Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-585/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respub likası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyasının arasında olan fərqin çıxılmaqla ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(105)-873/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-2651/2024 nömrəli qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilərək iddiaçıya təyin edilmiş ailə başçıs ını itirməyə görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən təyin edilməsi və həmin müddətdən xx.xx.2023-cü il tarixədək ödənilmiş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyasının arasında olan fərqin çıxılmaqla ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli, 2-1(105)-873/2024 nömrəli qərarı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və G.İ.Cabbarova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-2651/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Məhkəmələr mövqelərini onunla əsaslandırmışlar ki, iddiaçıya 51 yaşından xx.xx.2009-cu il tarixdən uşaqlara görə güzəşt li şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixədək pensiya ödənişləri həyata keçirilmiş, daha sonra müraciətinə əsasən ona xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun 61,5 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yarandığından ona müvafiq əmək pensiyasının həmin tarixdən təyin edilməsini və həmin müddətdən xx.xx.2023-cü il tarixədək ödənilmiş yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyasının arasında olan fərq çıxılmaqla ödənilməsini tələb edir. İddiaçının xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 14-cü və 17-ci maddələrinin tə ləblərinə görə, iddiaçıya xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2020-ci il tarixədək Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olmalıdır. Birinci şərtlə bağlı, qanunvericilik normasının tələbindən göründüyü kimi xx.xx.2020-ci il tarixdə Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 61 il 6 ay olmuşdur. Hazırkı iş üzrə iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olduğundan xx.xx.2020-ci il tarixdə 61,5 yaşı olduğu, bununla da ona münasibətdə birinci şərtin ödənildiyi müəyyən edilir. İkinci şərtlə bağlı, iddiaçının mərhum əri X1 barəsində Azərbaycan Respublikası Müdafiə N azirliyi tərəfindən tərtib edilmiş ZE-48055 nömrəli “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi”ndən görünür ki, o, 25 il 08 ay 09 gün iş stajına malik olmuşdur. R.H.Sadullayevin öldüyü xx.xx.2012-ci il tarixədək Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajına malik olduğu işin mübahisəsiz halıdır. Belə ki, qeyd olunan şərtin ödənildiyi nəzərə alınaraq cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün iddiaçıya münasibətdə qanunvericiliklə müəyyən edilmiş bütün şərtlər ödənilir. 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəs ində isə göstərilir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Cavabdehin dəlili ondan ibarətdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yaşa görə əmək pensiyası aldığından ona həmin tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə və yaranmış fərq ödənilə bilməzdi. Eyni zamanda, qanunvericiliyin tələbinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə ərizənin təqdim edildiyi tarixdən sonrak ı ayın 1-dən aparılmalıdır. Cavabdehin sözügedən dəlillərinə münasibətdə qeyd edilmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası alması ona ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranan tarixdən bu pensiyasının təyin edilməsini və yaranmış fərqin ödənilməsini istisna etmir.
4. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
5. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelər ə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
6. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya ş ikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
7. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni d əlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
8. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1695/2023 nömrəli, xx.xx.2023-cü il tarixli; 2-1(102)-1937/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli 530VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (həmin Qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir) “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2-ci maddəsinə əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Qeyd olun an maddənin əvvəlki redaksiyasında isə qeyd olunmuşdur ki, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə, bu Qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. 9. “Əmək pensiyaları haqqında” Qanunun id diaçının hüququnun yarandığı vaxt (xx.xx.2020-ci il) qüvvədə olan redaksiyasına əsasən, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi müvafiq müraciətin edildiyi tarixdən deyil (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyadan fərqli olaraq), məhz vətəndaşın hüququnun yarandığı vaxtdan təyin edilməli və hesablanmalıdır. Bu qənaət, “Əmək pensiyaları haqqında” Qanunun 14.1, 14.1.2-ci maddələri ilə yanaşı, həmin Qanunun 31.1-ci və 32.11-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, həmin Qanunun 31.1-ci maddəsində “əmək pensiyası hüququ olan şəxslər” müddəası, o cümlədən, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxsləri, Qanunun 32.1-1-ci maddəsində “əmək pensiyaları” müddəası isə həmçinin “ailə başçısını itirməyə görə əmək pensiyası”nı da ehti va edir.
10. Cavabdehin dəlilləri “Əmək pensiyaları haqqında” Qanunun 34.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsaslanır. Lakin həmin norma hazırkı iş üzrə tətbiq edilməli olan norma kimi çıxış etmir. Belə ki, iddiaçının hüququ xx.xx.2020-ci ildə yarandığından, tətbiq edilməli hüquq kimi həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda sadalanmış müvafiq normaları çıxış edir. Sözügedən normalara görə isə iddia əsaslı olaraq təmin edilmişdir.
11. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti ” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
12. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavab dehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
13. Odur ki, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsasl ar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024cü il tarixli, 2-1(105)-873/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.