Məhkəmə qərarları › İş №2-1(102)-584/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-584/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-584/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraatın dayandırılmasına dair qərardadın mübahisələndirilməsi; hüquq varisliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı (üçüncü şəxslər Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB və Bakı şəhəri Nərimanov RİH) “mənzillə təmin edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 2020-ci il 05 oktyabr tarixli, 2-1(103)-517/2020 nömrəli qərardadından iddiaçının vərəsəsi X2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən yaradılmış komissiyanın qərəzli qərarları əsasında iddiaçının mənzil növbəlik hüququnun, eləcə də mənzil almaq hüququnun kobud surətdə pozulduğuna görə kompensasiya şəklində ona cavabdeh tərəfindən əlillik kateqoriyasından asılı olmayaraq hər hansı bir əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən birində ailə tərkibinə və mənzil növbəliyinə uyğun mənzil şərait i ilə təmin edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 nömrəli, 2016cı il 31 oktyabr tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, 2003-cü il 08 iyul tarixdə 1-ci qrup gözdən əlil kimi Cavabdeh2ndə mənzil növbəsinə götürülmüş İddiaçı əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən biri ilə təmin edilməsi Cavabdeh1nə həvalə edilməsi qərara alınmışdır.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)448/2017 nömrəli, 2017-ci il 29 mart tarixli qərardad ı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 nömrəli, 2016-cı il 31 oktyabr tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə (üçüncü şəxslər Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB-nə və Bakı şəhəri Nərimanov RİH) qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddiası mümkün sayılmamışdır.

5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)2491/2019 nömrəli, 2019-cu il 20 noyabr tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-448/2017 nömrəli, 2017-ci il 29 mart tarixli qərardadı ləğ v edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

7. İşdə olan “Ölüm haqqında şəhadətnamə”yə görə, İddiaçı 2019-cu il 27 iyul tarixdə ölmüşdür.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-517/2020 nömrəli, 2020-ci il 05 oktyabr tarixli qərardadı ilə inzibati iş üzrə icraat İddiaçı hüquq varisinə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilənədək dayandırılmışdır.

9. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında Notariat ofisi tərəfindən verilmiş 2020-ci il 27 avqust tarixli, 446 №-li arayışda X1 İddiaçı yeganə vərəsəsi kimi tanınması qeyd edilsə də, ona hal-hazırda qanun üzrə vərəsə lik Hüququ haqqında Şəhadətnamənin verilmədiyi müəyyən edilir. Hazırkı iş üzrə hüquq varisliyinə yol verildiyindən iddiaçının hüquq varisinə qanun üzrə vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilənədək iş üzrə icraat dayandırılmalıdır.

10. İddiaçının vərəsəsi X2 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsini və təkrar baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətində qeyd edilmişdir ki, iş üzrə icraatın dayandırılması ilə bağlı məhkəmənin qənaəti əsassızdır. Belə ki, X2 əmlaka deyil, əmlak hüququna varis olmuşdur. Konstitusiya M əhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqeyinə görə, şəxsin daşınmaz əmlakla bağlı məhkəmə müdafiəsi hüququ mülkiyyət (həmçinin də əmlak hüquqlarının) hüququnun tərkib hissəsidir.

12. Hazırkı məhkəmə işində X2 mərhumun tələb hüququna varisi olmuş, bu da işdə olan notariat orqanındakı arayışla təsdiq olunur. Bu səbəbdən hazırki şəraitdə Şəhadətnamənin olmasına zərurət yoxdur, çünki Şəhadətnamə tələb hüququnun məhkəmədə gerçəkləşəcəyi halda, qanuni qüvvəyə minəcək yekun məhkəmə aktı ilə verilməsi müəyyən ediləcək əmlakla (yaxud əmlak hüququ ilə) bağlı sonradan notariat orqanı tərəfindən veriləcəkdir. Özü də əmlakla bağlı hüquqi sənəd ilk öncə miras qoyanın adına veriləcək, bundan sonra notariat və daşınmaz əmlak orqanında müvafiq rəsmiləşmələr əsasında X1 adına keçəcəkdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə uyğun olaraq“ Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Qanunun 8-ci m addəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur.” b. məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşə baxılmasının vaxt ı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, X2 və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).

14. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şika yət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bi lər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. İddiaçının vərəsəsi apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Şikayət əsaslıdır və təmin olun malıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

19. Apellyasiya instansiyası məhkəməsi icraatın dayandırılması barədə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında Notariat ofisi tərəfindən verilmiş arayışda X1 İddiaçı yeganə vərəsəsi kimi tanınması qeyd edilsə də, ona hal-hazırda qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini iş üzrə icraatın dayandırılmasının əsası kim qəbul etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, məhkəmənin istinad etdiyi vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsəliyi yaratmır, yalnız təsdiq edir. Buna görə də, prosessual hüquq varisliyinin müəyyən edilməsi üçün vərəsəli k hüququ haqqında şəhadətnamənin təqdim edilməsi şərt deyil. Yetər ki, vərəsə mirasın qəbul edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş hərəkətləri etmiş olsun (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci və 1246-cı maddələri).

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında Notariat ofisi tərəfindən Z.Hüseynova ünvanlanmış 2019-cu il 7 noyabr tarixli 627 №-li məktubun məzmunundan göründüyü kimi, Z.Hüseynova 2019-cu il 27 iyul tarixdə həmin Notariat ofisinə müraciət etmiş, İddiaçı ölümündən sonra qalmış mirasa münasibətdə vərəsə kimi onun arvadı Z.Hüseynova tanınmış, digər vərəsələr (miras qoyanın övladları) mirasdan imtina etmişlər.

22. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Z.Hüseynovanın vərəsəliklə bağlı notariat orqanına müraciət etdiyini və notariat orqanının istinad edilən məktubunda göstərilənləri nəzərə almaqla prosessual hüquq varisliyinə dair məsələni həll etməli idi.

23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 oktyabr tarixli, 2-1(103)-517/2020 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar