Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-586/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; növbədənkənar səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN:**********) cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərar ın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)2141/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli **********196177 nömrəli qərarı ilə “Grandproje" MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Dekabr 2016 – Noyabr 2019-cu il vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Azər baycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137759 nömrəli Qərarı ilə İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli **********196198 nömrəli akta və xx.xx.2020 tarixli **********516400 nömrəli sənədə baxılmış, 2016-cı ildə sadələşdirilmiş verginin, 2017-ci ildə mənfəət vergisinin, əlavə dəyər vergisinin artıq hesablanması və 2018-ci ildə mənfəət vergisinin, 2018-2019-cu illərdə əlavə dəyər vergisinin azaldılması müəyyən edilmişdir. 2017-ci ildə mənfəət vergisi üzrə azaldılmışdır 0,00 manat, artıq hesablanmışdır 1181,05 manat, fərq-əlavə h esablama 0,00 manat, fərq-artıq hesablama 1181,05 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 0,00 manat, faiz 0,00 manat; 2018-ci ildə mənfəət vergisi üzrə azaldılmışdır 65659,32 manat, artıq hesablanmışdır 0,00 manat, fərq-əlavə hesablama 65659,32 manat, fərq-artıq hesablama 0,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 32829,66 manat, faiz 0,00 manat; 2017-ci ildə əlavə dəyər vergisi üzrə azaldılmışdır 0,00 manat, artıq hesablanmışdır 36,00 manat, fərq-əlavə hesablama 0,00 manat, fərq-artıq hesablama 36,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 0,00 manat, faiz 0,00 manat; 2018-ci ildə əlavə dəyər vergisi üzrə azaldılmışdır 10800,00 manat, artıq hesablanmışdır 10470,51 manat, fərq-əlavə hesablama 329,49 manat, fərq artıq hesablama 0,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 540 0,00 manat, faiz 0,00 manat; 2019-cu ildə əlavə dəyər vergisi üzrə azaldılmışdır 1967,80 manat, artıq hesablanmışdır 900,00 manat, fərq-əlavə hesablama 1067,80 manat, fərq-artıq hesablama 0,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 983,90 manat, faiz 0,00 manat; 2016-cı ildə sadələşdirilmiş vergi üzrə azaldılmışdır 0,00 manat, artıq hesablanmışdır 940,00 manat, fərq-əlavə hesablama 0,00 manat, fərq-artıq hesablama 940,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 0,00 manat, faiz 0,00 manat - cəmi azaldılmışdır 78427,12 manat, artıq hesablanmışdır 16527,56 manat, fərq-əlavə hesablama 67056,61 manat, fərq artıq hesablama 2157,05 manat, maliyyə sanksiyası 39213,56 manat hesablanmaqla İddiaçı MMC vergi məsuliyyətinə cəlb edilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanınd a Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********146275 nömrəli Qərarı ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 iyul 2020-ci il tarixli **********137759 nömrəli Qərara düzəliş edilmişdir. 2017-ci ildə mənfəət vergisi üzrə azaldılmışdır 0,00 manat, artıq hesablanmışdır 1181,05 manat, fərq-əlavə hesablama 0,00 manat, fərq-artıq hesablama 1181,05 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 0,00 manat, faiz 0,00 manat; 2018- ci ildə mənfəət vergisi üzrə azaldılmışdır 21099,52 manat, artıq hesablanmışdır 0,00 manat, fərq-əlavə hesablama 21099,52 manat, fərq-artıq hesablama 0,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 10549,76 manat, faiz 0,00 manat; 2017-ci ildə əlavə dəyər vergisi üzrə azaldılmışdır 0,00 manat, artıq hesablanmışdır 36,00 manat, fərq-əlavə hesablama 0,00 manat, fərq-artıq hesablama 36,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 0,00 manat, faiz 0,00 manat; 2018-ci ildə əlavə dəyər vergisi üzrə azaldılmışdır 10800,00 manat, artıq hesablanmışdır 10470,51 manat, fərq-əlavə hesablama 329,49 manat, fərq-artıq hesablama 0,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 5400,00 manat, faiz 0,00 manat; 2019-cu ildə əlavə dəyər vergisi üzrə azaldılmışdır 1967,80 manat, artıq hesablanmışdır 900,00 manat, fərqəlavə hesablama 1067,80 manat, fərqartıq hesablama 0,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 983,90 manat, faiz 0, 00 manat; 2016-cı ildə sadələşdirilmiş vergi üzrə azaldılmışdır 0,00 manat, artıq hesablanmışdır 940,00 manat, fərq-əlavə hesablama 0,00 manat, fərq-artıq hesablama 940,00 manat, VM maddəsi 58.1, maliyyə sanksiyası 0,00 manat, faiz 0,00 manat - cəmi azaldılmışdır 33867,32 manat, artıq hesablanmışdır 13527,56 manat, fərq-əlavə hesablama 22496,81 manat, fərq artıq hesablama 2157,05 manat, maliyyə sanksiyası 16933,66 manat hesablanmaqla İddiaçı MMC vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Grandproje" MMC barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********137759 nömrəli “Vergi ödə yicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın və həmin qərara düzəliş edilməsi haqqında xx.xx.2021-ci il tarixlı **********146275 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, - iş üzrə vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 gün, yəni 30 təqvim günü ərzində aparmalı olduğu halda yoxlamanı 30 iş günü ərzində həyata keçirmişdir. Hətta müstəsna hal kimi 30 iş günü müddətinə uzadılma aparmışdır. Halbuki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsində səyyar vergi yoxlamasının 30 gün müddətində aparılması konkret olaraq göstərilmiş, yoxlamanın 30 iş günü ərzində aparılması nəzərdə tutulmamışdır. Belə ki, səyyar ve rgi yoxlaması materiallarından görünür ki, səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdə başlamış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yoxlama dayandırılmış, xx.xx.2020-ci il tarixdən 30 gün uzadılmış, daha sonra bir daha xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yoxlama dayandırılmış və yoxlama xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. - Səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan dayandırılmışdır. Göründüyü kimi, vergi orqanı yoxlama zamanı ilkin olaraq mütəxəssisin dəvət edilməsi məqsədilə qərar qəbul etsə də, daha sonra mütəxəssis rəyinə ümumiyyətlə ehtiyac qalmadığı qənaətinə gəlmişdir. Lakin buna baxmayaraq, vergi orqanı qanunsuz və əsassız olaraq xx.xx.2020-ci il tarixdə 33 gün müddətinə və xx.xx.2020-ci il tarixdə 32 gü n müddətinə düz 2 dəfə (ümumilikdə 65 gün müddətinə) vergi orqanının təşəbbüsü ilə mütəxəssisin dəvət edilməsi əsası ilə dayandırılması barədə qərarlar qəbul etmişdir. - Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY201428250 nömrəli çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2020, sona çatma tarixi xx.xx.2020 tarixidir. Halbuki, yoxlama xx.xx.2020-ci il tarixində başlasa da, yoxlama müddəti 2 dəfə dayandırılmış (təxirə salınmışdır), bir dəfə artırılmış, xx.xx.2020-ci il tarixində başa çatmışdır. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2020 göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2020-ci il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı rey estr məlumatlarına daxil edilməmişdir. - Vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının nəticələri üzrə 22 may 2020-ci il tarixdə akt tərtib edilmiş, lakin həmin aktın imzalanması və aktda müvafiq qeydlərin aparılması üçün Cəmiyyətə ümumiyyətlə təqdim edilməmiş və eyni tarixdə onlayn kargüzarlıq vasitəsilə Cəmiyyətin elektron kabinetinə göndərilmişdir. Həmin aktın imzalanma yerlərinə nəzər yetirildikdə görünür ki, aktda vergi ödəyicisinin imza olan yerlərində “imtina Zeynalov” və “Zeynalov Məcid L. imtina” sözləri qeyd edilmiş və yoxlayıcılar tərəfindən imzalanmışdır. Halbuki, Cəmiyyətin rəhbəri X1 bu barədə ümumiyyətlə məlumatı olmamış və vergi orqanı tərəfindən akt ona imzalanması üçün təqdim edilməmişdir. - Cəmiyyət onun barəsində aparılmış yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 22 may 2020-ci il tarixli akta dair öz etirazını 21 iyun 2020-ci il tarixdə təqdim edərək özünün müdafiəsi üçün bir çox dəlillər gətirmiş, lakin vergi orqanı məsuliyyət qərarı qəbul edərkən qeyd olunan dəlillərin heç birinə münasibət belə bildirməmişdir. Göstərilən normaların tələblərinə zidd olaraq, vergi orqanı tərəfindən səyyar vergi yoxlamanın materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərar ümumiyyətlə əsaslandırılmamış, Cəmiyyətin özünün müdafiəsi üçün gətirdiyi dəlillər ümumiyyətlə yoxlanılmamış, yalnız yoxlamanın nəticəsi üzrə hesablanmış əlavə vergilərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qeyd edilməsi ilə kifayətlənilmişdir. - İnzibati orqan hazırkı yoxlama ilə inzibati orqanın etimad hüququnu pozaraq əv vəllər qəbul etdiyi mövqedən fərqli mövqe irəli sürmüşdür. Belə ki, Vergi orqanı vergi qanunvericilik normalarını düzgün tətbiq etməyərək və özünə uyğun qaydada şərh edərək İddiaçı MMC-yə əsassız və qanunsuz olaraq xx.xx.2019-cu il tarixli **********857300 nömrəli “Vergilərin hesablanması barədə” Qərarla 2018-ci ilin mənfəət vergisi üzrə əlavə olaraq 71.959,80 manat vergi hesablamışdır ki, həmin qərarda da yeganə əsas kimi yalnız “Baza məlumatlarına əsasən 359.799,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir” göstərilmişdir. Halbuki, vergi orqanının iddia etdiyi 359.799,00 manat məbləğində öz təsdiqini tapmayan xərclərin 187.099,00 hissəsinin bütün ilkin uçot sənədləri mövcud olmuşdur. Belə ki, müəssisə layihə işlərinin görülməsi ilə bağlı fər di sahibkarlar X2 (VÖEN: **********) və X4 (VÖEN: **********) ilə müvafiq müqavilələr bağlamış, Nicat Hüseynova müqavilələr əsasında ümumilikdə 73.070,00 manat və Orxan Məmmədova ümumilikdə 114.029,00 manat, cəmi 187.099,00 manat məbləğində ödənişlər etmiş, qeyd olunan əməliyyatları təsdiq edən bütün zəruri müqavilələr və ödəniş sənədləri mövcud olmuş və həmin sənədlər vergi orqanına təqdim edilmişdir. - Cəmiyyət tərəfindən layihə işlərinin yerinə yetirilməsi ilə bağlı fərdi sahibkarlarla aparılan əməliyyatlar (onlara köçürülən pul vəsaitləri), yəni sonuncular tərəfindən görülən işlər yoxlamanı aparan vergi orqanından yuxarı orqanı olan şikayət idarəsi və Apellyasiya Şurası tərəfindən qəbul edilərək Cəmiyyətin gəlirin əldə edilməsi ilə bağlı xərcləri kimi tanınmış, habelə həmin vaxt Vergil ər Nazirliyinin Apellyasiya Şurası tərəfindən Cəmiyyətin xərclər hissəsində “digər xərclər” sütununda göstərilmiş təsdiqini tapmayan xərclər də, şərti rentabellik norması tətbiq edilməklə apardığı hesablama tanınaraq nəzərə alınmışdır. Başqa sözlə, yoxlamanı aparan vergi orqanının yuxarı orqanı olan Apellyasiya Şurası Cəmiyyətin bir çox xərclərinin sənədlərlə təsdiqini tapmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tələblərini əsas götürməklə vergilərin hesablanmasını qəbul etmişdir. Beləliklə, qeyd olunanlardan aydın olur ki, yuxarı inzibati orqanlar həm Cəmiyyətin 2018-ci il üzrə digər vergi ödəyicilərlə apardığı əməliyyatları ətraflı, obyektiv və tam araşdıraraq həmin əməliyyatlara, həm də cəmiyyətin şərti rentabellik norması t ətbiq edilməklə vergilərin yenidən hesablanmasına artıq öz hüquqi mövqeyini bildirməklə onları qəbul etmişlər. Yəni, artıq qeyd olunan məsələlərə yoxlamanı aparan vergi orqanın yuxarı inzibati orqanları tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Lakin buna baxmayaraq, hazırda yoxlama ilə vergi orqanı yuxarı inzibati orqanın mövqeyinə tamamilə zidd olan mövqeyi ilə çıxış edərək hesab etmişdir ki, Cəmiyyətin bilavasitə işlərin görülməsi ilə bağlı sair xərclər üzrə 222.799,00 manat məbləğ lisenziya olmayan fiziki şəxslər tərəfindən yerinə yetirilmiş layihə işlərinə görə yarandığı və digər xərclər üzrə 100.562,81 manat məbləğində xərclər sənədlərlə təsdiqini tapmadığı üçün həmin xərclər Cəmiyyətin gəlirindən çıxılan xərclər kimi nəzərə alınmalı deyil. - Vergi orqanının lisenziya olm ayan fiziki şəxslər tərəfindən yerinə yetirilmiş layihə işlərinə görə yaranan xərclərin nəzərə alınmaması üçün qanunvericilikdə heç bir hüquqi əsas mövcud deyil. Bundan başqa, Cəmiyyət müqavilə bağlayarkən digər şəxslərin gördüyü işlərə görə lisenziyasının mövcud olub-olmamasını araşdırmağa borclu deyil. Buna görə həmin sahibkarlar özləri məsuliyyət daşımalıdırlar. - Əlavə dəyər vergisi üzrə vergi orqanı tərəfindən ƏDV üzrə 12.767,8 manat azaldılmasının və 11.406,51 manat artıq hesablanmasının müəyyən edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergilərə görə 6.383,9 manat maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Cavabdeh iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halı nı təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən formal mülahizələrə əsaslanaraq səyyar vergi yoxlaması aktı tərtib etmiş və vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, - vergi orqanının xx.xx.2020-ci il tarixli **********196177 nömrəli qərarına əsasən müəssisənin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2016-cı il tarixdən xx.xx.2019cu il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2020-ci il tarixli **********196198 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Dövlət Vergi Xi dmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçındə (VÖEN: **********) keçirilmiş səyyar vergi yoxlaması ilə müəyyən olunmuşdur ki, Cəmiyyətdə vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilərək, 2018-ci il üzrə 65.659,32 manat mənfəət vergisi, 2018-ci ilin fevral, sentyabr, 2019-cu ilin fevral, noyabr ayları üzrə 12.767,80 manat əlavə dəyər vergisi az, eləcə də 2016-cı ilin 4-cü rübü üzrə 940,0 manat sadələşdirilmiş vergi, 2017-ci il üzrə 1181,05 manat mənfəət vergisi, həmin ilin iyun, 2018ci ilin yanvar, avqust, 2019-cu ilin mart ayları üzrə 11.406,51 manat əlavə dəyər vergisi artıq hesablanmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən 64.899,56 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırı lmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********196177 nömrəli Qərar və xx.xx.2020ci il tarixli KY201428250 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” xx.xx.2020-ci il tarixdə vergi ödəyicisinə təqdim edilməklə yoxlama xx.xx.2020-ci il tarixdə başlanmış və 3 ay 4 gündən sonra xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər və Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama 9 aydan çox olmamaqla dayandırıla (təxirə salına) bilər. Faktiki olaraq yoxlamanın müddəti 90 günə qədər deyil, daha az müddətə artırılmış və yoxlama 9 ay deyil, daha az müddətə dayandırılmışdır (təxirə salınmışdır). Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). - Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2020-ci il tarixli **********196199 nömrəli Tələbnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olunmuş, lakin Tələbnamədə qeyd olunan sənədlər yoxlamaya tam həcmdə təqdim edilməmişdir. xx.xx.2020-cı il tarixli “Sənədlərin qismən təqdi m olunmasından imtina barədə” akta əlavə olunan siyahıda qeyd olunan sənədlər yoxlamaya təqdim edilmiş, Tələbnamədə qeyd olunan digər sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama xx.xx.2020-ci il tarixdə başa çatmış və vergi ödəyicisinə aktın nəticələri bildirilməklə, aktın imza ilə təsdiq edilməsi və aktın 1 nüsxəsinin qəbul edilməsi telefon vasitəsi ilə bildirilmişdir. Vergi ödəyicisi aktın nəticələri ilə razı olmadığını, akta imza etməkdən imtina etdiyini və COVİD-19 pandemiyası ilə əlaqədar aktın 1 nüsxəsini əlbəəl götürə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin müəyyən olunması səbəbindən akt 3 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə elektron qaydada vergi ödəyicisinə təqdim olunmuşdur. - "xxxx" MMC-yə xx.xx.2020-cı il tarixli **********516400 nömrəli məktub göndərilərək Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müəyyən edilən müddətin bitməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətlərinin müəyyən olunması səbəbindən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması halları na, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə xx.xx.2020-ci il tarixdə Baş idarədə (AZ1029, Nizami rayonu, H.Əliyev pr. 115) baxılacağı bildirilmişdir. - Dövlət Vergi Xidmətinin Aparatın Vergi siyasəti baş idarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********318200 nömrəli xidməti məktubda müvafiq fəaliyyət növü üzrə lisenziya tələb olunduğu halda lisenziya olmadan fəaliyyət göstərilməsi qanunvericiliyin pozulması hesab edildiyi, lakin "xxxx" MMC tərəfindən faktiki xərclərin çəkildiyi öz təsdiqini tapdığı halda həmin xərclər bazar qiyməti nəzərə alınmaqla gəlirdən çıxılan xərclərə aid edildiyi qeyd olunmuşdur. Cinayət işi üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılması baxımından Dövlət Vergi Xidmətinin Aparatın Vergi siyasəti baş idarəsin dən daxil olmuş xx.xx.2021-ci il tarixli **********318200 nömrəli xidməti məktubda qeyd olunanlar nəzərə alınmaqla, sonuncu səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə İddiaçı MMC-də dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin ümumi məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə mütəxəssisin cəlb olunması barədə qərar qəbul edilmiş və qərarın icrası Baş idarənin Audit şöbəsinə həvalə olunmuşdur. Mütəxəssis araşdırmasının nəticəsi olaraq Baş idarənin Audit şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli rəydə (avis qeydiyyat nömrəsi: **********903500), İddiaçı MMC-də (VOEN **********) sonuncu səyyar vergi yoxlaması ilə əhatə olunan dövrdə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergilərin 20.339,76 manat (1.361,29 ƏDV + 19.918,47 mənfəət vergisi - 940,00 sadələşdirilmiş vergi) məbləğində olması və sonuncu səyyar vergi yoxlaması ilə artıq hesablanmış 44.560,80 manat (65.659,32-21.099,52) məbləğində mənfəət vergisinin müəssisənin şəxsi hesab vərəqəsində azaldılmalı olduğu qeyd olunmuşdur. Qeyd olunanlara əsasən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında **********146275 nömrəli xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2207/2021 nömrəli qərarı ilə (hakim X3) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137759 nömrəli qərar və həmin qərara düzəlişin edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********146275 nömrəli qərar əlavə dəyər vergisi üzrə 1361,29 manat və ona görə tətbiq edilmiş 680,65 manat maliyyə sanksiyası hissəsi istisna olunmaqla, qalan hissələrdə ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - qanunvericilik vergi ödəyicisinin gəlirini birbaşa müəyyən etmək mümkün olmadıqda mənfəətin hesablanması qaydasını müəyyən etmiş, lakin cavabdeh vergi orqanı iddiaçının xeyrinə olan bu qaydanı tətbiq etməkdən imtina edərək, iddiaçının gəlirinə nisbətdə kəskin fərqlənən xərcini nəzərə almaqla mənfəət vergisi hesablayaraq əlverişsiz inzibati akt qəbul etmişdir; - Cavabdeh vergi orqanı tərəfindən əlavə dəyə r vergisi üzrə 12767,80 manat azaldılmasının və 11406,51 manat artıq hesablanmasının müəyyən edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış bütün vergilərə görə maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərinin nəzərə alınmamasına səbəb olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tələblərini rəhbər tutaraq yoxlama zamanı iddiaçının 11406,51 manat artıq hesablanmasının müəyyən edilməsi və həmin vaxtda iddiaçının şəxsi hesab vərəqəsi üzrə mövcud olan 35181,33 manat artıq ödəməsi nəzərə alındıqdan sonra iddiaçıya yalnız əlavə dəyər vergisi üzrə əlavə hesablanmış 1361,29 manat vergilərə görə 680,65 manat maliyyə sanksiyası tətbiq edilə bilərdi. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh vergi orqanı tərəfindən hesablanmış 1361,29 manat əlavə dəyər vergisi və ona görə tətbiq edilmiş 680,65 manat maliyyə sanksiyası hissəsi istisna olunmaqla, iddia tələbi qalan hissədə təmin edilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2141/2022 nömrəli qərarı ilə (hakimlər: X5 - sədrlik edən və məruzəçi, X6 və X7) Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyasının istifadə etdiyi etimad hüququ və inzibati praktika kimi anlayışların işin mövcud olan hallan ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə kollegiyası işin faktiki hallarına yanlış olaraq inzibati praktika adı verməklə həm də vergi qanunvericiliyinin tələblərinə zidd hərəkət etmişdir. Gəlir və xərclər (Layihə işlərini yerinə yetirən fiziki şəxslərə münasibətdə) barədə sənədlər mövcud olduğu halda yalnız gəlirə əsasən mənfəətin müəyyən edilməsini inzibati praktika p ərdəsi altında təşviq edən məhkəmə kollegiyası inzibati praktika anlayışını düzgün şərh etməmiş və nəticədə yanlış qənaət sərgiləmişdir. Sözügedən qanundan göründüyü kimi inzibati praktika davamlılıq və ümumi xarakter xüsusiyyətlərinə sahibdir. Beləliklə qanunun ifadə etdiyi inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Lakin işin faktiki hallarından göründüyü kimi vergilərin hesablanması fərdi xarakter daşımış və qanunun tələblərinə söykənmişdir. Həm davamlı olmayan, həm də ümumi xarakter daşımayan hüquq münasibətlərinə inzibati praktika adının verilməsi sadəcə təhrif olunmuş nəticəyə xidmət etmək məqsədi daşımışdır. İddiaçının xərc sənədləri təsdiqini tapdığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarının tətbiq edilməs inə zərurət yaranmamışdır.
14. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 55.1.5-ci maddəsini iş üzrə tətbiq etmiş, lakin həmin normanın tətbiqi əsaslarını açıqlamamışdır. Həmçinin, məhkəmə kollegiyası yanlış nəticəyə gələrək yalnız mənfəət vergisi hissəsində qərarın yoxlanılmalı olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə hesablanmış 12.767,8 manat ƏDV məbləğinə görə tətbiq edilmiş 6.383.9 manat maliyyə sanksiyası hissəsində də iddia təmin edilmişdir. Halbuki, məhkəmə kollegiyası azaldılmış ƏDV və ona görə tətbiq edilmiş maliyyə sanksiyaları hissəsi yoxlanılmasın deyə (Məqsəd 6.383.9manat maliyyə sanksiya hissəsində birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalsın deyə) yanlış mövqeyi ilə prosessual pozuntuya yol verərək həmin hissəni yoxlanılmadan “azad” etmiş dir. Beləliklə, məhkəmə kollegiyası ciddi prosessual pozuntuya yol vermiş və tətbiq etdiyi Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tətbiqi əsaslarını göstərməmiş, nəticədə barəsində şikayət olunan qərar hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab verməmişdir.
15. Birinci instansiya məhkəməsinin Vergi Məcəlləsinin 55.1.5-ci maddəsinin tətbiqi ilə bağlı gəldiyi yanlış nəticə ilə əlaqədar qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi həmin normanı iş üzrə tətbiq etməli olmadığı halda tətbiq etmiş, məhkəmə kollegiyası isə səhvi təkrarlamaqda israrlı olmuşdur. Belə ki, qeyd olunan normadan göründüyü kimi təqsiri istisna edən hal kimi hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması halı müəyyən olunmuşdur. Lakin işin faktiki halları ilə həmin normanın tətbiqi üst-üstə düşmür. Belə ki, münasibətlərin qeyd olunan normanın təsiri altına düşməsi üçün ödənilən vergilər üzrə artıq ödəmənin mövcud olması və hesablanmış digər vergilərin artıq ödənilmiş məbləğlərin hesabına nəzərə alınması zəruridir. Səyyar vergi yoxlamasının nəticəsi olaraq isə 12.767,8 manat ƏDV-nin azaldılması və 11.406,51 manat ƏDV-nin artıq hesablanması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası isə “artıq ödənilmiş məbləğlər” ifadəsini “artıq hesablanmış məbləğlər ifadəsi ilə qarışdırmış və nəticə yanlış olaraq Vergi Məcəlləsinin 55.1.5-ci maddəsini iş üzrə tətbiq etmişdir. Eyni zamanda, məhkəmənin təmin etmədiyi 1361,29 manat ƏDV məbləği 12.767,8 manat ƏDV-nin azaldılması ilə 11.406,51 manat ƏDV- nin artıq hesablanması arasında olan fərqdən ibarətdir. Əgər məhkəmə 1361,29 manat məbləği qəbul edərək iddianı təmin etmirsə, demək ki, yoxlama nəticəsində 12.767,8 manat ƏDV-nin azaldılması faktını da qəbul etmişdir. Belə olan halda həmin azaldılmış məbləğə maliyyə sanksiyasının tətbiq edilməsi vergi qanunvericiliyinin tələbidir. Vergi orqanı əsaslı olaraq Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinin pozulması ilə bağlı Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sanksiya tətbiq etmişdir. Həmçinin cavabdehin birinci instansiya məhkəməsinin Vergi Məcəlləsinin 58.1 və 55.1.5-ci maddələrinin düzgün tətbiq olunmaması ilə bağlı dəlillərinə Apellyasiya Məhkəməsi tərəfindən heç bir münasibət bildirilməmişdir.
16. Səyyar vergi yoxlaması keçirilən dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 38.4- cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddənin tələbindən göründüyü kimi səyyar vergi yoxlaması zamanı müəyyən edilmiş müddətlərin iş günü kimi qəbul edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Vergi məcəlləsinin 38.2-ci maddəsi ilə həmin məcəllənin 38.4-cü maddəsinin qarşılıqlı təhlilini düzgün aparmamış və hüquq müəyyənedici orqanın qeyd olunan normaları qəbul edərkən günlərlə ifadə olunan müddətlər ilə bağlı həqiqi məqsədlərini düzgün təfsir etməmiş və nəticədə yanlış qənaətə gələrək maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
17. Məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətlənmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati o rqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
20. İnzibati Prosessual Məcəllə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zərur i edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyas ı məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏH KƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
24. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının tələblərindən çıxış edərək qeyd edir ki, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı, inzibati orqan həm də icraatla bağlı hüquq normalarının tələblərinə cavab verən düzgün inzibati icraat başladığını və apardığını sübuta yetirməlidir. Çünki vergi məsuliyyəti müəyyən edən inzibati akt həm vergi yoxlamasının başlanılmasına və aparılmasına dair icraatla bağlı normaların, həm də maddi hüquq normalarının tələblərinə riayət etməklə çıxarılmalıdır. Müvafiq olaraq məhkəmənin inzibati aktın qanuniliyini yoxlaması da həm icraatla, həm də maddi hüquqla bağlı normalarının tələblərinə riayət olunması istiqamətində aparılır.
25. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
26. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüqu qlarının qorunması məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman, həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu, onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barəd ə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir.
27. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz.
28. Hüquqi müəyyənlik prinsipinin tələblər i baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
29. Bu zaman, həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti vergi yoxlaması ilə müqayisədə əlahiddə xarakter kəsb etdiyinə görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və əsaslandırılmalıdır.
30. Hazırkı halda, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə 14 yanvar 2020-ci il tarixli, **********196177 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.
31. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsa slandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
32. Məhkəmə kollegiyası vergi yoxlamasının qanunla müəyyən edilmiş müddəti ilə bağlı cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə (vergi yoxlamasının aparıldığı vaxtda qüvvədə olan redaksiyada), səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödə yicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2).
34. Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi səyyar vergi yoxlamasının müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməsi şərti isə barəsində yoxlama aparılan vergi ödəyicisinin hüquqlarının qorunmasına xidmət etməklə, onun iş rejiminin gözlənilməsini tələb edir və həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Necə ki, bunu Vergi Məcəlləsinin 37.2-ci maddəsində kameral vergi yoxlamasına münasibətdə etmişdir (30 iş günü). Bundan başqa, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 33.10 (1 iş günü), 37.2-1 (5 iş günü və 10 iş günü), 37.4 (5 iş günü), 72.7 (3 iş günü), 157.2-ci (5 iş günü) maddələrində nəzərdə tutmuşdur.
35. Müddət lərlə bağlı qeyd olunanlar, eyni ilə səyyar vergi yoxlamasının dayandırılmasına (təxirə salınmasına) və yoxlama müddətinin uzadılmasına (artırılmasına) da aiddir.
36. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən, «Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz». Həmin maddənin X hissəsinə əsasən, «Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər». Birbaşa qüvvədə olan həmin normalara əsasən, Konstitusiyanın 71-ci maddəsinin İX hissəsinin nəzərdə tutduğu şəxslərdən fərqli olaraq dövlət orqanları, həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkət ləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun.
37. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə və qaydada icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur.
38. Bundan başqa, mübahisələndirilən qərarlar Vergi Məcəlləsinin 49.2-ci maddəsi və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmamış və əsas landırılmamışlar. Qərarlarda iddiaçıya hesablanmış vergi məbləğlərinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri göstərilməmişdir.
39. Beləliklə, iddiaçının barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. İddia tələbi üzrə müsbət bir qərarın qəbulu (inzibati aktın ləğvi) üçün şərtlər artıq icraatla bağlı normaların pozulmasına görə mövcuddur. Bu baxımdan, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasına, nəticə etibarilə ehtiyac yoxdur.
40. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və iddianın rədd edilməsinə əsas vermir.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2141/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.