Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-584/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Xasəmməd oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli pensiya, bənna peşəsi, əvvəlki dövr üzrə pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Xasəmməd oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliy ində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3229/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Xasəmməd oğlu xx.xx.1960-cı il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus attestatla və hərbi biletlə müəyyən edilir ki, o, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Bakı şəhəri 16 saylı Texniki peşə məktəbini “bənna” sənəti üzrə təhsil almış, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmətdə olm uşdur.
3. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasına əsasən o, xx.xx.1977- xx.xx.1978-ci illərdə Bakı şəhəri 16 saylı Texniki peşə məktəbində təhsil almış, xx.xx.1978-xx.xx.1979-cu illər ərzində “Visotjilstroy” Trestinin 302 saylı Tikinti Quraşdırma idarəsinə 3-cü dərəcəli Bənna işləmiş, xx.xx.1979-xx.xx.1981-ci illər ərzində hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1981-xx.xx.1989-cu illərdə “Visotjilstroy” Trestinin 302 saylı Tikinti Quraşdırma idarəsinə 3-cü, 4-cü, 5-ci dərəcəli bənna, xx.xx.1989-xx.xx.1993-cü illərdə “AzNKZT” İTT Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində bənna, xx.xx.1993-xx.xx.1994-cü illərdə 302 saylı Tikinti İdarəsinə 5-ci, 6-cı dərəcəli bənna, xx.xx.1994-xx.xx.1995-ci illərdə “AzNKZT” Trestinin 2 saylı Tikinti Quraşdır ma İdarəsinə 6-cı dərəcəli bənna, xx.xx.1997-xx.xx.2002-ci illərdə “AzNKZT” Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə Tikinti Sahəsinə 6-cı dərəcəli bənna, xx.xx.2004-xx.xx.2005-ci illərdə "xxxx" MMC Tikinti sahəsində 6-cı dərəcəli bənna, xx.xx.2006-xx.xx.2010-cu illərdə X1” MMC-də 5-ci dərəcəli suvaqçı, xx.xx.2020xx.xx.2020-ci illərdə "xxxx" MMC tikinti şirkətinə bənna vəzifəsində işləmişdir.
4. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh 13 sentyabr 2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edərək bildirmişdir ki, onun işlədiyi vəzifələr güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə imkan vermir. Bundan əlavə iddiaçının xx.xx.2004-xx.xx.2006-cı i l tarixləri arası işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin müddət iş stajına daxil edilə bilməz. Eyni zamanda İddiaçı Xasəmməd oğlunun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, onun fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21011,04 manat təşkil edir. Bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Xasəmməd oğlu cavabdeh Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı 57 yaşdan, yəni 25 iyul 2017-ci tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidməti başa vurduqdan sonra müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun işlədiyi müəssisələrdəki fəaliyyəti ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq imkanı verir. Bu hal müvafiq arayışlar, əmək kitabçası ilə də təsdiqlənir. Güzəştli şərtlər lə əmək pensiyasına çıxmaq üçün iddiaçı ərizə ilə cavabdeh orqana 2017, 2019 və 2022-ci illərdə müraciət etmişdir. Cavabdeh müraciəti müsbət həll etməmiş, əsassız olaraq iddiaçının güzəştli şərtlərlə pensiya hüququndan istifadə etməsi üçün ümumi və xüsusi iş stajının olmadığını bildirmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.
8. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən hüququnun yarandığı 57 yaşdan, yəni 25 iyul 2017-ci tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilm əsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 03 may 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3097/2023 saylı, 03 may 2023-cü il tarixli qərarı ilə (hakim X5) iddia təmin edilmiş, İddiaçı Xasəmməd oğluna hüququnun yarandığı 57 yaşdan, yəni 25 iyul 2017-ci tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərl ə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, iddiaçının 25 il çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur.
12. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiy asının 05 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3229/2023 nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X6) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3097/2023 saylı, 03 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 9-cu maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının işlədiyi bənna vəzifəsi o na güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almasına imkan vermir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıya əsasən şəxs bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daimi işlədiyi təqdirdə güzəştli şərtlərlə pensiya hüququ əldə etmişdi olur.
17. Bundan əlavə iddiaçı M.X2 təqdim etdiyi 5 iyul 1978-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi qeyd olunmuşdur. Lakin həmin dövrlərdə qeyd edilən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Bu səbəbdən də həmin dövr ümumi iş stajına daxil edilə bilməz.
18. Həmçinin qeyd edilir ki, məhkəmə iddia tələbini təmin edərkən pensiyanın 2017ci il tarixdən hesablanması ilə bağlı düzgün o lmayan nəticəyə gəlmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9 Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişiləri n və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesabl anan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. (1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiya) 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan t ərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə
57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
23. Azərbay can Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəllə ri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısı: 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar; tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçılar, ustalar.
25. Azərbaycan Respublikasının İnz ibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdi m olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkə məsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə qismən riayət edilmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmışdır. Apelyasiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia qismən rədd edilməlidir.
29. İddia tələbindən görünür ki, iddiaçı hüququnun yarandığı 57 yaşdan, yəni 25 iyul 2017-ci tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ni tələb edir.
30. İstər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək onun tərəfindən verilmiş tələbi təmin etmişlər.
31. Lakin cavabdeh məhkəmələrin gəlmiş olduqları nəticəni qanunvericiliyin tələblərinə zidd olduğunu bildirərək iddianın təmin edilməməsi ilə bağlı həm apelyasiya instansiyası məhkəməsinə, hazırda isə kassasiya instansiyası məhkəməsinə şikayətlə müraciət etmişdir.
32. Öz mövqeyini əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun tələbinə istinad edən cavabdeh şikayətdə 3 halı mübahisələndirmişdir. 1. iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası verən peşəyə uyğun olmaması 2. iddiaçının işlədiyi müəssisə tərəfindən məcburi sığorta haqları ödənilmədiyindən həmin müddətin staja da xil edilməli olmaması 3. güzəştli pensiyanın əsassız olaraq 2017-ci il tarixdən hesablanması
33. Məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilən xüsusatların hər birinə ayrı-ayrılıqda münasibət bildirməyi məqsədə müvafiq hesab edir. İddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası verən peşəyə uyğun olmaması
34. Kassator hesab edir ki, yalnız şəxsin o halda işlədiyi bənna peşəsinə görə güzəştli şərtlərlə pensiya hüququ yaranır ki, şəxs bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daimi işləsin. Lakin iddiaçı əmək fəaliyyəti yuxarıda göstərilən formada həyata keçirməmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassatorun bu mövqeyi qanuni və əsaslı deyildir. Belə ki, əvvəla iddiaçının işlədiyi bənna peşəsi Azərbaycan Respublikası Nazirlər Ka binetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında mövcuddur.
36. Bundan başqa "xxxx" MMC tərəfindən iddiaçıya verilən 10 oktyabr 2022-ci il tarixli, 40 №li arayışda İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1994-cü il tarixədək müəssisədə bənna vəzifəsində işlədiyi qeyd edilmiş, əlavə olaraq bildirilmişdir ki, bənna peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıs”nda qeyd edildiyindən onun güzəştli şərtlərlə pensiya hüququ mövcuddur.
37. Eyni xüsusat, yəni iddiaçının işlədiyi bənna peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən işlərə aid olması ilə iddiaçının işlədiyi digər müəssisələr -“Protean Construction” tərəfindən verilən xx.xx.2022-ci il tarixli 170 №li, “Protean Construction” tərəfindən verilən xx.xx.2023-cü il tarixli 45 №li arayışlarda da əks edilmişdir.
38. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasın ın təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
39. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisələrdən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab verm iş, apellyasiya instansiya məhkəməsi isə güzəştli arayışı düzgün qiymətləndirərək iddiaçının güzəştli stajının olması qənaətinə gəlmişdir. İddiaçının işlədiyi müəssisə tərəfindən məcburi sığorta haqları ödənilmədiyindən həmin müddətin staja daxil edilməli olmaması
41. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətində qeyd etdiyi bu arqumentin heç bir hüquqi əsası yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun q üvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
42. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X10) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
43. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məcburi sosial sığorta ödənişlərini həyat a keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı k imi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz.
45. Odur ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məcburi sığorta haqları ödənilmədiyindən həmin müddətin staja daxil edilməli olmaması ilə bağlı cavabdehin dəlilləri əsaslı sayıla bilməz. Güzəştli pensiyanın əsassız olaraq 2017-ci il tarixdən hesablanması
46. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin dəlili bu hissədə əsaslıdır.
47. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçıya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
48. Qeyd etmək lazımdır ki, iddiaçı cavabdehə sonuncu dəfə 25 avqust 2022-ci il tarixdə müraciət edərək imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı bir neçə dəfə-(2017, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, iyul 2022) cavabdehə müraciət etmiş, hər dəfə müraciətə mənfi cavab verilmiş, bununla belə iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. 49. “İnzibati icraat haqqında” Qanunun 64.1, 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
50. Yuxarıda da qeyd edildiyi kimi 2017-2022-ci illər aralığında iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehin rəsmi imtinası olmuş, bu imtinalardan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinalarını məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmişdir.
51. Mübahisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 2022-ci ilin avqustundan əvvəlki 3 il üzrə əmək pensiyası hesablanaraq ödənilməsi həyata keçirilməlidir.
52. Hazırkı, qərarın 20-ci bəndində istinad edilən qanunvericilik normalarının 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələblə rinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
53. Beləliklə qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur.
54. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8.10.2020-ci il tarixli 03/2020 nömrəli qərardadında qeyd edilmişdir ki, “2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək p ensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir...... 2007-ci il 6 noyabr tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir - yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “əmək pensiyası hüququnun yarandığı gündə n, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmış, qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 2018-ci il 30 noyabr tarixli 1362VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir...... Bu əlavə və dəyişikliklərin hazırkı qərardadla bağlı baxılan məsələyə aid hissəsinə münasibətdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.
55. Beləliklə həmin qərardadla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyas ının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olması qərara alınmışdır.
56. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəaları hazırkı iş üzrə iddiaçıya da tətbiq edilməli, iddiaçıya müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün pensiyasının ödənişi cavabdeh tərəfindən aparıldığından, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməli, pensiya məbləğinin 25 iyul 2017-ci il tarixdən 01 avqust 2019-cu il tarixədək olan müddət üzrə ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbi əsassız sayılmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstə rilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 oktyabr 2023-cü il tarixli, 2-1(103)-3229/2023 saylı qərarı qismən-pensiya məbləğinin 25 iyul 2017-ci il tarixdən 1 avqust 2019-cu il tarixədək hesablanaraq ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar İddiaçı Xasəmməd oğluna güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 1 avqust 2019-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması hissəsində dəy