Məhkəmə qərarları › İş №2-1(102)-583/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-583/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-583/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunv ericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1619/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə və iddiaçı tərəfindən verilmiş müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıya münasibətdə 2017-ci ilin sentyabr ayından 2020-ci ilin avqust ayınadək olan vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması keçirilmişdir.

2. Yoxlanılan dövr ərzində iddiaçı faktiki olaraq tibbi avadanlıqların satışı fəaliyyəti ilə məşğul olmuşdur.

3. Yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış, xx.xx.2021-ci il tarixdə başa çatdırılmış və xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmişdir.

4. Həmin akt əsasında cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********155694 nömrəli qərar qəbul edilərək, iddiaçıya 2017-ci il üzrə 24265,52 manat mənfəət vergisi, 17751,42 manat ƏDV, 2018-ci il üzrə 197623,15 manat mənfəət vergisi, 349618,41 manat ƏDV, 9,40 manat əmlak vergisi, 2019-cu il üzrə 123427,69 manat mənfəət vergisi, 94396,51 manat ƏDV, 2020-ci üzrə 0,02 manat ƏDV hesablanmış, eləcə də Vergi Məcəlləsinin 58.1-ci maddəsinə uyğun olaraq müvafiq məbləğlərdə maliyyə sanksiyaları tətbiq edilmişdir. Qərarla həmçinin, Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən iddiaçıya 254829,16 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və iddiaçının fəaliyyəti üzrə 0,03 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi məbləğinin artıq hesablandığı müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155694 nömrəli qərarın “345316,36 manat əlavə olaraq mənfəət vergisinin hesablanması, həmin məbləğə dair 172658,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 461766,36 manat əlavə olaraq ƏDV hesablanması, həmin vergi məbləğinə dair 230893,29 manat mali yyə sanksiyasının tətbiq edilməsi, 254829,16 manat məbləğində (Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən) maliyyə sanksiyanın tətbiq edilməsi” hissəsində ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçıya münasibətdə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama dövrü 2017 – 2020-ci illəri əhatə etmişdir. Keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə xx.xx.2022-ci il tarixli, **********149046 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Aktda qeyd edilənlər faktiki vəziyyəti özündə olduğu kimi əks etdirmədiyindən və səyyar vergi yoxlaması qanunvericiliyin tələbləri pozulmaqla aparıldığından, iddiaçı həmin aktı imza etməkdən imtina etmişdir. Yoxla ma aktında qeyd edilənlərlə iddiaçı razılaşmadığından, akta dair etiraz verərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Davamı olaraq, aparılan səyyar vergi yoxlamasına dair cavabdeh tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********155694 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsassız və qanunsuz olduğundan məhkəmə qaydasında ləğv olunmalıdır. İddiaçıya qanunsuz olaraq, əlavə vergi və maliyyə sanksiyaları hesablanmışdır: 345316,36 manat mənfəət vergisi, həmin məbləğə dair 172658,19 manat maliyyə sanksiyası; 461766,36 manat əlavə dəyər vergisi, həmin vergiyə dair 230893,29 manat maliyyə sanksiyası; 254829,16 manat Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə istinad edilərək maliyyə sanksiyası. Əlavə olaraq cəmi 807082,72 manat vergi hesablanmış və 658380,64 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarda mənfəət vergisi üzrə əlavə verginin hesablanmasına iddiaçının dövriyyəsinin bəyan etdiyi məbləğdən çox olması, həmçinin iddiaçının gəlirdən çıxılan xərclərinin bəyan etdiyi məbləğdən az olması səbəb kimi göstərilir. Lakin cavabdeh tərəfindən qəbul edilən məsuliyyət qərarında dövriyyənin azalmasının, xərclərin artırılmasının nədə ifadə olunması öz əksini tapmamışdır. Yəni iddiaçı tərəfindən bəyan edilmiş konkret olaraq hansı xərclərin artırıldığı məsuliyyət qərarında əksini tapmamış dır. Mübahisələndirilən qərarda əlavə vergi məbləğinin hesablanmasının hüquqi əsası kimi, Vergi Məcəlləsinin 67.1 və 67.1.9-cu maddələrinə istinad edilir. Yoxlama zamanı bütün zəruri sənədlər yoxlayıcıya təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar aparılmamışdır. Bu səbəbdən də, Vergi Məcəlləsinin 67.1 və 67.1.9-cu maddələri iddiaçıya tətbiq edilə bilməz. Bununla sübut olunur ki, iddiaçı dövriyyəsini və gəlirdən çıxılan xərclərini faktiki vəziyyətə uyğun olaraq bəyan etmiş, buna istinadən vergilərini düzgün hesablamış və ödəmişdir. Əlavə hesablanan ƏDV cavabdeh tərəfindən əsassız və qanunsuz artırılmış dövriyyəyə istinadən hesablandığından, həmin ƏDV məbləği və onunla bağlı maliyyə sanksiyası qanunsuzdur. Qərarda əlavə ver gilərin hesablanması ekspertiza rəyinə əsaslanmışdır. Bazar qiymətini müəyyən etmək üçün "xxxx" MMC tərəfindən hazırlanmış ekspertiza rəyində göstərilən qiymətlər real bazar qiymətlərini əks etdirmir. Belə ki, ekspertiza rəyində qiymətlərin formalaşmasında hansı mənbələrdən istifadə olunması qeyd olunmamış və nəticə etibarı ilə bazarda mövcud olmayan qiymətlər rəydə öz əksini tapmışdır. Hətta rəydə qeyd edilən məlumatlarla (dövriyyə) yoxlama aktında və məsuliyyətə cəlbetmə haqqında qərarda istinad edilən analoji məlumatlar arasında ziddiyyət vardır. Həmçinin Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin xx.xx.2019-cu il tarixdən qüvvədə olan tələbləri 2017 – 2018-ci illərdə təqdim edilmiş mallarla bağlı vergi hesablanmasına tətbiq edilməməlidir. 2019-cu ildə təqdim olunmuş mallarla gəldikdə isə, müəssisənin həmin dövr üzrə bəyan etdiyi vergi tutulan dövriyyəsi özünün faktiki satış üzrə dövriyyəsindən 2048969,97 manat artıq olmuşdur. Bu səbəbdən ekspert rəyi əsasında əlavə dövriyyə və vergi məbləğləri hesablanması qanunsuzdur. İddiaçı ekspert rəyində göstərilənlərlə razılaşmadığı barədə rəsmi olaraq vergi orqanına müraciət etməsinə baxmayaraq, cavabdeh Vergi Məcəlləsinin 44.11-ci maddəsinin tələblərini kobudcasına pozmuşdur. Həmçinin 2019-cu ilin fevral, sentyabr, noyabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim olunan yük gömrük bəyannamələri barədə məlumatlar vergi orqanına daxil olmadığından, əvəzləşdirilmiş 295,20 manat ƏDV nəzərə alınmamışdır. Lakin həmin YGB-lər vergi yoxlaması zamanı vergi orqanına təqdim edilmişdir. Mübahisələndirilən qərarda qeyd edilir ki, iddiaçı tərəfindən mallar təqdim edilən zaman, elektron qaimələr təqdim edilməmişdir, bununla da Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinin tələbləri pozulmuşdur. Yoxlama aktında və ya qərarda qeyd edilən faktın konkret nədən ibarət olması, nə zaman baş verməsi öz əksini tapmamışdır. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması halları ilə bağlıdır. Yəni cavabdehin əsassız gəldiyi nəticəyə belə həmin maddənin aidiyyəti yoxdur. Qeyd edilməlidir ki, mallar fiziki şəxslərə pərakəndə satış qaydasında təqdim edilmişdir və həmin şəxslərin vergi ödəyicisi statusuna malik olub-olmamasının yoxlanılması mümkün olmamışdır, onlar satışla bağlı elektron qaimə-faktura və vergi hesab fakturası tələb etməmişlər. O dur ki, həmin sənəd tərtib olunmadan malların satışına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq olunması qanunsuzdur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə görə, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.

7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, əlavə dəyər vergisi bəyannamələrinin düzgünlüyü yoxlanılmış və yoxlamanın nəticəsi kimi vergi ödəyicisi tərəfindən malların alışını təs diq edən sənədlər qeyd edilməklə təqdim olunmuş malların satış qiymətləri və NKA-nın “Z” hesabatı, o cümlədən 2020-ci il üzrə material hesabatları təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 43.11-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edilmiş, sənədlərin götürülməsi barədə Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1(112)-3383/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Sənədlər qanunla müəyyən edilmiş müddətdə təqdim edilmədiyindən, vergi ödəyicisinin real gəlirini müəyyən etmək mümkün olmamış və xx.xx.2021-ci il tarixli, **********151897 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərar çıxarılaraq yoxlamaya ekspert cəlb edilmiş və ekspert tərəfindən müvafiq rəy verilmişdir. Ekspert rəyinə əsasən vergi ödəyicisinin ümumi dövriyyəsinin 2563740,6 5 manat olduğu müəyyən edilmiş, yoxlanılan dövr üzrə ümumilikdə azaldılmış 2563740,65 manat dövriyyə fərqinə 18% dərəcə ilə 461473,32 manat ƏDV hesablanmışdır. Yoxlama zamanı müəssisənin mənfəət vergisi yoxlanılarkən malların bazar qiymətini müəyyən etmək üçün ekspert tərəfindən verilmiş rəydəki qiymətlər əsas götürülərək vergi ödəyicisinin gəliri müəyyən edilmişdir.Bundan əlavə yoxlama zamanı vergi ödəyicisinin uçot məlumatları ilə baza məlumatlarının uyğunluğu yoxlanılmış, nəticədə illər üzrə əks etdirilmiş malın dəyərinin artıq silinməsi və dövriyyənin azaldılması müəyyən edilmişdir. Belə ki, yoxlama ilə vergi ödəyicisinin 2017-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 1383429,66 ma nat deyil, 1539939,48 manat olduğu müəyyən edilmişdir. Həmin dövr üzrə vergi ödəyicisinin cəmi xərclərinin 1363948,41 manat, o cümlədən malın dəyərinin 1234479,91 manat, 2018-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 5169242,49 manat deyil, 7643931,04 manat olduğu aşkar edilmişdir, həmin dövr üzrə vergi ödəyicisinin cəmi xərclərinin 6454334,20 manat, o cümlədən malın dəyərinin 6042014,79 manat, 2019-cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində malların təqdim edilməsindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 12741138,61 manat deyil, 13387249,56 manat olduğu aşkar edilmişdir, həmin dövr üzrə vergi ödəyicisinin cəmi xərclərinin 11730251,85 manat, o cüml ədən malın dəyərinin 10692168,64 manat olduğu aşkar edilmişdir. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi ödəyicisinin 2017-ci il üzrə ödəməli olduğu mənfəət vergisinin (keçmiş illərin 35182,34 manat zərəri nəzərə alınmaqla) 24265,52 manat, 2018-ci il üzrə 237919,37 manat, 2019-cu il üzrə 331399,54 manat, ümumilikdə azaldılmış mənfəət vergisinin 345316,36 manat olduğu müəyyən edilmişdir. Müəssisə tərəfindən 621588,44 manat dəyərində tibbi avadanlıqlar üzrə mal qalığı olduğu müəyyən edilmişdir, həmin dövr ərzində 5789778,36 manat dəyərində tibbi avadanlıq idxal edilmiş, daxili bazardan 814824 manat dəyərində mal alınmış, həmin il ərzində e-qaimə ilə təqdim edilmiş tibbi avadanlıqların dəyərinin 4202064,18 manat olduğu nəzərə alınaraq, ilin sonuna 475835,04 manat dəyərində tibbi avadan lıqlar üzrə qalıq dəyəri çıxılmış, nəticədə 2548291,58 manat dəyərində tibbi avadanlıqların Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura ilə təqdim edilməli olduğu halda malların elektron-qaimə faktura verilmədən təqdim edilməsinə görə 2548291,84 manat məbləğin 10%-i həcmində, yəni 254829,18 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2021-ci il tarixli, **********752900 nömrəli məktubla vergi ödəyicisinə müraciət edilmişdir. Vergi Məcəlləsinin 23-cü maddəsinə görə, həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. İddia ərizəsində qeyd edilmişdir ki, Ve rgi Məcəlləsinin 67-ci maddəsinə istinad edilməsi qanunsuzdur. Bununla bağlı qeyd olunmalıdır ki, vergi ödəyicisi tərəfindən malların alışını təsdiq edən sənədlər qeyd edilməklə təqdim edilmiş malların satış qiymətləri və NKA-nın “Z” hesabatı, o cümlədən 2020-ci il üzrə material hesabatları təqdim edilməmişdir, buna uyğun olaraq da vergi ödəyicisinin təqdim etdiyi sənədlərə istinad etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə istinad edilməsi də qanuna ziddir. Vergi ödəyicisinin təqdim etdiyi mallar istehlak xarakterli mallar hesab edilmədiyindən və həmin mallar sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulduğundan həmin malların təqdim edilməsi elektron qaimə faktura ilə və nağdsız qaydada həyata keçirilməli idi. Qeyd edilənlərə müvafiq olaraq vergi öd əyicisinə maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Rüstəm Kərimli) 03 oktyabr 2022-ci il tarixli, e-2-1(112)-7922/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********155694 nömrəli qərarı “345316,36 manat əlavə olaraq mənfəət vergisinin hesablanması, həmin vergi məbləğinə 172658,19 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 461766,36 manat əlavə olaraq ƏDV hesablanması, həmin vergi məbləğinə 230893,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 254829,16 manat məbləğində (Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən) maliyyə sanksiyanın tətbiq edilməsi” hissəsində ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əs aslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçının fəaliyyəti üzrə növbəti səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin yoxlamanın aparıldığı dövrdə qüvvədə olan tələbləri səyyar vergi yoxlamasının 30 gündən (təqvim günündən) artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 13 aydan artıq vaxt davam etmiş, bu müddət ərzində 2 dəfə “müddətin uzadılması barədə” qərar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarda üm umi ifadələr yazılmaqla kifayətlənilmiş və formal şəkildə əsaslandırılmışdır. Bundan başqa, vergi orqanı yoxlamanın gedişində 10 dəfə “yoxlamanın dayandırılması barədə” qərar qəbul edərək bu qərarın qəbulunu məhkəmənin icraatında “sənədlərin götürülməsi” tələbi üzrə işin olması ilə əsaslandırmış və yoxlamanın gedişatını həmin iş üzrə məhkəmə qərarının qanuni qüvvəyə minənədək dayandırılmasını qərara almışdır. Lakin müvafiq iş üzrə məhkəmə qərarının qəbulu xx.xx.2021-ci il tarixə təsadüf etsə də, vergi orqanı xx.xx.2021-ci il tarixdə, yəni 2 gündən sonra həmin qərarın qanuni qüvvəyə minməsini gözləmədən “yoxlamanın bərpa edilməsi“ və “ekspertiza təyin edilməsi” barədə qərarlar qəbul etmişdir. Bununla da, “yoxlamanın dayandırılması barədə” qərarın formal olaraq qəbul olunmamasına ehtimallar aradan qalxmış olur. Hazırkı işin hallarından görünür ki, inzibati orqan yoxlama keçirərkən 30 günlük müddəti təqvim günü ilə deyil, iş günü ilə hesablamış, bununla da yoxlamanın müddətini əsassız olaraq 25 gün uzatmışdır. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin müddəalarında səyyar vergi yoxlamasının müddətinin “iş günü” ilə hesablanması barədə müvafiq dəyişiklik xx.xx.2022ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, yoxlamanın keçirildiyi 1 il 1 aydan artıq müddət həmin tarixdən əvvəlki dövrə təsadüf edir. Bütün göstərilənlər, səyyar vergi yoxlamasının aparılmasında Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət meyarlarının kobud pozuntusu qismində qiymətləndirilməlidir.

10. Vergi orqanı yoxlamanın gedişində müvafiq qərarlarla vergi ödəyicisi kimi hazırkı iddiaçının 2017 – 2018-ci illərdə təqdim etdiyi malların real bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş və ekspert rəyində əks olunan qiymətlər nəzərə alınmaqla, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsaslanaraq bazar qiyməti əsasında dövriyyə müəyyən etmiş və həmin dövriyyəyə uyğun əlavə mənfəət vergisi və ƏDV məbləğləri hesablamışdır. Lakin Vergi Məcəlləsinin həmin maddəsinin xx.xx.2019-cu il tarixdən qüvvədə olan tələbləri yuxarıda qeyd olunan 2017 – 2018-ci illərdə təqdim edilmiş mallarla bağlı vergi münasibətlərinə tətbiq edilə bilməz. Vergi Məcəlləsinin həmin dövrdə (xx.xx.2019-cu il tarixədək) qüvvədə olan tələbləri isə, bu hallarda bazar qiymətinin tətbiqinə yol vermir. 2019-cu ildə təqdim olunmuş mallara gəldikdə i sə, iddiaçının həmin dövr üzrə vergi orqanına təqdim etdiyi bəyannamələrdə malların satışı üzrə dövriyyəni ekspert rəyi əsasında hesablanmış dövriyyə ilə müqayisə etdikdə, 30%-dən çox fərqlənməklə aşağı qiymətə satılan malların toplam dövriyyəsi 1675219,72 manat təşkil edir. Halbuki, iddiaçının həmin dövr üzrə bəyan etdiyi vergi tutulan dövriyyəsi özünün faktiki satış üzrə dövriyyəsindən 2048969,97 manat artıq olmuşdur. Ona görə də ekspert rəyi əsasında əlavə dövriyyə və vergi məbləğləri hesablana bilməz.

11. Vergi orqanının xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, 2019-cu ilin fevral, sentyabr, noyabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim olunan 4 yük gömrük bəyannaməsi Dövlət Gömrük Komitəsindən vergi orqanına daxil olmuş məlumatlarda mövcud olmadı ğından, əvəzləşdirilmiş 295,20 manat ƏDV nəzərə alınmamışdır. Lakin həmin YGB-lər məhkəmə icraatında təqdim edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bununla da, məhkəmə icraatında müəyyən edilir ki, həmin ƏDV məbləğinin əvəzləşdirilməməsi əsasız olmuşdur.

12. Müvafiq mallar fiziki şəxs olan istehlakçılara pərakəndə satış qaydasında təqdim edildiyindən, həmin şəxslərin vergi ödəyicisi statusuna malik olub-olmamasının yoxlanılması vergi ödəyicisi kimi hazırkı iddiaçının vəzifəsi deyil. Eləcə də həmin şəxslər malların satışı ilə bağlı elektron qaimə faktura və vergi hesab fakturası tələb etmədiyindən, belə sənəd tərtib olunmadan aparılmış əməliyyata görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq oluna bilməz.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Aytən Oruczadə) 06 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1619/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya sı məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və cavabdehin qanunvericilikdə səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş müddətlərin iş günü kimi qəbul edilməsinin nəzərdə tutulması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyri-iş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayına bərabər ola bilər.

16. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən iddiaçının 2017-2018-ci illərdə satdığı eyni cinsli malların qiymətində 30 gün ərzində 30 faizdən çox (aşağı və yuxarı) fərqlə satış etməsi müəyyən edilmir. İşin obyektiv araşdırılması məqsədi ilə, Kollegiya tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə kompleks (əmtəəşünaslıq və mühasibatlıq) məhkəmə ekspertizası təyin edilmiş və ekspertlər qarşısında qoyulan suallardan ikisi cavabdehin yuxarıda qeyd edilən dəlili ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ver ilmiş xx.xx.2023-cü il tarixli, 9/2842-9/2843 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının 2017-2018-ci illərdə 30 gün ərzində (vergi ödəyicisinin) eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsinin 30 faizdən çox aşağı və yuxarı fərqlənməsi (dəyişməsi) müəyyən olunmur. Eyni zamanda, rəydə qeyd edilir ki, yuxarıda göstərilənlərə, təqdim edilmiş iş materiallarına əsasən və hesablamalara dair qanunvericiliyin tələbləri nəzərə alınmaqla iddiaçının xx.xx.2019 sentyabr 2020-ci illərdə 30 gün ərzində (vergi ödəyicisinin) eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdiyi qiymətlərin səviyyəsi bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən (çox aşağ ı və yuxarı) fərqlənməsi müəyyən olunmur.

17. Bundan başqa, ekspert rəyində məhkəmənin “iddiaçının özünün yoxlanılan dövr üzrə bəyan etdiyi vergi məbləğləri düzgün olaraq göstərilmişdirmi” sualına cavab olaraq qeyd edilmişdir ki, hazırkı rəyin məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə hissəsində müəyyən olunan satış dəyəri, təqdim edilmiş iş materiallarında olan sənədlər (e-qaimə, fakturalar, bank çıxarışları, ödəniş tapşırıqları, ƏDV depozit hesabından çıxarışlar, e vergi hesab fakturalar, qəbzlər, YGB-lər, invoyslar, müqavilələr və s.) və elektron daşıyıcıda (USB) məlumatlar (satışla bağlı e-qaimə fakturalar və s.) nəzərə alınmaqla vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan fəaliyyət dövrü üzrə bəyan (ƏDV və mənfəət) etdiyi vergi məbləğlərinin düzgün ola raq göstərildiyi müəyyən edilir.

18. Bundan başqa, cavabdeh apellyasiya şikayətində 4 yük gömrük bəyannaməsinin məhkəmə icraatında cavabdehə təqdim edilmədiyini və bu sənədlərin Dövlət Gömrük Komitəsindən vergi orqanına təqdim edilməməsinin həmin sənədlərin həqiqiliyini şübhə altına aldığını bildirmişdir. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 4 yük gömrük bəyannaməsi məhkəmə icraatında təqdim edilmiş, həmçinin həmin sənədlər elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Həmin sənədlərin mötəbərliyi məsələsinə gəldikdə isə, cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsində qeyd edilir ki, inzibati icraat zamanı işin faktik i halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçının təqdim etdiyi gömrük bəyannamələrinin mötəbər olmaması ilə bağlı cavabdehin dəlili də əsassızdır.

19. Bundan başqa, cavabdehin apellyasiya şikayətinin bir dəlili də ondan ibarət olmuşdur ki, iddiaçı elektron qaimə-faktura təqdim etməli olduğu halda, malları elektron qaimə-faktura verilmədən təqdim etdiyinə görə ona 254829,16 manat məbləğində maliyyə sanksiyası düzgün tətbiq edilmişdir. Apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə apell yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının malları alıcıya satışını (təqdim etməsini) Vergi Məcəlləsində müəyyən edilmiş qaydada nəzarət kassa aparatının çekini təqdim etməklə həyata keçirdiyi işin mübahisəsiz halı olduğu halda, iş materiallarında iddiaçıdan mal alan alıcılar tərəfindən malın alınması zamanı qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab fakturasının tərtibinin tələb edildiyini və iddiaçı tərəfindən bu tələbin təmin edilmədiyini təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Bundan əlavə, kollegiyanın qənaətinə görə qaimə-faktura bunu yalnız alıcı tələb etdiyi halda tərtib edilə bilər, əks halda nəzarət kassa aparatının çeki alıcıya təqdim edilir. Çünki, satıcının alıcıdan həmin malı hansı məqsədlə aldığını bəyan etməsini tələb etmə k hüququ və öhdəliyi yoxdur.

20. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (səyyar vergi yoxlaması aktının əhatə etdiyi 2017-2019-cu illərə dair dövrdə qüvvədə olan) 56.1-ci maddəsinə görə, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. İş materiallarından isə görünür ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə xx.xx.2022-ci il tarixli qərarla cəlb edilmişdir. Yəni iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulmasını fərz etsək, bu halda belə, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmiş olur.

21. Cavabdeh kassasiya şikayəti ver ərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikası nın vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 14.3 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə; Maddə 14.3 (xx.xx.2019-cu il tarixdən xx.xx. 2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə. Maddə 14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. Maddə 14.5. Bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun. Maddə 14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti b u maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Maddə 14.6.3. Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Maddə 38.2 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Maddə 38.2 (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada). Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 58.13 (xx.xx.2019-cu il tarixdən Vergi Məcəlləsinə əlavə edilmişdir, xx.xx.2020-ci il tarixədək olan redaksiyada). Bu Məcəlləyə əsasən elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilm əli olduğu halda malların elektron qaiməfaktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 104.1. Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidə n azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Maddə 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131. 3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkə mə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanu nvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən səyyar vergi yoxlaması qərarının ləğvi üçün əsasların mövc udluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına münasibətlərin yarandığı dövrdə qüvvədə olan hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşa ğıdakıları qeyd etməyi zəruri hesab edir.

34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına görə, ən azından yoxlanılan dövr ərzində iddiaçı tibbi avadanlıqların satışı ilə məşğul olmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıya münasibətdə 2017-ci ilin sentyabr ayından 2020-ci ilin avqust ayınadək olan vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması keçirilmişdir. İddiaçının tətbiq etdiyi qiymətlərlə razılaşmayan cavabdeh ekspert cəlb etməklə satış qiymətlərini bazar qiyməti tətbiq olunmaqla müəyyən etmiş, hesablamanı "xxxx" MMC-nin bazar qiymətini əks etdirən rəyinə istinadən aparmış və nəticədə mübahisələndirilən qərarı qəbul etmişdir.

35. Həmçinin, cavabdeh, iddiaçının malları pərakəndə qaydada deyil, topdansatış qaydasında vergi ödəyici lərinə satdığını ehtimal etməklə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ona münasibətdə maliyyə sanksiyası tətbiq etmişdir.

36. Bununla bağlı nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə məsələ Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyası ilə tənzimlənir və həmin tənzimləmə xx.xx.2019-cu il tarixdən dəyişikliyə məruz qalmışdır. Qeyd edilən normanın əvvəlki redaksiyasına görə, 30 faiz nisbəti vergi ödəyicisinin öz qiymətləri arasındakı fərqə əsasən müəyyən edilirdi. xx.xx.2019-cu il tarixdən isə vergi ödəyicisinin tətbiq etdiyi qiymətlər bazarda eyni (analoji) mal (iş, xidmət) üçün mövcud olan qiymətlərin səviyyəsindən 30 faiz fərqləndiyi halda, bazar qiyməti tətbiq olunmalıdır. Bu baxımdan iddiaçının 2017-2018-ci illər üzrə f əaliyyətinə münasibətdə ümumiyyətlə həmin normanın yeni redaksiyası şamil oluna bilməzdi və bunu iddia etməkdə iddiaçı haqlı sayılmalıdır.

37. Birinci və apellyasiya instansiyası məhkəmələrinin istinad etmədiyi əsas konseptual yanaşma ondan ibarətdir ki, vergi orqanı bazar qiymətinin tətbiqi ilə bağlı ardıcıllığa dair Vergi Məcəlləsinin müvafiq normalarına riayət etmədən birbaşa ekspertiza qaydasında qiymətləri müəyyən etməyə çalışmışdır. Halbuki bununla bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi mövcuddur və həmin mövqeyə görə, Vergi Məcəlləsinin 14.6-cı maddəsi ilə bazar qiymətinin müəyyən olunması Vergi Məcəlləsinin 14.4 və 14.5-ci maddələri ilə bazar qiymətini müəyyən etmək mümkün olmadığı hallarda və təqdirdə keçərlidir. Vergi Məcəlləsinin 14.4-cü maddəsinə görə, bazar qiyməti ma l (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin.

38. Eləcə də Vergi Məcəlləsinin 14.5-ci maddəsinə görə, bazar qiyməti müəyyənləşdirilərkən, bu Məcəllənin 18-ci maddəsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyat yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri h əmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun.

39. Qeyd olunan üsullar nəticə vermədiyi təqdirdə, Vergi Məcəlləsinin 14.6.3-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa əməl olunmaqla bazar qiyməti müəyyən edilməlidir. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş halları isə Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinin birbaşa tətbiqini istisna edir. Belə ki, Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən, malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Yəni hazırkı mübahisəyə münasibətdə cavabdeh ilk növbədə həmin maddədə nəzərdə tutulan üsulları araşdırmalı və tətbiq etməli idi. Lakin iş üzrə materiallarda qeyd ol unan qaydanın tətbiqinə dair təsdiqedici sənəd mövcud deyildir.

40. Həmçinin, iş üzrə ekspert qismində rəy verən "xxxx" MMC-nin əməkdaşı X1 iltizamda Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə bilə-bilə yalan rəy verməyə görə məsuliyyət barədə xəbərdar olunmadığına görə, onun rəyi də ekspert rəyi kimi qiymətləndirilə və mötəbər hesab oluna bilməz.

41. Həmçinin yoxlamanın Vergi Məcəlləsinin 38.2-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun olaraq 30 təqvim günü və ümumilikdə 90 təqvim günü müddətində aparılmadığı və bununla da müddətlə bağlı tələblərin də pozulduğu nəzərə alınmalıdır.

42. İddiaçıya Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsinə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh artıq bununla bağlı formalaşmış vahid məhk əmə təcrübəsinə əməl etməyə və ona uyğun davranmağa borcludur. Belə ki, məhkəmə təcrübəsinə görə, satışın topdansatış və ya pərakəndə satış fəaliyyəti hesab olunması baxımından malın (işin, xidmətin) satış həcmi qanunvericilikdə müəyyən olunmamışdır. Bundan əlavə, eyni predmet üzrə iddiaçıya operativ vergi nəzarəti tədbiri qaydasında maliyyə sanksiyası tətbiq olunmuş və həmin iş üzrə yekun məhkəmə aktı qüvvəyə minmişdir (iş materiallarında Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 21(102)-902/2023 nömrəli qərarı mövcuddur).

43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qəra rı dəyişdirilmədən saxlanılmalıdır.

44. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya instansiyası məhkəməsinə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edərək, mübahisələndirilən qərarın icrası ilə bağlı bütün tədbirlərin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

45. Bununla bağlı nəzərə almaq lazımdır ki, İPM-in 41-ci və 42-ci maddələrinə əsasən, inzibati aktların icrasının dayandırılmasına dair müvəqqəti xarakterli müdafiə icraatlarında ərizəçi “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş mənada əlverişsiz (yükləyici) inzibati aktın çıxarılması ilə artıq onun hüququna edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaq istəyir. Çünki inzibati aktın icras ının dayandırılması növündə tətbiq edilən təminat tədbirində məqsəd inzibati orqanın inzibati aktın icrasını təmin etməyə yönəlmiş iradəsini müvəqqəti olaraq ortadan qaldırmaq, artıq inzibati aktın çıxarılması ilə hüquqa edilmiş müdaxiləni müvəqqəti olaraq dayandırmaqdır.

46. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçının iddiası aşağı instansiya məhkəmələri tərəfindən təmin olunduğundan, hazırkı məhkəmə icraatında cavabdehin kassasiya şikayəti təmin edilmədiyindən və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldığından, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizəyə baxılmasına və bu barədə əlavə qərardad çıxarılmasına lüzum qalmır.

47. Belə ki, İPM-in 44.4-cü maddəsinə əsasən, müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1619/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. İddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi mümkün sayılmır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar