məhkəmənin İnzibati Koll egiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. Hazırkı qərarın 24-cü bəndində göstərilən normaların tələblərindən görünür ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: a) AR Nazirlər Kabinetinin 23.01.2007-ci i l tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; b) ümumi iş stajı minimum 25 il olmalı; c) xüsusi və ümumi iş stajı 01.07.2017-ci il tarixədək mövcud olmalı; ç) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
31. İddiaçının ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Tərəflərin mübahisələndirdiyi hal iddiaçının zəruri güzəştli iş stajının olmamasıdır. Belə ki, iddiaçı işlədiyi peşələrin Nazirlər Kabinetinin 2007-ci il tarixli Siyahısında əks olunduğuna istinad edərək 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yarandığını bildirmiş, məhkəmə isə iş materiallarındakı arayışlarla iddiaçının güzəştli iş stajının təsdiq olunmadığını qeyd etmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 22-ci bəndinin məzmunundan aydın olur ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməsi mütləqdir.
33. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının 01.11.1981-01.09.1982-ci illərdə işlədiyi elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 13-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar-güc təsərrüfatı” bölməsinin a) yarımbəndinin 2140000a -18455 vəzifə kodunda və 08.09.1987-06.02.1995-ci illərdə işlədiyi usta peşəsi həmin siyahıda 13-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar-güc təsərrüfatı” bölməsinin 2140000b - 23362 vəzifə kodunda təsbit olunduğundan həmin peşələr güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına hesablanmalıdır.
34. İddiaçının çalışdığı digər vəzifələr nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, nə də ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin in 13.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda təsbit olunmadığından həmin vəzifələr güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına hesablana bilməz. Belə ki, iddiaçının işlədiyi mühəndis peşəsi qeyd edilən Siyahılarda yalnız atom stansiyalarında mühəndis peşəsi kimi, habelə elektrik sexinin növbə rəisi vəzifəsi yalnız yeraltı stansiyalardakı elektrik sexinin növbə rəisi vəzifəsi kimi nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi stansiya nə atom stansiyası, nə də yeraltı stansiya deyil. Siyahılarda yerüstü stansiyalarında yalnız qazanxana, turbin, yanacaq-götürmə qazan-turbin tozhazırlama sexlərinin növbə rəisi vəzifəsi nəzərdə tutulsa da, iddiaçı elektrik sexinin növbə rəis vəzifəsində çalışmışdır.
35. Göründüyü kimi, iddiaçı kassasiya şikayətinin dəlillərində arxiv arayışları ilə güzəştli iş stajının təsdiq olunduğunu bildirsə də, işə apellyasiya instansiya məhkəməsi tərəfindən baxılarkən həmin arayışlara əsasən iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün tələb edilən zəruri güzəştli iş stajının (12 il 6 ay) olması müəyyən olunmamışdır.
36. Beləliklə, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlamışdır.
38. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.12.2021-ci il tarixli, 2-1(103)2 251/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 21(103)-2251/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.