Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-586/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı xxx-nin Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-586/19) Bakı şəhəri 23 yanvar 2019-cu il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı xxx-nin Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 22 noyabr 2018-ci il tarixli 2-1(103)2794/2018 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiy a şikayətinə əsasən işə 23 yanvar 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xxx-nin Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı Bakı şəhəri Cavabdeh başçısının 04.02.1993-cü il tarixli 424 saylı sərəncamının etibarsız hesab edilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli iş № 2-1(81)-391/2018, (sədrlik edən hakim Ş.Məmmədova) qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərardadının ləğ v edilməsini və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 22 noyabr 2018-ci il tarixli iş № 2-1(103)-2794/2018 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qərardadı ilə birinci instansiya məhkəməsinin09 oktyabr 2018-ci il tarixli qərardadın dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsi inzibati mübahisəni araşdırarkən, iddia müddətini əsas gətirərək hesab etmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə vaxtında müraci ət etməyib. Məhkəmə qərardadında göstərmişdir ki, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Məhkəmənin qeyd edilən mövqeyi əsaslı deyil. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülki Məcəllənin 384-cü maddəsinə müvafıq olaraq aşağıdakı tələblərə iddia müddəti şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması h aqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri. Bundan başqa, İnzibati Prosessual Məcəllənin 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər (maddə 36.1.). Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər (maddə 36.2.). Həmin Məcəllənin iddia m üddəti adlanan 38-ci maddəsinə əsasən. digər iddia növləri üçün (məsələn, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (olan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (maddə 38.1.) və ya məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər (maddə 38.2).) müddətlər müəyyən edilsə də, müəyyən etmə və ya tanınma haqqında iddia üçün iddia müddəti müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi, inzibati aktın etibarsızlığı ilə bağlı iddialar müəyyən etmə və ya tanınma növündə iddiaya aiddir. Hazırkı işdə “Azneft” İB “müəyyən etmə və ya tanınma haqqında” iddia ilə məhkəməyə müraciət edib. Bu iddia növü üçün İnzibati Prosessual Məcəllədə iddia müddəti müəyyən edilməyib. Bakı Apelyasiya Məhkəməsinin AR MPM-nin ləğv edilmiş XXVİİ fəslinə istinad edərək iddianı qeyri-mümkün hesab etməsi həm Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə, həm də İnzibati Prosessual Məcəlləyə ziddir. Belə ki, Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Eyni zamanda, əgər məhkəmə İnz ibati Prosessual Məcəllə ilə Mülki Prosessual Məcəllə arasında ziddiyyət görürsə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa müraciət etməli idi. Həmin Qanunun 10-cu maddəsinə əsasən, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir (10.3). Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir (10.5). Göründüyü kimi, əgər İnzibati Prosessual Məcəllə ilə Mülki Prosessual Məcəllə arasında ziddiyyət olduğu təqdirdə belə, Mülki Prosessual Məcəllə deyil, İnzibati Prosessual Məcəllə ə sas götürülür. Çünki, İnzibati Prosessual Məcəllə həm konkret münasibətlərə aid sahə normativ hüquqi aktıdır, həm də Mülki Prosessual Məcəlləyə münasibətdə yeni normativ hüquqi aktdır. Yəni, hazırkı işdə mübahisəni mümkünsüz saymaq üçün apelyasiya instansiyası məhkəməsinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı iddiaçının mülkiyyət hüququnu da pozmuşdur. Belə ki, sənaye təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən heç bir əsas olmadan ayrılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı ARDNŞ-nin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2018-ci il tarixli, 2-1(103)-2794/2018 saylı qərardadını ləğv edib, işə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlərin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qərardadını ləğv edib, işə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlərin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə sinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə q əbul etdiyi 22 noyabr 2018-ci il tarixli, 21(103)-2794/2018 saylı qərardadla, iddiaçı SOCAR-ın İddiaçıt Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 2-1(81)-391/2018 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 35.1, 52, 68.1, 87.6-cı maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə əlaqədar haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, ilk öncə iddiaçının hazırkı iddia ərizəsində irəli sürdüyü iddia tələbini nəzərdən keçirərkən müəyyən olunur ki, iddiaç ının iddia tələbində etibarsız hesab edilməsini xahiş etdiyi Səbail rayonu İcra Hakimiyyətinin 424 saylı sərəncamı 04 fevral 1993-cü il tarixdə, yəni, iddiaçı sözügedən tələblə məhkəməyə 17 noyabr 2017-ci il tarixdə müraciət etdiyi zamandan 24 il 9 ay əvvəl verilmişdir və bütün bu uzun müddət ərzində iddiaçı həmin sərəncamı hər hansı bir məhkəmədə mübahisələndirməmişdir. İddiaçı kasasiya şikayətində göstərir ki, mübahisə predmeti olan ərazi SOCAR-ın balansındadır, mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə toxunulmazdır, bu səbəbdən də Mülki Məcəlləsinin 384-cü maddəsinə görə iddiaçının hazırkı tələbinə iddia müddəti şamil edilə bilməz. İddiaçının qənaətinə görə onun irəli sürdüyü iddia müəyyən etmə və ya tanınma növündə iddiaya ziddir. Bu iddia növü üçün İn zibati Prosessual Məcəllədə iddia müddəti müəyyən edilməyib. Bakı Apelyasiya Məhkəməsi Mülki Prosessual Məcəllənin ləğv edilmiş XXVİİ fəslinə istinad edərək iddianı qeyri-mümkün hesab etməsi həm Mülki Prosessual Məcəlləyə, həm də İnzibati Prosessual Məcəlləyə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən 22 noyabr 2018-ci il tarixli qərardadında düzgün olaraq qeyd edilmişdir və bu hamıya məlum faktdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni, mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1 fəslində (“Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərb i qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər”) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (“Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat”) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Lakin mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yerli qanuna istinadla mübahisələndirilə bilməz və İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmadığından iddia mümkün sayıla bilməz. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə istinad etməsi doğru olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başq a qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqan a qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçı kasasiya şikayətində həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10-cu maddəsinə istinadən bildirmişdir ki, əgər məhkəmə İnzibati Prosessual Məcəllə ilə Mülki Prosessual Məcəllə arasında ziddiyyət görürsə, Mülki Prosessual Məcəllə deyil, İnzibati Prosessual Məcəllə əsas götürülür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qərardadından göründüyü kimi apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllə ilə İnzibati Prosess ual Məcəllənin arasında hər hansı bir ziddiyyət görmür və bu Məcəllələri qarşılıqlı şəkildə təhlil də etmir, belə ki, buna ehtiyac da yoxdur. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsində deyilir ki, bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Sadəcə apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlir ki, iddiaçi həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, yeni qanuna i stinadla mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2018-ci il tarixli, 21(103)-2794/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-586/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-586/2019
23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver