Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-585/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburetmə haqqında iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti) “ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılmasının cavabdehə həvalə olunması” tələbinə d air inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2771/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (Ş/V Seriya AZE; ********; FİN xxxxxxx) xx xxxxxx 1955-ci il tarixdə Ağdam rayonu Şelli kəndində doğulmuşdur; ünvan 1 ünvanda qeydiyyatdadır.
2. İddiaçı ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılması barədə cavabdehə müraciət etmişdir.
3. Cavabdeh 27 fevral 2019-cu il, 25 aprel 2019-cu il və 08 may 2019-cu il tarixli məktublarında bildirilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün boş torpaq sahələri olmadığından m üraciətin icrası mümkün deyil. Bununla belə, qüvvədə olan qanunvericiliyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsinin əldə edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin yerli bələdiyyə orqanları tərəfindən elan edilən və mütəmadi olaraq keçirilən hərrac və müsabiqələrdə iştirak etmək hüququndan istifadə etmək hüququ vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ailə üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılmasının cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmı şdır ki, ailə üzvləri ilə birlikdə məlum hadisələrlə bağlı Ağdam rayonundan məcburi köçkün düşüb və məcburi köçkün kimi ünvan 2 ünvanda məskunlaşıblar. Onun üç övladı var, ailəlidirlər və azyaşlı uşaqları vardır. Onun və övladlarının şəxsi evləri yoxdur. Onun ailəsinin yaşayış səviyyəsi çox aşağıdır. Yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün onların ailəsinə torpaq sahəsi ayrılmalıdır. Həmin torpağı əkib-becərib ərzaq bolluğu yaradaraq ailə vəziyyətlərini yaxşılaşdırmaq olar. O, uzun müddət təhsil sistemində işləyib, 43 (qırx üç) illik iş stajı var. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak edib. Qarabağ müharibəsi veteranıdır. Həmçinin müharibədə şəhid, əlil olmuş, “Milli Qəhrəman” adı almış qohumları vardır. Onla r hal-hazırda yaşadıqları ərazidə istifadəsiz torpaq sahələri mövcuddur, həmin torpaq sahələrindən onların ailəsinə ayrılması mümkündür və belə olan təqdirdə ayrılmış sahədə torpağı əkib-becərərək həyat şəraitlərini yaxşılaşdırmaq mümkündür. Məcburi köçkün olmasına baxmayaraq, o da Azərbaycan Respublikasının vətəndaşıdır. Vətəndaşlar üçün Konstitusiyada təsbit edilmiş hüquqlardan istifadə etmək və yararlanmaq arzusundadır. Sabunçu rayon İcra Hakimiyyəti təsərrüfat şöbəsinin müdiri tərəfindən onun adına Pirşağı qəsəbəsi, Pirşağı Məmmədli yolunun sol kənarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün təklif olunan torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Həmçinin ona Sabunçu rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş cavabda Pi rşağı qəsəbəsində yaşadığı evin yaxınlığında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün torpaq sahəsi ayrılması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət etməsi tövsiyə olunmuşdur. Lakin indiyədək Sabunçu Rayon İcra Hakimiyyətindən torpağın tam olaraq ona verilməsi və rəsmiləşdirilməsi üçün hər hansı bir nəticə əldə edə bilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2-1(112)-906/2020 saylı qərardadı ilə iş üzrə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti 3-cü şəxs qismində cəlb edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2-1(112)-906/2020 saylı (hakim N.Abıyev) qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddi açının hazırkı tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara uyğun deyil. İddiaçı iddia ərizəsində cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu təsdiq edən heç bir əsas göstərməmişdir.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-407/2021 nömrəli 16 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər: E.Nağıyeva - sədrlik edən və məruzəçi, N.Cəfərov və V.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birin ci instansiya məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan iddiaçının 16 mart 2020-ci il tarixli ərizəsinə münasibət bildirilməmişdir. İş materiallarında həmin ərizənin icraata qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə qərardad və ya bu barədə məhkəmə iclas protokolunda qeyd mövcud deyildir. c) birinci instansiya məhkəməsindəki ikinci icraat
12. Bakı İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2-1(112)-5980/2021 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş “ona 10 sot torpaq sahəsinin ayrılması barədə iddia tələbinin dəqiqləşdirilməsi”nə dair ərizəsi icraata qəbul edilmişdir.
13. Bundan sonra, iddiaçı yeni dən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ailə üzvlərilə birlikdə onun istifadəsinə 0,10 ha torpaq sahəsinin verilməsi vəzifəsinin Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmiş, həmçinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin əvəzinə Bakı şəhər Sabunçu Rayon icra Hakimiyyətinin cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2-1(112)-5980/2021 saylı qərardadı ilə iddiaçının cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı ailə üzvləri ilə birlikdə onu istifadəsinə 0,10 ha torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarix li 2-1(112)-5980/2021 saylı (hakim N.Abıyev) qərardadı ilə iddia mümkün sayılmamışdır.
15. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara uyğun deyil. İddiaçı iddia ərizəsində cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu təsdiq edən heç bir əsas göstərməmişdir.
16. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması barədə qərardadın çıxarılmasını xahiş etmişdir. d) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2771/2021 nömrəli qərardadı ilə (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını, icraata qəbul edilib baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində göstərilir ki, ərizənin tərtibatında nöqsanlar mövcud olduğu təqdirdə, məhkəm ə proses iştirakçısına yardım etməli idi. Lakin məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini pozmaqla iddiaçıya lazımi qaydada yardım etməmişdir. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən ona iddianın mümkün sayılmaması ilə bağlı hüquqi yardım olunub-olunmaması araşdırılmamışdır. Bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının tələblərinə düzgün əməl olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamə
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.16. Dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində:... 4.16.4. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla);... 4.18. Rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməyən vəzifə və səlahiyyətlər:... 4.18.2. Bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.15-ci, 4.11.17-ci, 4.12.3-1-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
27. Şikayətin əsas dəlili ondan ibarətdir ki, ərizənin tərtibatında nöqsanlar mövcud olduğu təqdirdə, məhkəmə proses iştirakçısına yardım etməli idi. Lakin məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərini pozmaqla iddiaçıya lazımi qaydada yardım etməmişdir.
28. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə bağlı qeyd edir ki, işin materiallarına görə, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra birinci instansiya məhkəməsi tərəfindən 23 aprel 2021-ci il tarixdə iddiaçıya yazılı şəkildə təfsilatı ilə izah olunmaqla hüquqi yardım edilmiş, iddia ərizəsini dəqiqləşdirmək təklif olunmuşdur.
29. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətini cavabdeh qismində göstərməklə ailə üzvlərilə birlikdə onun istifadəsinə 0,10 ha torpaq sahəsinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir (iş v. 147).
30. İddianın mümkünlüyü ilə bağlı şərtə gəldikdə, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin yuxarıda qeyd olunan normalarının tələblərindən göründüyü kimi, torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilməmişdir. Belə olan halda, iddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən onun hüquqlarının pozulduğunu iddia edə bilməz.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayəti n təmin olunması üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(103)-2771/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.