Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-587/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh rəisi İlqar Abdurahmanov və icra məmuru Hikmət Quliyevə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi; məhkəmə sənədinin elektron üsulla çatdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-435/2021 nömrəli icra sənədinin 3 ilə yaxın müddət ərzində icra olunmadığına görə Cavabdeh rəisi İlqar Abdurahmanov və icra məmuru Hikmət Quliyev barəsində tədbir görülməsi və icra sənədi icra olunmadığına görə dəymiş maddi ziyana görə 150.000 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun tutularaq ödənilməsi" tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.11. 2023-cü il tarixli, 21(107)-606/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı "Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-435/2021 nömrəli icra sənədinin 3 ilə yaxın müddət ərzində icra olunmadığına görə Cavabdeh rəisi İlqar Abdurahmanov və icra məmuru Hikmət Quliyev barəsində tədbir görülməsi və icra sənədi icra olunmadığına görə sizə dəymiş maddi ziyana görə 150. 000 manat və mənəvi ziyana görə 10.000 manat məbləğində pulun tutularaq ödənilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2805/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin icraata qəbul olunmasını xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-606/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2805/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-606/2023 n ömrəli qərardadı xx.xx.2023-cü il tarixində iddiaçının elektron kabinetinə yerləşdirilmişdir.
6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və təkrar baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
7. İddiaçının və vəkilinin nəzərinə çatdırılmışdır ki, iş materiallarına əsasən Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)606/2023 nömrəli qərardadı xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerlşdirilmiş, lakin həmin qərardan kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müd dət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İddiaçı prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişlər.
8. İddiaçının vəkili ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-606/2023 saylı qərardadı elektron məhkəmə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixində elektron kabinetə yüklənsə də, İddiaçı poçt ünvanına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Şikayət verilmə müddəti olan 10 gün ərzində, yəni xx.xx.2023-cü il tarixində kassasiya şikayəti verilmişdir. X1 Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-606/2023 sayl ı qərardadının nəticə hissəsində şikayətin verilməsinin məhz elektron qaydada verilməsi ilə bağlı hər hansı bir qeyd yazılmamışdır. İnzibati Prosessual Məcəllədə apellyasiya və kassasiya şikayətinin yalnız elekron kabinet vasitəsilə verilməsinə dair imperativ tələb yoxdur. Buna görə də kassasiya şikayətini mümkün hesab edərək baxılmasını xahiş edir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə aktlarının, ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonr a - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ü nvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məh kəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
10. Mülki Prosessual Məcəllə (MPM): Maddə 135.1. Bu Məcəll ənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.... Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədlə ri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. İddiaçının vəkilinin ərizəsi təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 9-1.1-ci maddəsi imperativ xarakter daşımamaqla “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçıya (ərizəçiyə) seçim imkanı verir.
13. İPM-in 9-1.3-cü maddəsi isə imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin mə hkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
14. Beləliklə, əgər iddia (ərizə) “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəməyə, - iddiaçının (ərizəçinin) seçiminə əsasən, - elektron icraat qaydasında verilibsə, bu halda, inzibati icraat elektron məhkəmə icraatı qaydalarının tələblərinə uyğun olaraq aparılmalı, məhkəmə sənədləri də işdə iştirak edən şəxslərə həmin tələblərə uyğun (elektron üsulla) çatdırılmalıdır. 15. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu, lakin iddianın (ərizənin) elektron qaydada deyil, iddiaçının (ərizəçinin) seçiminə əsasən ümumi prosessual qaydada verildiyi, buradan, icraatın da ümumi prosessual qaydada aparıldığı hallarda, məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə elektron üsulla çatdırılmasının imperativliyi aradan qalxmış olur.
16. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı iddia ümumi icraat qaydalarına uyğun olaraq kağız daşıyıcıda verilmiş, icraat da aşağı instansiya məhkəmələrində ümumi icraat qaydalarına uyğun aparılmışdır. Hərçənd, yuxarıda qeyd olunduğu kimi, İPM-in 9-1.1-ci maddəsi imperativ xarakter daşımamaqla “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçıya (ərizəçiyə) seçim imkanı verir və həmin normanın qüvvəyə mindiyi vaxtdan sonra da o, iddianı (ərizəni) həmin məhkəməyə kağız daşıyıcıda da təqdim edə bilər.
17. Bununla yanaşı, iddianın (ərizənin) kağız daşıyıcıda verilməsi və icraatın ümumi prosessual qaydada aparılması “Elektron məhkəmə” informasiya sistemini n tətbiq olunduğu məhkəməni məhkəmə sənədlərini işdə iştirak edən şəxslərə elektron üsulla çatdırmaq imkanından (hüququndan) məhrum etmir. Yetər ki, məhkəmə sənədinin göndərildiyi işdə iştirak şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmış olsunlar. Belə olan halda, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bu halda, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir (MPM-in 135.5, 135.6-cı maddələri). Buradan, həmin sənədlərin “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılmasına d air tələb də istisna edilir (MPM-in 135.1-ci maddəsi).
18. İşdən göründüyü kimi, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş, həmin sistemdə “elektron kabinet” yaratmışdır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu Şəki Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərardadı iddiaçıya məxsus “elektron kabinet”də xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir və həmin qərardaddan şikayət verilməsi müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır.
19. Qərardaddan kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra məhkəməyə təqdim olunmuşdur.
20. Beləliklə, prosessual müddət ötürülmüşdür.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə ko llegiyası QƏRARA ALDİ: İddiaçının vəkilinin ərizəsi təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-606/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.