Məhkəmə qərarları › İş №2-1(102)-587/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-587/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-587/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (İş № 2-1(102)-587/2022) Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddət Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “müharibə veteranı adı və vəqisəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2021-ci il tar ixli, 2-1(103)-2849/2021 saylı qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehə qarşı “Müharibə veteranı vəsiqəsi və adının verilməsi” ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 9 avqust 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 9 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsini, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhk əməsinin 9 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı 27 noyabr 2021-ci il tarixdə apellyasiya məhkəməsinin qərardadını almış, həmin qərardaddan tərtib etdiyi dövlət hesabına vəkillə təmin olunma barədə ərizəni 11 dekabr 2021-ci il tarixdə təqdim etmişdir. Tətbiq edilən hüquq

7. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədl əri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nə zərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

94. Kasasiya şikayəti daxil olduqdan sonra apelyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə

96. Ali Məhkəmədə icraat 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın m ümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

8. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

9. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya məhkəməsinin mövqeyi

10. İddiaçı dövlət hesabına vəkillə təmin edilmə barədə şikayətin qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və prose s iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması 6 aprel 2022-ci il tarixə təyin edilmiş, bu barədə iddiaçıya 17 fevral 2022-ci il tarixli məhkəmə bildirişi göndərilmişdir.

11. İddiaçı 27 noyabr 2021-ci il tarixdə apellyasiya məhkəməsinin qərardadını almış, həmin qərardaddan tərtib etdiyi dövlət hesabına vəkillə təmin olunma barədə ərizəni 11 dekabr 2021-ci il tarixdə poçt rabitəsi xidmətinə məhkəməyə təqdim etmişdir.

12. İddiaçının dövlət hesabına vəkillə təmin olunma barədə ərizəni vermə müddəti 7 dekabr 2021-ci il tarixdə bitmiş, o, dövlət hesabına vəkillə təmin olunma barədə ərizəni vermək üçün qanunvericilikdə nəzərdə tutulan 10 günlük müddəti ötürmüşdür.

13. Dövlət hesabına vəkillə təmin olunma barədə ərizə iddiaçı t ərəfindən qanunla müəyyən edilmiş müddətdə vaxtında verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır

14. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar