Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-586/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosia l Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2-1(103)-2530/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İddiaçı (Ş/V: AZE ********, FİN: xxxxxxx) xx.xx.1960-cı il tarixdə Qəbələ rayonunda anadan olub. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2. 19 dekabr 1997-ci il tarixli, M/V 008496 nömrəli vəsiqəyə əsasən iddiaçı müharibə veteranıdır. 3. "xxxx" tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli, 10 nömrəli araşdırıcı ara yışa əsasən iddiaçı 29.07.1981-01.03.1987-ci illərdə “Mərkəzielektrotökmə” zavodunda metal tökmələrin nəqledicisi, 02.03.1987-01.03.1992-ci illərdə “Mərkəzielektrotökmə” zavodunda 2 saylı tökmə sexində nəzarətçi usta, 02.03.1992-23.01.2003-cü illərdə 2 saylı tökmə sexində usta vəzifəsində çalışıb. 01.01.1999-cu il tarixdən 23.01.2003-cü il tarixədək müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar öz hesabına haqqı ödənilməyən məzuniyyətdə olub. 29 oktyabr 2001-ci il tarixdən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektrotökmə” zavodunun bazasında "xxxx" ASC yaranmışdır.
4. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 20 noyabr 2020-ci il tarixli, **********8 nömrəli məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.
5. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının ümumi stajı 01.01.2006-cı ilədək 25 ildən az təşkil edir, bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (24.916,66 manat) qanunvericilikdə nəzərdə tutulmuş minimum əmək pensiyasının ümumi məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qo yulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 29.07.1981-ci il tarixdən hərbi xidmətdən tərxis olunandan sonra başlamışdır. 29.07.1981-ci ildən 01.01.1999-ci ilə qədər "xxxx" ASC-də işləmişdir. 08.01.2001-ci ildən 17.10.2008-ci ilə kimi "xxxx" ASC-də, 15.12.2008-ci ildən 01.11.2019-cu ilə kimi "xxxx" MMC-də işləmişdir. Bundan başqa 26.11.1993-cü ildən 23.09.1994-cü ilə kimi birinci Qarabağ Müharibəsində iştirak etmişdir. Beləliklə ümumilikdə 40 ilə kimi əmək stajı var. Bu müddətin 17 il 6 ayını "xxxx" ASC-də işləmişdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli müvafiq qərarına əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Bu hüquqdan istifadə edərək 05.10.202 0-ci ildə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
8. Cavabdeh məhkəməyə imtina məktubuna uyğun etiraz təqdim etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. İddiaçıya münasibətdə, pensiya kapitalına dair şərt reallaşmamışdır. Dolayısı ilə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-4759/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Həmid Ağalarov) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 14.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını n təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
10. Məhkəmə hesab etmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla 25 ildən çox əmək stajı vardır, qanunla müəyyən edilmiş müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir (kod-2150100a-19219, 2150100b23428).
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2-1(103)-2530/2021 nömrəli q ərarı ilə (hakimlər Cahangir Yusifov-sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2-1(112)-4759/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respu blikası Qanununun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq Azərbaycan Respublikası NK-nın 21.06.1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayı güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
16. İddiaçının ümumi stajı isə 24 il N ay 21 gün olmaqla 25 ildən az təşkil edir. Belə ki, 2 il 28 gün hərbi xidmət, 5 il 7 ay 29 gün “Mərkəzielektrotökmə" zavodunda metal tökmələrin nəqledicisi, 4 il 11 ay 29 gün “Mərkəzielektrotökmə" zavodunda nəzarətçi usta, 6 il 9 ay 29 gün "Mərkəzielektrotökmə” zavodunda tökmə sexində usta, 4 il 11 ay 23 gün “Lukoyl Azərbaycan" QSC-də operator işləmişdir ki, qeyd olunan dövrləri topladıqda ümumilik də 25 ildən az staj dövrü yaranır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh kassasiya şikayətində onun iş stajını hesablayarkən 26.11.1993-cü il tarixdən 23.09.1994-cü il tarixinə kimi 1-ci Qarabağ Müharibəsində döyüşlərdə olduğu müddəti nəzərdən qaçırmışdır. Qanunla döyüşlərdə iştirak müddəti 2 qat sayıldığından onun 01.01.2006-cı il tarixinə qədər 25 ildən çox əmək stajı yaranır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: Maddə 24.0.1. döyüş əməliyyat ları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə;
19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun -13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XİV.«Metal İstehsalı» bölməsi 2150100a – 19219(çıxardılma iş sahələrində və doğranma, qəlibləmə, içlik ilə məşğul olan tökmə istehsalatındakı nəqledicilər), 2150100b – 23428 (sa hə ustaları, böyük ustalar), kodlar altında güzəştli pensiya hüququ verən göstəricilər sırasında təsbit olunmuşdur)
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı i craat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkə mə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmu şdur.
27. İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, 14 dekabr 2017-ci ildə 57 yaşı tamam olmuşdur. Əmək şəraiti zərərli və ağır olan sahədə işlədiyini, işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
28. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə iddiaçının 1 yanvar 2006-cı il tarixə qədər ümumi stajı 24 il N ay 21 gün olmaqla 25 ildən az təşkil edir.
29. Kassasiya şikayətinin dəlilinə münasibətdə məh kəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 1 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
31. İddiaçı 20.04.1979-cu il tarixdən 18.05.1981-ci il tarixədək keçmiş SSRİ həqiqi hərbi xidmət keçmiş, 29.07.1981-02.03.1987-ci illərdə “Mərkəzielektrotökmə” zavodunda metal tökmələrin nəqledicisi (kod 2150100a-19219), 02.03.1987-02.03.1992-ci illərdə “Mərkəzielektrotökmə” zavodunda 2 saylı tökmə sexində nəzarətçi usta (kod 2150100a-23 428), 02.03.1992 - 01.01.1999-cu illərdə “Mərkəzielektrotökmə” zavodunda tökmə sexində usta (kod 2150100a-23428), 08.01.2001-31.12.2005-ci illərdə "xxxx" QSCdə operator vəzifələrində işləmişdir. 32. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.11, 23.2-ci maddələri, 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin və SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n tələblərinə görə iddiaçının əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti, hə rbi xidmət dövrü ümumi iş stajına daxil edilir.
33. Bu səbəbdən hərbi xidmət və iş fəaliyyəti dövrü haqlı olaraq iddiaçının ümumi stajına hesablanmalıdır.
34. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin 02.02.2021-ci il tarixli 279 saylı arayışına əsasən müəyyən edilmişdir ki, iddiaçı 26.11.1993-cü il tarixdən 25.09.1994-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
35. «Əmək pensiyaları haqqında» Qanunun 21.2.3-cü maddəsinə əsasən Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinə müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti daxil edilir.
36. Həmin Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə hesablanır. Belə olan halda iddiaçının keçmiş SSRİ-in ordu sıralarında hərbi xidmət dövrü (2 il 29 gün), “Mərkəzielektrotökmə” zavodunda işlədiyi dövr (17 il N ay N gün), N nömrəli hərbi hissə nin tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövr (10 ay), "xxxx" QSC-də işlədiyi dövr (4 il 11 ay 24 gün) nəzərə alınmaqla 01.01.2006-cı il tarixə ümumilikdə 25 il 3 ay 26 gün ümumi stajının olduğu müəyyən olunur. 37. 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən çox olduğundan, ümumi stajın 24 il N ay 21 gün olması barədə cavabdehin şikayətinin dəlilləri əsaslı olmamışdır.
38. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2021-ci tarixli, 21(103)-2530/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.