Məhkəmə qərarları › İş №2-1(102)-584/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-584/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-584/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X2 (üçüncü şəxs - Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X2 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2024/2021 nömr əli iş üzrə 8 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı İddiaçı (şəxsiyyət vəsiqəsi - 0*******, FİN – xxxxxxx) xx.xx.1992-cİ ildə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, F. X. Xoyski prospekti, məhəllə 866873, ev 112, mənzil 76-da yaşayır.

2. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Avtomobil X3 tərəfindən “NovxanıPirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində avtomobil yolu çəkilmişdir. Layihə həyata keçirilərkən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən hər birinin sahəsi 0.12 ha olan iki torpaq sahəsinin 3. 71 sotu yolun tikintisi altına düşmüş, həmin torpaq sahələrinin hasar və darvazası sökülmüşdür. İddiaçının torpaq sahələri üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışla təsdiq olunur.

3. Mülkiyyətçi şifahi olaraq "xxxx" ASC-yə müraciət etmiş, həmin qurumdan yolun tikintisi altına düşən həmin ərazilərlə bağlı kompensasiya ödənilməsi üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırıldığı bildirilmişdir. Bundan başqa, iddiaçıya zəbt edilmiş əraziyə, yəni 3.71 sot torpaq sahəsinə görə, hər sot üçün 4.300 manat hesablanmaqla, kompensiya ödənilməsinin nəzərdə tutulduğu bildirilmişdir. Lakin həmin bağ sahəsinin sökülmüş hasar və darvazaları ilə bağlı hər hansı ödəniş olub-olmayaca ğı barədə məlumat verilməmiş və əlavə olaraq bü cür söküntü işlərinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyi bildirilmişdir.

4. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Avtomobil X2 sənədlərin surətləri əlavə edilməklə müvafiq kompensasiyanın ödənilməsi tələbi ilə məktublar vasitəsilə müraciət etmişdir. Avtomobil X3 tərəfindən 23.10.2019-cu il tarixli, Kol - 3/16-7932 saylı məktubla bildirilmişdir ki, Agentlik tərəfindən həyata keçirilən “NovxanıPirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində İddiaçı məxsus, reyestr № **********88 olan 1.200 kv.m torpaq sahəsinin yalnız 371.32 kv.m hissəsi yolun tikintisi altına düşmüş, bununla əlaqədar dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə əlaqədar Agentlik tərəfi ndən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Maliyyə Nazirliyi kompensasiyanın verilməsi ilə bağlı mülkiyyətçinin müraciətini baxılması üçün aidiyyəti üzrə Agentliyə göndərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona məxsus zəbt edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 1037ə saylı 0.12 ha torpaq sahəsinin 3.71 sotuna görə yenidən hesablanmaqla hər sotu üçün 10.000 manat olmaqla 37.100 manat, iddiaçıya məxsus hər ikisi 0.12 ha olmaqla 1037ə və 685c saylı torpaq sahələrini əhatə edən tam şəkildə uçurulmuş 444 kv. m daş hasarın hər 1 kv.m-nə görə 20 manat olmaqla 8.880 manat, sökülmüş dəmir darvazaya görə 1.000 manat, qanunsuz olaraq mülkiyyətindən məhrum edildiyi üçün ona dəymiş mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 56.980 manat kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Avtomobil X3nin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil X3 tərəfindən “Novxanı-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində avtomobil yolu çəkilmişdir. Layihə həyata keçirilərkən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən hər biri 0.12 ha torpaq sahə sinin 3.71 sotu yolun tikintisi altına düşmüş, həmin torpaq sahəsinin hasar və darvazası sökülməklə yolun çəkilən hissəsinə qatılmışdır. Onun göstərilən ərazilərə mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışla təsdiq edilmişdir. Məsələ ilə bağlı mülkiyyətçi şifahi olaraq "xxxx" ASC-yə müraciət etmiş, həmin qurumdan verilən məlumata görə yolun tikintisi altına düşən həmin ərazilərlə bağlı kompensasiya ödənilməsi üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırıldığı bildirilmişdir. Bundan başqa, İddiaçı zəbt edilmiş əraziyə görə, yəni 3.71 sot torpaq sahəsinə görə hər sot üçün 4.300 manat hesablanmaqla kompensiya ödənilməsinin nəzərdə tutulduğu bildirilmişdir. Lakin həmin sahələrin sö külmüş hasar və darvazaları ilə bağlı hər hansı ödəniş olub-olmayacağı barədə ona məlumat verilməmiş və əlavə olaraq bü cür söküntü işlərinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyi bildirilmişdir. Məsələ ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Avtomobil X2 sənədlərin surətləri əlavə edilməklə, müvafiq kompensasiyanın ödənilməsi tələbinə dair məktublar ünvanlanmışdır. Azərbaycan Avtomobil X3nin 23.10.2019-cu il tarixli, Kol- 3/167932 saylı cavab məktubunda bildirilmişdir ki, Agentlik tərəfindən həyata keçirilən “Novxanı Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində İddiaçı məxsus reyestr № **********88 olan 1.200 kv.m torpaq sahəsinin yalnız 371.32 kv.m hissəsi yolun tikintisi altına düş müşdür və bununla əlaqədar dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Hazırda həmin ərazidə yerləşən torpaqların hər 100 kv.m-in, yəni 1 sotunun qiymətinin 10.000 manat civarında olduğunu nəzərə alsaq, hesablanmış və ödəniləcəyi şübhə doğuran kompensasiyanın ədalətsiz hesablandığı ortaya çıxır. Buna görə də zəbt olunmuş torpaq sahələrinin real bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə keçirilməli və ödəniləcək kompensasiya məbləği həmin həmin rəyə uyğun olaraq yenidən hesablanmalıdır.

7. İddiaya dair cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, sözügedən layihədə tikinti altına düşən torpaq sahələrinin, əkinlərin və tikintilərin siyahıya alınması və söküntüsü Azərbaycan Avtom obil X3nin səlahiyyətlərinə aid olmamışdır. Azərbaycan Avtomobil X3ni tərəfindən yol tikintisi həyata keçirilərkən, iddiada qeyd edilən hasar və darvaza mövcud olunmamışdır. Azərbaycan Avtomobil X3 tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Bundan əlavə, dövlət ehtiyacları üçün alınan torpaqlar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X1 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir. Bununla yanaşı, iddiaçının əmlakının qiymətləndirilməsinə dair ixtisaslaşmış müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirilmə rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının iddiasında göstərilən tikililərlə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı cavabdehə ünvanlandığı müraciətində onun torpaq sahəsinin yolun tikintisi altına düşməsi ilə əlaqədar kompensasiyanın alınmasında ona kömək olunmasını xahiş etmişdir və ona verilmiş rəsmi cavablarda qeyd edilmişdir ki, qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ünvanlanmış məktuba rəsmi cavabda göstərilmişdir ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə 2020-ci ildə qeyd edilən obyekt üzrə kompensasiyanın ödənilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. Buna görə də iddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz.

8. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2-1(112)-361/2021 nömrəli (hakim Mehriban Qarayeva) qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinin 3.71 sot ölçüdə olan hissəsinə görə 25.900 manat məbləğində kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2-1(103)-2024/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Aida Hüseyn və Səadət Bəktaşi) qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinin 3.71 sot ölçüdə olan hissəsinə görə 25900 manat, həmin torpaq sahəsini əhatə edən daş hasarın uçurulmasına görə 6182,0 manat, sökülmüş dəmir darvazaya görə 1000 manat, cəmi 33082 manat kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına tutularaq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, AR Ali Məhkəməsi Plenumunun “Mənəvi zərə rin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarına, Mülki Məcəllənin 152.1-ci, 157.9-cu maddələrinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci, 3.1-ci, 3.1.1-ci, 3.1.2 və 3.1.3.-cü maddələrinə istinad etmişdir.

13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında mövcud qiym ətləri nəzərə alsaq, Binəqədi rayonu, Novxanı kəndində yerləşən və “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşən 0.12 ha torpaq sahəsinin 25900 manata satıla biləcəyi real və ağlabatan görünmür. Layihə çərçivəsində yolun tikintisi altına düşən 0.12 ha torpaq sahəsinə görə sahəni alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahibinə əlavələrlə birlikdə 30,0 manat, cəmi isə 16 709 manat 40 qəpik məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmışdır. Həmçinin həmin torpaq sahəsinin təyinatı əkin sahəsidir. Eyni zamanda, Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi altına düşən torpaq sahələrinin, əkililərin və tikintilərin siyahıya alınması müxtəlif icra orqanlarının nümayəndələri tərəfindən (o cümlədən yerli icra hakimiyyəti, bələdiyyə, ƏMDK və s.) həyata keçirilmişdir. Sözügedən layihə üzrə tikinti altına düşən torpaq sahələrinin, əkililərin və tikintilərin siyahıya alınması və söküntüsü Azərbaycan Avtomobil X3nin səlahiyyətlərinə aid olmamışdır. Azərbaycan Avtomobil X3 tərəfindən yol tikintisi həyata keçirilərkən iddiada qeyd edilən hasar və darvaza mövcud olmamışdır. Azərbaycan Avtomobil X3 tərəfindən yolun həmin hissəsində yol-tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır.

15. Bundan əlavə, dövlət ehtiyacları üçün alınan torpaqlar, mövcud qanunvericiliyə u yğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X1 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir.

16. Bununla yanaşı, qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən iddiaçının əmlakının qiymətləndirilməsi barədə rəy qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının iddiasında göstərilən tikililərlə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilməmişdir.

17. Eyni zamanda məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur. Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək, dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərinin iştirakının təmin edilməsi xahiş olunmuşdur. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 09.04.2010-cu il tarixli, 2-182 nömrəli məktubu ilə rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiyası məhkəmələrinə tövsiyə edilmişdi r ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən, daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin göründüyü kimi, qeyd olunan tövsiyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxmaqla nəticədə qeyriqanuni qərar qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Mülki Məcəllə Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsı nəzərdə tululmasın». Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. 20. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.1. Alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin, istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidə n və ya icarəçidən geri alınmasıdır. Maddə 3.1. Torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 3.1.2. Sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; Maddə 3.1.3. Müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; Maddə 3.1.4. Dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi. Maddə 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər.

21. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikay ətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şi kayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Apellyasiya məhkəməsi tərəfindən iddiaçıya ödənilməli kompensasiyanın məbləği ilə bağlı məsələ qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından lazımi qaydada araşdırılmış və bununla əlaqədar istinad olunan sübutlar prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kol legiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 21(103)-2024/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar