Məhkəmə qərarları › İş №2-1(102)-584/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-584/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-584/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tabeliyin də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-460/2022 nömrəli, 4 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş “fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 13 avqust 1999cu il tarixli 1200 №-li sərəncamla, İddiaçı Badamdar qəsəbəsində fərdi ev tikmək üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. 2.İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintis i məqsədilə ayrılmış 600 kv. metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh **********45 nömrəli xx.xx.2019-cu il tarixli, məktubla müraciətin təmin olunmasından imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, poçt vasitəsilə daxil olmuş sənədlər surətdir. Həmçinin əlavə olunmuş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Elektron kadastr baza məlumatına əsasən göstərilən sahənin yerləşmə cizgisinə heç bir aidiyyatı yoxdur və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 8 avqust 2019-cu il tarixdə cavabdehə q arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ Bakı şəhəri, Səbail rayon İcra hakimiyyəti Başçısının 13 avqust 1999-cu il tarixli, “1200” saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 600 kv. metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayon İcra hakimiyyəti Başçısının 13 avqust 1999-cu il tarixli, 1200 saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv. metr torpaq sahəsi onun adına ayrılmışdır. Həmçinin torpaq sahəsinin plan cizgisi də tərtib olunaraq təsdiq olunmuşdur. Göstərilən torpaq sahəsinə mülkiyyət hüququn u təsdiq edən reyestrindən müvafiq çıxarışın verilməsi məqsədilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********12 saylı cavab məktubu ilə çıxarış verilməsindən imtina olunmuşdur.

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddiaçının müraciətinə verilən imtinada göstərilənlər təşkil etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 8 sentyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə tikninti-texniki ekspertizası təyin edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/2893 saylı ekspert rəyinə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04 iyun 2021-ci il tarixli, **********52 №li mütə xəssis rəyinə əsasən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 13 avqust 1999-cu il tarixli 1200 №li sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin sxemlərində sxematik planda koordinat, hər hansı istinad nöqtəsindən məsafə və sair olmadığından həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 195 saylı sərəncamı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir.

9. Bakı İnzibati Məhkəməsinin 2 sentyabr 2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyeva) 2-1(112)-231/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 13 avqust 1999-cu il tarixli 1200 №li sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin sxemlərində sxematik planda koordinat, hər hansı istinad nöqtəsindən məsafə və sair olmadığından həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 195 saylı sərəncamı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-460/2022 nömrəli, 4 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.N.Tağızadə-sədrlik edən, V.Ə.BAxışova və A.P.Oruczadə) Bakı İnzibati Məhkəməsinin 22-1(112)-231/2021 nömrəli, 30 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, təkrar ekspertiza keçirilməsi ilə bağlı iddiaçı tərəfindən vəsatət verilmişdir. İddiaçı tərəfindən “X1” MMC-nin hazırki mübahisə üzrə 15 sentyabr 2021-ci il tarixli mütəxəsis rəyi alınmışdır. Həmin mütəxəsis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində iddiaçının istifadəsində olan 0.06 ha torpaq həyətyanı sahəsinin natura üzrə koordinantlarının ərazinin elektron ümumi xəritəsinə əsasən digər hüquqi və fiziki şəxslərə aid olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. “X1” MMC-nin rəyi vəsatətə əlavə olunsada apellyasiya instansiya məh kəməsi tərəfindən nəzərə alınmamışdır. İddiaçı hüquqi mövqeyin əsası kimi İPN-nin 12, 86 və MPM-nin 386, 417 və 418-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: Maddə 8.0.9.2. ç oxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasın dan aşağıdakı hallarda imtina edilə bilər: Maddə 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Maddə 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; Maddə 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; Maddə 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Maddə 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Maddə 15.1.6. bu qanun un 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərar ının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. Hazır ki qərarın 18-ci bəndinin tələblərindən göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir.

28. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdi r ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır.

29. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Səbail rayon İcra hakimiyyəti Başçısının 13 avqust 1999-cu il tarixli, 1200 saylı sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 600 kv. metr torpaq sahəsi onun adına ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrindən müvafiq çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən müraciətin təminindən torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olması, eyni zamanda elektron kadastr baza məlumatlarına əsasən göstəril ən sahənin yerləşmə cizgisinə heç bir aidiyyatı olmadığı və digər fiziki şəxslərin müraciətləri ilə üst-üstə düşməsi səbəbindən imtina edilmişdir.

30. Daha sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, mübahisəli məsələ ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.

31. İşin məhkəmələr tərəfindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 13 avqust 1999-cu il tarixli 1200 №li sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin sxemlərində sxematik planda koordinat, hər hansı istinad nöqtəsindən məsafə və sair olmadığından həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 195 saylı sərəncamı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə **********1000001 nömrəli Kadastr planı ilə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur.

32. İddiaçı kassasiya şikayətində qeyd edir ki, onun tərəfindən “X1” MMC-nin hazırki mübahisə üzrə 15 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyi alınmışdır. Həmin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində iddiaçının istifadəsində olan 0.06 ha torpaq həyətyanı sahəsinin natura üzrə koordinantlarının ərazinin elektron ümumi xəritəsinə əsasən digər hüquqi və fiziki şəxslərə aid olan torpaq sahələri ilə üstüstə düşməməsi müəyyən olunmuşdur.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki,, mübahisəli torpaq sahəsinin ayrıc aktı mövcud olmadığından, həmin torpaq sahəsinin sxemlərində sxematik planda koordinat, hər hansı istinad nöqtəsindən məsafə və sair olmadığından həmin torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməsi mümkün olmadığından, mütəxəsinin tərəfindən iddiaçı tərəfin göstərdiyi yerin kordinatlarının götürülmüş, ölçülər faktiki yerə görə verilmişdir.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri).

35. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 2-1(103)-460/2022 nömrəli, 4 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar